Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4334/2021 24.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkbdə, İddiaçı1 Cavabdeh1 QSC-yə qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(006)-3636/2021 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 cabadeh “X5” QSC-dən lizinq obyekti HP-40 markalı avtoben pompası almış, lizinq alan Şahin Bayramovun öhdəliklərinə İddiaçı1 zamin durmuşdur. Bir müddət sonra pul ödənişləri ilə bağlı tərəflər arşında mübahisə yarandığından məhkəməyə müraciət olunmuşdur. Mübahisə Binəqədi rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli, 2(001 )-219/15 saylı, Bakı Apellyasiya Mhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(103)1385/2017 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(102)-4907/l7 saylı qətnaməsi ilə yekunlaşmışdır. Məhkəmə qərarları ilə pul məbləğinin tutulması qət edilmiş və qətnamə icra mərhələsindədir. İddiaçı hesab edir ki, lizinq şirkətinə artıq pul vəsaiti ödəmişdir və ona görə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 Cavabdeh1 Q SC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh1 Kompani” QSC-dən (“X5) 35479 ABŞ dolları pul məbləğinin tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 işdə iştirak edən şəxslərin subyektiv tərkibini -iddiaçının fərdi səhibkar statusu almış vergi ödəyicisi, eləcə də təmsil etdiyi qurumun yəni cavabdehin hüquqi şəxs olması, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi.
4. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2(006)3636/2021 saylı qərardadı İddiaçı1 Cav abdeh1 QSC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olur, müqavilənin predmetini isə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lizinq obyekti olan HP-40 markalı avtoben pompası təşkil edir.
6. Birinci instansiya məhkəməsi hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2, 26, 31.1, 32.4-cü maddələrinə istinad etmişdir. b) Kassasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normala rın düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
9. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
10. Maddə 26 Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
11. Maddə. 26.1 Sahibkarlıq fəaliyyətinin həyata keçirilmə si ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
12. Maddə. 31.1 Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Birinci instansiya məhkəməsi vəsatəti təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2, 26, 31.1, 32.4-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, hazırkı mübahisə subyektiv tərkibinə, hüquq münasibətlərinin xarakterinə, mübahisənin predmetinə görə iqtisadi mübahisə olduğundan iş düzgün olaraq aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməs inin mövqeyi ilə razılaşır. Beləki, Mülki işin materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatından görünür ki, iddiaçı Səlimov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Həmçinin kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, cavabdeh Cavabdeh1” QSC hüquqi şəxslərin dövlət qeydiyyatı orqanında qeydiyyata alınmışdır. Мüqavilənin predmetini isə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lizinq obyekti olan HP-40 markalı avtoben pompası təşkil edir.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiyası məhkəməsi məhkəmə aidiyyəti ilə bağlı məsələni həll edərkən prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir.
17. Şərh edilənlərə və Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(006)-3636/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.