Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4328/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1384/2020 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərardadından qətnamə maraqlarına toxunan şəxs Ma raqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi (iddia tələbi bir neçə dəfə artırılmışdır) ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 25 iyul 2013-cü il tarixli, RBN5259/BK saylı Baş kredit müqaviləsi üzrə 70.688,51 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 ABŞ dolları faiz, müqavilə müddəti bitəndən sonrakı dövrə illik 5%-lə əldən çıxmış faydaya görə 10.603,27 ABŞ dolları, 22.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 129.147,71 ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, cəmi 61 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi, 63 saylı evin 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracda satılması, satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 25 iyul 2013-cü il tarixli, RBN-5259/BK saylı Baş kredit müqaviləsi üzrə cəmi 129.147,71 ABŞ dolları borcunun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin və onlarla yaşayan ailə üzvlərin in ipoteka predmetindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3/2019 nömrəli iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilərək, 25.07.2013-cü il tarixli, RBN-5259/BK saylı kredit müqaviləsi üzrə 70.688,51 ABŞ dolları əsas, müqavilənin bitmə tarixinə 25.855,93 ABŞ dolları faiz, 10.603,27 ABŞ dolları əldən çıxmış fayda, 10.000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 117.647,71 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və cəmi 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun Bankın xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi, 63 saylı evin 32 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına Banka olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçiyə qaytarılması, yuxarıda qeyd olunan daşınmaz əmlak açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər və onlarla yaşayan ailə üzvləri mənzildən çıxmadıqları təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1384/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev – sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn) cavabdehlər, eləcə də maraqlı şəxslər Maraqlı şəxs və X1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3568/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev – sədrlik edən və məruzəçi, G.Quliyev və İ.Xələfov) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 03 fevral 2020-ci il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eləcə də həmin qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1384/2020 nömrəli, 15 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya instansiyası məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir. Maraqlı şəxs ərizəni onunla əsaslandırmışdır ki, o, apellyasiya instansiyası məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsini 29 fevral 2020-ci il tarixdə əldə etmiş, lakin qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti 9 ay, 24 gün ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasında Koronavirus (Covid-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə uzun müddət qeyri-iş günləri olmuş, eləcə də anası yaşlı və xəstə olduğundan, anası ilə birlikdə müəyyən müddət ərzində Bakı şəhərində olmamış, anasının yanında qalıb, onun qulluğunda durmalı olmuşdur. Xəstəliyin artması səbəbində n, o, olduğu Bərdə şəhərində yaşadığı evdən çıxa bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1384/2020 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər Q.Əsgərov – sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) həmin Məhkəmənin 03 fevral 2020-ci il tarixli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, onun tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən (2-ci cild, i.v. 63) apellyasiya instansiyası məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi 24 fevral 2020-ci il tarixdə qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəx s çatdırılmışdır. Kassasiya şikayətinin verilməsi müddətinin sonuncu tərəfindən üzrlü səbəbdən buraxılması iş materialları ilə öz təsdiqini tapmamış, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Qərardaddan qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Qətnamə maraqlarına toxunan şəxs (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Kassasiya şikayəti ərizədə qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaç ının vəkili şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili, habelə cavabdehlər və digər maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamə maraqlarına toxunan şəxs apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir (maddə 134.1.5). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qayd ada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1). Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır (maddə 408.1.4). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsini Maraqlı şəxs 24 fevral 2020-ci il tarixdə rəsmi qaydada əldə etsə də (i.v.63), ondan kassasiya şikayətini prosessual müddəti ötürməklə, 9 aydan çox müddət keçdikdən sonra, 23 fevral 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı olaraq kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə onun tərəfindən təqdim olunmuş ərizəni təmin etməmiş və həmin qətnamədən verilmiş kassasiya şikayətini geri qaytarmışdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır, şikayət kifayət qədər uzun müddət keçdikdən sonra verilmişdir və ərizəçinin dəlilləri müddətin üzrlü səbəbdən ötürülməsi barədə ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1384/2020 nömrəli iş üzrə 18 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4328/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4328/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver