Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4337/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh İsə oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, səlahiyyətsiz şəxsin müqaviləni imzalamasının hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)432/2022 nömrəli qətnaməsin dən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Balakən rayonunun Talalar kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verilmişdir. 2. 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2 özünə və yazılı razılıqlarına əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Balakən rayonunun Talalar kəndində yerləşən ümumi sahəsi 1,10 ha əkin məqsədli istifadə növlü torpaq sahəsinin 1,0479 ha hissəsi 1500 manata Cavabdeh İsə oğluna satmışdır. Həmin t orpaq sahəsi üzərində Cavabdeh İsə oğlunun mülkiyyət hüququ 15 mart 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh İsə oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Dövlət Notariat Kontorunda bağlanmış AN-İ № ******* saylı, 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 mart 2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın ləğv olunması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh İsə oğluna qarşı sonuncunun Balakən rayonunun Talalar kəndində yerləşən ailə üzvlərinə məxsus 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və həmin iş üzrə araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh torpaq sahəsini Balakən rayon Dövlət notariat Kontorunda bağlanmış 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə almışdır.
5. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 12 noyabr 2021-ci il tarixli rəyinə əsasən mülki işin 247-249-cu vərəqlərində olan 12 may 2012-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 2-ci vərəqində “satıcı X2” qrafasındakı “Süleym anov” yazısı və imza İddiaçı2 tərəfindən imza olunmuşdur.
6. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(019)-28/2021 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia qismən təmin edilərək, 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən - alqı-satqı predmeti olmuş 1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha) - cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsə oğluna satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsə oğluna verilmiş 15 mart 2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən – 1,0479 ha t orpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha) - cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsə oğlunun adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 28.1, 28.2, 139.1, 139.3, 140, 141.1, 141.2, 141.3, 144.1, 144.2, 144.2-1, 144.3, 144.5, 146.1, 146.2, 146.8, 149.2, 152.1, 213.1, 213.2, 214.1, 215.4-215.6, 220.1, 220.2, 220.3, 220.4, 221, 222.1, 222.2, 222.3, 222.4, 223.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339, 340, 347.1, 347.2, 352, 354.1, 354.2, 567-ci ma ddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 4.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il tarixli, F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli, M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti ilə 27 avqust 2012-ci il tarixli Qərarlarına istinad edərək müəyyən etmişdir ki, İddiaçı1 və İddiaçı3 1,0479 ha torpaq sahəsinin alqı-satqısına razılıq verməmiş, notariat qaydada bu müqavilə bağlanarkən onlar dəvət edilməmiş, onlardan yazılı və ya şifahi razılıq alınmamış, onların buna münasibəti belə müəyyən edilməmişdir. Sözügedən torpaq sahəsini almış Cavabdeh İsə oğlu iddiaçılar kimi Balakən rayonu Talalar kəndində yaşayır və iddia çıları tanıyır. Alqı-satqı notariat orqanında İddiaçı2 və Cavabdeh İsə oğlunun iştirakı ilə Dövlət Aktı əsasında həyata keçirilmişdir. X6 isə alqı-satqının predmeti olan 1.0479 ha torpaq sahəsinin daxil olduğu 1,10 ha torpaq sahəsinin X2, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətində olduğu qeyd edilmişdir. Belə olan halda Cavabdeh İsə oğlu həmin 1,10 ha torpaq sahəsinə daxil olan 1,0479 ha torpaq sahəsinin JN 258 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna X7 əsasən X1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi mülkiyyətinə verildiyini, həmin torpaq sahəsi ilə bağlı 12 may 2012-ci il tarixli alqısatqı müqaviləsinin X1 əvəzinə buna müvafiq etibarnaməsi olmadan İddiaçı2 tərəfindən imzalandığını, bu zaman ümumi mülkiyyətin digər subyektlərinin - X1, İddiaçı1 və İddiaçı3 notariat orqanında i ştirak etmədiklərini, bu alqı-satqı müqaviləsinin bağlanmasına onların şifahi və ya yazılı qaydada razılığının olmadığını və İddiaçı2 onların adından və onların razılığı ilə belə bir müqaviləni bağlamağa səlahiyyətinin olmadığını bilmiş və ya ən azından bilməli idi. Qeyd olunanlar İddiaçı1 və İddiaçı3 torpaq paylarına münasibətdə 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsinin qanunsuz və əsassız bağlandığı göstərir. X2 12 may 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsə oğluna verilmiş 15 mart 2013-cü il tarixli çıxarışı 1,0479 ha torpaq sahəsinin özünə çatan 1/4 hissəsi üzrə mübahisələndirməmiş, öz torpaq payına münasibətdə həmin müqavi lənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi barədə iddia tələbi irəli sürməmişdir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 isə X1 adından 1,0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları yoxdur.
8. Həmçinin məhkəmə qeyd etmişdir ki, İddiaçı2 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamış, 1,0479 ha torpaq sahəsindən ona düşən payın (1/4 hissə) Cavabdeh İsə oğluna satılması barədə öz iradə ifadəsini həyata keçirmiş, həmin pay üzərində sərəncam verməklə öz mülkiyyət hüquqlarını reallaşdırmış və alqı-satqı müqabilində Cavabdeh 1500 ma nat pul almışdır.
9. Məhkəmə Cavabdeh İsə oğlunun hazırki iddia tələbi üzrə iddia müddətinin ötürülməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 və 375-ci maddələrini rəhbər tutaraq, hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək, Mülki Məcəllənin 354.1, 377.1, 384.0.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, həmin ərizə əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçılar, o cümlədən İddiaçı1 və İddiaçı3 mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçisi olmuşlar və onların hazırki iddia tələbləri onların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələblərdir ki, qanuna görə də belə tələblərə də iddia müddəti şamil edilmir. Digər tərəfdən, işdə iddiaçıların iddia və ya kəsici müddətin ötürülməsi barədə heç bir sübut yoxdur və cavabdeh də belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 12 may 2012-ci il tarixli alqı-satqı müqaviləsindən və sözügedən çıxarışdan məhkəməyə müraciət edilən vaxt xəbər tutduqlarını bildirmiş və bu hal iş üzrə cavabdeh tərəfindən təkzib olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh İsə oğlu apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(019)-28/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Həmçinin iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(019)-28/2021 nömrə li qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) iddiaçıların apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Balakən Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(019)-28/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən - alqı-satqı predmeti olmuş 1,0479 ha torpaq sahəs inin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha) - cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsə oğluna satılması hissəsində etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh İsə oğluna verilmiş 15 mart 2013-cü il tarixli **********97 reyestr nömrəli çıxarışın qismən – 1,0479 ha torpaq sahəsinin İddiaçı1 payına düşən 1/4 hissəsinin (0,261975 ha) və İddiaçı3 payına düşən 1/4 hissəsinin (0,261975 ha) - cəmi 0,52395 ha torpaq sahəsinin Cavabdeh İsə oğlunun adına mülkiyyət hüququ üzrə qeydə alınması hissəsində ləğv edilməsinə aid təmin olunmuş hissədə də rədd edilməsi, qətnamənin iddianın təmin olunmamış mübahisələndirilən hissəsi ndə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar 8 il öncə bağlanmış torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin həmin müqavilənin bağlanmasında iddiaçılardan biri olmuş İddiaçı2 şəxsən iştirak etdiyi və həmin müqaviləni təsdiq etdiyi birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı tam sübuta yetirilmişdir. Həmçinin, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 X1 adından 1,0479 ha torpaq sahəsinin ona düşən payı üzrə (1/4 hissə) 12 may 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 mart 2013-cü il tarixli **********97 reyestr n ömrəli çıxarışın ləğv barədə iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqlarının olmaması da sübuta yetirilmişdir. Çünki, X2 iddiaçılara bununla bağlı etibarnamə verməmiş və ya qanunla nəzərdə tutulmuş başqa qaydada onlara bu subyektiv hüququ verməmişdir.
14. Bütün bunlarla yanaşı iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən öncə Balakən Rayon Məhkəməsində 1.10 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə onların hüquqlarının bərpa olunması ilə bağlı qaldırdıqları iddiada torpaq sahəsini 2010-cu ilin sonlarında cavabdehə müvəqqəti istifadəyə verdiklərini göstərdiklərindən, həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçılardan İddiaçı1 və İddiaçı2 verdikləri izahatlarında torpaq sahəsini cavabdehə 5 il müddətinə icarəyə verdiklərini bildirdik lərindən aydın olur ki, onlar bağlanmış alqı-satqı müqaviləsindən məlumatlı olmuşlar. Ən azı həmin müqaviləni iddiaçılardan biri olan İddiaçı2 bağlamışdır. Belə olan halda, iddiaçıların 12 may 2012-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən 31 may 2020-ci ildə məhkəməyə iddia verdikdən sonra məlumat almaları barədə göstərdikləri inandırıcı deyil və işin halları ilə təsdiq olunmur. Ona görə də, iddiaçıların apellyasiya şikayəti təmin edilməməlidir.
15. Cavabdeh İsə oğlunun apellyasiya şikayətində iddiaçıların faktiki olaraq torpaq sahəsinin satılmasından məlumatlı olmaları, İddiaçı2 Siracəddin qızının torpaq sahəsinin alqı-satqısını notarial qaydada rəsmiləşdirməsi, lakin, İddiaçı2 məhkəməyə torpaq sahəsini icarəyə verdiklərini bildirməsi, bu halın iddiaçı ların torpaq sahəsinin satılmasından məlumatlı olmalarını təsdiq etdiyi, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı iclasında verdikləri izahatlarında mübahisəli torpaq sahəsini Cavabdeh İsə oğluna icarəyə verdiklərini göstərmələri, lakin, qətnamədə iddiaçıların izahatlarının göstərilməməsi, nə də ki, qətnamənin əsaslandırma hissəsində həmin izahatlara hüquqi qiymət verilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsində aparılan araşdırmalar zamanı yuxarıda göstərilən qaydada tam sübuta yetirilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllə sinin 354.2-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb etmək hüququnu itirmişlər. Bu isə, alqı-satqı müqaviləsinin etibarlı olmasını təsdiq edir. Etibarlı alqı-satqı müqaviləsinə əsasən verilmiş çıxarışın ləğv edilməsi üçün də əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 329.1, 337.1, 384.0.4-cü, Mülki Prosessual Məcəllənin 9.3, 88-ci maddələri pozulmuşdur. B elə ki, mübahisələndirilən alqı-satqı müqaviləsində tərəflərin iradə ifadəsi, qarşılıqlı razılığı mövcud olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh əmlakı vicdanlı şəkildə əldə etməmiş, torpaq mülkiyyətçilərindən X4 Federasiyasında olduğunu, İddiaçı1 hərbi xidmətdə olduğunu, İddiaçı3 ümumiyyətlə alqı-satqıda iştirak etmədiyini bilmişdir. İddia tələbləri iddiaçıların mülkiyyət hüquqlarının pozuntularının aradan qaldırılması haqqında tələblərdir ki, qanuna görə bu tələblərə iddia müddəti şamil edilmir. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələyə iddia müddətinin şamil edilməsi qənaətinə gəlməklə Mülki Məcəllənin qeyd olunan maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad edərək qərar qəbul etməsi tam ə sassız olmuşdur.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Cavabdeh İsə oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətində hər hansı maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunverici liyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Apellyasiya instansiyası məhkəməsinin qətn aməsi iddiaçılarla bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 144.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin m ülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdi rdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Mə cəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəl i hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddianın İddiaçı1 və İddiaçı3 aid hissədə rədd edilməklə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Qətnamə qalan hissədə qanuni və əsaslı olmuşdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tə rəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
29. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
30. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənziml ənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
31. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, 12 may 2012-ci il tarixli alqısatqı müqaviləsinin predmeti olan torpaq sahəsi 4 nəfərin ümumi mülkiyyətində olsa da, həmin müqavilə bütün mülkiyyətçilərinin adından müvafiq səlahiyyəti olmadan İddiaçı2 tərəfindən imzalanmışdır.
32. Qeyd olunan hal nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 hazırki işdə iddiaçı kimi çıxış etsə də, apellyasiya məhkəməsi əsaslı olaraq müqavilənin həmin iddiaçının iradəsinə uyğun olmasını müəyyən etmiş və iddianın torpaq sahəsinin sonuncunun payına aid hissəsində etiba rsız hesab edilməsi üçün əsaslar olmadığını qeyd etməmişdir. İddiaçının belə tələb irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
33. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, iddiaçıların X1 adından iddia verməyə subyektiv hüquqları olmamış və hazırki halda iddia torpağa dair alqı-satqı müqaviləsinin sonuncunun payına aid hissədə də etibarsız hesab edilə bilməz.
34. Bununla belə, kassasiya məhkəməsi hesab edir ki, iddianın İddiaçı1 və İddiaçı3 aid hissədə rədd edilməsinə dair apellyasiya məhkəməsinin mövqeyi əsaslandırılmamış və bu zaman maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
35. Belə ki, qeyd olunduğu kimi apellyasiya məhkəməsi mövqeyini həmin iddiaçıların alqı-satqı müqaviləsi barədə məlumatlı olmaları və Mülki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutul muş müddətin ötürülməsi ilə əsaslandırmışdır.
36. Halbuki, apellyasiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı3 qeyd olunan müqavilənin mövcudluğundan xəbərdar olmalarını təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Əksinə, aparılmış araşdırmalarla müqavilənin onların əvəzinə anaları tərəfindən imzalanması müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi bağlanmış müqavilənin qeyd olunan iddiaçıların iradəsinə uyğun olması istiqamətində hər hansı araşdırma aparmamışdır.
37. Məhkəmə kollegiyası müqavilənin iddiaçılar İddiaçı1 və İddiaçı3 adından səlahiyyətsiz şəxs tərəfindən imzalansa da, onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir. Lakin apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 357 və 358.2-ci maddələrinə uyğun da əsaslandırmamışdır.
38. Digər tərəfdən məhkəmənin Mü lki Məcəllənin 354.2-ci maddəsinə istinadı düzgün olmamışdır. Belə ki, həmin maddə mübahisələndirilən əqdlərin etibarsızlığı üçün kəsici müddətləri müəyyən etmişdir. Lakin hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı3 müqavilənin bağlanmasına iradə ifadəsinin bildirmələri müəyyən edilmədiyi halda, əqd əhəmiyyətsiz hesab olunmalıdır. Bu zaman isə Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq olunmalıdır ki, həmin maddədə əqdin etibarsızlığına dair tələbi irəli sürülməsi üçün deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında tələbin verilməsi üçün müddətləri müəyyən etmişdir.
39. Belə ki, qanunvericiliklə əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişləri nə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın İddiaçı1 və İddiaçı3 tələblərinin rədd olunması hissəsində iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsas landırılmamış və bununla da, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri pozulmuşdur.
42. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
43. İnsan Hüquqları ü zrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
45. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
46. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kass asiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın iddiaçılar İddiaçı1 və İddiaçı3 aid hissədə rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(107)-432/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.