Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-436/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Vyaçeslavovnaya qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-436/2025 (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4949/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il ta rixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X8 ilə X5 30 aprel 1998-ci il tarixdə 322 №-li akt ilə nikaha daxil olmuşlar. Həmin nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2015-ci il tarixdə 244 №- li akt qeydi ilə Nərimanov rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır.
2. Cavabdeh 29 sentyabr 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 9513/2016 nömrəli, 14 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X4 cavabdeh (Kazanova) Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir.
4. Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6055/16 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə Bəxtiyar Məmmədovun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 19 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m. olan 40 nömrəli mənzil Bəxtiyar Məmmədovun adına tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023cü il tarixdə **********8 nömrəli qeydiyyat aparılmışdır. 6. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş etibarnaməyə əsasən X8 tərəfindən X9 xx.xx.2034cü il tarixədək etibarnamə verilmişdir. 7. 05 iyun 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Bəxtiyar Məmmədov tərəfindən mübahisəli mənzil hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir. X7 adından nümayəndəsi Bəhram Məmmədov tərəfindən imzalanmışdır.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən, 40 nömrəli mənzil İddiaçı adına tam payda xüsusi mülkiyyətindədir. Bu barəd ə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m-dən ibarət 40 nömrəli mənzil Nərimanov Rayon İcra hakimiyyəti başçısının 101 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamına və Bakı şəhəri 9 saylı notariat kontorunun 4/43225 reyestr nömrəli xx.xx.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1993-cü il tarixdə X2 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 21 saylı notariat kontorunun 3M30 reyestr nömrəli xx.xx.1994-cü il t arixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə X10 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən əmlak Bakı şəhəri 41 saylı notariat kontorunun 3M/A/125 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə X6 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 21 saylı notariat kontorunun 3-M-A-148 reyestr nömrəli xx.xx.1997-ci il tarixli alğısatqı müqaviləsinə əsasən xx.xx.1997-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 9 saylı notariat kontorunun 4Ə-692 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı (bundan son ra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən, ümumi sahəsi 56,20 kv.m-dən ibarət 40 nömrəli mənzildən çıxarılması, mənzilin cavabdehin hesabına boşaldılması ilə mənzilin iddiaçının əməli istifadəsinə verilməklə iddiaçının həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı mənzilə baxış keçirmək və mənzilə daxil olmaqla mülkiyyət hüquqlarını reallaşdırmaq istəyən zaman mənzilin qapısının bağlı olduğunu müəyyən etmişdi r. Müəyyən araşdırmaqla aydın olmuşdur ki, mənzil cavabdeh tərəfindən zəbt edilmiş və ona görə də giriş qapısı bağlanmışdır. Bununla bağlı isə ehtiyat edib aidiyyatı üzrə müraciət edərək hüquqi yardım istəmişdir. Cavabdeh hər-hansı əsası olmadan qanunsuz olaraq mənzilə köçərək yaşayır və oraya heç kimi buraxmır, hər hansı danışıqlara da getmir. Bu isə iddiaçının konstitusion hüquqlarının (sahiblikdən məhrum edilməklə müşahidə olunan) birbaşa pozuntusu deməkdir ki, məhkəmə müdafiəsi vasitəsi ilə bunun qarşısını almaq qərarına gəlmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin ona qarşı etdiyi qanunsuzluqların qarşısı alınmalı, onun iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzildən çıxarılması, mənzilin cavabdehin hesabına boşaldılması ilə mənzilin iddiaçının əməli istifadəsinə verilmə klə mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməlidir.
12. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun həmin mənzildən başqa yaşayış yeri yoxdur. İddiaçının da mənzilə köçüb yaşamasına hər hansı etirazı yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-1168/2024 nömrəli, 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilmiş, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49 ünvanında yerləşən, 40 nömrəli mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddia tələbi “ mənzilin boşaldılması, mənzildən çıxarılma” və “mənzilə köçürülmə” olmaqla iki hissədən ibarətdir.
15. Məhkəmə “mənzilə köçürülmə” barədə hissəsində hesab etmişdir ki, şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Daşınmaz əmlakın iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı mülkiyyətində olan əmlaka münasibətdə hesab etmişdir ki, mülkiyyət hüququnun həyata keçirilməsində maneələrlə üzləşmişdir.
16. Belə olan təqdirdə məhkəmə bildirmişdir ki, iddiaçının mənzilə köçürülmə barədə tələbi mülkiyyət hüququna əsaslandığı üçün bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin mübahisəs iz hallarında cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına məhkəmə tərəfindən xitam verilməmişdir. O cümlədən də, hazırda əvvəlki mülkiyyətçi tərəfindən mənzilin iddiaçıya bağışlanması yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bundan əlavə iş materiallarında cavabdehin həmin hüquqlarına xitam verilməsi ilə bağlı notariat qaydasında təsdiqlənmiş öhdəlik götürməsi də müəyyən edilməmişdir.
18. Məhkəmə hesab etmişdir ki, cavabdehin fərdi yaşayış evindən çıxarılması və mənzilin əşyaları ilə birlikdə boşaldılması iddiası təmin oluna bilməz. Çünki, iddiaçı mülkiyyətində olan evdən yalnız kompensasiya vermə yolu ilə cavabdehin istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə müraciət edə bilərdi.
19. Birinci instansiya məhkəməsi gəld iyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 13, 29-cu maddənin 2-ci və 3-cü bəndi, Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.8, 228.4-cü maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilərək iddianın tam təmin barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsasland ırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4949/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılməşdır.
23. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas ola biləcək hallar mövcud olması müəyyən olunmamışdır. Əksinə müəyyən edilmişdir ki, ca vabdeh mənzilin əvvəlki mülkiyyətçisi olmuş (iddiaçının əmisi) Bəxtiyar Məmmədov ilə xx.xx.1998-ci il tarixdə nikaha daxil olduqdan sonra həmin mənzilə köçmüş və hazırda da mənzildə yaşamaqdadır. O cümlədən əvvəlki mülkiyyətçi tərəfindən mənzilin iddiaçıya bağışlanması da yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bundan əlavə iş materiallarında cavabdehin həmin hüquqlarına xitam verilməsi ilə bağlı notariat qaydasında təsdiqlənmiş öhdəlik götürməsi də müəyyən edilmir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən kompensasiya ödənilmədən istifadə hüququna malik cavabdehin mənzildən çıxarılması barədə tələb əsaslı hesab edilə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 13, 29-cu maddənin 2-ci və 3-cü bəndi, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 157.8, 228.4-cü maddələri, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 88 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətç isinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Əlavə olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə cavabdehə nisbətdə hər hansı qohumluq əlaqəsinin olmadığı halda iddiaçının ailə üzvü olmaması nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, iddiaçının iddiasının rədd edilməsi barədə q ərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
29. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
31. Maddə
29. İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər dava m etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
38. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binası nın tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
39. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə h üququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı. 40. “...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır...” “Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya instit utu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.....” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əməl ə gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu Qərarında formalaşdırdığı hüquqi mövqedən görün ür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumat lar sübutlar hesab olunur.
44. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmadığı hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual h üquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4949/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.