Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4308/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4308/22 Açar sözlər: əqdin etibarsızlığı, preyudisiya, kəsici müddət Bakı şəhəri 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1983/2022 nömrəli mülki iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 atasından ona miras qalmış əmlaka dair rəsmi sənədlərin alınması, toplanması, rəsmiləşdirilməsi və miras əmlaka dair çıxarış alınması üçün İddiaçı etibarnamə ilə səlahiyyətlər vermiş, sonuncu xx.xx.2019-cu il tarixdə X7 etibarnamə ilə ona verilmiş səlahiyyətləri ötürmüşdür.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 İsmailova Floranın adına xx.xx.2019-cu il tarixdə ½ hissədə, Cavabdeh adına xx.xx.2014-cü il tarixdə ½ hissədə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
3. İsmayılova Flor anın adından cavabdeh X9 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən əmlakın ½ hissəsi 35000 manata İddiaçı satılmışdır. 4. ünvan 1 saylı ev İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla xx.xx.2019cu il tarixdə ½ hissədə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir.
5. İddiaçı əvəzinə X9-satıcı ilə Cavabdeh-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63 kv.m fərdi yaşayış e vinin ona məxsus olan payda (1/2 31,5 kv.m) sahəsini Cavabdeh 400.000 (dörd yüz min) manat qiymətə satmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2311/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı İsmailova Floranın cavabdehlər İddiaçı, X7 və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və s. tələbi”nə dair iddiası təmin edilməmişdir.
8. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2 021-ci il tarixli, 2(103)1081/2021 saylı qətnaməsi ilə iddiaçı İsmayılova Flora tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi “qətnamə iddianın İsmailova Floranın adından cavabdeh X9 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, İsmailova Floranın adından cavabdeh X9 ilə İddiaçı arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli, AN-İ №0821267 №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qətnamənin- iddianın “İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2020-ci il tarixli, AN-İ №0840189 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evlə bağlı tam payda mülkiyyət hüququna dair Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi”nin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)4859/2021-ci il tarixli qərarı ilə, iddiaçı İsmailova Floranın kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 aprel 2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanılmış 14 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına alınmış xx.xx.2020-ci il tarixli X3 ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Ona sonradan məlum olmuşdur ki, cavabdehin niyyəti elə qabaqcadan onu aldatmaq olmuşdur. İsmayılova Flora xarici ölkə vətəndaşı olduğundan ona atasından qalmış Nəsimi rayonu M.Əlizadə küçəsi 29 ünva nında yerləşən mülkə çıxarış alsa da, mülkün istifadəsində olan torpağı onun adına özəlləşdirmək mümkün olmamışdır. Bu (torpağı özəlləşdirmək) məqsədlə ona verilmiş etibarnaməni və ona verilmiş hüquqla İsmayılova Flora adından X7 ötürmüşdür ki, sonradan formal xarakterli alqı-satqı edərək mülkü almış və Azərbaycan vətəndaşı kimi torpağı özəlləşdirərək Flora İsmavılovaya təhvil vermişdir. Rza Quliyev adlı şəxsdən evi alqı-satqı ilə əldə etdikdən sonra iş üzrə Cavabdeh ona təzyiq etməyə, 1/2 payçı olaraq alğı-satqıdan öncə ona məlumat verilməməsi səbəbindən Rza Quliyevlə onun arasında olan alğı-satqını məhkəmə vasitəsilə alacağına və onu Flora İsmayılova ilə üz-göz edəcəyinə və tutduracağına dair təhdidlər etmiş, bildirmişdir ki, adında olan (amma İsmayılova Floraya məxsus olan) ərazini onun adına keçirərsə onu heç bir problemlə üzləşdirməyəcək. Aralarında alğı-satqı etdikdən sonra o ümumi həyəti satacaq və onlara 400.000 manat pul verəcəkdir. O da bu pulu Flora xanıma verəcək, nəticədə məsuliyyətdən azad olacaqdır. Əks halda torpağı onsuz da məhkəmə qərarı ilə pulsuz alacağını bildirərək artıq onu məhkəməyə verməsinə dair müraciətini də ona göstərmişdir. Bildirmişdir ki, cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri idi. O, torpaq sahəsinin tam onun adına keçirilməsinin çoxdan arzusunda olmuşdur. Hətta bununla bağlı həmin əmlakın ½ payçısı olan Cavabdeh onunla Rza Quliyev arasında bağlanmış alğı-satqının etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh alğı-satqının ləğvini və torpağın 35.000 manata ona satılmasını tələb etmiş və bel əliklə notariusda F.X4 məxsus mülkü ondan alğı-satqı edərək almışdır. Bu zaman ona 35.000 manat beh vermişdir. 365.000 manatı isə satdıqda verəcəyini bildirmiş, bu məqsədlə aralarında formal olaraq 400.000 manat yazılmışdır. Notariusda yerləşən bankın kameralarına baxış keçirilərsə ona 400.000 manata qol çəkdirilsə də, ümumilikdə 35.000 manat pul verdiyi açıq görmək olar. Eyni zamanda bu hadisələrin şahidləri söylədiklərini təsdiq edə bilər. Beləliklə o, dələduzluğun qurbanı olmuşdur. Bu səbəbdən aralarında olan alğı-satqı müqaviləsi etibarsızdır. Hətta Flora xanım ona qarşı iddialar da qaldırmışdır. Əslində iddiaçı aldadılmış, onun etibarından sui-istifadə edilmişdir. Məhkəmədə buna uyğun yazılı ifadələr versə də, bu hallar nəzərə alınmamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, Cavabdeh özü belə onunla Flora arasında formal xarakterli alğı-satqını mübahisələndirmiş və 2020-ci ilin yanvar ayında Nəsimi Rayon Məhkəməsinə şikayət etmiş, onunla Cavabdeh arasında baş tutmuş alğı-satqı məhkəmə işi gedə-gedə (psixoloji, təhdid və təziq) altında həyata keçirilmiş və onunla alğı-satqı etdikdən 2 ay sonra məhkəmədən şikayətini (iddiasını) geri götürmüşdür.
12. Məhkəməyə Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə 400000 manat məbləğində pul vəsaitinin alqı-satqı müqaviləsi üzrə (692 saylı xx.xx.2020 tarixli məktuba əsasən) "xxxx" ASC-nin Nərimanov filialına köçürülməsi ilə bağlı qəbz iş materiallarına əlavə edilmişdir.
13. Məhkəmə iclasında ifadə vermiş şahid X9 ifadəsində bildirmişdir ki, Cavabdeh ona cəmi 35000 manat məbləğində pul vermişdir. 30000 manatı notariusda, 500 0 manatı kənarda vermişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsində verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını bildirmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-5268/2021 nömrəli iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia rədd olunmuş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, müqavilənin etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, tərəflər könüllü olaraq müqaviləni imzalamışlar. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, 400000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə "xx xx" ASC-nin Nərimanov filialına köçürülmüşdür.
16. Qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1081/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığına dair Nəsimi rayon Məhkəməsində qaldırması əksinə olaraq onu təsdiqləyir ki, mübahisə edilən müqavilədən cavabdeh X2 xəbərsiz olduğundan o, vicdanlı alıcı olaraq mübahisəli əmlakı əldə etmişdir.
17. Həmin qətnamə ilə müəyyən edilmiş faktiki halların hazırki iş üzrə preyudisial əhəmiyyəti olduğunu nəzərə alan məhkəmə iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas olmadığı qənaətinə gəlmişdir.
18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 337.1, 3 37.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.5, 340.2, 354.1, 354.2, 372.1, 375.2, 376, 377.2-ci maddələrinə, “S.H.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşl ər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barəd ə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmadan, iş üzrə bütün faktiki və hüquqi halları nəzərə almadan iş üzrə qətnamə qəbul etmişdir. Məhkəmə iddiasını araşdıran zaman şikayətdə qeyd edilən halların heç birini nəzərə almamışdır. Bundan əlavə məhkəmə prosesində vəsatəti əsasında şahid dindirilmiş, şahid bütün proseslərin içində olan, alqı-satqını danışan və onu həyata keçirdən şəxs idi. Bu şahid cavabdehlə onun arasında olan bütün danışıqları, onun aldadılmasını məhkəmədə öz ifadəsində göstərmişdir. Amma məhkəmə heç bir hüquqi əsaslandırna göstərmədən bu ifadəni sübut kimi qiymətləndirməmişdir. Bundan əlavə məhkəməyə səs yazıları olan disklər təqdim edilmiş və dinlənilmişdir. Səs yazıla rından da bəlli olur ki, cavabdeh alğı-satqı müqaviləsinə əsasən ödəməli olduğu pulu tam ödəməmişdir və bu gündə ödəməkdən imtina edir. Lakin məhkəmə bu səs yazılarını qəbul etməmişdir və bu səs yazılarına dair hüquqi münasibət bildirməkdən yayınmışdır. Məhkəmə cavabdehin yalan vədlər verməklə alğı-satqı müqaviləsini rəsimləşdirdiyini nəzərə almamışdır. Cavabdehlə arasında olan əqd təzyiqlər nəticəsində bağlanmışdır. Belə ki, əqd bağlanan dövürdə hal-hazırkı iş üzrə cavabdeh ona qarşı məhkəmədə iddia qaldırmışdır, ondan müxtəlif orqanlara şikayətlər edəcəyi, məhkəmədə ona qarşı xüsusi qərardad çıxardıracağı hədələri ilə formal əqdin bağlanmasına məcbur etmişdir. Birinci instansiya məhkəməsi bu hallara hüquqi münasibət bildirməmişdir. Məhkəmədə tərəfindən iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilsə də, məhkəmə bu sübutları nəzərə almamış, yalnız cavabdehin ifadəsini əsas tutmuşdur. Məhkəmədə dindirilmiş şahid ifadəsi nəzərə alanmamış, təqdim edilmiş səs yazıları sübut kimi iş materiallarına əlavə edilməmişdir. Məhkəmə notariat tərəfindən verilmiş məktuba əsaslanaraq qeyd edir ki, alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan məbləğ tam şəkildə ödənilmişdir. Lakin məhkəmə prosesində şahid ifadə verərək bildirmişdir ki, notariat kontoru məbləğin formal olaraq hesaba oturulduğundan məlumatlı idi. Məhkəmə bu halı nəzərə almamışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1983/2022 nömrəli iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alıb, İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin cavabdehin yalan vədlər verməklə alğısatqı müqaviləsini rəsimləşdirdiyini nəzərə almaması, cavabdehlə arasında olan əqdi təzyiqlər nəticəsində bağladığını, cavabdeh tərəfindən hədələnərək formal əqdin bağlanılmasına məcbur edildiyi, birinci instansiya məhkəməsinin sübutları nəzərə alınmaması, yalnız cavabdehin ifadəsinin əsas tutulduğu, alqı-satqı müqaviləsinə əsasən ödənilməli olan məbləğin tam ödənilmədiyi barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı bu halları təsdiq edən sübutları nə birinci instansiya məh kəməsinə, nədə ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizə xarakteri daşımaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırı lmış və şikayətin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339-cu maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahis ə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
30. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində sus muşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
32. Maddə 354.2. bu Məcəllənin 347.1-ci maddəsində nəzərd ə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının mübahisələndirrdiyi əqdin etibarsız hesb edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir.
42. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instan siyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur.
43. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, MM-in 354.2-ci maddəsində qeyd olunan müddət isə kəsici müddətlərə aiddir və həmin müddətin ötürülməsi ilə onun əqdləri mübahisələndirmək hüququna xitam verilir.
44. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçi rilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli, A.Nadirovanın və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarlar).
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
47. Göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)1983/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir