Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4327/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: aliment və uşağa görə faktiki çəkilmiş xərc tələbi, apellyasiya baxışında yeni sübutlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil4, cavabdehin vəkili Vəkil2 və qətnamə maraqlarına toxunan şəxsin Vəkil5 xxxxxxxx oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-921/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 11 iyun 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 29.06.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. O, autizmdən əziyyət çəkir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3124/2013 nömrəli iş üzrə 28.10.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, 29.06.2012-ci il təvəllüdlü XXXnın anasının (iddiaçının) yanında qalması müəyyən edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Mə hkəməsinin 2(006)-2725/2014 nömrəli iş üzrə 19.05.2014-cü il tarixli qətnaməsi ilə 29 iyun 2012-ci il təvəllüdlü XXXnın yetkinlik yaşına çatanadək saxlanması üçün 15 aprel 2014-cü il tarixdən başlayaraq, hər ay cavabdehdən 103 manat sabit pul məbləğində alimentin və əlavə çəkilən xərclərə görə 4.000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) və 328,64 manat pulun tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı 09.07.2019-cu il tarixdən "xxxx" MMC-də İnsan resurslarının idarə edilməsi departamentinin müdiri vəzifəsində işləyir. Aylıq əmək haqqı 850,00 manat təşkil edir. Cavabdeh 18.06.2014-cü il tarixdə Maraqlı şəxs (bundan sonra - qətnamə maraqlarına toxunan şəxs) ilə nikaha daxil olmuş və bu nikahdan 15.03.2015- ci il tarixdə xxxxx, 06.07.2017-ci il tarixdə xxxx adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə (iddia tələbi dəqiqləşdirilmişdir) məhkəməyə müraciət edərək, cavabdehdən azyaşlı qızları XXXnın saxlanması üçün 2019-cu ilin yanvar ayının 1-dən başlayaraq aylıq qazancının ¼ məbləğində alimentin tutulması, XXXnın müalicəsinə tərəfindən sərf edilmiş müalicə xərclərinə cavabdehin cəlb edilməsi və ondan həmin məbləğin yarısının, yəni 4.321 Azərbaycan manatının, 13.500 Rus rublunun və 500 Türk lirəsinin tutularaq ona ödənilməsi, nümayəndə və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 manat və dövlət rüsumuna görə 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etm işdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aliment kimi cavabdehdən alınacaq sabit pul məbləğinin 103 manat müəyyən edilməsi həmin vaxt mövcud olan yaşayış minimumu və cavabdehin daimi iş yerinin olmaması ilə bağlı olmuşdur. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2019-cu ilin yanvar ayının 1-dən hər bir uşaq üçün yaşayış minimumu 160 manat müəyyən edilmişdir. Onda olan məlumata görə, hazırda cavabdeh bank sahəsində çalışır. 2019-cu ilin yanvar ayının 1-dən cavabdehdən tutulan alimentin aylıq qazancının ¼ məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Qızı anadan fiziki qüsurla doğulduğu üçün onun üzərində 2013-cü ilin noyabr ayında İstanbulun “Kadıköy Şifa” xəstəxanasında cərrahiyyə əməliyyatı aparılmışdır. Həmin zaman çəkilmiş xərclərin bir hissəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2014 nömrəli, 19 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuşdur. Hazırda uşağın səhhəti ilə bağlı onun tərəfindən yenə də əlavə xərclər çəkilmişdir. Belə ki, qızları XXX 30 iyun 2018-ci il tarixdən etibarən “Birgə və Sağlam” İctimai Birliyinin autizm sindromlu uşaqlar üçün xidmət göstərən reabilitasiya mərkəzində fərdi terapiya almağa başlamış və halhazırda da bu müalicəni almaqdadır. Bu məqsədlə tərəfindən təkbaşına olaraq artıq 3690 manat və sair xərclənmişdir. Bundan başqa, XXXnın "xxxx" MMC-yə məxsus X11 tərbiyə alması ilə bağlı 2017-ci il ərzində tərəfindən cəmi 2625 manat ödənilmişdir. 2018-ci ilin mart ayının 26-da qızının xəstəlikləri ilə bağlı Moskva şə hərinə getmələri, 28.03.2018-ci il tarixdə isə qayıtmaqları ilə bağlı təyyarə biletlərinə 948,02 AZN, orada genetik müayinə və həkim məsləhəti üçün 27000 Rus rublu, 2018-ci ilin sentyabr ayının əvvəllərində İstanbul şəhərinə gediş və gəliş üçün təyyarə biletlərinə 1380 AZN, orada “Acıbadem Hastanesi”nə tibbi müayinə üçün 1,001,68 TL pul ödənilmişdir. Cavabdeh qızlarının müalicəsi üçün bu günədək çəkilmiş xərclərdə iştirak etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, cavabdehin hal-hazırda daimi iş yeri vardır. Aylıq gəliri faktiki olaraq 6.000 manat təşkil edir. X6 tərəfindən təqdim edilmiş epikrizə əsasən, 26.09.2014-cu il tarixində xəstə X5 əllərdə kontrakturadan ibarət şikayətlərlə klinikaya daxil olmuşdur. Aparılan klin ik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Klinodaktiliya” diaqnozu qoyulmuşdur. Xəstə cərrahi əməliyyata hazırlanmış, 27.09.2014-cü il tarixində ETN altında xəstəyə Kontraktura açılması icra edilmişdir. Əməliyyatdan sonrakı dövr kafi keçmişdir. Xəstə ambulator müşahidəyə buraxılaraq məsləhətlər verilmişdir. “”Genetiko” Genetika və X7“ MMC ilə İddiaçı arasında bağlanmış “pullu tibbi xidmətin göstərilməsi haqqında” 28.03.2018-ci il tarixli müqavilə üzrə xidmətlərin ümumi məbləği 27.000,00 Rubl təşkil etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 19.05.2018-ci il tarixli, 23 saylı arayışa əsasən, X4 həqiqətən "xxxx" MMC-yə məxsus X12 01.07.2017-ci il tarixindən hal-hazıra kimi övladı X5 üçün aylıq 300 manat bağça haqqı ödəmişdir. “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təqdim edilmiş 08.05.2019-cu il tarixli, 90 saylı arayışda, X1 30 iyun 2018-ci il tarixindən etibarən “Birgə və Sağlam” İctimai Birliyinin autizm sindromlu uşaqlar üçün xidmət göstərən reabilitasiya mərkəzində fərdi terapiya almağa başladığı və hal-hazırda bu terapiyanı almağa davam etdiyi qeyd olunmuşdur. X1 müalicəsi ilə bağlı “Birgə və Sağlam” İctimai Birliyinin hesabına 25.06.2018-ci il tarixində 300,00 manat, 19.09.2018-ci il tarixində 300,00 manat, 09.10.2018-ci il tarixində 690,00 manat, 22.10.2018-ci il tarixində 300,00 manat, 12.11.2018-ci il tarixində 690,00 manat, 17.12.2018-ci il tarixində 690,00 manat, 25.01.2019-cu il tarixində 690,00 manat, 17.02.2019-cu il tarixində 360,00 manat və 11.03.2019-cu il tarixində 360 manat məbləğində pul ödənilmişdir. X1 müalicəsi ilə bağlı “X3” 1.001,68 TL ödənilmişdir. X1 Moskva şəhərinə uçuşu ilə bağlı biletlərə 247,86 manat və 188,09 manat məbləğində pul ödənilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 16.08.2018-ci il tarixli mədaxil qəbzində aviabilet satışı ilə bağlı 1.380 manat məbləğində pul ödənildiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsinə görə“M.B.M” Vəkil Bürosuna 29.05.2019-cu il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4056/2019 nömrəli iş üzrə 30 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2725/2014 nömrəli, 19 may 2014-cü il tarixli qətnaməsi ilə 29 iyun 2012-ci il təvəllüdlü XXXnın yetkinlik yaşına ça tana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin tutulması qaydası dəyişdirilmiş, cavabdehdən 29 iyun 2012-ci il təvəllüdlü XXXnın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi, 500 TL və 13.500 rubl (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş lirə və rublun manata məzənnəsi nəzərə alınmaqla) və 3.719,5 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə xərci kimi ödənilmiş 130 manat məbləğində pulun (dövlət rüsumu kimi ödənilmiş 30 manat və göstərilən hüquqi xidmətə görə 100 manat) 18 manatının iddiaçıya aid edilməsi, 112 manatının isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia dig ər hissədə rədd olunmuşdur. Birinci instansiya məhkəməsi uşağın saxlanması üçün cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında aliment təyin edilməsi barədə iddia tələbi ilə əlaqədar qeyd etmişdir, tərəflərin birgə nikahından olan uşağın ananın - iddiaçının himayəsində qaldığı, valideynlər arasında aliment ödənilməsi barədə razılığın olmadığı, cavabdehin müntəzəm qazanca malik olduğu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğu və heç bir tərəfin marağını pozmadığı və eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi nəzərə alınaraq, uşağın saxlanılması üçün aliment sabit pul məbləğində deyil, qazancın müəyyən hissəsi kimi tutulmalıdır. Alimentin artırılmış məbləğdə 01.01.2019-cu il tarixdən hesablanı lmaqla tutulması barədə tələblə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi alimentin tutulması barədə deyil, müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, dəyişdirilmiş məbləğdə aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Məhkəmə iddia tələbinin azyaşlı XXXnın müalicəsinə iddiaçı tərəfindən sərf edilmiş müalicə xərclərinə cavabdehin cəlb edilməsi və ondan həmin məbləğin yarısının, yəni 4.321 Azərbaycan manatının, 13.500 Rus rublunun və 500 Türk lirəsinin tutularaq ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı azyaşlı XXXnın müalicəsi ilə əlaqədar çəkildiyi xərclərin yarısının cavabdehdən tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmin xərclərə ümumilikdə 7.439 manat, 27.000 rubl və 1.00 1,68 TL məbləğində ödəniş edildiyini müəyyən etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 56, 60.3, 75, 76.1, 81-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehin şikayətində qətnamənin qismən, iddianın təmin olunduğu hissədə ləğvi və iddia tələblərinin həmin hissədə rədd olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən cavabdehin hazırkı nikahından da övladı olduğunu və həmin uşağın da onun himayəsində olduğunu nəzərə almamı ş, nəinki cavabdehin himayəsində başqa uşaqlarının olub-olmamasını öyrənməyə vaxt ayırmamış, hətta 30.08.2019-cu il tarixdə iddiaya dəyişiklik verilməsindən sonra ona vaxt verməmişdir ki, həmin dəyişikliklə tanış olub, öz etirazlarını bildirsin, sübutlarını təqdim edə bilsin. Cavabdeh məhkəməyə uşağın atanın himayəsinə verilməsi barədə Xəzər Rayon Məhkəməsinin icraatında mülki iş olduğunu və həmin işə görə də alimentlə bağlı hazırki işin dayandırılmalı olduğunu bildirsə də, məhkəmə heç bir əsas gətirmədən vəsatətini təmin etməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-yə məxsus X12 ödənilmiş pulların yarısı cavabdehdən tutulmalıdır. Halbuki, məhkəmə araşdırmalı idi ki, bağçanın müəyyənləşdirilməsi (bağçanın ödənişli əsaslarla seçilməsi və s.) onun razılığı ilə olmuş, yoxsa iddiaçının öz şəxsi qərarı olmuşdur. Məhkəmə müalicə ilə bağlı “Birgə və Sağlam” İctimai Birliyinə ödənilmiş pulların yarısını ondan tutsa da, həmin müəssisənin nə kimi xidmət göstərməsini (həkim müalicəsi olduqda diaqnoz və müalicənin növü və s.) araşdırmamışdır. Nəzərə çarpan odur ki, həmin müəssisənin müvafiq lisenziyaya malik olan və müalicə/müayinə aparan hər hansı tibb müəssisəsi olmasına dair sənəd yoxdur, həmin təşkilat isə ictimai birlik kimi qeyd olunub. Belə olan halda, məhkəmə kassa mədaxil orderləri verən həmin müəssisənin fəaliyyət növünü araşdırmalı idi. Eyni zamanda, məhkəmə Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilmiş əsaslarla iddianı təmin etsə də, həmin maddəni kobudcasına pozmuşdur. Belə ki, alimentin məbləğinin dəyişdirilməsi üçün qeyd olunan maddənin bütün əsasl arının olması vacibdir. Məhkəmə isə, qərarında tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını əsaslandırmamış, bu dəyişikliyin olduğu halda onun nədən ibarət olmasını qeyd etməmişdir. Qətnamə maraqlarına toxunan şəxs də apellyasiya şikayətində qətnamənin qismən, iddianın təmin olunduğu hissədə ləğvini və iddia tələblərinin həmin hissədə rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-921/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin məbləğinin artırılmasını, 81.1-ci maddəsinə görə isə, əlavə xərc kimi müalicə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. Əvvəlki məhkəmə qətnaməsindən sonra cavabdehin maddi vəziyyətində müsbətə doğru dəyişiklik olmuş, yəni əmək haqqı artmış dır. Belə olan halda, aylıq 103 manat sabit pul məbləğində aliment müəyyən olunduqdan sonra cavabdehin müntəzəm gəliri olan işinin olması sonuncunun maddi vəziyyətində baş verən dəyişiklik kimi qiymətləndirilməlidir. Məhkəmə apellyasiya şikayətlərinin cavabdehin digər nikahından daha iki övladının olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hazırkı əmək haqqının miqdarı (6689 manat) nəzərə alındıqda, bu hal, hər iki nikahdan olan uşaqların hüquqlarını pozmamaqla, onların mənafeyi ilə ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericil iyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarında qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, azyaşlı XXXnın xəstəliyi ilə əlaqədar tibbi müayinələrdən keçməsi, özəl bağçaya getməsi və bunlar üçün müvafiq ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsi iş materialları ilə təsdiqlənir. Həmin xərclərin qarşılanması həm də atanın borcudur. Odur ki, cavabdehin uşağın müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb edilməsi əsaslıdır və çəkilmiş xərcin valideynlər arasında bərabər bölünməklə tələb olunan vəsaitin yarısı olan 500 TL, 13.500 rubl və 3.719,50 manat əlavə xərcin cavabdehdən tutulması ədalətlidir. Məhkəmə kollegiyası, cavabdehin uşağın atanın himayəsinə verilməsi ilə bağlı başqa məhkəmə prosesinin olması barədə dəlilinə münasibətdə bildirmişdir ki, bu hazırkı işə baxılmasına hüquqi maneə yaratmır. Çünki nə qədər ki, uşaq ananın himayəsindədir, ataya verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur, həmin müddət ərzində uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, digər valideyndən onun xeyrinə aliment tutul masına əsas verir. Əks yanaşma, uşaq hüquqlarına və qanunla qorunan mənafelərinə uyğun olmazdı. Qətnamədən cavabdeh və qətnamə maraqlarına toxunan şəxs kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Kassator göstərmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 254.1.4-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq mülki iş üzrə icraatı dayandırmamışdır. Məhkəmə cavabdehin ikinci nikahdan olan övladları üçün aliment tutulmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1481/2020 nömrəli, 30.07.2020-ci il tarixli qətnaməsinin mövcudluğunu və hazırki iş üzrə iddiaçının həmin işə cavabdeh qismində cəlb edildiyini nəzərə almamışdır. Məhkəmə cavabdehin vəzifəsi və aylıq maaşını müəyyən edərkən hansı sənədlərə istinad etdiyini göstərməmiş, açıq-aşkar iddiaçının mənafeyindən çıxış edərək qeyriobyektiv qətnamə qəbul etmiş, digər uşaqların taleyinə əhəmiyyət verməmişdir. Bundan başqa, məhkəmə iddiaçının özünün maddi vəziyyəti barədə heç bir araşdırma aparmamış, iddiaçının xərclərlə bağlı təqdi m etdiyi sənədlərin mötəbərliyini yoxlamamış, həmin sənədləri tədqiq etməmişdir. Kassasiya şikayətinin əsası kimi, həmçinin MPM-in 14.1, 217-ci maddələrinə istinad olunmuşdur. b) Qətnamə maraqlarına toxunan şəxsin kassasiya şikayətinin dəlilləri Qətnamə maraqlarına toxunan şəxs (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti cavabdehin şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorların vəkilləri ayrı-ayrılıqda kassasiya şikayətlərinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçının vəkili şikayətlərin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi (maddə 76.1.1) miqdarda aliment tutulur. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabili yyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəf indən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə112.1). “Uşaq hüquqları haqqında” Qanun Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (maddə 19). “Uşaq hüquqları haqqında” Konvensiya Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar (maddə 27). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (maddə 184.2). Hakim yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud səhlənkarlıqları üzündən təqdim etməyiblərsə, onu gecikmiş kimi rədd edə bilər (maddə 184.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 371). Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. MPM-in 371 və 372.2-ci maddələrinə əsasən əlavə faktlar və yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin icraatı zamanı 17.07.2019-cu il tarixdə cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək iddia ərizəsinin dəlillərinin, ona əlavə olunmuş sənədlərin araşdırılması, sübutların təqdim edilməsi və müdafiə hüququnun təmin olunması üçün təyin olunmuş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bununla əlaqədar olaraq 18.07.2019-cu il tarixli məhkəmə iclası 19.08.2019-cu il tarixinə təxirə salınmışdır. Həmin məhkəmə iclasında cavabdeh məhkəmə iclasında vəkillə təmsil olunmuş, vəkil iş materialları ilə tanış olmaq üçün məhkəmə iclasının yenidən təxirə salınmasını xahiş etmiş, vəsatət təmin olunmuş və məhkəmə iclası 30.08.2019-cu il tarixinə təxirə salınmışdır. Həmin məhkəmə iclasın da iş üzrə icraatın dayandırılması barədə cavabdehin vəkilinin vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili izahat vermiş, cavabdehin vəkili isə izahat verməyə hazır olmadığını bildirmiş, iddianın rədd olunmasını xahiş etmiş, həmçinin yenidən şifahi vəsatət verərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə vəsatəti təmin etməmişdir. Prosesin sonunda cavabdehin vəkili məhkəmə çıxışlarına da hazır olmadığını bildirmiş və çıxış etməkdən imtina etmişdir. Göründüyü kimi işə birinci instansiyası məhkəməsində baxılması zamanı cavabdeh tərəfə kifayət qədər şərait yaradılmasına baxmayaraq həmin tərəf iddiaya etirazını əsaslandırmamış, iddianın təmin olunmasına mane olan hər hansı əsaslandırılmış dəlil və ya sübutunu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan bir inci instansiya məhkəməsi MPM-in 184.2 və 184.3-cü maddələrinə əsasən işdə olan mövcud materiallar əsasında işə baxmaqda haqlı olmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh tərəf dəlil və sübutlarını birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığına görə apellyasiya icraatı zamanı istinad olunan hallar maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hazırkı iş üzrə apellyasiya baxışı zamanı sübutların tədqiqinə dair kassasiya şikayətlərinin digər dəlillərini də əsassız hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən sonra tutulmuş aliment məbləği nin dəyişdirilməsi üçün yeni əsasların yaranması qanuni və əsaslı qətnamənin ləğvi üçün deyil, maraqlı şəxsin aliment məbləğinin dəyişdirilməsinə dair məhkəmədə yeni iddia qaldırması üçün əsas ola bilər. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kollegiya nəzərə alır ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğvi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-921/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4327/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4327/2021
27.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver