Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4358/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin alınıb iddiaçıya qaytarılması və 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli (sədrlik edən Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və E.Şamayev) qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tari xli qətnaməsinin “Cavabdeh1 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, 99- FZ-203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşınının alınıb iddiaçıya qaytarılmasının rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, Cavabdeh1 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşınının alınıb İddiaçı qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasi ya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddinın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşınının alınıb iddiaçıya qaytarılması və 6335,58 (altı min üç yüz otuz beş manat əlli s əkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşin mübahisə edilməyən hallarına görünür ki, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən gömrük bəyannaməsi hesab-arayış566639 əsasında ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. Həmçinin o da mübahisə edilmir ki, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda axtarışdadır. Bundan başqa işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən, daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair səlahiyyətləri Cavabdeh1 və Cavabdeh2oviçə etibar etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli etibarnamə xx.xx.2016-cı il tarixdə İddiaçı ərizəsinə əsasən ləğv edilmişdir Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasında n asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair səlahiyyətləri X5 etibar etmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, həmin avtomobilə xx.xx.2014-cü il tarixində X6 dair etibarnamə verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “xxxx” İKB ASCnin xeyrinə İddiaçı 5026,86 (beş min iyirmi altı manat səksən altı qəpik) manat əsas borc, 1220,52 (m in iki yüz iyirmi manat əlli iki qəpik) faiz borcu, 50 (əlli) manat cərimə borcu və iş üzrə ödənilmiş 38,20 manat dövlət rüsumu, cəmi 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus “VAZ-21214” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi İddiaçı verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrası üçün yetərli olmadıqda qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir İddiaçı bildirir ki, X8 ilə aralarında səmimi münasibət olmuşdur. Bir gün Lətif ona onu n yaxın adamları olduğunu bildirmiş və iddiaçının adına Bankdan pul götürərək maşın almağı, narahat olmamağını, pulunu onun yaxın adamlarının ödəyəcəyini təklif etmişdir. O, aralarında olan münasibətə görə Lətifə inanmışdır. xx xxxxxxx 2013-cü il tarixdə “xxxx” X2 21% olmaqla 36 aylıq 8600 manat kredit müqaviləsi əsasında 2013-cü il buraxılışlı, “VAZ21214” markalı 99FZ203 dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil alaraq etibarnamə əsasında Cavabdeh1 və Cavabdeh2 vermişdir. Bir müddət keçəndən sonra ona bəlli olmuşdur ki, onu aldadıblar və onun mülkiyyətində qalan maşının krediti ödənilmir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılığa əsasən 22 ay hər ay 280 manat kredit müqaviləsi üzrə ödəniş öhdəliyini öz üzərinə götürmüşdür. M ülkiyyətində olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı ** FZ *** dövlət qeydiyat nişanlı avtomobili Bakı şəhəri 32 saylı xüsusi notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli etibarnamə əsasında cavabdehlərə vermişdir. 2015-ci ilin fevral ayında ona bəlli olmuşdur ki, cavabdeh öz öhdəliyini yerinə yetirmir, banka olan borcu ödəmir. O, cavabdehlərə banka olan borcu ödəməsinin vacib olduğunu bildirsə də, lakin cavabdehlər krediti ödəməkdən və ona məxsus avtomaşını qaytarmaqdan boyun qaçırır. Həmin etibarnamə xx xxxxxx 2016-cı il tarixli ərizəsi əsasında ləğv edilmişdir. “xxxx” X1 qarşı iddiası Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilərək ondan 6355,58 manat pulun “xxxx” X3 xeyrinə tutulması və tutma ipoteka predmeti olan ona məxsus 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı **-FZ-*** dövlət qeydiyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğində borc “xxxx” X4 ödənilməsi qət edilmişdir. Buna görə də cavabdehlər avtomobildən istifadə, habelə əlaqəli hüquqlara dair etibarnamə əsasında verdiyi avtomaşın məhkəmə qərarı əsasında alınıb ona qaytarılmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə (6335,58 manat) pulun ondan tutulması qət edilmişdir. Ona görə də hazırkı iş üzrə iddianı vermək məcburiyyətində qalmışdır. Cavabdehlər bildirirlər ki, iddiaçını tanımırlar, onunla heç vaxt görüşməmişlər. İddiaçı tərəfindən onlara mülki etibarnamə verilmişdir, bu isə nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi kimi qiymətləndirilə bilməz. İddiaçı onlara hər hansı bir avtomobili satmamış, avtomobil iddiaçının özündə olmuş və o, mübahisəli avtomobili başqa şəxslərə satmışdır. İş üzrə mübahisə apelyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Apelyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, avtomobilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2013cü il tarixli, ƏN-İ 406264 saylı etibarnaməyə əsasən, daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair səlahiyyətləri Cavabdeh1 və Cavabdeh2oviçə etibar etmişdir. Hazırda avtomobilin məhz cavabdehlərin sahibliyində olması öz təsdiqini tapmasa da, iş materiallarından görünür ki, sözügedən avtomobil etibarnamə əsasında bir neçə nəfərin istifadəsinə verilmiş, lakin həmin etibarnamələrin heç biri mülkiyyətçi tərəfindən verilməmişdir. Həmçinin İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli 7E-19569 reyestri ilə təsdiq edilmiş etibarnamə xx.xx.2016-cı il tarixdə İddiaçı ərizəsinə əsasən ləğv edilmişdir. Bu isə o deməkdir ki, iddiaçının həmin etibarnamələrin verilməsindən xəbəri olmamışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 avtomobilə dair etibarnamə verildikdən sonra, Cavabdeh1 tərəfindən X5 xx.xx.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra da daha başqa şəxsə etibarnamə verilmişdir. Həmçinin iş materiallarından avtomobilin hal-hazırda axtarışda olduğu aydın olur. Kollegiya hesab edir ki, hazırda avtomobilin harada olması barədə məlumat olmadığından və Cavabdeh1 tərəfindən başqa şəxsə etibarnamə verildiyindən iddia tələbi avtomobilin qaytarılması hissəsində Cavabdeh1 münasibətdə təmin olunmalıdır. Belə ki, iddiaçı tərəfindən etibarnamə cavabdehlərə verilsə də, sonradan Cavabdeh1 digər şəxslərə etibarnamə verməsi ilə avto mobil iddiaçının qanuni sahibliyindən çıxmışdır. Kollegiya həmçinin qeyd edir ki, avtomobbilin Cavabdeh2 tərəfindən başqa şəxslərə verilməsi barədə iş materiallarında sübut olamadığından iddia tələbi ona münasibətdə təmin edilə bilməz Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin hallarından göründüyü kimi mübahisə predmeti olan avtomobil iddiaçı tərəfindən etibarnamə əsasında Cavabdeh1 ve rilmiş və sonuncu tərəfindən həmin avtomobil yenidən etibarnamə əsasında X5 verilmişdir. Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə alınmalıdır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi ( qanuni sahibi) olmalıdır 2) tələb edilən anda əşyalar cavabdehin sahibliyində olmalıdır və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd edilməlidir ki, avtomobilin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Digər iki şərtə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazrkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq mübahisə predmeti olan avtomobilin cavabdehlərin sahibliyində olması və bu sahibliyin qanunsuz olması ilə bağlı apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılma aparılmamışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni yalnız xx.xx.2013-cü il tarixli etibarnamə ilə əsaslandırmış, mübahisə predmeti olan avtomobilin hazırda faktiki olaraq kimin sahibliyində olmasını araşdırmamışdır. Belə ki, ape lyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2013-cü il tarixli etibarnamə ilə avtomobil mülkiyyətçi tərəfindən Cavabdeh1 sahibliyinə və istifadəsinə verildiyindən həmin avtomobil ondan geri alınmalıdır. Halbuki, işin halları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 avtomobilə dair etibarnamə verildikdən sonra, Cavabdeh1 tərəfindən X5 xx.xx.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra isə xx.xx.2014-cü ildə Məlikov Teymur adlı şəxsə etibarnamə verilmişdir. Hal-hazırda isə mübahisə predmeti olan avtomobil axtarışdadır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün mübahisə predmeti olan avtomobilin hazırda cavabdehlərin sahibliyində olub-olmaması araşdırılmalı və mübahisəyə həmin araşdırmanın nəticə sinə uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, işin hallarından göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normaların pozuntusu ilə çıxarmışdır və bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4358/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4358/2020
22.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver