Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4339/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın ümumi birgə mülkiyyəti, əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-731/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinə dair işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 15 dekabr 2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikahdan 1 övladları – 12.09.2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflərin nikahı Sumqayıt Şəhər Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli, 2(060)7197/2018 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. “Ford Fusion” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) 13 noyabr 2017-ci il tarixdə cavabdehin adına qeydə alınmışdır. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) ilkin olaraq X2 adına qeydiyyata alınmışdır. Cavabdehlə X4 arasında bağ lanmış 26 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncu həmin mənzili ipotekadan azad olunduqdan sonra 68.496 manata cavabdehə satmış, cavabdeh satış məbləğindən 38.500 manatı notariusun bankda açılmış depozit hesabı ilə satıcıya ödəmiş, satış qiymətinin qalan 29.896 manatını alqı-satqı və ipoteka müqaviləsi ilə müəyyən edilmiş əsaslarla ipoteka saxlayan banka ödənilməmiş qalan kredit öhdəliyini yerinə yetirilmə məqsədi ilə ödəməyi, qalan 100 manatı isə 01.12.2040-cı il tarixinə kimi alqı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan 1 ədəd 1.750 manat dəyərində mətbəx mebelinin, 1 ə dəd 150 manat dəyərində “Meqalyuks” markalı qaz peçinin, 1 ədəd 180 manat dəyərində “Meqalyuks” markalı qaz aspiratorun, 1 ədəd 650 manat dəyərində “Arçelik” markalı paltaryuyan maşının, 2 ədəd 240 manat dəyərində jalüzün ona qaytarılması və birgə nikah dövründə aldıqları mübahisəli avtomobilin, habelə mübahisəli mənzilin alınmasına sərf olunmuş 41.740 manat vəsaitin aralarında bölünərək hər iki əmlakdan ona çatası payın ½ hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları pozulduqdan sonra özünə məxsus əmlakların bir qismini 01.04.2018-ci il tarixdə çıxarmışdır. Lakin mətbəx mebelini və üzərində qurulmuş avadanlıqları çıxarmamışdır. Belə ki, cavabdeh ona həmin mebelin və məişət texnikasının dəyərini ödəyə cəyini vəd etmiş, lakin bu günədək ödəməmişdir. Bundan başqa, tələb etdiyi avtomobili də birgə nikah dövründə almışlar, avtomobil cavabdehin adınadır. Mübahisəli mənzili isə cavabdeh 26 oktyabr 2016-cı il tarixli ilkin alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzilin alınmasına əvvəlcə 38.400 manat, daha sonra isə, onlar bir yerdə yaşadıqları müddətdə 3.240 manat ödənilmişdir, bu məqsədlə cəmi 41.740 manat ödəniş edilmişdir. Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında göstərmişdir ki, 2016-cı ilin may ayında əmanət müqaviləsi əsasında anası onun adına 46.000 manat depozitə pul qoymuşdur. Mənzilin alınması üçün ödənilən ilkin 38.400 manat pul da həmin depozitə qoyulmuş məbləğ hesabına ödənilmişdir. Amma mənzil üçün sonradan ödənilən 3.240 manat pul ümumi vəsait hesabına ödənilmişdir və bu səbəbdən 3.240 manatın bərabər şəkildə bölünməsinə etiraz etmir. Evdə olan əşyalarla bağlı cavabdeh bildirmişdir ki, onlar hazırda mənzildədir və iddiaçı istənilən vaxt onları götürə bilər. Avtomobilə görə ödənilmiş 7.500 manat pul da anasına məxsus olmuşdur. Anası həmin məbləği 2017-ci ilin oktyabr ayında gətirib Bakı şəhərində ona vermişdir. Odur ki, həmin əmlak bölünə bilməz. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(015)490/2019 nömrəli iş üzrə 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1 ədəd 1.750 manat dəyərində mətbəx mebelinin, 1 ədəd 150 manat dəyərində “Meqalyuks” markalı qaz peçinin, 1 ədəd 180 manat dəyərində “Meqalyuks” markalı qaz aspiratorun, 1 ədəd 650 manat dəyərində “Arçe lik” markalı paltaryuyan maşının, 2 ədəd 240 manat dəyərində jalüzün özü və ya həmin əmlaklar qətnamə icra olunan vaxt naturada mövcud olmadıqda onların ümumi dəyəri olan 2.970 manat pulun, həmçinin birgə nikah dövründə mübahisəli mənzilin alınmasına sərf olunmuş 38.500 manatın yarısı olan 19.250 manat pulun alınaraq iddiaçıya verilməsi, birgə nikah dövründə cavabdehin adına qeydiyyata alınmış mübahisəli avtomobilə ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehin mülkiyyət hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə görə 38.500 manat birgə nikah dövründə ödənildiyindən, habelə mübahisəli avtomobil birgə nikah dövründə əldə edildiyindən tərəflərin birgə əmlakı hesab olunur və bu səbəbdən onların arasında bölünməlidir. İddiaçıya məxsus mətbəx mebeli və məişət avadanlıqları ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin əmlakların cavabdehdə qaldığı öz təsdiqini tapmışdır. Odur ki, həmin əmlaklar, olmadıqda isə, onların dəyəri iddiaçıya verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 225.1, 225.6-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 33.3, 33.4, 36.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, şikayətini iddia ərizəsinə etirazında göstərdiyi dəlillərlə əsaslandırmışdır. b) Apellyas iya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3765/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və L.Süleymanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni birgə nikah dövründə əldə olunmuş mübahisəli mənzilin alınmasına sərf olunmuş 38.500 manatın yarısı olan 19.250 manat pulun alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandı rmışdır ki, mübahisəli mənzilə görə pul tərəflərin birgə nikah dövründə əldə etdikləri qazanc hesabına ödənilməmişdir. Bu, işin halları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur. Belə ki, iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mənzilə görə 10.000 manat pul iddiaçının valideynləri tərəfindən qız toyunda yığılan məbləğ hesabına ödənilmiş, qalan məbləğ isə cavabdehin valideynləri tərəfindən ödənilmişdir. Odur ki, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab oluna bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı şikayətində qətnamənin apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsini, mənzilin alınmasına sərf edilmiş 38.500 manat məbləğində pulun yarısının, yəni 19.250 manat məb ləğində pulun alınıb ona verilməsi hissəsində iddianın təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3498/2020 nömrəli iş üzrə 20 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni birgə nikah dövründə mübahisəli mənzilin alınmasına sərf olunmuş 38.500 manatın yarısı olan 19.250 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, iş həmin hissə də yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi 38.500 manatın yarısı olan 19.250 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddianı rədd edərkən iddiaçının nümayəndəsinin mənzilin alınması üçün qız toyundan yığılan puldan 10.000 manatın cavabdeh tərəfə verilməsi, qalan pulun cavabdehlərin valideynləri tərəfindən qoyulması barədə izahatına istinad etmişdir. Halbuki, yalnız bu izahata əsaslanmaqla iddianın rədd edilməsi əsaslı deyil. Əvvəla bu izahat qeyd edilən nəticəyə gəlməyə əsas vermir. Bundan əlavə, bu izahat işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməmişdir. Qanunun mənasına görə, əmlak birgə nikah dövründə alınıbsa onun ər-arvadın ümumi mülkiyyə t hesab olunması prezumpsiyası vardır. Başqa sözlə, nə qədər ki, əmlak birgə nikah dövründə alınıb, belə ehtimal olunur ki, həmin əmlak ər-arvadın ümumi vəsaiti hesabına alınıb və həmin əmlak üzərində ər-arvadın bərabər payı vardır. Bunun əksini, yəni əmlakın ümumi gəlir hesabına alınmadığını bu barədə etirazı edən şəxs sübut etməlidir və bu sübut elə mötəbər olmalıdır ki, əmlakın ər-arvadın ümumi mülkiyyət hesab olunması prezumpsiyasını təkzib etsin. Hazırkı işdə cavabdeh mənzilin alınması zamanı ödənilmiş 38.500 manatın anasının vəsaiti olmasını, həmin pulun anası tərəfindən onun adına əmanət depozitinə qoyulmasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlili ilə bağlı hər hansı sübutu araşdırmamışdır. Bundan əlavə, cavabdeh yazılı etirazında 3.240 manat pulun bir gə nikah vaxtı ümumi gəlir hesabına ödənilməsini etiraf edərək, həmin məbləğin iddiaçı ilə arasında bərabər bölünməsinə etiraz etməsə də, apellyasiya məhkəməsi həmin hissədə də iddianı rədd etmiş və səbəbini qətnamədə əsaslandırmamışdır. Halbuki ən azı cavabdehin etiraf etdiyi bu hissədə iddianın təmin edilməsinə hər hansı qanuni maneə olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(104)-731/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və Ə.Məmmədov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni birgə nikah dövründə mübahisəli mənzilin alınmasına sərf olunmuş 38.500 manatın yarısı olan 19.2 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün əsas deyildir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə işin bütün faktiki hallarını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazında iddiaçı şikayətin əsassız olduğunu qeyd edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Ailə Məcəlləsi Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1). Ər-arvadın ümumi birgə mülkiyyətinə (maddə 32.2): onların hər birinin əmək, sah ibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etmək lə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-731/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4339/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4339/2021
02.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver