Məhkəmə qərarları › İş №2(102)-4331/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4331/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4331/2020 13.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, nümayəndəsi və vəkili X3, Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və onların vəkili X10 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia qaldıraraq, Cavabdeh1 iddiaçıya xx.xx.2015-ci il tarixli əlavə əsasında verilmiş kredit üzrə xx.xx.2017-ci il tarixə 367.926,64 ABŞ dolları əsas kredit borcu, 66.634,75 ABŞ dolları faiz borcu, 140.374,96 ABŞ dolları cərimə olmaqla, cəmi 574.936,35 ABŞ dolları məbəğində borcun və ödənilmiş 30.00 manat dövlət rüsumunun ödənilməsi; Cavabdeh1 "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli ərizə əsasında verilmiş kredit üzrə 9.992,81 avro əsas kredit borcu, 506,62 avro faiz borcu, cəmi 10.499,43 avro məbəğində borcun ödənilməsi; Cavabdeh1 "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli ərizə əsasında verilmiş kredit üzrə 4.942,79 ABŞ dolları əsas kredit borcu, 250,04 ABŞ dolları faiz borcu olmaq la, cəmi 5.193,19 ABŞ dolları məbəğində borcun ödənilməsi; Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizə əsasında verilmiş kredit üzrə 4.861,22 ABŞ dolları əsas kredit borcu, 246,61 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.107,83 ABŞ dolları məbəğində borcun ödənilməsi; Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.) 69 saylı mənzilə; Cavabdeh1 məxsus olan xində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evinə; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinə (mağaza); Cavabdeh4 məxsus olan xünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilə; Cavabdeh2 məxsus olan xi ndə, 0.1136 ha torpaq sahəsində yerləşən 49 a saylı bağ evinə tutma yönəldilməsi, əmlakların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 "İddiaçı" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi; Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.) 69 saylı mənzilə; Cavabdeh1 məxsus olan xində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evinə; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinə (mağaza); Cavabdeh4 məxsus olan xünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilə; Cavabde h2 məxsus olan xində, 0.1136 ha torpaq sahəsində yerləşən 49 a saylı bağ evinə tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ən geci bir ay ərzində boşaldılması; ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-156/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 366.204,02 (üç yüz altmış altı min iki yüz dörd dollar 02 sent) ABŞ dolları əsas, 62.151,12 (altmış iki min yüz əlli bir dollar 12 sent) ABŞ dolları faiz, 40.000 (qırx min) ABŞ dolları faiz borcu olmaqla, cəmi 468.355,14 (dörd yüz altmış səkkiz üç yüz əlli beş dollar 14 sent) ABŞ dolları məbləində borc; 9.992,81 (doqquz min doqquz yüz doxsan iki avro 81 avrosent) avro əsas kredit borcu, 506,62 (beş yüz altı avro 62 avrosent) avro faiz borcu, cəmi 10.499,43 (on min dörd yüz doxsan doqquz avro 43 avrosent) avro məbəğində borc; 4.942,79 (dörd min doqquz yüz qırx iki dollar 79 sent) ABŞ dolları əsas kredit borcu, 250,04 (iki yüz əlli dollar 04 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.193,19 (beş min yüz doxsan üç dollar 19 sent) ABŞ dolları məbəğində borc; 4.861,22 (döörd min səkkiz yüz altmış bir dollar 22 sent) ABŞ dolları əsas kredit borcu, 246,61 (iki yüz qırx altı dollar 61 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.107,83 (beş min yüz yeddi dollar 83 sent) ABŞ dolları məbəğində pul ödəniş vaxtı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən, 2 otaqlı (ümumi sahəsi 51.8 kv.m, yaşayış sahəsi 31.7 kv.m, yardımçı sahəsi 20.1 kv.m.), 69 saylı mənzilə; (85.000 manatla yüklü edilib) ilkin satış qiyməti 64.000 (altmış dörd min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus xində, 0.12 ha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evinə; (60.000 manatla yüklü edilib) ilkin satış qiyməti 75.000 (yetmiş beş min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 81 A ünvanında yerləşən, ümumi sahəsi 35.4 kv.m. olan 28 və 29 saylı qeyri-yaşayış sahəsinə (mağaza); ilkin satış qiyməti 270.000 (iki yüz yetmiş min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus xünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilə; ilkin satış qiyməti 37.000 (otuz yeddi min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus xində, 0.1136 ha torpaq sahəsində yerləşən 49a saylı bağ evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cava bdeh4 qaytarılması, ipoteka predmeti olan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər həmin mənzillərdən (əmlaklardan) çıxmazsa, onların məcburi qaydada çıxarılmaları, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 manat Cavabdeh1 dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin “ilkin satış qiyməti 270.000.00 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh4 məxsus xünvanında yerləşən 4 otaqlı, ümumi sahəsi 203.25 kv.m. olan 44 saylı mənzilə yönəldilsin” hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin “ilkin satış qiyməti 37.000.00 manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus xinə 0,1136 ha torpaq sahəsində yerləşən 49a saylı bağ evinə yonəldilsin” hissəsində ləğv edərək, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bununla belə, İddiaçı ASC-nin nümayəndəsi X4, ba nkın nümayəndəsi və vəkili X5, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, onların vəkili X6, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh6 öz aralarında barışığa gəlmələri barədə ərizə verərək, bağladıqları xx.xx.2020-ci il tarixli barışıq sazişinə əsasən işin ictraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən görünür ki, tərəflər iş üzrə aşağıdakı şərtlərlə razılığa gəlmişlər: “1. Tərəflər AR Ali Məhkəməsi MK-nin icraatında olan xnömrəli mülki iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.

2. Tərəflər təsdiq edir ki, bu sazişin imzalandığı tarixə Cavabdeh1 iddiaçıya olan ümumi borcunun məbləği 478656,16 USD (dörd yüz yetmiş səkkiz min altı yüz əlli altı ABŞ dolları 16 sent) və 104 99,43 EUR (on min dörd yüz doxsan doqquz avro 43 sent) təşkil edir.

3. Cavabdeh1 bu sazişin imzalandığı tarixdə iddiaçıya olan borcunun qismən ödənilməsi hesabına 190000 (bir yüz doxsan min) manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh1 bu sazişin imzalandığı tarixdən 10 (on) təqvim günü ərzində 130000 (bir yüz otuz min) manat pulu borcunun qismən qaytarılması hesabına iddiaçıya ödəməlidir.

5. Cavabdeh1 bu sazişin 4-cü bəndində göstərilən öhdəliyini vaxtında və tam icra etdiyi halda iddiaçı cavabdehin borcunun təminatı kimi aşağıda göstərilən ipotekaların dövlət qeydiyyatının ləğvi üçün daşınmaz əmlakın dövlət reyestrinə yazılı müraciət etməyi öhdəsinə götürür: 5.1 Cavabdeh1 mülkiyyətində olan xha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi; 5.2 Cavabdeh2 mülkiyyətində olan xində 0,1136 ha torpaq sahəsində yerləşən 49a nömrəli bağ evi; 5.3 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 81A ünvanında yerləşən 28 və 29 saylı qeyri-yaşayış sahəsi (mağaza).

6. Cavabdeh1 2020-ci ilin sentyabr ayından başlayaraq 10 (on) təqvim ayı müddətində, hər təqvim ayının sonuncu iş günündən gec olmayaraq 10000 (on min) manat olmaqla, cəmi 100000 (bir yüz min) manat pulu borcunun qismən qaytarılması hesabına iddiaçıya ödəməlidir.

7. Cavabdeh1 bu Sazişin 6-cı bəndində göstərilən öhdəliyini vaxtında və tam icra etdiyi halda iddiaçı borcun qalan hissəsi üzrə tələbdən imtina etməyi və borcun təminatı olan digər ipotekaların ( x) dövlət qeydiyyatının ləğvi üçün daşınmaz əmlakın dövlət reyestrinə yazılı müraciət etməyi öhdəsinə götürür.

8. Cavabdeh1 bu Sa zişin 4-cü və (və ya) 6-cı bəndində göstərilən öhdəliyi vaxtında və tam icra etmədikdə Sazişin 2-ci bəndində göstərilən borcun qalığı məbləğində tələb üzrə həmin borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş aşağıdakı əmlaklar bu Sazişlə müəyyən olunmuş ilkin satış qiyməti ilə hərracda satılacaq və satışdan əldə olunan pul vəsaiti sazişin 2-ci bəndində göstərilən borcun qalıq hissəsinin ödənilməsinə yönəldiləcək: 8.1 Cavabdeh1 mülkiyyətində olan xha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi ilkin satış qiyməti 64000 (altmış dörd min) manat; 8.2 Cavabdeh2 mülkiyyətində olan xində 0,1136 ha torpaq sahəsində yerləşən 49a nömrəli bağ evi - ilkin satış qiyməti 37000 (otuz yeddi min) manat; 8.3 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 81A ünvanında yerləşə n 28 və 29 saylı qeyri-yaşayış sahəsi (mağaza) - ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat; 8.4 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 13 nömrəli evin 69 nömrəli mənzili - ilkin satış qiyməti 80000 (səksən min) manat; 8.5 Cavabdeh4 mülkiyyətində olan xnömrəli mənzili - ilkin satış qiyməti 270000 (iki yüz yetmiş min) manat.

9. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.” Tərəflər imzaları ilə təsdiqlədikləri sazişdə bəyan etmişlər ki, sazişin şərtlər onlara tam aydındır və həmin şərtlər onların həqiqi iradəsini ifadə edir. Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, ey ni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X4, bankın nümayəndəsi və vəkili X5, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və onların vəkili X1 təsdiq edilməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Beləliklə, tərəflər mübahisəni barışıqla həll edərək, işin icraatına xitam verilməsi barədə ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim olunmuşdur, barışıq sazişi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məh kəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 417.1.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış:

1. Tərəflər AR Ali Məhkəməsi MK-nin icraatında olan xnömrəli mülki iş üzrə məhkəmə mübahisəsini aşağıdakı bəndlərdə göstərilən qaydada barışıq sazişi ilə tamamlamağı öhdələrinə götürürlər.

2. Tərəflər təsdiq edir ki, bu sazişin imzalandığı tarixə Cavabdeh1 iddiaçıya olan ümumi borcunun məbləği 478656,16 USD (dörd yüz yetmiş səkkiz min altı yüz əlli altı ABŞ dolları 16 sent) və 10499,43 EUR (on min dörd yüz doxsan doqquz avro 43 sent) təşkil edir.

3. Cavabdeh1 bu sazişin imzalandığı tarixdə iddiaçıya olan borcunun qismən ödənilməsi hesabına 190000 (bir yüz doxsan min) manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. Cavabdeh1 bu sazişin imzalandığı tarixdən 10 (on) təqvim günü ərzində 130000 (bir yüz otuz min) manat pulu borcunun qismən qaytarılması hesabına iddiaçıya ödəməlidir.

5. Cavabdeh1 bu sazişin 4-cü bəndində göstərilən öhdəliyini vaxtında və tam icra etdiyi halda iddiaçı cavabdehin borcunun təminatı kimi aşağıda göstərilən ipoteka ların dövlət qeydiyyatının ləğvi üçün daşınmaz əmlakın dövlət reyestrinə yazılı müraciət etməyi öhdəsinə götürür: 5.1 Cavabdeh1 mülkiyyətində olan xha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi; 5.2 Cavabdeh2 mülkiyyətində olan xində 0,1136 ha torpaq sahəsində yerləşən 49a nömrəli bağ evi; 5.3 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 81A ünvanında yerləşən 28 və 29 saylı qeyri-yaşayış sahəsi (mağaza).

6. Cavabdeh1 2020-ci ilin sentyabr ayından başlayaraq 10 (on) təqvim ayı müddətində, hər təqvim ayının sonuncu iş günündən gec olmayaraq 10000 (on min) manat olmaqla, cəmi 100000 (bir yüz min) manat pulu borcunun qismən qaytarılması hesabına iddiaçıya ödəməlidir.

7. Cavabdeh1 bu Sazişin 6-cı bəndində göstərilən öhdəliyini vaxtında və tam icra etdiyi halda i ddiaçı borcun qalan hissəsi üzrə tələbdən imtina etməyi və borcun təminatı olan digər ipotekaların ( x) dövlət qeydiyyatının ləğvi üçün daşınmaz əmlakın dövlət reyestrinə yazılı müraciət etməyi öhdəsinə götürür.

8. Cavabdeh1 bu Sazişin 4-cü və (və ya) 6-cı bəndində göstərilən öhdəliyi vaxtında və tam icra etmədikdə Sazişin 2-ci bəndində göstərilən borcun qalığı məbləğində tələb üzrə həmin borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş aşağıdakı əmlaklar bu Sazişlə müəyyən olunmuş ilkin satış qiyməti ilə hərracda satılacaq və satışdan əldə olunan pul vəsaiti sazişin 2-ci bəndində göstərilən borcun qalıq hissəsinin ödənilməsinə yönəldiləcək: 8.1 Cavabdeh1 mülkiyyətində olan xha torpaq sahəsində yerləşən 49 nömrəli bağ evi ilkin satış qiyməti 64000 (altmış dörd min) manat; 8.2 Cavabdeh2 mülki yyətində olan xində 0,1136 ha torpaq sahəsində yerləşən 49a nömrəli bağ evi - ilkin satış qiyməti 37000 (otuz yeddi min) manat; 8.3 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X11 prospekti, 81A ünvanında yerləşən 28 və 29 saylı qeyri-yaşayış sahəsi (mağaza) - ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat; 8.4 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədzadə küçəsi, 13 nömrəli evin 69 nömrəli mənzili - ilkin satış qiyməti 80000 (səksən min) manat; 8.5 Cavabdeh4 mülkiyyətində olan xnömrəli mənzili - ilkin satış qiyməti 270000 (iki yüz yetmiş min) manat.

9. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.”məzmunundakı barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tə rəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar