Məhkəmə qərarları › İş №2(102)-4362/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4362/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4362/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “X6 Azərbaycan” QSC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x0 nömrəli qətnaməsindən iddiaçı “X6 Azərbaycan” QSC və cavabdehlər “xxxx” MMC, Cavabdeh4, Cavabdeh5 x oğlu, Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Azərbaycan” QSC cavabdehlər “xxxx” MMC, Cavabdeh4, Cavabdeh5 x oğlu, C avabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 Firmasına qarşı iddia qaldıraraq, “xxxx” MMCdən, Cavabdeh4, Cavabdeh5 x oğlundan və Cavabdeh1 müştərək (birgə) qaydada 661,181.21 AZN (altı yüz altmış bir min yüz səksən bir manat 21 qəpik) əsas kredit borcunun, 57.809.28 AZN (əlli yeddi min səkkiz yüz doqquz manat 28 qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 10.082.75 AZN (on min səksən iki manat 75 qəpik) hər gecikdirilmiş günə görə cərimə borcunun, 210 AZN (iki yüz on manat) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumunun, cəmi 729,313.24 AZN (yeddi yüz iyirmi doqquz min üç yüz on üç manat 24 qəpik) «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42.0 kv.m, yaşayış sahəsi 29.0 kv.m, yardımçı sahəsi 13.0 kv.m olan 2 (iki) otaqlı, 32 nömrəli mənzilinə, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində 0.13736 ha torpaq sahəsində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 28.3 kv.m, əsas sahəsi 21.7 kv.m, köməkçi sahəsi 6.6 kv.m olan, 207 nömrəli qeyri yaşayış sahəsinə, mülkiyyət hüququ ilə Cavabdeh6 Firmasına məxsus olan xünvanında yerləşən binanın zirzəmisində yerləşən, ümumi sahəsi 168 kv.m ibarət olan qeyri-yaşayış sahəsinə, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvan ında yerləşən, ümumi sahəsi 101.48 kv.m, 74.97 kv.m yaşayış sahəsi, 26.51 kv.m yardımçı sahədən ibrarət, 4 otaqlı, 60 nömrəli mənzilinə və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 34.68 kv.m olan 1 (bir) otaqlı, 7 nömrəli mənzilinə, mülkiyyət hüququ ilə Cavabdeh5 x oğluna məxsus olan ünvan 5 ünvanında yerləşən, 162.9 kv.m ümumi sahəsi, 95.76 kv.m yaşayış sahəsi, 4 (dörd) otqlı, 40 nömrəli mənzilinə, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ünvan 6 ünvanında 0.15688 ha torpaq sahəsində yerləşən, 46.05 kv.m yaşayış sahəsi, 3 (üç) otaqlı, 77 nömrəli mənzilinə yönəldilməsi, ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 42.0 kv.m, yaşayış sahəsi 29.0 kv.m, yardımçı sahəsi 13.0 kv.m ol an 2 (iki) otaqlı 32 nömrəli mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 80 000 AZN (səksən min manat) və Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsində 0.13736 ha torpaq sahəsində, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 28.3 kv.m, əsas sahəsi 21.7 kv.m, köməkçi sahəsi 6.6 kv.m olan, 207 nömrəli qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 75 000 AZN (yetmiş beş min manat), Cavabdeh6 Firmasına məxsus olan xünvanında yerləşən binanın zirzəmisində yerləşən, ümumi sahəsi 168 kv.m ibarət olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 160 000 AZN (bir yüz altmış min manat), Cavabdeh2 məxsus olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 101.48 kv.m, 74.97 kv.m yaşayış sahəsi, 26.51 kv.m yardımçı sahədən ibrarət, 4 otaqlı, 60 nömr əli mənzili ilkin satış qiymətinin 85 000 AZN (səksən beş min manat), Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 34.68 kv.m olan 1 (bir) otaqlı, 7 nömrəli mənzilin ilkin satış qiymətinin 60 000 AZN (altmış min manat), Cavabdeh5 x oğluna məxsus olan ünvan 5 ünvanında yerləşən 12 mərtəbəli, 162.9 kv.m ümumi sahəsi, 95.76 kv.m yaşayış sahəsi, 4 (dörd) otaqlı, 40 nömrəli mənzilin ilkin satış qiymətinin 270 000 AZN (iki yüz yetmiş min manat) və Cavabdeh3 məxsus olan ünvan 6 ünvanında 0.15688 ha torpaq sahəsində yerləşən, 5 mərtəbəli, 46.05 kv.m yaşayış sahəsi, 3 (üç) otaqlı, 77 nömrəli mənzilin ilkin satış qiymətinin 75 000 AZN (yetmiş beş min manat) məbləğlərində olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edi lmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi borcalan və zaminlərdən təkrar olaraq tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və qeyri yaşayış sahələrinin 1 (bir) ay müddətində boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxx 2018-ci il tarixli, 2(005)-154/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər «xxxx» MMC-dən, Cavabdeh4, Cavabdeh5 x oğlundan və Cavabdeh1 müştərək qaydada 661,181.21 (altı yüz altmış bir min yüz səksən bir manat 21 qəpik) manat əsas kredit borcu, 57.809.28 (əlli yeddi min səkkiz yüz doqquz manat 28 qəpik) manat əsas məbləğə hesablanmış faiz borcu, 5.000 (beş min) manat cərimə borcu, cəmi 723,990.49 (yeddi yüz iy irmi üç min doqquz yüz doxsan manat qırx doqquz qəpik) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 210 (iki yüz on) manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 22/24 saylı evin, 77 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 80.000 (səksən min) manat məbləğində müəyyən edilməsi) yönəldilməsi, tələb üzrə tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 22/24 saylı evin, 60 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh2 məxsus xxx in, 7 saylı mənzilə (mən zilin ilkin satış qiymətinin 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh4 məxsus xsaylı mənzilə (mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh4 məxsus x saylı qeyriyaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh5 x oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən, 14 saylı evin, 40 saylı mənzilə (mənzilin ilkin satış qiymətinin 320.000 (üç yüz iyirmi min) manat məbləğində müəyyən edilməsi), tələb üzrə tutmanın Cavabdeh6 firmasına məxsus xünvanında yerləşən qeyri-yaşayış sahəsinə (qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 184.000 (yüz səksən dörd min) m anat məbləğində müəyyən edilməsi), qeyd olunan daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “X6 Azərbaycan” QSC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin mülkiyyətçilərə qaytarılması, satışdan götürülən və ya əldə edilən məbləğ banka olan borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər «xxxx» MMC-dən, Cavabdeh4, Cavabdeh5 x oğlundan və Cavabdeh1 müştərək qaydada «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulması, yuxarıda qeyd olunan daşınmaz əmlaklar açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər mənzillərdən və qeyri-yaşayış sahəsindən çıxmadığı təqdirdə, onların məcburi qaydada çıxarılmaları, iddia qalan hissədə təmin edilməməsi, i ş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri, cəmi 2.100 (iki min yüz) manatın iddiaçı «X6 Azərbaycan» QSC-dən tutularaq “X4” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) xx xxxx 2020-ci il tarixli, 2(103)-108/20 nömrəli qətnaməsi ilə iddiaçı “X6 Azərbaycan” QSC-nin apelyasiya şikayəti rədd edilmiş, cavabdehlər “xxxx” MMC, Cavabdeh4, Cavabdeh5 x oğlu və Cavabdeh1 apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, iddiaçı “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulmalı olan faiz borcunun 54.844,33 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil etdiyindən, həmin məbləğin cavabdeh “xxxx” MMC tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı “X6 Azərbaycan” QSC, habelə cavabdehlər “xxxx” MMC, Cavabdeh4, Cavabdeh5 x oğlu, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: İddiaçı həmin qətnamənin Cavabdeh6 Firmasına məxsus olan xünvanında yerləşən binanın zirzəmisində yerləşən, ümumi sahəsi 168 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edib və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti yuxarı məbləğdə müəyyən edilmişdir. Cavabdehlər isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdehlər kassasiya şikayətlərini onunla əsaslandırılmışlar ki, tutulan borc məbləğləri və ipoteka predmetlərinin ilkin satış qiymətləri düzgün müəyyən edilməmişdir. Bununla da apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Pro sessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili bankın kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehlərin kassasiya şikayətinə etiraz edərək onların rədd edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. “X6 Azərbaycan” QSC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 166919-2016 saylı kredit xəttinin açılması barədə kredit müqaviləsi ilə bank tərəfindən sonuncuya 60 ay müddətinə 700.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 x oğlu ilə zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa həmin kredit xətti üzrə öhdəliklərin icrasının təminatı məqsədi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində yerləşən 22/24 saylı evin 77 saylı mənzili; “xxxx” Firmasının mülkiyyəti ndə olan Bakı şəhəri, Nərimanov rayonu, X2 prospekti 28b ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 168 kv.m qeyri-yaşayış sahəsi; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, xsaylı mənzil, xsaylı mənzil və xsaylı mənzil; Cavabdeh4 mülkiyyətində olan X saylı mənzil və Bakı şəhəri, X saylı binanın birinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsi; Cavabdeh5 x oğlunun mülkiyyətində olan Xaylı mənzil sonrakı ipoteka müqavilələri ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bankla “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 1 saylı kredit səazişinə əsasən, bank tərəfindən “xxxx” MMC-yə 36 ay müddətinə, illik 15% hesablanmaqla 668.000 manat məbləğində kredit pul vəsaiti verilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsindən ir əli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, borclu isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit bo rcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əsas və faiz borcu ilə bağlı apelyasiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya ey ni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi bildrmişdir ki, birinci instansiya məhkə məsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 661.181,21 manat, faiz borcu 57.809,28 manat, cərimə borcu isə 10.082,75 manat təşkil etmişdir. Buna baxmayaraq, iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxxxx 2018-ci il tarixli X saylı qərardadı ilə məhkəməmühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019 -cu il tarixli 34206 saylı ekspert rəyinə əsasən, xx.xx.2017-ci il tarixə, yəni iddia ərizəsi verilən tarixə olan əsas borcu 664.779,78 manat, faiz borcu isə 54.844,33 manat hesablanmışdır. Keçirilmiş ekspertiza tədqiqatı ilə bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin çox, faiz borcunun isə az hesablandığı müəyyən olunmuşdur. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Bununla əlaqədar apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin kredit borcu üzrə faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. İddiaya tələbdə göstərilən həddə baxıldığından əsas borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi banka ödənilməmiş faiz borcu 54.844,33 manat məbləğində müəyyən edilmişdir. Cərimə borcu ilə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəll ənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Apelyasiya instansiyası məhkəməsi dəbbə pulunun tutulması ilə bağlı qeyd etmişdir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsassızdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza zamanı dəbbə pulu məbləğinin hesablanması mümkün olmasa da, tərəflər arasında öz iradə ifadələrinə uyğun şəkildə bağlanmış müqavilədə dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulun u azalda bilər. Odur ki, borclunun və kreditorun əmlak mənafeləri, ümumi borc məbləği nəzərə alınaraq mövcud müqavilə üzrə dəbbə pulunun müəyyən edilən məbləği əsaslı sayılmışdır. Apelyasiya məhkəməsi həmçinin, birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətlərinə dair qənaətini əsaslı hesab etmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinə “X5” MMC tərəfindən təqdim edilmiş eks pert rəylərinə əsasən, Cavabdeh4 mülkiyyətində olan X saylı mənzilin bazar dəyəri 90.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Sevtlana Məmmədova küçəsi 207 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 80.000 manat və Cavabdeh5 x oğlunun mülkiyyətində olan Bakı şəhəri, X saylı mənzilin bazar dəyəri 320.000 manat,Xünvanda binanın zirzəmisində yerləşən qeyri yaşayış sahəsinin qiyməti 184.000 manat məbləğində qiymətləndirilmişdir. Apelyasiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, X saylı qərardadı ilə məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş ekspert rəylərinə əsasən, Cavabdeh4 mülkiyyətində olan Xsaylı mənzilin bazar dəyəri 77.250 manat, Bakı şəhəri, XXbinanın birinci mərtəbəsində ye rləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 77.250 manat, Xünvanda binanın zirzəmisində yerləşən, ümumi sahəsi 168 kv.m. olan qeyri yaşayış sahəsinin real bazar qiyməti 164.800 manat və Cavabdeh5 x oğlunun mülkiyyətində olan Bakı şəhəriXsaylı mənzilin bazar dəyəri 278.000 manat məbləğində qiymətləndirilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, 2018-2020-ci illər ərzində ölkənin daşınmaz əmlak bazarında sabitlik hökm sürdüyündən mübahisəli ipoteka predmetlərinin dəyərində ucuzlaşmanın qeydə alınması ağlabatan deyil və birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirlən ipoteka predmetlərinin bazar dəyəri düzgün olaraq müəyyən edilmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x0 nömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar