Məhkəmə qərarları › İş №2(102)-4311/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4311/2023

27.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4311/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4311/2023 (Açar sözlər: bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3,qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyest rində aparılmış qeydiyyatların ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölünməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2525/2023 nömrəli mülki iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 27 dekabr 2023- cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında İmişli rayon VVAQ şöbəsi tərəfindən qeydə alınmış 08 noyabr 1992-ci il tarixli 309 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuşdur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA seriyalı 030405 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006cı il tarixli 2667 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktına, Ceyranbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 04 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarına, DTXK Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 16448 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2011-ci il tarixdə (reyestr nömrəsi **********49) qeydiyyata alınmışdır.

4. Abşeron rayon İH-nin memarlıq və tikinti şöbəsinin müdiri Vəkil3 və Abşeron rayon İH-nin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçi-mühəndisi V.Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 598 nömrəli fərdi yaşayış evinə naturada keçirilmiş baxışa dair rəyin surətindən görünür ki, Ceyranbatan qəsəbəsi ünvanda Cavabdeh2 tərəfindən inşa edilmiş 2 mərtəbəli, 195,12 kv.m. olan evə baxış keçirmişlər.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydada təsdiq olunmuş surətinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə (reyestr nömrəsi **********49) qeydiyyata alınmışdır.

6. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşə n ümumi sahəsi 0,045 ha torpaq sahəsini Cavabdeh3 bağışlamışdır.

7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,045 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydiyyata (Ceyranbatan bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 2667 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı; Ceyranbatan bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 04 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barə də qərarı; DTXK Abşeron rayon şöbəsi, xx.xx.2011-ci il tarixli 16448 nömrəli Torpaq sahəsinin plan və ölçüsü əsasında) alınmışdır. xx.xx.2020-ci il tarixdə sözügedən torpaq sahəsinə Cavabdeh2 adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat **********49 reyestr nömrəli dublikat çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən torpaq sahəsi Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********49 reyestri nömrəsi ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi (ünvan: Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44) üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi və birgə nikah dövründə əldə olu nmuş daşınmaz əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin (bundan sonra – bağışlanma müqaviləsi) etibarsız hesab edilərək, həmin müqavilə əsasında 0,045 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququnun və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində Cavabdeh3 adına mülkiyyət hüququnun ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş 0,045 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin onunla Cavabdeh2 arasında bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etm işdir.

9. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə 1991-ci ildə el adəti ilə evlənərək ailə qurub, nikahları xx.xx.1992-ci ildə rəsmiləşdirmişlər, birgə nikahları dövründə üç uşaqları olmuşdur. Sonradan münasibətləri pisləşmiş, birgə yaşamaq mümkün olmadığından ayrılmaq qərarına gəlmiş, nikahları məhkəmə qaydasında pozulmuş və Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 ilə 2006-cı ildə Abşeron rayon Ceyranbatan qəsəbəsi ərazisində yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,045 ha torpaq sahəsi (bundan sonra – 0,045 ha torpaq sahəsi) alıb, elə həmin ildən də orada fərdi yaşayış evi inşa etməklə, orada təsərrüfat aparmış və həmin torpaq sahəsi DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat, **********49 reyestr nömrəsi ilə qeydə alınmaqla, MA ******* nömrəli çıxarış verilmişdir. Torpaq sahəsi üzərində inşa etdikləri fərdi yaşayış evi ilə bağlı müvafiq sənədlər toplanılsa da, həmin fərdi yaşayış evinin DƏDRX-də qeydiyyata alınması müxtəlif səbəblərdən yubanmış və nəticədə nikahları pozulduqdan sonra evin sənədləşdirilməsi dayandırılmışdır. Nikahın pozulması barədə şəhadətnamə aldıqdan sonra bir neçə dəfə Cavabdeh2 ilə aralarında qeyd olunan torpaq sahəsi və üzərindəki tikilinin satılması və ya aralarında bölünməsi barədə danışıqlar olsa da, konkret razılıq olmamış və bu səbəbdən də 2022-ci ilin əvvəllərində həmin torpaq sahəsi və üzərindəki tikilinin bölünm əsi barədə Cavabdeh2 ilə aralarındakı mübahisənin məhkəmə qaydasında həll olunması qərarına gəlmiş, bu barədə əvvəlcə mediasiya orqanına müraciət etmiş, barışıq mümkün olmamış və həmin vaxtı ona məlum olmuşdur ki, Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri torpaq sahəsini bağışlama müqaviləsinə əsasən öz anası olan digər Cavabdeh3 bağışlamışdır. Bundan sonra birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi və üzərindəki tikilinin hüquqi rejimi barədə DƏDRX-nin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə sorğu verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tari xli **********21 saylı arayışından görünür ki, Cavabdeh2 müraciəti əsasında həmin torpaq sahəsinə onun adına xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat, **********9 reyestr nömrəli dublikat çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat mərkəzinin xüsusi notariusu Baba Əhmədli tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən torpaq sahəsi digər Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********49 reyestri nömrəsi ilə qeydiyyat verilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşa yış evi (ünvan: Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44) üzərində Cavabdeh3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat, **********49-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş əmlakı ələ keçirmək məqsədilə, faktiki torpaq sahəsinə çıxarışın, plan və ölçü sənədlərinin, həmçinin tikiliyə dair sənədlərin olmasına baxmayaraq və həmin sənədlərin onda saxlandığı bildiyi halda, guya sənədlərin itməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib sənədlərin və çıxarışın dublikatını almış və birgə nikah dövründə əldə olunmuş əmlak olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Sarı Aşıq küçəsi, ev 44 ünvanında yerləşən 0,045 ha torpaq sahəsini qanunsuz və ə sassız olaraq öz anası olan digər Cavabdeh3 bağışlamaqla, faktiki nikah dövründə əldə olunmuş əmlakı ələ keçirmişlər.

10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin digər cavabdehin adına mülkiyyət hüququ ilə DƏDRX-də qeydiyyat aparılaraq müvafiq çıxarışın verilməsinə cavabdehlər arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin əsas olduğu məlum olsa da, həmin torpaq sahəsi üzərində birgə nikah dövründə tikilmiş fərdi yaşayış evi hansı sənədlər əsasında Cavabdeh3 adına DƏDRX-də qeydiyyata alınaraq çıxa rışın verilməsi barədə aidiyyəti orqana müvafiq sorğular verilsə də, bu günədək sorğuya cavablar alınmamışdır. İlk növbədə çıxarışın verilməsinə əsas olmuş hüquqi sənədlər dəqiq müəyyən olunmalı və həmin sənədlər ləğv və ya etibarsız hesab edilməlidir. Həmin ilkin sənədlər müəyyən edilərək ləğv edilmədən verilmiş çıxarışın ləğv edilməsi bu hissədə iddia tələbini tam təmin etmir. Ona görə də həmin hissədə iddia tələbi ümumi iddia tələblərindən çıxılmaqla, həmin tələb müvafiq sübutlar əldə edildikdən sonra gələcəkdə cavabdehlərə qarşı irəli sürüləcəkdir.

11. Məhkəmə iclasında izahatı alınmış iddiaçı həcmi azaldılmış iddia tələbini tam müdafiə etmiş həmçinin izahatında göstərmişdir ki, 2005-ci ildə tanışı Şakir Rüstəmovla onların evlərinə getmişdir, qayıdanda Şakir demişdir ki, burada torpaq var satırlar, torpağa baxmış və alınmasına qərar vermişdir. Səhəri gün Şakir ona demişdir ki, torpağın sahibi torpağı orta hissədə yox kənardan satmağa razılaşıb. O, da 12.000 manat pulu verib, orada olan 6 sot torpağı öz adına almışdır. Torpağı Zamin adında şəxs satırdı, sonra oğlan ona zəng etmişdir ki, orta hissədə olan torpağı da satır,torpağın birini özünün, digərini yoldaşının adına rəsmiləşdirmişdir. Sənəd hazır olan zaman gedib götürəndə ona bildirmişlər ki, torpağın sənədlərində adları səhv düşüb. Ona aid olan torpağa yoldaşının, digərinə də onun adı yazılıb, dəyişmək üçün vaxt lazımdır. O, ilkin olaraq torpağı öz adına almış, 2-ci torpağı da yoldaşının adına almışdır. Sənədlərdə olan səhvin düzəldilməsi üçün 3 ay vaxt lazım idi, o, da vaxta görə razılaşmamış, elə də qalmışdır. 2 torpağın sahəsi 11 sot olmuşdur. Öz adına olan torpaq satılmışdır. Yoldaşının adına olan torpaq sahəsində evi 2006-ci ildə özü tikmişdir. Layihəsini özü hazırlamış, hasarını da özü çəkmişdir. O, evi tikmiş, qaynanasıgil kirayədə qalırdı deyə demişdir ki, gəlib onlar yaşasın. Özünün başqa yaşayış yeri da vardı, varlılar məhəlləsi deyilən yerdə villa var idi. Torpağı Kamal almamış və torpağa görə 12500 ABŞ dolları verməmişdir. Torpağı alanda və pulunu verəndə yanında heç kim olmamışdır. Torpağın pulunu birinci dəfə Zaminin özünə, 2-ci dəfə atasına vermişdir. O, Şakirlə əlaqəni kəsmişdir, Şakirlə onlara gedib qayıdanda Şakir ona deyib torpaq var, gəl al, onda Kamal yox idi. O, dayısına deməmişdir ki, torpaq onundur. O, dayısına və uşaqlarına həmişə kömək etmişdir. Hazırda dayısı ilə münasib ətləri yoxdur.

12. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həcmi azaldılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmiş həmçinin göstərmişdir ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri sübut kimi qəbul edilməməlidir, onlar tərəfindən mübahisəli torpaq sahəsinin konkret kimin tərəfindən alınması və pulun verilməsi qeyd olunmamışdır. Kamalın deməsinə əsasən torpağın Kamala məxsus olmasını göstərmişlər. Əgər hətta torpağın Kamal tərəfindən alınması qəbul olunsa belə, Kamal gələcəkdə bacısına və Vüqara qarşı pul tələbi ilə bağlı iddia qaldıra bilər. Bağışlama həyata keçirilərkən Vüqarın razılığı alınmalı idi.

13. Məhkəmə iclasında izahatı alınmış cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçının tələb etdiyi Cavabdeh2 adına olan torpaq sahəsi ilə yanaşı İddiaçı da özünün adına torpaq sahəsi alınmışdır. Cavabdeh2 adına olan torpaq sahəsi əslində ona deyil, qardaşı X3 məxsus olmuş və pulu onun tərəfindən ödənilmişdir. Sonradan İddiaçı özünün adına olan torpaq sahəsini satmışdır. Cavabdeh2 adına olan həmin torpaq sahəsində tikilmiş evdə X4 tərəfindən tikilmiş və pulu da onun tərəfindən ödənilmişdir. Bunu həm qonşular, həm də bütün qohumlar bilir. 2006-cı ildə alınmış torpaq sahəsində Kamal Ələsgərov 2007-ci ildə ev tikilmiş və həmin ilin may ayının 20-dən ailəsi ilə orada yaşamağa başlamışlar. Torpağın Cavabdeh2 adına rəsmiləşdirilməsi xx.xx.2020-ci il tarixdə həyata keçirilmiş və xx.xx.2021-ci ildə anası Cavabdeh3 bağışlamışdır. Yəni iddiaçının tələb etdiyi torpaq sahəsi və onun üzərindəki ev İddiaçıla Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş və inşa edilmiş əmlak olmadığından daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilərək, həmin müqavilə əsasında 0,0`45 ha torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququnun ləğv edilməsi barədə tələbi rədd edilməlidir.

14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 2005-ci ildə tanışları Şakir ona demişdir ki, torpaq satılır, o, 12.500 ABŞ dolları vermiş Vüqarla Şakirə, özü getməmiş, həmin torpaq sahəsi 4 sot yarım olmuş, özünə ev tikmək üçün həmin torpağı almışdır. Pasport qeydiyyatı Abşeron rayonu olmadığından torpaq sahəsinin nümayən dəsi olduğu bacısı Namidənin adına sənədləşdirmişdir. Vüqar da öz adına həmin ərazidə torpaq sahəsi almışdır. Özünün və Vüqarın da hasarının çəkilməsi üçün torpağını, daşını o, almışdır. Onlar torpağa baxanda demişdir ki, yolun kənarında yerləşən torpaq sahəsi onun, orta hissədə yerləşən torpaq sahəsi Vüqarın olsun. Sonra Vüqar özünün adına olan torpaq sahəsini satmışdır. O, öz torpaq sahəsində anasına 3 mərtəbəli ev tikmiş, əvvəllər Vüqarla çox mehriban olmuşlar, hətta Vüqara 48.000 ABŞ dolları da borc vermiş, Vüqar borcu qaytarıb vermişdir. Evin tikilməsində iştirak edən şəxslər şahidlik edə bilərlər ki, evi kim tikdirmişdir. Bütün qohumlar bilir ki, torpaq onunkudur və evi də o, tikmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, tərəfləri t anıyır, uzun illərin ailəvi dostluq edir. Bu barədə danışmaq ona ayıbdır ki, bu iş bu yerə gəlib çıxmışdır. 2004-cü ildə o, Ceyranbatanda özünə torpaq sahəsi almışdır. Kamala demişdir ki, yanında torpaq sahəsi var, satılır, gəlsin o da alsın. O zaman Kamalgil kirayədə qalırdılar. Kamal demişdir ki, Vüqar gəlib torpağa baxsın, o, da gəlir. 9 sot torpaq idi, baxıb getmişlər. Pul söhbəti olanda Kamal demişdir ki, Vüqar gəlsin, o, da gəlir. 6 sot torpağı Kamal almalı idi. Kamal 12.500 ABŞ dolları vermiş, torpağı sənədləşdirilməsini demişdir. O, onları torpaq satanla görüşdürmüş, satılan torpaq sahəsinin 4,5 sotu Kamal, 4,5 sotunu Vüqar almış və sənədləşdirilmişdir. Kamal aldığı torpaq sahəsində öz evini 2 mərtəbəli tikmiş, Vüqar torpağını satmışdır. O, da etiraz etmişdir ki, gərək kənar adama yox, onların tanıdığı adama satardı. Bura kənar adam gəlməzdi. O, hazırda orada qalır. Vüqar ora gəzməyə gəlib gedib, Kamal orada ev tikib. Torpağın 12500 ABŞ dolları pulunu Kamal vermişdir. Vüqar da eyni qiymət vermiş, hər ikisi özünə torpaq almışlar. Vüqar və Kamal ikisi də eyni 2005-ci ildə torpağı almışlar, evin tikilməsi iki il gec olmuş, Kamal torpağı hasara almış, evi çox surətlə tikmişdir. Tikiliyə çəkilən xərci bilmir nə qədər olar, onun evi 2 mərtəbəlidir. Kamal özü tikinti sahəsində işləyirdi. Kamalın qaynatası tikinti ilə məşğul idi. Kamalı aparmış yanına, Kamal da bütün qohum əqrəbasını aparmışdı orada işləməyə. Hətta ona da tikinti materiallarının alınmasında kömək etmişdir. İndi Kamalın özünün MMC-si var. Kamal 12500 ABŞ dolları pulu torpağa baxmağa gələndə ərazidə Vüqara vermişdir. Orada o, və Vüqar olmuşlar. Torpağı makler satırdı. O nəslin böyüyü Hacı İsmayıl olub, anası Həcixanımdır. O, həmişə onlara məsləhət etmişdir ki, ailə dağılmasın.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, Vüqar və Namidə bacısı uşaqlarıdır. Sənəd barədə o, heç nə bilmir. Torpağı Kamal bacısının adına alıb, anası üçün ev tikib, hətta evin açılışı olub, hamı yığılıb quran oxunub. Onlar əvvəl çox mehriban olmuşlar. Vüqarla Kamal orada yanaşı torpaq alıblar, Kamal anasına ev tikib, ustanı da Kamal gətirmişdir. Bu məsələlər onlar boşanandan sonra ortaya çıxmışlar. Vüqar inşaatı qurtarıb deyə orada göstəriş verə bilər, amma pulu Kamal vermişdir. Hamı bilirdi ki, o evi Kamal anasına tikir. O, 2007-ci ildən Bakıda yaşayır. Torpaq alınmasında işti rak etməmiş, kimin pul verməsini görməmişdir, Kamalın evini tikən fəhlə yeznə və kürəkəndir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, Vüqar və Namidə ilə ana xətti üzrə qohumudur. O evi usta kimi o, tikmişdir. Kamal onu aparıb demişdir ki, torpaq almışdır, evini tiksin. Materialları Kamal gətirmiş, o, da evi tikmişdir və əl xərcini də Kamal ona vermişdir. Vüqar ora hərdən gəlib gedirdi. Torpağı kim alıb bilmir. O, orada usta kimi işləmişdir və zəhmət haqqını Kamal vermişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, hər iki tərəfindən qohumudur. Münasibəti tərəflərə normaldır. O, Kamalla tikintidə işləmiş, torpaqda qazıntı işləri aparmış, Kamal ona demişdir ki, torpağı o, almışdır, lakin torpağın alınm asında iştirak etməmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, o, tərəflərin qohumudur. Aqlay ustasıdır. Həmin həyata daş döşəmişdir, pulunu Kamaldan almışdır, ev Kamalındır, yəgin torpaq da Kamalındır. Vüqarı ora gəlib-gedən görmüşdür, lakin ona işin görülməsini Kamal göstəriş vermişdir.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Kamalın evində elektrik işini görmüşdür və pulu ondan almışdır. Bilirdi ki, ev Kamalındır, Vüqar arada ora gəlib-gedirdi. Torpağın necə alınmasından məlumatı yoxdur. Eşitmişdir ki, ev də, torpaq da Kamalındır.

21. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(009)-115/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnamə sinə əsasən iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə qeyd etmişdir ki, bağışlama müqaviləsi nikahın pozulmasından və Cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair sənədlərin təkrar əldə edilməsindən sonra bağlandığından, iddiaçı isə 2022-ci ilin əvvəllərində əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət edən zaman bağışlama müqaviləsinin mövcudluğundan xəbərdar olduğundan, həmin vaxtdan bir neçə ay sonra isə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 1 illik müddət üzrlü səbəbdən ötürülmüşdür.

23. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasında n asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Bağışlama müqaviləsinin, eyni zamanda mübahisə predmeti olan daşınmaz əmlak Cavabdeh2 adına mülkiyyət kimi tərəflərin birgə nikah dövründə olduqları zaman qeydiyyata alınsa da, həmin əmlak İddiaçı və Cavabdeh2 nikah dövründə qazandıqları pul vəsaiti hesabına deyil, cavabdehin qardaşı X2 vəsaiti hesabına əldə edilmiş, formal Cavabdeh2 adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, X4 həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına ev inşa etmiş və evdə tikildiyi vaxtdan hazırki vaxtadək X4 ailəsi ilə birlikdə yaşayır.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225, 347.1, 354.1, 354.2, 375.2, 377.1, 379, 380, 383, 666.1, 667.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1, 32.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə, Azərabaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1,119.1-ci maddələrinə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində eyni zamanda göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlər cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 qohumlarıdır və şahidlərin onların təsiri altında yalan ifadə verə bilmələrinə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alımamışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ( bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, “Bağışlama müqaviləsi” etibarsız hesab edilmiş, həmin müqavilə əsasında torpaq sahəsinin Cavabdeh3 xüsusi mülkiyyətdə olması barədə aparılmış qeydiyyat ləğv edilmiş, 0,045 ha torpaq sahəsi üzərində iddiaçı ilə Cavabdeh2 hər birinin payı 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir.

28. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə olunması sübuta yetdiyindən, həmin torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 birgə vəsaitləri hesabına deyil, Cavabdeh2 qardaşı Kamal Ələskərovun vəsaiti hesabına əldə olunmasını sübut etmək yükü artıq cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh tərəf bu halı sübut etmək üçün şahidlərin ifadələrinə istinad etmiş və birinci instansiya məhkəməsi İsmayıl Babayevi, Şakir Rüstəmovu, Səftər Xanbabayevi, Rövşən Bayramovu, Rasət Əhmədovu və Məzahir Cavadovu şahid qismində didirə rək, onların verdikləri ifadələrə əsasən hesab etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə vəsaitləri hesabına deyil, Cavabdeh2 qardaşı Kamal Ələskərovun vəsaiti hesabına əldə olunmuşdur. Çünki həmin şahidlər birinci instansiya məhkəməsində verdikləri ifadələrində bildirmişlər ki, torpaq sahəsinin dəyərini, torpaq sahəsindəki evin inşası və təmiri ilə bağlı xərcləri öz vəsaiti hesabına Kamal Ələskərov ödəmişdir.

29. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdeh tərəfin şahid qismində Rayon Məhkəməsinə təqdim etdiyi şəxslərin mübahisəli torpaq sahəsinin dəyərini Cavabdeh2 qardaşı Kamal Ələskərov ödənilməsi barədə ifadələri mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Çünki, MPM-nin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mübahisəli torpaq sahəsinin dəyərinin ödənilməsi faktı ödəniş qəbzi ilə təsdiq olunmalıdır. Lakin cavabdeh tərəf bu kimi qəbzi məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən yəni torpaq sahəsinin dəyərinin cavabdehin qardaşı Kamal Ələsgərov tərəfindən ödənilməsi öz təsdiqini tapmadığından qəbul edilməlidir ki, torpaq sahəsi iddiaçı ilə Cavabdeh2 birgə vəsaiti hesabına əldə edilmişdir və onların ümumi əmlakı hesab edildiyindən mübahisələndirilən bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.

30. Məhkəmə hesab etmişdir ki, iddiaçı, cavabdehlər arasında bağlanmış “Bağışlama müqaviləsinin” tərəfi olmasa da, bağı şlama müqaviləsinin predmeti onunla cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və həmin əmlakda iddiaçının da payı olduğundan iddiaçı həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmuşdur.

31. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı, onun keçmiş arvadı Cavabdeh2 ilə keçmiş qayınanası Cavabdeh3 arasında bağlanmış həmin müqavilənin etibarsız hesab edilməsi üçün kəsici müddəti üzrlü səbəblərdən ötürmüşdür. Belə ki, “Bağışlama müqaviləsi” iddiaçı ilə Cavabdeh2 nikahının pozulmasından və Cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair sənədlərin təkrar əldə edilməsindən sonra bağlandığından, iddiaçı isə 2022-ci ilin əvvəllərində əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət edən zaman bağışlama müqaviləsinin mövcudluğundan xəbərdar o lduğundan, həmin vaxtdan bir neçə ay sonra isə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan 1 illik müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə həmçinin nəzərə almışdır ki, işə baxmış Rayon Məhkəməsi də eyni mövqe nümayiş etdirmiş, lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Rayon Məhkəməsinin həmin yanaşmasını mübahisələndirməmişlər. Mübahisəli “Bağışlama müqaviləsi” etibarsız hesab edildiyindən, ondan irəli gələn hüquqi nəticələr, yəni DƏDRX Əİ tərəfindən xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində” torpaq sahəsinin Cavabdeh3 xüsusi mülkiyyətdə olması barədə aparılmış ********** qeydiyyat (reyestr nömrəsi **********49) ləğv e dilmiş və mübahisələndirilən 0,45 ha torpaq sahəsəi iddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri və onların ümumi əmlakı hesab edildiyindən, torpaq sahəsi üzərində iddiaçı ilə Cavabdeh2 hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 225, 347.1, 354.1, 354.2, 375.2, 377.1, 379, 380, 383, 666.1, 667.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.1,32.2.2, 32.3, 36.1, 36.3-cü maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Aərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 384, 385, 392, 393 və 405-ci maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri

33. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsini tamamilə ləğv edib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayətinə əsasən, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32, 36-cı və 37.1-ci maddələrini səhv tətbiq etməklə, mübahisəli torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 birgə nikahları dövründə əldə olunması, iddiaçının da həmin əmlakda payı olması və buna görə onun həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəldiyindən, eyni zamanda əsassız olaraq Mülki Məcəllənin yuxarıda göstərilən normalarını ( 667.1, 225.6 və 354.2) tətbiq etməklə, mübahisəli torpaq sahəsinə dair cavabdeh Namidə Həsənovla Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-433 reyestr nömrəli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul etmişdir. Lakin, Mülki Məcəllənin, həm də ailə qanunvericiliyinin tələblərinə əsasən ər və arvad birgə nikahda əldə etdikləri əmlak barəsində yalnız birgə razılıq əsasında sərəncam verə bilərlər. Məhkəmə iclasında mübahisə predmeti olan əmlakın tərəflərin birgə nikahı dövründə əldə etdikləri vəsait hesabına alınması öz təsdiqini tapmadığından, Cavabdeh2 tərəfindən həmin əmlakın özgəninkiləşdirilməsi zamanı müqavilə bağlanarkən iddiaçının razılığının alınmaması həmin əqdin etibarsızlığına səbəb olan əsas kimi qəbul edilə bilməz. Apellyasiya Məhkə məsinin qətnaməsinin 25-ci bəndində göstərilir ki, torpaq sahəsinin dəyərinin ödəniş qəbzini cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Lakin Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi işin mübahisə edilməyən halıdır. Mübahisəli hal mübahisə predmeti olan əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilib-edilməməsi və pulunun kim tərəfindən ödənilməsinin aydınlaşdırılmasından ibarətdir ki, cavabdehin dəvət etdiyi və iddiaçıya da eyni dərəcədə qohum olan (Məzahir Cavadov istisna olmaqla) bütün şahidlər mübahisəli torpaq sahəsinin iddiaçı ilə Cavabdeh2 birgə vəsaitləri hesabına deyil, Cavabdeh2 qardaşı Kamal Ələsgərovun vəsaiti hesabına əldə olunduğunu təsdiq etmişlər. Eyni zamanda məhkəmə “qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz” və sübutetmə vasitələri olaraq Vergi Məcəlləsinin 16-cı maddəsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin 7-ci bəndində göstərilən hallara istinad etmişdir. Lakin məhkəmə iddiaçının da belə bir qəbzi məhkəməyə təqdim etmədiyinə və ya heç olmasa bu halı təsdiq edən şahidi məhkəməyə təqdim etmədiyinə əhəmiyyət verməmiş, əsassız olaraq cavabdeh tərəfin şahid qismində rayon məhkəməsinə dəvət etdiyi şəxslərin mübahisəli torpaq sahəsinin dəyərinin Cavabdeh2 qardaşı Kamal Ələsgərov tərəfindən ödənilməsi barədə ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. İddia tələbi sübut olunmadığı halda apellyasiya məhkəməsi iddianın təmin edilməsi ba rədə qərara gəlmişdir. İddianın əsassız olması birinci instansiya məhkəməsinin araşdırması zamanı tam təsdiq olunmuşdur. Bununla yanaşı Kamal Ələsgərovun həmin torpaq sahəsində yaşayış evi tikərək xx.xx.2007-ci ildən anası Cavabdeh3 və ailəsi ilə bu günədək, fasiləsiz, mübahisəsiz həmin evdə yaşamasına, mövcud torpağın isə yalnız 4 il sonra-xx.xx.2011-ci ildə xüsusi mülkiyyət kimi qeydə alınmasına, həmin torpağ və ev tikintisinə, təmirinə, saxlanmasına xərcin onun tərəfindən çəkilməsinin sübut olunmasına, kommunal xidmətlərə aid sənədləşmənin (məişət tullantıları üzrə 2007-ci ildən, qaz xidməti üzrə 2010-cu ildən) Cavabdeh3 və Ələsgərov Kamalın adına olmasına və kommunal xidmətlərə görə xərcin də onlar tərəfindən ödənilməsinə baxmayaraq Apellyasiya məhkəməsi bu məsələyə də hüquqi qiymət ve rməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

37. Maddə 225.6 Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərə f müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

38. Maddə 354.2 Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

39. Maddə 32.2.2 Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

40. Maddə 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

41. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

42. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

43. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kasasiya şikayətini n dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

53. Məhkəmələr tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi nikah dövründə Bələdiyyədən alqı-satqı yolu ilə əldə edildiyindən iddiaçı və Cavabdeh2 birgə mülkiyyətindədir. Həmin əmlaka dair ərin sərəncam verməsi üçün arvadın razılığının alınması mütləqdir. Torpaq sahəsinin alınmasına dair pulun Kamal Ələsgərov tərəfindən ödənilməsi barədə hər hansı yazılı sübut, ödəniş sənədi məhkəmələ rə təqdim edilməmişdir. Bu faktın şahid ifadələri ilə təsdiq edilməsi MPM-nin 81-ci maddəsinə ziddir.

54. Kassasiya şikayətinin torpaq sahəsinin Kamal Ələsgərovun ev tikərək 2007ci ildən bu günədək yaşaması, kommunal xidmətlərə dair sənədləşmənin onun adına aparılması evin titkintisinə, təmirinə xərcin onun tərəfindən çəkilməsi barədə dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş evin bölgüsü hazırki iddianın predmetini təşkil etmədiyindən həmin dəlillər üzrə hər hansı dəyərləndirmə aparılmalı deyil.

55. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

56. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2525/2023 nömrəli mülki iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar