Məhkəmə qərarları › İş №2(102)-4369/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4369/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4369/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər "xxxx" İKŞ və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4369/2022 (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri 05 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" İKŞ və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(104)-96/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh "xxxx" İstehsal Kommersiya Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə "xxxx" İKŞ-nin direktoru Eminov Elşən Elxan oğlu arasında 22 aprel 2015-ci il tarixli NF-KX-01 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 40.000 ABŞ dolları kredit verilmişdir.

2. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan Naftalan şəhəri Ş.Qurbanov küçəsi 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,8 kv.m. olan qeyri-yaşayış sahəsi 22 aprel 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilədə ipotekanın qiyməti 105.500 manat müəyən edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC cavabdehlər "xxxx" İKŞ və Cavabdeh2 qarşı Naftalan Şəhər Məhkəməsində iddia qaldıraraq, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdeh "xxxx" İKŞ-dən 35.868 ABŞ dolları əsas, 6.077 ABŞ dolları faiz olmaqla, cəmi 41.945 ABŞ dolları kredit borcu, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcu və ödənilmiş 31 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reye strində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 etibarnamə əsasında etibarlı şəxs Eminov Elşən Elxan oğlunun tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin yerin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh "xxxx" İKŞ-nin direktoru Eminov Elşən Elxan oğlu yazlı ərizə verərək, iddia tələbini müqavilə müddətinin bitdiyi tarixədək qabul etdiyini, 8266,15 ABŞ dolları ödəniş etdiyini bildirmişdir.

5. İddiaçı xx.xx.2018-ci il tarixl i arayış təqdim edərək, müqavilə müddətinin sonuna, xx.xx.2017-ci il tarixə cavabdehin 40.000 ABŞ dolları əsas, 3608 ABŞ dolları faiz, cəmi 43608 ABŞ dolları borcu olduğunu göstərmişdir.

6. Naftalan Şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(052)-159/2018 nömrəli (hakim A.Eyvazov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" İKŞ-nin direktoru Eminov Elşən Elxan oğlundan kredit müqaviləsi üzrə 35.341,85 (otuz beş min üç yüz qırx bir ABŞ dollar səksən beş sent) ABŞ dolları borc (436088266,15=35341,85), mübahisənin məhkəmə vaisitəsi ilə həll edilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat alınaraq, İddiaçı ASC ödənilməsi, tə ləbin tam mülkiyyət hüququ ilə cavabdeh Eminov Elşən Elxan oğluna tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Naftalan şəhəri Ş.Qurbanov küçəsi 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 105500 manat müəyyən edilməsi, bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh “Elxan 96” İKŞ-nin 22 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 35.341,85 ABŞ dolları borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönədilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat İddiaçı ASC-nə ödənilməsi təmin ed ilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Naftalan” filialı ilə cavabdeh "xxxx" İKŞ-nin direktoru Eminov Elşən Elxan oğlu arasında 22 aprel 2015-ci il tarixli NF-KX-01 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 40.000 ABŞ dolları kredit verilmiş, kreditin müddəti müqavilə üzrə xx.xx.2017-ci il tarixdə bitmişdir. Lakin, bank tərəfindən vaxtında məhkəməyə müraciət edilməmiş, cavabdeh "xxxx" İKŞ müqavilə öhdəliyinə əməl edilmədiyinə görə, banka kredit müqaviləsinin bitdiyi dövrə, yəni xx.xx.2017-ci il tarixə cavabdehin banka 40.000 (qırx min) ABŞ dolları əsas, 3.608 (üç min altı yüz səkkiz) ABŞ dolları faiz, cəmi 43.608 ABŞ dolları məbləğində borcu mövc ud olmuşdur. Müqavil müddəti bitdikdən sonra cavabdeh banka 8266,15 ABŞ dolları ödəniş etmişdir. Buna görə də, həmin ödəniş məbləği ümumi borcdan çıxılmaqla, 35.341,85 ABŞ dolları qalıq borc hissəsində iddia təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1,269.4, 442, 443.1, 448.1,317.1, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1,36.3, 39.3, 39.3.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 222.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdehlər "xxxx" İKŞ-nin direktoru Eminov Elşən Elxan oğlu və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində lə ğv edilməsi və iş üzrə mühasibatlıq ekspertizasının keçirilərək borcun müəyyən edilməsini xahiş etmişlər.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və məhkəməəmttəşünaslıq ekspertizası təyin edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28623 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 22 aprel 2015-ci il tarixli, NF-KX-01 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə, "xxxx" İKŞ-nin 22 aprel 2017-ci il tarixə 39.981,37 ABŞ dolları məbləğində əsas, 3.568,34 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 43.549,71 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilmişdir. Rəydə həmçinin qeyd olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən sonra müxtəlif vaxtlarda cəmi 8.266,15 ABŞ dolları ödəniş edilmişdir ki, ekspert qarşısında sual qoyulmadığından hesablama zamanı həmin ödənişlər nəzərə alınmamışdır. 12. “HEBA Consulting”MMC-nin 14 iyun 2019-cu il tarixli, 0359/19/ATAB nömrəli fərdi yaşayış evinin qiymətləndirməsinə dair hesabatdan görünür ki, X2 mülkiyyətində olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsi 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150.8 kv.m olan qeyri-yaşayış sahəsinin hazırki vaxta bazar qiyməti 125.000 manat məbləğində qiymətləndirilmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəç i), F.Ə.Mehtiyev və A.V.Bayramov) 28 iyun 2019-cu il tarixli, 2(104)- 389/2019 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, Naftalan Şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsinin ”cavabdeh "xxxx" İKŞ cəmi 35.341,85 ABŞ dollarının tutulub iddiaçı təşkilata verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, cavabdeh "xxxx" İKŞ əsas borca görə 35.868 ABŞ dolları, faiz borcuna görə 3.568,34 ABŞ dolları, cəmi 39.436,34 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, həmçinin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, Cavabdeh2 mülkiyyətində olan Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, 02 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150.8 kv.met r olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 125.500 manat müəyyən edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı təşkilat tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə cavabdeh "xxxx" İKŞ 35.868 ABŞ dolları əsas, 6.077 ABŞ dolları faiz olmaqla, cəmi 41.945 ABŞ dolları kredit borcunun tutulması xahiş edildiyi halda, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" İKŞ həmin tarixə 40.000 ABŞ dolları əsas, 3.608 ABŞ dolları faiz borcu olmaqla, cəmi kredit borcunun 43.608 ABŞ dolları təşkil etməsi barədə iddiaçı təşkilatın 18 may 018-ci il tarixli” maliyyə” arayışını” və cavabdeh "xxxx" İKŞ tərəfindən 25 dekabr 2017-ci il və 28 dekabr 2017-ci il tarixlərdə cəmi 8.266,15 ABŞ dolları ödəniş edilməsi barədə hesabdan çıxarış məlumatlarını əsas götürərək, cəmi 43.608 ABŞ dolları məbləğdən cavabdeh "xxxx" İKŞ tərəfindən sonradan ödənilmiş 8.266 ABŞ dollarını çıxmaqla, yerdə qalan 35.341,85 ABŞ dolları borcun cavabdeh "xxxx" İKŞ tutulması nəticəsinə gəlmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" İKŞ cəmi 35.341,85 ABŞ dolları kredit borcunun (43.6088.266,15=35.341,85) iddiaçı təşkilatın xeyrinə verilməsi hissəsində qeyd olunan nəticəyə gələrkən, əvvəla iddia tələbindən kənara çıxmış, daha sonra kredit müqaviləsinin müddətinin 22 aprel 2017-ci il tarixdə bitməsini nəzərə almadan, iddiaçı təşkilatın 18 may 2018-ci il tarixli” maliyyə arayışına əsaslanmaqla, iddiaçı təşkil atın həmin tarixə hesabladığı borcdan müqavilə müddəti bitdikdən sonra ödənilən məbləği çıxaraq, ümumi məbləği göstərməklə, əsas və faiz məbləğini ayrı-ayrılıqda müəyyən etməmiş və bununla da həm maddi, həm də prosessual normaların tələblərini pozmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 386.1, 385.1, 443.1, 445.2.1, 448.1, 445.2.2, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh "xxxx" İKŞ kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(104)- 389/2019 saylı qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməs i Mülki Kollegiyasının 2(102)8056/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.K.Dəmirov) cavabdeh "xxxx" İstehsalat Kommersiya Şirkətinin kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(104)-389/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kredit borcunun tutulması haqqında iddiaçı təşkilatın iddia tələbini təmin edib qətnamədə əsas və faiz borcunun məbləğini ayrı-ayrılıqda düzgün olaraq müəyyən etsə də, cavabdeh "xxxx" İKŞ tərəfindən 25 dekabr 2017-ci il tarixdə ödənilmiş 5.864,45 ABŞ dolları, eləcə də 28 dekabr 2017-ci il tarixdə ödənilmiş 2.401,7 ABŞ dolları, cəmi 8.266,15 ABŞ dollarını nəzərə almamaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsinin müddəti 22 aprel 2017-ci il tarixdə bitsə də, iddiaçı təşkilat hazırki iddia ərizəsi ilə məhkəməyə 10 aprel 2018-ci il tarixdə müraciət etmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh "xxxx" İKŞ tərəfindən 22 aprel 2017-ci il tarixdən sonra aparılmış ödənişlərin hansı öhdəliyin hesabına daxil edilməsini araşdırmadan, zərurət yarandığı halda müvafiq ekspertiza təyin edib xüsusi bilik tələb edən qeyd olunan suala aydınlıq gətirmədən, Mülki Məcəllənin 432.4-cü maddəsinin tələ blərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.

21. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdeh "xxxx" İKŞ tərəfindən aparılmış sözügedən ödənişlərin kredit müqaviləsinin müddəti bitdikdən sonra edildiyi və həmin məbləğ ekspert rəyində nəzərə alınmadığı üçün, hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində həmin məbləğlərin ümumi borcdan” silinə bilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.

22. Kassasiya instansiya məhkəməsi həmçinin ipotekanın ilkin satış qiymti hissəsində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş "xxxx" MMC “qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair” 14 iyun 2019-cu il tarixli hesabatına istinad etsə də, qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiymətini hesabata uyğun olaraq 125.000 manat deyil, 125.500 manat məbləğində müəyyən etmiş və həmin məbləği hansı mötəbər yazılı sübuta əsasən müəyyən etməsini qətnamədə əsaslandırmamışdır. Apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən isə görünür ki, cavabdeh tərəf ipoteka predmetinin ilkin satış qiyməti ilə razı deyil və mübahisəli qeyri-yaşayış binasının hazırda bazar qiymətinin 160.000-170.000 manat civarında olduğunu göstərib iddia tələbinə etiraz etmişlər d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Apellyasiya instansiya məhk əməsi ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və "xxxx"MMCnin xx.xx.2021-ci il tarixli rəyi ilə həmin tarixə ipoteka predmeti olan Naftalan şəhəri Ş.Qurbanov küçəsi 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,8 kv.m. olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 151.000 manat müəyyə edilmişdir.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-96/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və Ç.B.Məmmədov) cavabdehlər "xxxx" İKŞ-nin direktoru Eminov Elşən Elxan oğlu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Naftalan Şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixli, 2(052)-159/2018 nömrəli q ətnaməsinin ləğv edilməsi, İddiaçı ASC-nin cavabdehlər "xxxx" İKŞ və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, 22 aprel 2015-ci il tarixli NF-KX-01 nömrəli kredit müqaviləsi üzrə cavabdeh "xxxx" İKŞ-dən 27601,85 ABŞ dolları əsas, 3568,34 ABŞ dolları faiz, cəmi 31170,19 ABŞ dolları borc ödəniş gününə manatın məzənnəsi üzrə, ödənilmiş dövlət rüsumunun əvəzi 31 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumunun alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan Naftalan şəhəri Ş.Qurbanov küçəsi 2 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 150,8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka pretmetinin açıq hərracdan satılması, ipotekanın likvid satış qiymətinin 151.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" İKŞ iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə olan 27601,85 ABŞ dolları əsas, 3568,34 ABŞ dolları faiz, cəmi 31170,19 ABŞ dolları kredit borcunun, eləcədə ödənilmiş 31 manat dövlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulmasına yönəldilməsi, ödənişlər həyat keçirildikdən sonra qalan məbləğin ipoteka qoyan Cavabdeh2 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manatın cavabdeh "xxxx" İKŞ-dən alınaraq Azərbaycan Respubl ikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, qeyd etmişdir ki, apellyasiya icraatı zamanı borcun düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2019-cu il tarixli 28623 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış 22 aprel 2015-ci il tarixli NF-KX-01 nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə, "xxxx" İKŞ-nin 22 aprel 2017-ci il tarixə 39981,37 ABŞ dolları əsas, 3568,34 ABŞ dolları faiz olmaqla, cəmi 43549,71 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Rəydə həmçini n qeyd olunmuşdur ki, cavabdeh tərəfindən 22 aprel 2017-ci il tarixdən sonra müxtəlif vaxtlarda cəmi 8266,15 ABŞ dolları ödəniş edilmişdir. Ekspert qarşısında sual qoyulmadığından hesablama zamanı həmin ödənişlər nəzərə alınmamışdır. İddiaçı isə tələbində cavabdeh "xxxx" İKŞ-dən 35868 ABŞ dolları əsas, 6077 ABŞ dolları faiz olmaqla, cəmi 41945 ABŞ dolları kredit borcu tutulmasını xahiş etmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi ödənilmiş 8266,15 ABŞ dollarını nəzərə almamışdır. Eləcə də, apellyasiya icraatı zamanı ipoteka predmetinin likvid dəyərinin müəyyən olunması üçün "xxxx" MMC-dən 14 dekabr 2021-ci il tarixli 478/ATB/21 nömrəli rəy alınmış və həmin rəyə əsasən ünvan 1 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 150,8 kv.m ümumi sahədən ibarət qeyri-y aşayış sahəsinin likvid dəyəri 151000 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkməsi isə ipoteka predmetinin ilkin satış qıymətini 105500 manat müəyyən etmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1,425.1, 442, 443.1, 445.2.1, 448.1, 449.2, 449.3, 449.4, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 11.3, 34.1, 36.3, 37, 41-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı LPO İddiaçı ASC kassasiya şikayəti verərək qətnamənin cavabdehdən tutulmalı olan borc məbləği hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instans iya məhkəməsi işi səthi araşdırmış, sübutlara lazımı qiymət verməmiş, ekspertin əsassız rəyini sübut kimi qəbul etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddia tələbi həcminin artırılmasına dair ərizəsindən görünür ki, sonuncu iddia tələbi xx.xx.2018-ci il tarixdə artırılmışdır. Yəni cavabdehdən tələb olunan borc xx.xx.2018-ci il tarixə hesablanmış borcdur və 8226,15 ABŞ dlları ödənilən vəsait həmin tarixə yaranmış borcdan çıxılmışdır. Apellyasiya instansiya məhkəməsi yanlış olaraq cavabdehin xx.xx.2017-ci il tarixdən sonra ödədiyi 8.266,15 ABŞ dollarını təkrarən nəzərə almışdır. Bu günə cavabdehin 40.528,46 manat borcu mövcuddur.

29. Cavabdeh "xxxx" İKŞ-nin direktoru Eminov Elşən Elxan oğlu (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işi n yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi yenidən işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarındakı göstərişlərə əməl etməmiş, ipotekanın lkvid dəyərini düzgün müəyyən etməmiş, həmçinin 8.266,15 ABŞ dolları məbləğində vəsaitin hansı öhdəliyin hesabına daxil edilməsini araşdırmamış, borc məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmiş, prosessual normaları pozaraq, iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan əsaslandırma aparmışdır. Borc məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası tə yin edilməsi ilə bağlı teleqramla məhkəməyə müraciət edilsə də, məhkəmə ekspertiza təyin etməmiş, teleqrama münasibət bildirməmiş, vəsatət rədd edildiyi halda əsaslandırılmış qərardad qəbul etməmiş və qərardadın surəti tərəfə göndərilməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən tələb olunan məbləğ şişirdilmiş, cavabdehin etdiyi ödənişlər nə bank, nə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər

32. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilm ədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

33. İddiaçı kassasiya şikayətinə işə şifahi icraat qaydasında baxılması barədə vəsatət əlavə etmiş, lakin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilmədiyindən vəsatət təmin edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı ö hdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

35. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

36. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

38. Maddə 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğu n olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

39. Maddə 39.3.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən cavabdehdən tutulmalı olan borc məbləği hissəsində, cavabdeh tərəfindən isə borc məbləği və ipotekanın ilkin satış qiyməti hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Kassasiya kollegiyası hesab edir ki, işə təkrar b axan apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərini düzgün qiymətləndirməmiş, nəticədə cavabdehin kredit borcunun məbləğini yanlış müəyyən etmişdir.

52. Belə ki, hazırki iş üzrə kassasiya instansiya məhkəməsi əvvəlki qərarındakı mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin müddətinin sonuna kredit üzrə əsas və faiz borcunun məbləğini ayrıayrılıqda düzgün müəyyən etsə də, borclu tərəfindən 25 dekabr 2017-ci il tarixdə ödənilmiş 5.864,45 ABŞ dolları, eləcə də 28 dekabr 2017-ci il tarixdə ödənilmiş 2.401,7 ABŞ dolları, cəmi 8.266,15 ABŞ dollarını nəzərə almayaraq, onların qətnamənin icra mərhələsində nəzərə alınmalı olması barədə mövqeyi maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Buna görə də, 22 aprel 2017-ci il tarixdən s onra aparılmış ödənişlərin hansı öhdəliyin hesabına daxil edilməsi araşdırılmalıdır.

53. Apellyasiya məhkəməsi işə təkrar baxarkən müqavilə müddətinin sonuna 22 aprel 2017-ci il tarixə, ekspert rəyi ilə cavabdehin 39981,37 ABŞ dolları əsas, 3568,34 ABŞ dolları faiz olmaqla, cəmi 43549,71 ABŞ dolları borcunun olmasını müəyyən edildiyini, lakin iddiaçının sonuncu iddia tələbində 35.868 ABŞ dolları əsas borc tələb etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən 22 aprel 2017-ci il tarixdən sonra müxtəlif vaxtlarda cəmi 8266,15 ABŞ dolları məbləğində edilmiş ödənişləri yalnız əsas borca aid etməklə cavabdehdən 27.601,85 ABŞ dolları əsas borc, 3568,34 ABŞ dolları faiz borcunun tutulması qənaətinə gəlmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, bu zaman apellyasiya məhkəməsi Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 432.4-cü maddəsinin tələbini pozmuş, həmçinin müqavilə müddəti bitdikdən sonra ödənilmiş 8266,15 ABŞ dolları vəsaitini həmin tarixə yaranmış borc məbləğlərindən deyil, iddiaçının xx.xx.2018-ci il tarixdə verdiyi iddia tələbində göstərilən 35.868 ABŞ dolları əsas borc məbləği və ekspert rəyi ilə müəyyən edilən 3568,34 ABŞ dolları faiz məbləğinin cəmindən çıxmaqla, yanlış nəticəyə gəlmişdir.

55. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş faktlar əsasında cavabdehdən tutulmalı olan borc məbləğini müəyyən edilməsini mümkün hesab edərək qedy edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

56. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bil ər. 57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

58. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tət biqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilən maddi hüquq normalarını nəzərə almaqla hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən alınmış ekspert rəyi əsasında 22 aprel 2017-ci il tarixə cavabdehin 39981,37 ABŞ dolları əsas, 3568,34 ABŞ dolları faiz olmaqla, cəmi 43549,71 ABŞ dolları borcunun olması müəyyən edildiyindən və həmin tarixdən sonra bankın müqavilə üzrə faizləri tələb etmək hüququ olmadığından borclu tərəfindən 25 dekabr 2017-ci il tarixdə ödənilmiş 5.864,45 ABŞ dolları, eləcə də 28 dekabr 2017-ci il tarixdə ödənilmiş 2.401,7 ABŞ dolları, cəmi 8.266,15 ABŞ dolları müqavilə müddətini sonuna yaranmış borc məbləğindən çıxılmalı və Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbinə əsasən həmin vəsait borcun tam bağlanması üçün yetərli olmadığından əvvəlcə 3568,34 ABŞ dolları faiz hesabına, sonra isə 39981,37 ABŞ dolları əsas borc hesabına daxil edilərək, cavabdehin kredit müqaviləsi üzrə faiz borcu 0 ABŞ dolları, əsas borcu 35.373,56 ABŞ dolları müəyyən edilməlidir.

60. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin ekspert rəyinin düzgün olmaması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

61. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

62. Tərəflərin iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə nə yazılı, nə də məhkəmə iclas protokoluna qeyd edilməklə şifahi vəsatət verməsi iş materialları ilə müəyyən edilmir. Cavabdehin kassasiya şikayətinə əlavə etdiyi teleqramın surətindən isə görünür ki, teleqram xx.xx.2022-ci il tarixdə məhkəmə iclası başlandıqdan sonra saat 11.10-da vurulmuş, saat 11-50-də Gəncə rayon Poçt Şöbəsi tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, işə baxan məhkəmə kollegiyasının həmin teleqramı nəzərə alması mümkün deyildi.

63. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdehdən tutulan borc məbləği hissəsində dəyişdirilməli, iddia üzrə cavabdeh "xxxx" İKŞ-dən 35.283,56 ABŞ dolları, ödəniş gününə ABŞ dollarının manata məzənnəsi nəzərə alınm aqla manatla əsas borc tutulmalı, iddia borc məbləğinin qalan hissəsində təmin edilməməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehin kassasiya şikayəti isə bu hissədə təmin edilməməlidir.

64. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin ipotekanın ilkin satış qiymətinin 151.000 manat müəyyən edilməsi hissəsi ilə razılaşır və qeyd edir ki, əmlakın qiyməti müvafiq ekspert tərəfindən qiymətləndirilmiş, cavabdeh həmin rəyin düzgün olmaması, əmlakın dəyərinin daha artıq olması barədə məhkəməyə heş bir sübut təqdim etmədiyindən iş üzrə təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

65. Qanunvericiliyə görə ipoteka predmetin orta bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalıdır. Likvid dəyər isə bazar dəyərinin müəyy ənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Yəni, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

66. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayətinin ipotekanın ilkin satış qiymətilə bağlı dəlilləri də əsassız olduğundan təmin edilməməli, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" İKŞ-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(104)-96/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi qismən- cavabdeh "xxxx" İKŞ-dən tutulan kredit borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" İKŞ-dən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 35.373,56 ABŞ dolları, ödəniş gününə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, əsas borc tutulsun. İddia borcun qalan hissəsində rədd edilsin. Qətnamə ipotekanın ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar