Məhkəmə qərarları › İş №2(102)-4343/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4343/2021

20.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4343/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1, vəkili X7, Cavabdeh X3 və vəkili Vəkil2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Qazax rayonu Qarapapaq kəndində yerləşən fərdi yaşayış evi 68,05 kv.m və torpaq sahəsinin ½ hissəsi İddiaçı2, fərdi yaşayış evi 68,05 kv.m və torpaq sahəsinin ½ hissəsi İddiaçı1 Xr qızı, fərdi yaşayış evi 79,2 kv.m isə X3 paylı mülkiyyətindədir.

2. İddiaçılar paylarının naturada ayrılmasını tələb edirlər, cavabdeh isə iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 məxsus Qazax rayonu Qarapapaq kəndində yerləşən ümumi sahəs i 136,1 kv.m olan (1/2 hissə ilə hər birinin payı 68,05 kv.m) evin və cavabdeh X5 məxsus ümumi sahəsi 79,2 kv.m evin altında olan torpaq sahəsi ilə birlikdə naturada ayrılması, eləcədə iddiaçıların və cavabdehin evə ayrıca giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onların və cavabdehin paylı mülkiyyətində olan daşınmaz əşyalar faktiki olaraq ayrı-ayrı yerləşir. Lakin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması, habelə cavabdehlər münasibətlərin normal olmaması iddiaçılara qeyd edilən mülkə ayrıca çıxarış almaqla maneə yaradır. Digər tərəfdən mübahisəli mülklərin yerləşdiyi torpaq sahəsi bütövlüklə iddiaçıların mülkiyyətində olmağına baxmayaraq, cavabdeh iddiaçılara öz əmlaklarından istifadəyə maneə yaratmaqla onların mülkiyyətlərində olan mənzilə girmələrinə imkan vermir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən yaşayış evi ona məxsusdur. Evin naturada bölünməsinə razı deyil.

6. Qazax Rayon Məhkəməsinin (hakim N.Musayev) 01 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Qazax rayonunun Qarapapaq kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən 136,1 kv.m və 79,2 kv.m yaşayış sahəsindən ibarət olan hər iki ev bölünməsi, 79,2 kv.m ümümi sahəsi olan evin altında yerləşən torpaq sahəsi ilə birlikdə ayrılaraq X3 mülkiyyətinə verilməsi və İddiaçı1 Cahangir qızı, İddiaçı2 və X5 məxsus evlərə ayrıca giriş çıxış yolu açılması; İddiaçı1 Cahangir qızı və İddiaçı2 cavabdeh X2 100 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına keçirilməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən, ümumi sahəsi 136.1 kv.m olan yaşayış evi tərəflərin paylı mülkiyyətində olduğundan, 12 ha torpaq sahəsi isə ½ hissə bərabər paylar olmaqla iddiaçıların xüsusi mülkiyyətində olduğundan iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2019-cu il tarixli 6994 nömrəli rəyinə əlavə olunmuş sxemə uyğun olaraq Qazax rayonu Qarapapaq kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən 136,1 kv.m və 79,2 kv.m yaşayış sahəsindən ibar ət olan hər iki evin bölünməsi,79.2 kv.m ümumi sahəsi olan evin altında yerləşən torpaq sahəsi ilə birlikdə ayrılaraq X3 mülkiyyətinə verilməsi və İddiaçı1, İddiaçı2 və X5 məxsus evlərə ayrıca giriş-çıxış yolu açılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- N.Quliyev (sədrlik edən), R.Muradov (məruzəçi) və Ə.Məmmədov) 08 fevral 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılar ının izahatları a) Kassasiya şikayətinin dəlilləri 10. x kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi ilə bölgünün belə necə aparılmasını müəyyən etmək mümkün deyildir. Ona mülkiyyətində olan evin altındakı torpaqla birlikdə ev cavabdehə verilirsə və bu halda ona yol haradan müəyyən ediləcək və hansı qaydada müəyyən ediləcək?. Bu ayrılma necə olacaq yenə də o, iddiaçıların torpaq sahəsindənmi yol veriləcək. Ekspertiza yerində baxış keçirmədən apardığı torpaq bölgüsü ilə nə rəyindəki ifadələr və nə də məhkəmənin qət etdiyi qərar uyğun gəlmir. Bu hallarda özündə göstərir ki, buranın nə texniki cəhətdən və nə də hüquqi cəhətdən naturada ayrılması mümkün deyildir. Digər bir məsələ iddiaçılar tələblərində evlərin ayrılmasını qoymuşlar və məhkəmə bu tələbindən də kənara çıxmış və torpaq sahəsinin bölgüsünü aparmışdır. Məhkəmə qətnaməsi cavabdehin mülkiyyətində olan evin ayrılmasına düzgün nəticəyə gəlməmiş və onun evini girişçıxışsız vəziyyətdə qoymuşdur. Qətnamə özü qeyri-müəyyəndir. Hansı ki, qətnamə mübahisənin həllini dəqiq müəyyən etməlidir. Bu qətnamədə isə qeyd edilir giriş-çıxış müəyyən edilsin. Ancaq haradan hansı formada açılması müəyyən edilməmişdir. Məhkəmə qanunsuz verilmiş ekspert rəyinə əsaslanmaqla özü də qanunsuz qətnamə qəbul etmişdir, iş üzrə ekspertiza rəyindəki kobud qanun pozuntularının aradan qaldırılması üçün təkrar ekspertiza təyin edilməli və bu pozuntuların aradan qaldırılm ası üçün ekspert qarşısında suallar qoyulmalı idi və cavabdeh bunu məhkəmədən şifahi vəsatətində xahiş etsə də, məhkəmə buna dair heç bir tədbir görmədi. Bundan başqa, bu torpaq sahəsi ilə bağlı qüvvədə olan iki sənəd var və bu sənədlərdən biri də cavabdehin nənəsinin Şəmilova (İskəndərova) Yetər Qasım qızının adına olan Qazax rayon Aqrar islahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli, 12 nömrəli qərarına əsasən (X Kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədir. Bu şəhadətnamə əsasında fərdi yaşayış sahəsinin yerləşdiyi 0.15 ha torpaq sahəsi cavabdehin nənəsinin adınadır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyinin Mülki Prosessual Məcəllənin və "Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, istinad etdiyi digər normativ xarakterli aktların tələblərinə uyğun tərtib olunmamasına, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmamasına, suallara tam olaraq cavab verməməsinə və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğunluğun olmamasına qiymət vermədən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə ekspertizanın rəyindən asılı deyildir. MPM-nin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88 -ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə bu rəyi mötəbər sübut olaraq qəbul edərkən rəydə yol verilmiş qanunsuzluqlara və rəydə istinad edilmiş normaların işin hallarına uyğun olmamasına qiymət verməmişdir. Göstərilənlərdən aydın olur ki, Qazax Rayon Məhkəməsi və apellyasiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquq normasını işin hallarına münasibətdə düzgün şərh etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir və maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Səyalı Hseynova və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili X kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə

213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

16. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

17. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

18. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

25. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən fərdi yaşayış evi 68,05 kv.m və torpaq sahəsini n ½ hissəsi İddiaçı2, fərdi yaşayış evi 68,05 kv.m və torpaq sahəsinin ½ hissəsi İddiaçı1 X qızı, fərdi yaşayış evi 79,2 kv.m isə X3 paylı mülkiyyətindədir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2019-cu il tarixli 6994 nömrəli rəyindən görünür ki, Qazax rayonun Qarapapaq kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən 136,1 kv.m və 79,2 kv.m yaşayış sahəsindən ibarət olan hər iki evin bölünməsi, X5 məxsus 79,2 kv.m ümumi sahəsi olan evin altında yerləşən torpaq sahəsi ilə birlikdə ayrılaraq X3 mülkiyyətinə verilməsi və İddiaçı1 Cahangir qızı, İddiaçı2 və X5 məxsus evlərə ayrıca giriş-çıxış yolunun açılması təcrid şəklində İnşaat Norma və Qaydalarının 2.08.01.89* -nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və 4 Məhkəmə Tikinti-X4 Metodlarının t ələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.

27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ümumi mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

28. İş üzrə müəyyən edilmişdir ki, Qazax rayonu Qarapapaq kəndində yerləşən fərdi yaşayış evi 68,05 kv.m və torpaq sahəsinin ½ hissəsi İddiaçı2, fərdi yaşayış evi 68,05 kv.m və torpaq sahəsinin ½ hissəsi İddiaçı1 Cahangir qızı, fərdi yaşayış evi 79,2 kv.m isə X3 paylı mülkiyyətindədir. İşin qeyd olunan bu halı Hüquqların dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla təsdiq olunur. İddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakdan sərbəst istifadəyə cavabdeh tərəfindən yaradılan maneəni əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə ekspert rəyini əsas tutaraq iddia tələbini təmin etmişdir.

29. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 26 avqust 2019-cu il tarixli 6994 nömrəli ekspert rəyinə əsasən, Qazax rayonu Qarapapaq kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən 136,1 kv.m və 79,2 kv.m yaşayış sahəsindən ibarət olan hər iki evin bölünməsi, X5 məxsus 79,2 kv.m ümumi sahəsi ola n evin altında yerləşən torpaq sahəsi ilə birlikdə ayrılaraq X3 mülkiyyətinə verilməsi və İddiaçı1 Cahangir qızı, İddiaçı2 və X5 məxsus evlərə ayrıca giriş-çıxış yolunun açılması təcrid şəklində İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bölgü zamanı hansı yenidən qurma işlərinin görülməsi və bölgü variantı rəyin tədqiqat hissəsində və rəyə əlavə olunmuş plan sxemdə göstərilmişdir. Ona görə də iddianı təmin edilməsi əsaslıdır.

30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaət ə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

31. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-970/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar