Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-433/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh* qızına və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə mülkiyyətdə olan əmlakdan payların naturada bölünməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh* qızına və Cavabdeh2nə qarşı birgə mülkiyyətdə olan əmlakdan payların naturada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)-2254/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cava bdeh* qızı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.** iyul *968-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 25 fevral *946-cı il tarixində vəfat edən X* Tovuz şəhərində olan evi miras əmlak kimi arvadı X4 verilmişdir. 2.Tovuz Rayon Məhkəməsinin *7 dekabr 20*8-ci il tarixli qətnaməsi ilə 9 noyabr 2009cu il tarixində ölmüş X2 miras qalmış Tovuz şəhəri, İ.Mürşüdov küçəsi, ev ** ünvanında 77*,73 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakdan mərhumun birinci dərəcə vərəsələri olan X3 ¼ hissədən ibarət, X5 ¼ hissədən ibarət, İddiaçı ¼ hissədən ibarət və Cavabdeh* qızının ¼ hissədən ibarət vərəsəlik paylarının müəyyən edilməsi, qətnamənin həmin miras əmlakın vərəsələrinin paylarına uyğun şəkildə adına qeydə alınması üçün əsas olması qət edilmişdir. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Tovuz şəhəri, İ.Mürşüdov küçəsi, ev ** ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 52,5 kv.m, torpaq sahəsi 0,0772 ha olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli əmlak) ¼ hissədə Cavabdeh* qızının (bundan sonra – cavabdeh) və ¾ hissədə İddiaçı (bundan sonra - iddiaçı) adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəl i əmlakın onun payına düşən hissəsinin, onun tərəfindən həmin torpaqda inşa edilmiş, ona məxsus tikintisi başa çatdırılmamış fərdi yaşayış evi ilə birlikdə naturada ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsində tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evi mövcuddur. Hazırda iddiaçı həmin əmlakdan öz mülkiyyət payının naturada ayrılmasını istəyir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə mühəndis-texniki ekspertizasının *8 mart 2022-ci il tarixli, *0/7363 saylı rəyinə əsasən mübahisəli əmlakın mülkiyyətçilər arasında real-naturada iki hissəyə bölünməsinin mümkün olduğu mü əyyənləşdirilmişdir. Bunun üçün tədqiq olunan torpaq sahəsinin küçə tərəfdən 3* metr uzunluqda olan hissədən və həmin hasara paralel vəziyyətdə olan qonşu tərəfə olan sərhəd hasarından 36 metr uzunluqda olan hissədən *7,30 metr uzunluğunda sərhəd hasarı çəkilərək əmələ gəlmiş 579,0 kv.m torpaq sahəsinə küçə tərəfdən giriş-çıxış yolu açılmalıdır. Qeyd olunmuşdur ki, tərəflərin paylı mülkiyyətində olan mübahisəli əmlakın üzərində yerləşən (sol künc hissəsində) A, B, C literli tikililərin planlı yerləşmələrini və yaşayış evinin bir yaşayış otağından, bir hamam və ayaqyolu tikililərindən ibarət olduğunu nəzərə alaraq tədqiq olunan yaşayış evinin tərəflərin payına düşən şəkildə bölünməsinin mümkün olmadığı müəyyənləşdirilmişdir.
7. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 23 may 2022-ci il tarixli, 2(0*5)- 36/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Tovuz şəhəri, İ.Mürşüdov küçəsi **də yerləşən fərdi yaşayış evi və torpaq üzərində ¾ hissədə İddiaçı və ¼ hissədə Cavabdeh* qızının payları müəyyən edilmiş və bu əmlakdan İddiaçı paylarının ayrılmasını tələb etməkdə haqlıdır.
9. Məhkəmə öz mövqeyini iş materiallarına və icraat zamanı müəyyən edilmiş hallara istinadən əsaslandırmışdır.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının *3, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39.*, *52.*, *57.2, 2*3.2, 2*3.5, 223.2, 223.3 və 238.*-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh* qızı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxıb araşdırma aparmalı olduğu halda hər hansı bir araşdırma aparmadan iddiaçının izahatını olduğu kimi öz qətnaməsinə köçürməklə kifayətlənmişdir. Məhkəmə isə Mülki Prosessual Məcəllənin *85.5-ci və *86-cı maddələrini əsas gətirərək, hazırkı vəziyyətdə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin hesab edir cavabdehin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməyi barədə ümumiyyətlə araşdırılma aparılmamışdır, bununla da qanunda nəzərdə tutulmuş çəkişmə prinsipi pozulmuşdur. Məhkəmənin qərarı əsasında ümumi mülki yyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, qeyd edilən müvafiq hüquq normalarından görünür ki, ümumi mülkiyyətin bölgüsü üçün üç mərhələ ardıcıl olaraq yoxlanılmalıdır: *) Ümumi mülkiyyətin naturada faktiki bölgüsü (naturada bölgü müddəası); 2) Ümumi mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsikompensasiya müddəası); 3) Ümumi mülkiyyətin açıq hərracdan satışı (hərrac müddəası). Müvafiq hüquq normalarının aşkar mənasına görə hərrac müddəasının, yəni ümumi əmlakın açıq hərrac vasitəsilə satılması və satış pulunun mülkiyyət çilər arasında paylara müvafiq bölünməsi üçün vacib şərt naturada bölgü və kompensasiya müddəalarının yoxlanılmasıdır. Əgər naturada bölgü və kompensasiya müddəalarının uğurlu tətbiqi mümkün olmazsa, bu halda hərrac müddəası tətbiq edilə bilər. Lakin kompensasiya müddəasının tətbiqinin mümkünsüzlüyü iş materialları ilə müəyyən edilmir. Beləliklə, iş materiallarından görünür ki, məhkəmə kompensasiya müddəasının tətbiqini lazımınca müzakirə etməyib və buna dair tərəflərin arqumentlərinin olubolmaması aydınlaşdırmayıb. Həmçinin, hər iki məhkəmə instansiyası məhkəmə qətnaməsində bölgü müddəasına münasibət bildirsə də, kompensasiya müddəasının niyə tətbiqinin mümkün olmamasına münasibət bildirməyib və buna dair hər hansı mülahizə irəli sürməyərək bu mövzunun üzərindən sükutla keçib. Bundan əlav ə, bu xüsusat da nəzərə alınmalıdır ki, iddiaçının ümumi mülkiyyətdə payı cüzidir. Bu halda məhkəmə üçün Mülki Məcəllənin 220.4-cü maddəsini tətbiq etmək üçün müvafiq hüquqi əsas meydana çıxıb. Belə ki, payın cüzi olması həmin mülkiyyətçinin razılığı olmadan müvafiq kompensasiya ödənilməklə onun payına xitam verilməsi üçün əsasdır. Buna uyğun olaraq məhkəmə iddia tələbindən kənara çıxa və kompensasiya ödənilməklə iddiaçının payına xitam verilməsi barədə qətnamə çıxara bilərdi.
13. İddiaçı apellyasiya şikayətinə dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin *7 noyabr 20*5-ci il tarixli qərarı ilə analarının bütün övladlarının vərəsəlik hüquqları təsdiq olunmuşdur. Cavabdeh* tərəfindən gizli şəkildə notarius və digər məmurlarla sövdələşərək, mi ras əmlaka dair əldə etdiyi hüquqverici bütün sənədlər ləğv edilmişdir. Digər vərəsələr T.Ağayeva və R.Ağayev öz miras paylarının iddiaçıya bağışlamışlar, daha sonra isə müvafiq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. İddiaçıya aid hissədə müvafiq tikinti işləri aparılmış, mübahisə olunan məhkəmə qətnaməsi ilə naturada bölgü edilməsi təmin edilmişdir. Ancaq cavabdeh hələ də həmin əmlakda tək və maneəsiz yaşamağa davam edir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 02 sentyabr 2022-ci il tarixli, 2(*04)-2254/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilməmiş, birinci ins tansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsinin ilkin əsas şərti əmlakın naturada bölgüsünün real olaraq həyata keçirilməsinin mümkün bütün hallarının araşdırılmasıdır. Hazırki halda bu halın araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə ekspert rəyinin işin halları üzrə müəyyən edilməli hallara tam və müfəssəl şəkildə cavab olaraq təqdim edilməsini, mübahisənin həlli üzrə vacibliyini nəzərə alaraq ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Belə olan təqdir də paylı əmlakın bölünməsinin digər əsasları fakültativ xarakterlidir, yalnız əmlakın naturada bölgüsünün həyata keçirilməsinin mümkün olması hallarında nəzərdən keçirilməli idi. Kollegiya xüsusilə vurğulamışdır ki, paylı mülkiyyətə payının ayrılmasının tələb edən mülkiyyətçihazırki tələb üzrə iddiaçı əmlak üzərində ¾ hissədə paya malik olmaqla, əmlakın çox hissəsinə dair mülkiyyət hüququ vardır. Belə olduqda paylı mülkiyyətçi kimi sonuncunun payının ayrılmasına dair qeyd olunan maddi hüquq normasında şərt olaraq cüzi paya” malik olmaması səbəbindən də kompensasiya ödənilməsi istisna edilir.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39.*, *52.*, *57.2, 2*3.2, 2*3.5,2*5.4, 220.2, 220.3 və 238.*-ci maddələr inə maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh* qızı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, ekspert rəyində də qeyd olunmuşdur ki, evin bir sanitar qovşağı vardır və naturada bölünməsi mümkün deyildir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Bundan əlavə isə iddiaçı irəli sürdüyü halları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının izahatına əsaslanaraq qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə *39.*. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə *44.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
22. Maddə *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 2*3.*. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
25. Maddə 2*3.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mü lkiyyət) ümumi mülkiyyətdə ola bilər.
26. Maddə 2*3.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
27. Maddə 2*3.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
28. Maddə 2*3.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
29. Maddə 2*3.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində ü çüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
30. Maddə 2*3.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər.
31. Maddə 2*3.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.
32. Maddə 220.*. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
33. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
34. Maddə 220.3. Paylı mülkiyyətin mül kiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
35. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kom pensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
36. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
37. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar q əbul edə bilər.
38. Maddə 22* Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.* Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 4*6.* Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabd eh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər.
48. İş materiallarından görünür ki, tərəflər daşınmaz əmlakın ümumi paylı mülkiyyətçiləridirlər. İddiaçı ilk iddia ərizəsində paylı mülkiyyət olan vahid daşınmaz əmlakın (torpaq sahəsinin və onun üzərindəki evin) naturada ayrılmasını, sonradan iddia tələbinin həcmini azaldaraq yalnız torpaq sahəsi üzərində mövcud olan payının naturada ayrılmasını tələb etmişdir.
49. Qeyd edilməlidir ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
50. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin *6.**.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsində tikili mövcud olduğundan torpaq sahəsinin bölünməsinin mümkün olmadığı, tikilinin bölünməsindən və təsdiq olunmuş bölgü sxemi təqdim ediləcəyi təqdirdə torpaq sahəsinin bölünməsi məsələsinə baxıla biləcəyi göstərilmişdir.
51. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 2* iyun 202*-ci il tarixli rəyindən görünür ki, Tovuz şəhəri, İ.Mürşüdov küçəsi, ev ** ünvanında çıxarış və texniki pasportda göstərilən ümumi sahəsi 52,5 kv.m olan fərdi yaşayış evinin 0,0772 ha həyətyanı torpaq sahəsinin künc hissəsində yerləşdiyini, faktki vəziyyətini, bir yaşayış otağından, bir ayaqyolundan ibarət olduğunu, mətbəx və hamamın olmadığını nəzərə aldıqda, ümumi sahəsi 52,5 kv.m olan fərdi yaşayış evinin iki hissəyə, yəni ¼ və ¾ paylara uyğun şəkildə naturada bölünməsi inşaat Norma və Qaydalarının 2.08.0*.89-nın 2.2-ci, 2.4-cü. 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti - Texniki Ekspertizasının həlli Metodlarının tələblərinə müvafiq olaraq mümkün deyildir. İş materiallarında olan 0,0772 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun olaraq hər iki tərəf künc hissədə tikilillərin olduğunu, ümumi sahəsi 52,5 kv.m olan fərdi yaşayış evinin paylara uyğun ¼ və ¾ hissələrə bölünməsinin mümkün olmadığı səbəbindən torpaq sahəsinin paylara uyğun şəkildə naturada bölünməsinin mümkün olmadığı müəyyən edilir. Tovuz şəhəri, İ.Mürşüdov küçəsi ** ünvanda yerləşən 0.0772 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 52,5 kv.m olan fərdi yaşayış evinin paylara uyğun olaraq bölünməsi mümkün olmadığı üçün qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmamışdır.
52. Məhz bu rəy alındıqdan sonra iddiaçı iddia tələbinin həcmini azaltmış və sahəsi 52,5 kv.m olan fərdi yaşayış evindən payının naturada ayrılması tələbini çıxmaqla, 0,0772 ha həyətyanı torpaq sahəsindən onun payına düşən ¾ hissəsindən, torpaqda inşa edilmiş ona məxsus tikintisi başa çatdırılmamış fərdi yaşayış evi ilə birlikdə naturada ayrılıb verilməsini xahiş etmişdir.
53. Birinci instansiyası məhkəməsi azaldılmış tələbə münasibətdə yenidən məhkəmə tikinti texniki ekspertizası təyin etmiş, ekspret rəyi alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin *8 mart 2022-ci il tarixli rəyindən görünür ki, Tovuz şəhəri İ.Mürşüdov küçəsi **-də yerləşən 0,0772 ha torpaq sahəsinin mülkiyyətçiləri İddiaçı (3/4 payda) və Cavabdeh* qızı (*/4 payda) arasında real-naturada iki hissəyə bölünməsi mümkündür. Bunun üçün tədqiq olunan torpaq sahəsinin küçə tərəfdən 3*,0 m uzunluqda olan hissədən və həmin hasara paralel vəziyyətdə ol an qonşu tərəfə olan sərhəd hasarında 36,0 m uzunluqda olan hissədən *7,30 m uzunluğunda sərhəd hasarı çəkilərək əmələ gəlmiş 579.0 kv.m torpaq sahəsinə küçə tərəfdən giriş çıxış yolu açılmalıdır. Qeyd olunur ki, tərəflərin paylı mülkiyyətində olan Tovuz şəhəri, İ.Mürşüdov küçəsi, ev **-də yerləşən 0,0772 ha torpaq sahəsinin üzərində (sol künc hisssəsində) yerləşən A,B,C literli tikililərin planlı yerləşmələrini və yaşayış evinin bir yaşayış otağından, bir hamam və ayaqyolu tikililərindən ibarət olduğunu nəzərə alaraq tədqiq olunan yaşayış evinin tərəflərin paylarına uyğun şəkildə bölünməsi mümkün olmadığı müəyyən edilir.
54. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarət olur ki, Tovuz rayon İ.Mürşüdov küçəsi ** ünvanda yerləşən 0,0772 kv. metr torpaq sahəsi və üzərində yerləşə n 52,5 kv.m fərdi yaşayış evi paylı mülkiyyət olaraq vahid daşınmaz əmlak kimi ¼ hissədə Cavabdeh* qızının, ¾ hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
55. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 3.7-ci maddəsindən görünür ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
56. Kollegiya onu da vurğulayır ki, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya v əziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.
57. Yaranmış vəziyyətdə vahid daşınmaz əmlaka aid olan torpaq sahəsi və fərdi yaşayış evinin ayrılıqda bölünmə predmeti ola bilməsi, bel ə bölgünün aparılmasının mümkünlüyü ilkin olaraq araşdırılmalı olan hal olmuşdur.
58. Müvafiq olaraq vahid daşınmaz əmlak üzərində payçıların paylarına uyğun bölgünün aparılmasının mümkün olub-olmaması aydınlaşdırıldıqdan sonra bu nəticənin hansı maddi hüquq normaları ilə dəstəkləndiyi müəyyən edilməlidir.
59. İşə baxan məhkəmələr nəzərə almalı idilər ki, mübahisə edilən əmlak mülkiyyətçilərin birgə deyil, paylı mülkiyyətindədir. Belə olan halda göstərildiyi kimi belə bölgünün və ya ayrılmanın mümkünlüyü yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməli idi.
60. Vahid daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. İş üzrə birinci instansiyası məh kəməsindəki icraatda müvafiq ekspertizalar keçirilməklə rəylər alınmışdır.
61. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ilk ekspertizanın gəldiyi nəticədən və mütəxəssis rəyindən aydın olur ki, ekspert və mütəxəssis məhz mübahisəsi gedən əmlakın vahid daşınmaz əmlak olmasını qeyd etmiş, fərdi yaşayış evinin bölünməsinin mümkün olmamasına əsaslanmaqla torpaq sahəsi üzrə tədqiqatın aparılmasının əhəmiyyətinin olmamasını qeyd etmişdir.
62. Birinci instansiya məhkəməsinin növbəti dəfə təyin etdiyi ekspertiza zamanı ekspert qarşısında qoyulmuş suallara (bu sualların maddi hüquqi əsasının olubolmamasına əhəmiyyət vermədən) uyğun olaraq torpaq sahəsinin (fərdi yaşayış evi istisna olmaqla) bölgü qaydası müəyyən edilmişdir. Bu baxımdan kollegiya kassatorun dəlillərini əsaslı sayır ona gör ə ki, payın ayrılması tələbinə baxılarkən ümumi mülkiyyət rejiminin mahiyyəti, habelə payın ayrılmasının xüsusiyyətləri nəzərə alınmalıdır.
63. Belə ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır.
64. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq isə iki və ya daha artıq şəxsdən ibarət ortaqlığa (ümumiliyə) aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsusdursa paylı mülkiyyətdir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
65. Nəzərə alınmalıdır ki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır.
66. Qeyd edilənlər onu göstərir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir.
67. Bu səbəbdən əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı p ayına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz.
68. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir.
69. Hazırkı işdə isə vahid daşınmaz əmlak üzrə iddiaçının payının göstərilən şərtlər çərçivəsində ayrıla bilməsi, bunun üçün tərtib olunan bölgü planı üzrə ayrılan sahənin ümumilikdə qalan digər paydaşa (əlavə məhrumiyyətlər, əşya yükülüyünə məruz qalması, sevitut və digər əsaslar üzrə) və əşyaya zərər verməməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində daşı nmaz əmlak kimi qeydiyyatının mümkünlüyü məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır.
70. Ona görə də iş üzrə cavabdehin apellyasiya şikayətində göstərilən xüsusatlar tam və hərtərəfli araşdırılmalı, zəruri olduqda müvafiq dövlət qurumu işə cəlb olunmaqla belə bölgünün aparılması mümkünlyü müzakirə edilməli, hətta zərurət olduğu təqdirdə həmin dövlət qurumu işə cəlb olunmalıdır. Bunun üçün isə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
71. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(*04)2254/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.