Məhkəmə qərarları › İş №2(102)-433/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-433/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-433/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:alimentin məbləğinin artılıması 26.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)5538/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri, Binəqədi Rayon məhk əməsinin xx.xx.2018-ci il tarixli, 2(001)7415/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü oğlu X10 xx.xx.2018-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü oğlu X10 xəstəliyi ilə əlaqədar xx.xx.2018-ci il tarixdən başlayaraq uşaq sağalanadək hər ay 100 manat əlavə xərcin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh uşağın müalicəsinə faktiki çəkilmiş xərcin yarısı olaraq 400 manat və keçmişə yönəlik 2018-ci ilin iyul ayı üçün aliment borcu olaraq 154 manat olmaqla, ümumilikdə 554 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası, S əhiyyə Nazirliyi 2 saylı X4 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən, X11 “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” İQ-30, F84.0, F72.1, F 90.1, F80.0 diaqnozları qoyulmuşdur və Cavabdeh İİ qrup əlilliyə görə 220 manat sosial müavinət alır.

3. Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, X6 (Cavabdeh atası) ölümü ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 4 saylı notariat ofisində Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmış və JN:092A saylı Dövlət Aktına əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 0.11 ha olan torpaq sahəsinə, **-FP-*** dövlət nömrə nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsinə və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyri-yaşayış sahəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin verilməsi müəyyən olunmuşdur. 4. 11 fevral 2022-ci il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 1/3 hissədə, xx.xx.2021-ci il tarixdə X9 adına 1/3 hissədə, xx.xx.2022-ci il tarixdə X7 adına 1/3 hissədə qeydiyyatdan keçmişdir. 5. 24 fevral 2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyri-yaşayış binasının ona məxsus 1/3 hissəsini (1393 kv.metr) arvadı X8 bağışlamışdır. 6. 28 fevral 2022-ci il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzr ə X7 adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri, Binəqədi Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsi ilə Cavabdeh 20 sentyabr 2008ci il təvəllüdlü X10 yetinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat sabit pul məbləğində alimentin artırılaraq 1.000 manat müəyyən edilməsi və hər ay cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin X10 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq ona ödənilməsi, aliment in və əlavə xərcin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, 2018-ci ildən bu yana qida, tibb, sənaye məhsullarının qiymətlərində 3 dəfədən çox artım olmuşdur. Nəticədə həmin aliment məbləği dəfələrlə dəyərdən düşmüşdür. Ona görə də həmin aliment məbləği ilə uşağın saxlanılması, həmçinin müalicə xərclərinin təmin edilməsi qeyri-mümkündür. Həmçinin bildirir ki, X16 artıq 15 yaşındadır. 2018-ci ilə münasibətdə uşağın saxlanılma xərclərinin siyahısı və ölçüsü də xeyli artmışdır. Eyni zamanda, X10 müayinə və müalicə xərcləri də böyük ölçüdə artmışdır. Qeyd edir ki, X16 “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq xəstəliklərindən ə ziyyət çəkir və artıq o, İ qrup əlildir. Ona görə də şəxsi həyatını və karyerasını övladına fəda etmək məcburiyyətində qalmışdır. Başqa bir nikaha daxil olmamış və hazırda işləmir. Daha doğrusu işləyə bilmir. Bütün zamanını övladına qulluğa həsr etmişdir. Heç bir yerdən gəliri və dəstəyi yoxdur. 2018-ci ildən bu yana cavabdehin gəlirlərində böyük artım olmuşdur. Belə ki, 14 yanvar 2021-ci il tarixdə cavabdehə vərəsəlik üzrə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.11 ha torpaq sahəsi və Bakı şəhəri, Sabunçu rayonunun mərkəzində yerləşən sahəsi 4179 kv.metr olan təmirli qeyri-yaşayış sahəsi (univermaq tipli ticarət mərkəzi) miras qalmışdır. Sözügedən univermaq (“Pasaj AVM Ticarət Mərkəzi”) geyim, məişət avadanlıqları, elektronika və digər sahələr üzrə satış və xidmətlər həyata keçirən bö yük biznes mərkəzidir. Cavabdeh sözügedən ticarət mərkəzindən hər ay 50.000-60.000 manat civarında gəlir götürür. Sözügedən univermağa məhkəmə tərəfindən yerli baxış keçiriləcəyi təqdirdə, qeyd edilənlərə şahid olmaq mümkündür. Əlavə olaraq bildirir ki, tərəfindən Ədliyyə Nazirliyinin müvafiq qurumuna göndərilmiş sorğuya cavab olaraq yazılmış 18 mart 2024-cü il tarixli məktubda da miras əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Qeyd edir ki, 5-6 il bundan əvvələdək X10 özünü idarə etmə və nitq qabiliyyəti qismən mövcud olmuşdur. Lakin, Bakı Şəhəri, Binəqədi Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği X1 və müalicəsi üçün kifayət etməmişdir. X2 müalicəsi lazımi şəkildə aparılmamış və bu səbəbdən uşağın səhhəti günü-gü ndən pisləşmişdir. Hazırda isə X10 özünü idarə etmə və nitq qabiliyyəti tamamilə yoxdur. Əgər X3 2018-ci ildə 3-cü qrup əlillik səviyyəsində idisə, hazırda uşaq rəsmi olaraq 1-ci qrup əlildir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)3562/2024 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Bakı Şəhəri, Binəqədi Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və iddianın q alan hissədə rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi, uşağın mənafeyini, işin faktiki hallarını, hazırkı halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X10 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu, cavabdehin əmək münasibətlərini nəzərə alaraq qeyd etmişdir ki, iddia, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi hissəsində təmin edilməklə, Bakı Şəhəri, Binəqədi Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia tələbi uşaq sağalanadək hər ay üçün cavabdehdən 1.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin həmin 1.000 manat məbləğində alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

12. Həmçinin, iddia tələbinin alimentin mediasiyaya müraciət edildiyi tarixdən hesablanması hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/16 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulm ası hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

13. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim olunan X20 və X18 Mərkəzlərinin, X10 daimi nəzarət və müalicə tələb edən vəziyyətdə olduğunu təsdiq edən sənədləri, müalicə xərcləri barədə rəyi, arayışları, habelə müalicə üçün həkimin d ərman reseptini nəzərə almamışdır. 14 iyun 2024-cü il tarixində keçirilən məhkəmə iclasında, cavabdehin vəkili onun ailəsinə məxsus və illərlə bütün ailə üzvlərinin yüksək gəlir yeri olan “Passaj A.V.M” Ticarət Mərkəzinin İcarə müqaviləsini təqdim etmişdir. İddiaçı cavabdehin vəkilindən icarəyə alan tərəfin kim olduğunu soruşmuş və öncə sözügedən Ticarət Mərkəzində alış veriş etdiyi müqabilində aldığı kassa qəbzlərini məhkəməyə təqdim edərək, cavabdeh tərəfin təqdim etdiyi icarə müqaviləsində qeyd olunan icarəyə alanın VÖEN, ad, soyad və atasının adı ilə üst-üstə düşmədiyini sübut etmişdir. İddiaçı təqdim etdiyi qəbzlərin üzərində Orxan Quliyev adlı şəxs qeyd olunmuşdur. Lakin, cavabdehin təqdim etdiyi icarə müqaviləsi müəmmalı şəkildə məhkəmə işi sənədlərindən itmişdir və hazırda mövcud d eyil. Cavabdeh, “Passaj A.V.M” Ticarət Mərkəzinin 1/3 hissəsini vərəsəlik üzrə atası X12 tərəfindən 14 Yanvar 2021-ci il tarixində qəbul etmiş və real aliment məbləğindən yayınmaq üçün 4 aydan sonra illərlə qeyri-rəsmi yaşadığı qadınla X13 ilə nikaha daxil olmuş və 2022-ci il yanvar ayı tarixində cavabdeh sözügedən Ticarət Mərkəzini adına tam rəsmiləşdirən kimi eyni ayda nikahda olduğu X8 bağışlamışdır. İddiaçı bu məlumatları rəsmi sorğulara cavab olaraq, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən əldə edərək məhkəməyə təqdim etmişdir. Sözügedən Ticarət Mərkəzinin ortalama icarə haqqı qiymətləndirilməsi üzrə 2 (iki) ekspert rəyi iddiaçı tərəfindən təqdim edilsə də, məhkəmə qər arda bunu nəzərə almamışdır. Ekspertlər Ticarət Mərkəzinin cavabdehə aid olan hissəsini, aylıq icarə haqqı ortalama 15.000-20.000 manat kimi qiymətləndirmişdir. Sözügedən Ticarət Mərkəzinin hazırda cavabdehin həyat yoldaşına məxsus hissəsinin, illər öncə hər ay 8.000 manat gəlir gətirdiyini məhkəmə iclasının birində cavabdeh özü etiraf etmişdir. Lakin bunu da məhkəmə nəzərə almamışdır. Məhkəmə cavabdehdən Ticarət Mərkəzinin hansı məqsədlə X8 bağışladığını soruşmuş, cavabdeh isə bildirmişdir ki, qayınanasına 50.000 manat borcun əvəzi olaraq bağışlama etmişdir. Sözügedən Ticarət Mərkəzinin minimum qiyməti 6.000.000 manat təşkil edir (Əmlak ekspertlərinin rəyinə və satışda olan eyni ərazidə satışa çıxarılan qeyri-yaşayış sahələrinin satış qiymətinə əsasən). İddiaçı cavabdehin ona “whatsapp” tətbiqi üzərindən göndərdiyi səs yazılarını təqdim etmişdir və məhkəmə iclası zamanı səs yazılarının bir neçəsi səsləndirilmişdir. İddiaçı məhkəmədə uşağın səhhətindəki ağırlaşmanı təsdiq edən Tibbi Sosial Ekspertiza Komissiyasının 2019cu ildə “Sağlamlıq İmkanı Məhdud”, 2022-ci ildə İİ qrup əlilik, 2023-cü ildə isə İ qrup əlilik təyinatı barədə sənədi təqdim etmişdir. Ağırlaşmanın səbəbi isə lazımı və davamlı müalicə və reabilitasiyanın təmin edilməməsidir. Müalicə uzunmüddətli və yüksək məbləğdə vəsait tələb edir. Məhkəmə uşağın səhhətində ağırlaşmanı da nəzərə almamışdır. Məhkəmə, İ qrup əlil uşağa baxan və maddi yardıma ehtiyacı olan valideynin qanuni haqqını nəzərə almamışdır. Digər qanun pozuntusu isə, cavabdehin təqdim etdiyi etibarsız əlilik barədə arayış idi ki, onun İİ qrup əlil olduğunu təsdiq edir. Sonuncu məhkəmə iclasına qədər, nə tərəflərin vəkilləri, nə də məhkəmə buna irad bildirməmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı məhkəməyə bu barədə məlumat vermişdir. Bundan başqa, məhkəmə mülki prosessual qaydaları pozaraq alimentin hesablanmasını, iddiaçı mediasiya təşkilatına müraciət edən tarixdən deyil, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın deyə qət etmişdir. X13 ilə cavabdehin üç sağlam övladı vardır. O halda ki, onlar yüksək gəlir gətirən icarə haqqı ilə saxlanılır və həyat keyfiyyətləri yüksək səviyyədədir, bu durumda uşaqların hüquq bərabərliyi pozulur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)-5538/2024 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən, məruzəçi), V.N.Sadıqov və S.X.Bəh rəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(001)-3562/2024 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən - “X10 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilməklə, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)7415/2018 saylı qətnaməsinə əsasən X10 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat məbləğində əlavə xərc artırılaraq 200 manat müəyyən edilmiş və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ve rilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi, ilk olaraq iddia tələbinin qismən təmin edilənalimentin artırılması hissəsinə münasibətdə qeyd etmişdir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin müzakirə edilən hissəsi- qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Eyni z amanda ölkədə, 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat müəyyən edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulan alimentin miqdarını 235 manat məbləğdə müəyyən etməkdə haqlı olmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, sabit pul məbləğində müəyyən edilən alimentin miqdarı uşaqlar üçün həmin dövrün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum tələbatlarının tam təmin edilməsinə yönəlmiş hüquqi tədbirdir. Bu baxımdan birinci instansiya məhkəməsi uşağın mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin t ərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment məbləğini hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir. Bu hissə üzrə apellyasiya şikayətinin dəlilləri göstərilən hissədə əsassız olmuşdur. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

20. Ona görə apellyasiya instansiyası məhkəməsi, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal sa xlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

21. Lakin, birinci instansiya məhkəməsi iddia tələbini “X10 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

22. Belə ki, birinci instansiya məhkəməsi, iddia tələbini həmin hissədə rədd etməklə qeyd etmişdir ki, iddiaçı cavabdehin həmin 1.000 manat alimenti ödəmək üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin faktik i hallarından isə görünür ki, Bakı Şəhəri, Binəqədi Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-7415/2018 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulub, aliment məsələsi həll edildikdən sonra qeyd olunan əmlaklara dair cavabdehin adına atası X6 ölümü ilə əlaqədar miras qalmış əmlaklara dair “Vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmiş, xx.xx.2022-ci il tarixdə cavabdeh ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə on məxsus 1/3 hissəsini (1393 kv.metr hissəsini) xx.xx.2021-ci il tarixdən arvadı X8 bağışlamış, qeyd edilən hissə xx.xx.2022-ci il tarixdə sonuncunun adına 1/3 hissədə qeydiyyatdan keçmişdir. İşin göstərilən halının mövcudluğu belə, həmin əmlakdan gələn gəlirin hər bir halda cavabdehin ailə təsərrüfatın a xərclənməsinə, başqa sözlə, əldə edilən gəlirə cavabdehin də aidiyyətinin olmasına sual doğurmur. Belə olan halda da qeyd edilənlər cavabdehin maddi vəziyyətində dəyişiklik olması qənaətinə gəlməyə tam əsas verir. Bununla yanaşı iş materiallarından mübahisəsiz olaraq müəyyən edilmişdir ki, X16 f84.0 “uşaq autizmi, kanner sindromu, f72.1 ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, f80.0 nitq və davranış pozuntuları” xəstəliklərindən əziyyət çəkir. Həmçinin hazırda X16 müddətsiz İ qrup əlildir.

23. Gömtərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X10 ağır xəstəliyi, müddətsiz əlil olması, müstəqil hərəkət edə bilməməsi, kənar şəxslərin köməyinə ehtiyacının olması və daimi müalicəyə ehtiyacı olmaqla müalicə alması işin mübahisəsiz hal larıdır. Qeyd edilənlərin fonunda uşağın müalicə alması ilə əlaqədar olaraq müəyyən xərclərin çəkilməsi faktının zəruri olması da mübahisəsizdir.

24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin maddi vəziyyətində işin göstərilən halları baxımından dəyişiklik olmasını nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbi X10 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməklə, həmin məbləğ 200 manat müəyyən edilməlidir.

25. Bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi həm də nəzərə almışdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və iddiaçı, hazır kı tələbində aliment və əlavə xərcin 2.000 manat olmasını göstərərkən bunu keçən dövrdə qiymətlərin 3 dəfə artması ilə əsaslandırmışdır. Halbuki iddiaçının izahatına görə hazırda uşaq İ qrup əlil olması ilə əlaqədar 470 manat pensiya, 100 manat uşağa baxmağa görə, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən 235 manat aliment və hazırkı qətnamə ilə də əlavə xərclər kimi 200 manat hesablandıqda, bu ümumilikdə 1005 manat təşkil edir. Göründüyü kimi, iddia tələbinin göstərilən hissəsində, yəni X10 xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsi və uşaq sağalanadək hər ay cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslı olmuşdur.

26. İddiaçının mülki prosessual normaların pozularaq ali mentin hesablanmasının, onun mediasiya təşkilatına müraciət etdiyi tarixdən deyil, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı olmasına dair dəlili ilə razılaşmayaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bununla belə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/16 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasına dair birinci i nstansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü, Ailə Məcəlləsinin 49.1, 55.1, 56.1, 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 85.1, 85.1.1, 112.1-ci, “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/16 saylı Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qebul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin rəsmi nikaha daxil olduğu arvadının adına bağışladığı ticarət mərkəzindəki payından da gəlirlər əldə etdiyini və bir növ gəlirlərini gizlətmək üçün bu obyekti qəsdən arvadına bağışladığını bildiyi halda, iddiaçı tərəfindən təqdim olunan sübutlara əhəmiyyət verməmişdir. Belə ki, cavabdehin adına atası X6 ölümü ilə əlaqədar miras qalmış əmlaklara dair “Vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verilm iş və xx.xx.2022-ci il tarixdə cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 4179 kv.metr olan qeyriyaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus 1/3 hissəsini (1393 kv.metr hissəsini) xx.xx.2021-ci il tarixdən arvadı olan X8 bağışlamış, qeyd edilən hissə xx.xx.2022-ci il tarixdə sonuncunun adına 1/3 hissədə qeydiyyatdan keçmişdir. 2018-ci ildən uşağın alimenti cavabdeh tərəfindən həmin obyektdən gələn gəlir hesabına ödənilirdi. Yəni cavabdeh bir növ gözdən pərdə asmaq, sosial yükdən azad olmaq məqsədilə bu obyekti rəsmi nikaha daxil olduğu arvadının adına bağışlamaqla gəlirlərini gizlətmək məqsədi daşıyır. Buna səbəb isə cavabdehin X14 öz övladı kimi qəbul etməməsidir və onun İ qrup əlil olması, xüsusi qayğı və müalicəyə ehtiyacının olmasını və bu məqsədlə övladının səhhəti ilə bağlı çəkilən xərcləri qarşılamaq istəmir, öz övladını varisi kimi qəbul etmir. X10 ağır xəstəliyi, müddətsiz əlil (İ qrup) olması, müstəqil hərəkət edə bilməməsi, kənar şəxslərin köməyinə ehtiyac olması və daimi müalicə alması işin mübahisəsiz halları ilə müəyyən edilmişdir. Qeyd edilənlərin fonunda onun müalicə alması ilə əlaqədar olaraq müəyyən xərclərin çəkilməsi faktının zəruri olması da mübahisəsizdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin göstərilən halının mövcudluğu belə, həmin əmlakdan gələn gəlirin hər bir halda cavabdehin ailə təsərrüfatına xərclənməsinə, başqa sözlə, əldə edilən gəlirə cavabdehin də aidiyyətinin olmasına sual doğurmur. Belə olan halda, qeyd edilənlər cavabdehin maddi vəziyyətində dəyişiklik olması qənaətinə gəlməyə tam əsas verir. Məhkəmə kol legiyası bu halı qətnamədə göstərmiş olsa da, müşavirə otağında qərar qəbul edərkən göstərilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin maddi durumunu və mülkiyyətində olan əmlaklara dair müvafiq sorğular göndərmədən şifahi mülazilərə əsaslanmaqla 200 manat əlavə xərc və 235 manat sabit pul məbləğində 2024-cü il üçün minimum aliment təyin etməklə kifayətlənmişdir. İddia ərizəsinə əlavə edilən xəstəlik sənədlərinə, vəsatətə münasibət bildirilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. İddiaçı artıq neçə illərdir ki, çalışmır, çünki övladı X14 nəzarətsiz buraxa bilmir və onun daimi qulluğa və müalicəyə ehtiyacı vardır. Psixoloji və nitq inkişaf mərkəzi tərəfindən verilmiş təsdiq blankında, X19 Mərkəzi tərəfindən verilmiş müvafiq arayışl arda, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yazısı qeyd olunmuş həkim reseptlərindəki dərmanların psixatrop dərmanlar olduğunun və onların qiymətlərinin orta bazar qiyməti ilə bahalı olduğunu nəzərə alaraq iddiaçı tərəfindən övladının müalicəsi üçün aylıq 2.000 manata yaxın pulun xərcləndiyini bildirilmişdir. Məhkəmə kollegiyası iddiaçının cavabdehdən aliment və əlavə xərc tələb etməsini izah edərkən uşağın İ qrup əlil olduğu üçün 470 manat pensiya, 235 manat aliment əlavə xərc kimi 200 manat aldığını əsas gətirərək ümümlikdə 1.005 manat ödəniş aldığını əsas gətirərək iddia tələbini təmin etməmişdir. İddiaçı tərəfindən kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim olunsa da məhkəmə kollegiyası bu halı nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

32. Maddə 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

33. Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

34. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

35. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

36. Maddə 75.4. Valideynlər uşaql arını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

37. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilm əli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

38. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

39. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası m üəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

40. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

41. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

42. Maddə 85.1 və 85.1.1. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

43. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

44. Maddə

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

45. Maddə

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüqu q və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81 maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarı 46. “...Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və s) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. M addə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. İddiaçının kassasiya şikayəti iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsində icraat

58. Kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

59. Əvvəla, apellyasiya instansiyası məhkəməsi qətnamənin təsviri, əsaslandır ıcı hissələrində, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla iddianın təmin olunmayan hissələrində yoxladığını qeyd etdiyi halda, qətnamənin nəticə hissəsində iddianın rədd olunan hissələrində hansı nəticəyə gəldiyini göstərməməklə MPM-in 220.5, 392.1.6-ci maddələrinin tələblərini pozub. Halbuki, sözügedən normaların mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi...göstərilmələdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri göstərilməlidir.

60. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı tələbləriməhkəmə qətna məsi ilə cavabdehdən 20 sentyabr 2008-ci il tarixdə doğulmuş X10 yetinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 154 manat alimentin miqdarının dəyişdirilərək 1.000 manat, habelə uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən uşaq sağalanadək hər ay tutulan 100 manat əlavə xərcin artırılaraq 1.000 manat müəyyən edilməsindən ibarətdir.

61. Apellyasiya instansiyası məhkəməsi, məhkəmə tərəfindən alimentin miqadarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmasını nəzərə alıb, iddiaçının tələbi ilə alimentin müəyyən olunmuş 154 manat miqdarının dəyişdirilərək 235 manat müəyyən etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

62. Belə ki, iddianın bu hissədə əsaslı olub-olma dığını araşdırmaq üçün ilk növbədə Ailə Məcəllənin 112.1-ci maddəsinin dispazisiya şərtləri nəzərdən keçirilməlidir.

63. Normanın mənasına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişikiliklərin baş verməsi təşkil edir.

64. Tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən şəxslərin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür.

65. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə- onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur.

66. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Ailment ödəyən şəxsi n gəlirləri azaldıqda, o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir.

67. Göründüyü kimi, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxılarkən, məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hansı dəyişikliklərin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

68. Apellyasiya instansiyası məhkəməsi, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin normanın təfsirində səhvə yol verib.

69. İşdən görünür ki, Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 0 1 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 154 manat müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyəti ağırlaşıb, cavabdehin isə əksinə maddi vəziyyəti yaxşılaşıb. Belə ki, alimentin miqdarının müəyyən olunmasından artıq 6 il keçib və bu müddət ərizində iddiaçının himayəsində yaşayan 20 sentyabr 2008-ci il tarixdə doğlumuş Cavabdeh maddi xərcləri, ehtiyacları kəskin şəkildə artıb. Ona 2022-ci ildən İİ qrup, 2023-cü ildən isə İ qrup əlillik dərəcəsi verilib və onun artıq başqasının köməyinə ehtiyacı vardır. Bu səbəbdən də iddiaçı işləmir və o, bütün gününü övladına qulluq etməklə məşğuldur.

70. Cavabdehin isə əmlak, maddi vəziyyəti yaxşıya doğru dəyişib, yəni məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra vərəsəlik qaydasında ünvan 1 ünvanda yerləşən, ümum i sahəsi 4179 kv.metr olan qeyri-yaşayış binasının 1/3 hissəsi, habelə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,11 ha torpaq sahəsinin 1/3 hissəsi onun mülkiyyətinə keçib.

71. Bundan başqa, iddiaçının izahatına, apellyasiya və kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh sözügedən ticarət obyektinin özünə aid olan hissəsini bağışlama müqaviləsinə əsasən arvadı Sevinc Rüstəmovanın adına keçirsə də, həmin ticarət obyektindən o, hər ay 50.000-60.000 manat civarında qazanc əldə edir.

72. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin bu dəlilləri, habelə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ailə vəziyyətlərində hansı dəyişikliklərin baş verdiyini tam, hərtərəfli və obyektiv araşdırmadan, iddiaçının tələbi ilə aliment in miqdarının dəyişdirilməsi üçün əsasların olubolmadığını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarının yetərli olmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına imkan verib-vermədiyini yoxlamadan, başqa sözlə cavabdehin real maddi, əmlak vəziyyətini, vergi ödəyicisi olub-olmadığını və sair araşdırmadan, yalnız 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat olmasını əsas tutub, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

73. Daha sonra, işdən görünür ki, tərəflərin birgə nikahından 20 sentyabr 2008-ci il tarixdə doğulmuş X16 “autizm, kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları” və sair xəstəliklərdən əziyyət çəkir və o, İ qrup əlil olmaqla, əmək qabiliyyətsizdir və orqanizm funksiyasının 85 faizini itirib və onun başqasının köməyinə ehtiyacı vardır.

74. Qeyd olunan hallar Həkim Psixiatr Komissiyasının 24 iyul 2023-cü il tarixli rəyi və işə əlavə edilmiş digər sübutlarla da təsdiq olunur.

75. Habelə iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətinin dəlillərindən, o cümlədən iddiaçının özünün izahatından görünür ki, o, övladının xəstəliyi ilə bağlı işləyə bilmir və digər başqa qazancı yoxdur. Eyni zamanda, 28 may 2024-cü il tarixdə o, övladının xəstəliyi ilə bağlı “X15 Mərkəzinə müraciət edib və orada övladına “autizim, qorxu, emosional ləngimə” diaqnozu qoyulub və diaqnoza uyğun olaraq övladının reablitasiyası üçün müəyyən xərclər hesablanıb. Bu hal Mərkəzin işə əlavə edilmiş arayışı ilə də təsdiq olunur.

76. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulub.

77. Həmin Məcəllənin 81.1-ci maddəsində göstərilir ki, alimentin tutulması barədə saziş olmadıqda və sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və s) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

78. Göründüyü kimi qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəz ifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

79. Sözügedən normanın mənasına görə, validenlərin uşaqlara görə verməli olduğu əlavə xərclərin miqdarı konkret haldan asılıdır. Yəni, Ailə Məcəlləsinin 81.2-ci maddəsi müəyyən edir ki, məhkəmə bu zaman valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almalıdır.

80. Qeyd edilməlidir ki, məhkəmə, valideynləri uşaqlara görə nəinki faktiki çəkilən xər clərdə iştiraka, habelə gələcəkdə zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri möhtəbər sübutlarla əsaslandırmaq öhdəliyi daşıyır.

81. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının uşağın İ qrup əlilliyinə 470 manat pensiya, uşağa baxmağa görə 100 manat ödənc almasını, habelə qətnamə ilə müəyyən ediləcək 235 manat alimenti və əlavə xərclərə görə 200 manat olmaqla, cəmi 1005 manat vəsaiti alacağını əsas tutub iddianı bu hissədə qismən təmin edərkən, cavabdehdən iddiaçının xeyrinə tutulacaq 200 manat əlavə xərcin, işin konkret hallarına, tərəflərin ailə və maddi vəziyyətlərinə, habelə “autizm, kanner sindromu, ağır kəmağıllıq, ciddi nitq və davranış pozuntuları” xəstəliyindən əziyyət çəkən uşağın mənafeyinə, eləcə də tərəflərin diqqətəlayiq başqa maraqlarına uyğun olub-olmadığını və bu xəstəliklərdən əziyyət çəkən uşaqlara dövlət tibb müəssisələrində həqiqətən pulsuz xidmətlərin göstərilibgöstərilmədiyini, sözügedən xəstəliklərin həmin tibb müəssisələrində tam müalicəsinin mümkün olub-olmadığını, başqa sözlə cavabdehin aylıq qazancını və başqa gəlirlərini tam, hərtərəfli və obyektiv araşdırmadan, ondan iddiaçının xeyrinə əlavə xərcə görə tutulacaq 200 manat vəsaiti yetərli hesab etmişdir.

82. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəs ində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq edilməli və aidiyyət qaydalarının pozulmasına yol verilməməlidir.

83. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı Qərarında da ifadə olunub.

84. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

85. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin e dilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(10 3)-5538/2024 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar