Məhkəmə qərarları › İş №2(102)-4316/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4316/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4316/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədov Əhməd Abbas oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1653/2020 saylı qərardadından X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş 2(004)-2165/2020) ərizəçi X3 anası N qızının xx.xx.1945-ci ildə vəfat etmiş nənəsi X2 doğma qızı olması, N küçəsi dalan 1, 6 saylı fərdi yaşayış evinin mərhum N qızından və X1 miras qalmış paylarının ərizəçi X5 tərəfində n qəbul edilməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) iş üzrə maraqlarına toxunan şəxs Ərizəçi2 apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək X3 “qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Ərizəçi X5 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında ərizəçinin vəkili kassasiya şikayətin i müdafiə edərək təmin edilməsini, iş üzrə maraqlarına toxunan şəxs Ərizəçi2 vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş kassasiya baxışından çıxarılaraq kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş qərardaddan şikayət verilməsi qanunda nəzərdə tutulmadığından məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxıla bilməz. Apelyasiya instansiyası məhkəməsinin qərardadında tərəflərə şikayət vermək hüquqlarının izah olunması barədə göstərilənlər MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən v ə Azərbaycan Respublikası MPM-nin 402 və 417-ci maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Ərizəçi X5 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar