Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4344/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14128/2019 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(005)-591/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5-yə qarşı iddiası qismən təmin edilərək Cavabdeh2 xx xxxxxx 2010-cu il tarix li təminatsız kredit müqaviləsi üzrə cəmi 127.463,21 manatın alınaraq ləğv prosesində olan “xxxx” ASC-yə verilməsi, tutmanın ipoteka predmeti olan N saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 1.780.000 manat məbləğində müəyyən edilməsi, ev satıldıqdan sonra X1 oranı 1 ay ərzində tərk etməzsə evdən məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, F.F.Babayev və E.M.Həsənov, iş № 2(103)2316/2019) bankın ləğvedicisinin və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi M ülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Mirzəliyev, Ə.M.Rüstəmov və İ.K.Dəmirov, iş № 2(102)5353/19) bankın ləğvedicisinin və Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) bankın ləğvedicisinin və Cavabdeh2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi apelyatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2009-2011-ci illərdə “xxxx” ASC ilə müxt əlif şəxslər arasında 8 kredit müqaviləsi bağlanmış və onlara müxtəlif məbləğdə kreditlər verilmişdir. 1) xx xxx 2009-cu il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh1 illik istifadə dərəcəsi 16 faiz olmaqla 12 ay müddətinə 100.000 manat məbləğində; 2) xx xxxx 2009-cu il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh1 illik istifadə dərəcəsi 16 faiz olmaqla 12 ay müddətinə 85.000 manat məbləğində; 3) xx xxxxxx 2010-cu il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh5-yə illik istifadə dərəcəsi 14 faiz olmaqla 12 ay müddətinə 308.600 manat məbləğində; 4) xx xxxxxx 2010-cu il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh4 illik istifadə dərəcəsi 15 faiz olmaqla 6 ay müddətinə 110.000 manat məbləğində; 5) xx xxxxx x 2010-cu il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh2 illik istifadə dərəcəsi 14 faiz olmaqla 12 ay müddətinə 216.000 manat məbləğində; 6) xx xxxxxx 2011-ci il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh3 illik istifadə dərəcəsi 14 faiz olmaqla 12 ay müddətinə 120.000 manat məbləğində; 7) xx xxxx 2011-ci il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinə əsasən Cavabdeh3 illik istifadə dərəcəsi 12 faiz olmaqla 12 ay müddətinə 20.000 manat məbləğində; 8) xx xxxxxxx 2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh4 illik istifadə dərəcəsi 14 faiz olmaqla 12 ay müddətinə 61.000 manat məbləğində kredit verilmişdir. İş üzrə cavabdeh X3 məxsus N-də yerləşən fərdi yaşayış evi yuxarıda sadalanan kredit müqavilələri üzrə borclular Cavab deh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5-nin öhdəliklərinin təminatı kimi bank qarşısında yüklü edilərək bu barədə bankla H.C.Hüseynov arasında xx xxxxxx 2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcluların kreditin qaytarılması ilə əlaqədar öhdəliklərinin icrasını təmin etməməklə banka borclarının yaranmasını əsas göstərməklə Cavabdeh1 xx xxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 99.000 manatın, xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 84.000 manatın, Cavabdeh2 xx xxxxxx 2010-cu il tarixli müqavilə üzrə cəmi 137.463,21 manatın, Cavabdeh3 xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 12.560 manatın, xx xxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2061 manatın, Cavabdeh4 xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 109.000 manatın, xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 68.540 manatın, Cavabdeh5-dən xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 282.242,26 manatın bankın xeyrinə tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kassasiya şikayəti verərək kredit müqavilələri üzrə sonuncu ödənişlərin 2015-ci ilin may, iyun aylarında həyata keçirilməklə iddia müddətinin ötürülməsi barədə məhkəmə kollegiyasının nəticəsinin işin həqiqi hallarına uyğun olmamas ını, ödənişlərin həyata keçirilməsi barədə kassa mədaxil orderlərinin həmin dövrdə bankın İdarə Heyətinin sədri işləmiş X2 göstərişi əsasında həmin qəbzləri qəbul etmiş xəzinədar N tərəfindən yoxa çıxarılmasını, X4 və Nin məhkəmənin hökmü ilə məhkum olunmalarını, kassa mədaxil orderlərinin tapılmasa da, bank sisteminin proqramında həmin məlumatların qalmasını və onların sübut əhəmiyyəti daşımasını, ipoteka predmetinin qiymətinin şişirdilməklə müəyyən olunması səbəbindən onun 8 kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka qoyulmasının mümkün olmasını, iş üzrə zəruri olduğu halda məhkəmə mühasibatlıq ekspertizanın təyin olunmamasını, iddia müddəti məsələsinə münasibətdə işdə olan sübutlara düzgün və obyektiv qiymət verilməməklə iddianın qismən təmin olunmasını, qətnamənin madd i və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və bankın ləğvedicisinin iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən eyni zamanda Cavabdeh2 kassasiya şikayəti verərək ona qarşı tələbin iddia müddətinin ötürülməklə qaldırılmasını, Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərarının göstərişlərinə əməl edilməməklə Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinin pozulmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın ona münasibətdə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili verdikləri kass asiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh1 və vəkili isə bankın kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavadehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmetinin məbləğinin müəyyən olunması və kredit müqavilələri üzrə borcların tutulması tələbinin rədd olunmasına dair his sələrdə ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh2 kredit borcuna görə iddiaçının xeyrinə 127.463.21 manatın tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Bankın ləğvedicisinin iddia tələbi cavabdehlərdən Cavabdeh2 münasibətdə qismən təmin edilmiş, digər cavabdehlərə münasibətdə isə iddia müddətinin ötürülməsi və iddia müddətinin axımını dayandıran son ödənişlərə dair kassa mədaxil orderlərinin məhkəməyə təqdim olunma ması əsas göstərilməklə iddia rədd edilmişdir. Məhkəmə kollegiyasına görə Cavabdeh3 ilə bağlanmış 10 yanvar və xx xxxx 2011ci il tarixli kredit müqavilələri üzrə sonuncu ödənişlər müvafiq olaraq xx xxxx 2013-cü il və xx xxxx 2013-cü il tarixlərdə edilmiş, lakin ona qarşı iddia tələbi ilə qanunda müəyyən olunmuş iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Cavabdeh1 münasibətdə isə apelyasiya instansiyası məhkəməsi nəticəsini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh1 tərəfindən xx xxx 2009-cu il və xx xxxx 2009cu il tarixli müqavilələr üzrə sonuncu ödənişlərin xx xxxx 2015-ci il tarixdə edilməsi iddia olunsa da, bank tərəfindən məhkəməyə bunu təsdiq edən kassa məxaric orderləri deyil, yalnız maliyyə arayışları və hesabdan çıxarışlar təqdim olunmuşdur. Bununla əlaqədar məhkə mə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən banka xx xxxx 2015-ci il tarixdə ödəniş edilməmişdir. xx xxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx xxx 2011-ci il tarixdə, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx xxxxxx 2011-ci il tarixdə edilməklə məhkəməyə kredit borcunun tutulması barədə 3 illik iddia müddəti ötürüldükdən sonra müraciət olunmuşdur. Cavabdeh4 tərəfindən xx xxxxxx 2010-cu il və xx xxxxxxx 2011-ci il tarixli kredit müqavilələri üzrə sonuncu ödənişlərin xx xxx 2015-ci il tarixdə həyata keçirildiyi (hər müqavilə üzrə 1000 manat) bankın ləğvedicisi tərəfindən iddia olunsa da, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassa mədaxil orderlərinin təqdim edilməməsi əsas göstərilməklə xx xxx 2015-ci il tarixli ödəniş nəzər ə alınmamış və hesab edilmişdir ki, xx xxxxxx 2010-cu il tarixli müqavilə üzrə sonuncu ödəniş xx xxxxxx 2011-ci il tarixdə həyata keçirilmiş, xx xxxxxxx 2011-ci il tarixli müqavilə üzrə isə ödəniş olmamışdır. Həmin müqavilələrə münasibətdə də apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bank tərəfindən qanunda müəyyən olunmuş üç illik iddia müddəti ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin Cavabdeh5 ilə bağlanmış xx xxxxxx 2010-cu il tarixli müqavilə üzrə sonuncu ödəniş xx xxx 2015-ci il tarixdə edilməsi də sübuta yetirilməmiş hesab edilmişdir. Məhkəmə kollegiyası MMC tərəfindən xx xxxxxx 2012-ci il tarixdə edilmiş ödənişi sonuncu ödəniş sayaraq hesab etmişdir ki, bankın ləğvedicisi tərəfindən bu halda da iddia müddəti ötürülmə klə məhkəməyə müraciət olunmuşdur. Kassasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, cavabdehlərlə yuxarıda göstərilən kredit müqavilələrini bağlayarkən bank müqavilələrdə nəzərdə tutulmuş kredit məbləğlərini cavabdehlərə ödəməklə üzərinə götürdüyü müqavilə öhdəliyinə əməl etmiş və işin həmin halı tərəflər arasında mübahisə doğurmur. Bankdan alınmış kredit məbləğlərinin kredit müqavilələrində müəyyən olunmuş müddətlərdə və qaydalarda cavabdehlər tərəfindən banka lazımınca və tam qaytarılmaması da, işdən göründüyü kimi, mübahisə doğurmur və məhkəmədə verdikləri ifadələrində cavabdehlər tərəfindən işin həmin halı eti raf olunmuşdur. Hazırkı iş üzrə tərəflərin mübahisəsinə səbəb olmuş əsas məsələ iddia müddətinin ötürülməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. (380.1) Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. (380.2) Bankın iddia etməsinə görə cavabdehlər tərəfindən xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə xx xxx 2015-ci il tarixdə 2000 manat, xx xxx 2009-cu il tarixli və xx xxxx 2009-cu il tarixli kredit müqavilələrinin hər biri üzrə sonuncu dəfə ayrı-ayrılıqda xx xxxx 2015-ci il tarixdə 1000 manat, xx xxxxxx 2010-cu il tarixli və xx xxxxxxx 2011-ci il tarixli kredit müqavilələrinin hər bir üzrə ayrı-ayrılıqda sonuncu dəfəxx xxx 2015-ci il tarixdə 1.000 manat məbləğində ödənişlər edilməklə borcun etiraf olunmasını təsdiq edən hərəkətlərə yol verildiyindən həmin müqavilələrə münasibətdə iddia müddəti ötürülməmişdir. Bank tərəfindən həmin ödənişlərin edilməsini təsdiq edən sübutlar kimi məhkəməyə müvafiq hesablardan çıxarışlar və maliyyə arayışları təqdim edilmişdir. Lakin bank tərəfindən həmin ödənişlər barədə kassa mədaxil orderlərinin təqdim olunmamasını əsas göstərən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin ödənişlərin həyata keçirilməsi sübut olunmur. Bankın ləğvedicisinə görə həmin kassa mədaxil orderləri göstərilən kredit müqavilələri üzrə borcluların öhdəliklərinin təminatı kimi ipoteka il ə yüklü edilmiş bağ evinin mülkiyyətçisi X1 həmin dövrdə “xxxx” ASC-nin Müşahidə Şurasının sədri olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə külli miqdarda özgə əmlakının mənimsənilməsinə və s. cinayətlərə görə məhkum olunmuş oğlu X2 göstərişi əsasında bankın xəzinədarı işləmiş Sürəyya Əlizadənin vasitəsi ilə yoxa çıxarıldığından həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, kassa mədaxil orderlərindən başqa ödənişlər barədə məlumatlar bank sisteminin proqramlarından çıxarışlarda öz əksini tapmışdır. İşdən göründüyü kimi mübahisə predmeti olan bütün kredit müqavilələri üzrə cavabdehlərin öhdəliklərinin təminatı kimi X3 məxsus bağ evi ipoteka ilə yüklü edilmişdir. N.C.Hüseynovun oğlu X4 isə həmin ərəfədə bankın müşahidə şurasının sədri vəzifə sində işləmiş və cinayət əlaqəsinə girdiyi başqa şəxslərlə birlikdə külli miqdarda özgə əmlakını mənimsəməsinə, bilə-bilə saxta sənədlərdən istifadə etməsinə, bankın mərkəzi məlumat bazasına bilə-bilə təhrifedici yalan məlumatlar verməsinə və sair hərəkətlərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxx 2014-cü il tarixli hökmü ilə cəzası 4 il müddətə azaldılaraq1 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Bundan başqa, həmin qərarlardan görünür ki, Samir Hüseynovun rəhbərliyi ilə təşkil edilmiş mütəşəkkil dəstəyə eyni zamanda X5 da cəlb edilmiş və bununla əlaqədar o da cinayət məsuliyyətinə cəlb olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi kassa mədaxil orderlərinin Samir Hüseynovun göstərişi əsasında onları qəbul etmiş Sürəyya Əlizadə tərəfindən yoxa çıxarılması barədə işdə sübutların olmamasına əsaslanaraq bankın həmin dəlilinə əhəmiyyət verməmiş və kassa mədaxil orderlərinin mövcud olmamasını 2015-ci ilin may-iyun aylarında ödənişlərin olunmamasını təsdiq edən sübut kimi qəbul etmişdir. Kollegiya hesab edir ki, Samir Hüseynovun atasına məxsus bağ evinin mübahisə olunan bütün kredit müqavilələri üzrə ipoteka ilə yüklü edilməsi, Samir Hüseynovun həmin dövrdə bankın Müşahidə Şurasının sədri vəzifəsində işləməsi və bankın xəzinədarı Sürəyya Əlizadə ilə cinayət əlaqəsinə girməklə bankın məlumat bazasına yalan məlumatların verilməsi və saxtakarlıqla müşayiət olunan digər hərəkətlərə yol verməsi bankın idd ia etdiyi ödənişlərlə bağlı daha ciddi araşdırma aparılmasını tələb etməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi ödənişlərin həyata keçirilməsini təsdiq edən başqa sübutların müəyyən olunmasını, məsələn, bank sistemi proqramından çıxarılmış məlumatların həqiqiliyinin yoxlanılmasını təmin etməmiş və bu məqsədlə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi imkanını müzakirə etməmişdir. Kollegiya bir daha qeyd edir ki, bankın rəhbərliyi və digər işçiləri tərəfindən yol verilmiş hərəkətlər hazırkı mübahisənin düzgün həlli üçün mütəxəssis araşdırmasını tələb edirdi. Bankın ləğvedicisinə görə ödənişlərin həyata keçirilməsi barədə kassa mədaxil orderlərinin məhkəməyə təqdim edilməsi mümkün olmasa da, bank proqramından çıxarışlar təsdiq edir ki, həmin ödənişlər 2015-ci ilin may, iyun aylarında həyata keçirilmişdir. Bankın ləğvedicisi tərəfindən cavabdehlərə qarşı kredit borcunun ödənilməsi barədə tələb isə, işdən göründüyü kimi, 2017-ci ilin noyabr ayında irəli sürülmüşdür. Belə olduqda, kollegiya hesab edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş üç illik iddia müddəti ötürülməmiş olur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır Kollegiya hesab edir ki, tə rəflər arasında yaranmış mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması, pozulmuş hüquqların real bərpası təmin edilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5-yə münasibətdə qətnamə ləğv edilərək iş yeni apelyasiya baxışına göndərilməlidir. Cavabdeh2 qarşı borcun tutulması tələbinin qismən təmin olunmasına dair hissədə kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh2 kreditin qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün ondan bankın xeyrinə 127.463,21 manatın tutulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 448.1-ci maddələrinin t ələblərinə uyğun olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə Cavabdeh2 münasibətində ondan kredit borcunun tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə ona qarşı yönəldilmiş iddianın rədd edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı, kollegiya hesab edir ki, qətnamə ipoteka predmetinin qiymətinin müəyyən olunmasına dair hissədə ləğv olunmalı və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. İşdən görünür ki, ipoteka predmeti olan bağ evinin qiyməti ipoteka müqaviləsində 1.500.000 manat məbləğində müəyyən olunduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən “xxxx” MMC tərəfindən əmlakın ilkin (likvid) dəyəri 1.780.000 manat məbləğində müəyyən edilmişdir. Həmin əmlakın qi ymətləndirilməsi ilə əlaqədar xx xxxxx 2018-ci il tarixli mütəxəssis rəyi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə müvafiq olaraq əmlakın qiymətinə münasibətdə lazımınca əsaslandırılmadığından həmin rəy əsasında əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi əsaslı olmamışdır. Bununla əlaqədar kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan X3 məxsus əmlakın ilkin satış qiymətinin 1.780. 000 manat məbləğində müəyyən olunması və kredit müqavilələri üzrə borcların tutulması tələbinin rədd olunmasına dair hissələrdə ləğv edilsin. Həmin hissələrdə mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Cavabdeh2 kredit borcuna görə iddiaçının xeyrinə 127.463,21 manatın tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4344/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4344/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver