Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4373/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı və icraatı birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc və tutmanın ipoteka predmetinə yönəldilməsi, maddi zəzər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair” tələblər üzrə iddiası və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı “borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi və sair” tələblərinə dair iddiası üzrə birləşdirilmiş mülki işə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2632/2023 saylı 20 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyən etdi: İşin halları
1. Cavabdeh1 ilə İddiaçı1 ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 846 saylı kredit müqaviləsi ilə ona 24 ay müddətinə illik 8% ödəmək şərtilə 450000 ABŞ dolları məbləğində və xx.xx.2012-ci il tarixli, 985 saylı kredit nüqaviləsi ilə 24 ay müddətinə illik 18% ödəmə k şərtilə 75000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi lə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2012-ci il tarixdə edilmiş 1 saylı əlavəyə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili və tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus ola n, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzili İddiaçı1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əlavə notarial qaydada təsdiqlənmiş və DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq Cavabdeh7 və Cavabdeh6 ilə bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən 196189,1 9 ABŞ dolları əsas, 108424,09 ABŞ dolları faiz olmaqla, cəmi 304613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 74975 ABŞ dolları əsas, 21833,79 ABŞ dolları faiz olmaqla, cəmi 96808,79 ABŞ dolları borcu yaranmışdır.
2. Cavabdeh borc alanın xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası zaminlik ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən cavabdehlər – zamin Cavabdeh7 və Cavabdeh6 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün məsuliyyət daşıyırlar.
3. Cavabdeh borc alanın xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ipoteka ilə təmin olunmuşdur. Belə ki, İddiaçı1 ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzili öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir.
4. Cavabdeh borc alanın xx.xx.2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ipoteka ilə təmin olunmuşdur. Belə ki, İddiaçı1 ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 846 saylı ipoteka müqaviləsinə əsasən adları çəkilən şəxslərin paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra at
5. İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh6 müştərək qaydada İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən 196189,19 ABŞ dolları əsas, 108424,09 ABŞ dolları faiz olmaqla, cəmi 304613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 74975 ABŞ dolları əsas, 21833,79 ABŞ dolları faiz olmaqla, cəmi 96808,79 ABŞ dolları borcun, ümumilikdə 401422,07 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
7. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənəd lərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh İddiaçı1 ASC-də olan bank hesabından əsassız hesablanmış 401422,07 ABŞ dolları məbləğində borc vəsaitinin silinməsi, dəymiş maddi zərərin əvəzi olaraq, 283223,14 ABŞ dolları məbləğində vəsaitin cavabdeh bankdan tutularaq ona ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilində yerləşən əmlakın girovdan azad edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər ərazi İdarəsinə tələb edilən sənədlərin ona təqdim edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 2011-ci ildə işi ilə əlaqədar ona pul vəsaiti lazım olmuşdur. Belə ki, o, qısa müddət öncə Cavabdeh6 ilə tanış olmuşdur. Həmin şəxs öncə ona birgə bizneslə məşğul olmağı təklif etmişdir. Daha sonra Cavabdeh6 rəsmi olaraq bacısının əri Cavabdeh5 adına reyestrdə qeydiyyatdan keçsə də, faktiki olaraq isə özünə məxsus olan Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i almağı ona təklif etmişfir. O, mənzilə baxaraq bəyənmiş, lakin həmin dövrdə maddi imkanı daşınmaz əmlakın dəyərini birdəfəyə ödəməyə imkan verməmişdir. Bu səbəbdən də alqı-satqı üçün razılaşdığı 170000 ABŞ dollarını hissəvi ödəməli idi. Qısa müddət ərzində onun tərəfindən Cavabdeh6 120000 ABŞ dolları ödənilmişdir. Bundan sonra Cavabdeh6 onun adına tam səlahiyyətli etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra o, həmin mənzildə təmir aparmış və qızı ailəsi ilə ora köçmüşdür. Lakin qısa müddət sonra Cavabdeh6 yerdə qalan 50000 ABŞ dollarını istəmişdir. Maddi imkanı olmadığı üçün o, kredit götürməli olmuşdur. Bu məqsədlə elə tanışı Cavabdeh7 vasitəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Orada şərtlərlə tanış olaraq, 450000 ABŞ dolları miqdarında pul vəsaitinin alınmasına razılıq vermişdir. Belə ki, həmin dövrdə ona bizneslə məşğul olmaq üçün əlavə vəsait tələb edilirdi. Bunun üçün də yuxarıda qeyd edilən miqdarda vəsait götürmüşdür. Bildirmişdir ki, o, cavabdeh təşkilatdan kredit almaq üçün razılaşmağına əsasən həm Cavabdeh6 aldığı Ak.Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i, həm də paylı mülkiyyətində olan İ.Dadaşov küçəsi ev 50, mənzil 83-ü də girov qoymalı i di. Beləliklə xx.xx.2011-ci il tarixdə onunla cavabdeh "xxxx" ASC arasında 846 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 450000 ABŞ dolları birdəfəlik kredit ayrılmışdır. Həmçinin elə həmin tarixdə Cavabdeh7 ilə 846 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin göstərilən məbləğin alınması üçün yuxarıda ünvanları qeyd edilən mənzillərə dair xx.xx.2011-ci il tarixdə 846 saylı İpoteka müqaviləsi imzalanmışdır. Rəsmiləşdirmə bitdikdən sonra cavabdeh təşkilat tərəfindən ona müvafiq məbləğ ödənilmişdir. Bankda işini bitirdikdən sonra o həmin məbləğdən 50000 ABŞ dolları Cavabdeh6 vermişdir. Lakin elə o zaman onunla Aygün arasında narazıçılıq yaranmışdır. Belə ki, o mənzilin dəyərinin 170000 ABŞ dolları deyil, 250000 ABŞ dolları olduğunu bildirmişdir. Bir mü ddət danışıqlardan sonra məcburiyyət qarşısında evi 220000 ABŞ dollarına almağa razılıq vermişdir. Beləliklə bankdan aldığı vəsaitdən Babaşovaya daha 100000 ABŞ dolları ödəmişdir. Həmin dövrdə artıq aldığı mənzil ipoteka müqaviləsi ilə yüklü edildiyi üçün öz adına rəsmiləşdirə bilməmişdir. Bildirmişdir ki, qısa müddət ərzində tərəfindən götürdüyü kredit məbləğindən 376000 ABŞ dolları ödənilmişdir. Vaxtından öncə ödəniş etdiyindən cavabdeh təşkilat tərəfindən ona 75000 ABŞ dolları məbləğində yeni kredit xətti açılmışdır. Bundan sonra onunla cavabdeh təşkilat arasında xx.xx.2012-ci il tarixli 985 saylı Kredit müqaviləsini imzalanmış və vəsait alınmışdır. İkinci müqavilədən sonra da ödənişləri vaxtında aparılmışdır. Artıq işləri ilə əlaqədar 1 ay ərzində yerdə qalan kredit borcunu, yəni 19600 0 ABŞ dollarını ödəmək istəmişdir. Bu məqsədlə də Babaşovanı görüşə dəvət edərək, qısa müddət sonra mənzili rəsmiləşdirməyə gedəcəyini demişdir. Lakin bu görüşdə Cavabdeh6 onun mənzilinin dəyərinin 220000 ABŞ dolları deyil 400000 ABŞ dolları olduğunu demişdir. Bundan sonra aralarında narazılıq baş vermişdi. Sonda belə razılaşmışlar ki, o, dərhal onun banka olan 196000 ABŞ dolları borcunu ödəyəcək və o, mənzili ona təhvil verəkdir. Yerdə qalan ona olan borcunu da bir müddət sonra qaytaracaq. Banka ödənişi isə 15 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Əliyev Vüqarın təklifi ilə Babaşova onun kreditinə dair zaminlik müqaviləsi imzalamalıdır. Cavabdeh6 ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə xx.xx.2011-ci il tarixli 846 saylı Kredit müqaviləsinə aid 846/01 saylı Zaminlik m üqaviləsi bağlanmışdı. Müqavilənin üzərindən 15 gün keçdikdən sonra o, "xxxx" ASC-nin "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X4 ilə əlaqə saxlayaraq, Cavabdeh6mn kreditit ödəyib ödəmədiyini soruşmuşdur. Vüqar Əliyevin verdiyi cavaba əsasən Cavabdeh6 artıq 196000 ABŞ dollarını artıq ödəmişdir. Bundan sonra o, artıq kreditinin bağlandığını anlamışdır və bu məsələ ilə artıq maraqlanmamışdır. Üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra yəni 24 dekabr 2014cü il tarixdə ona cavabdeh təşkilat tərəfindən bildiriş daxil olmuşdur. Həmin bildirişdə onun ilk müqavilə üzrə 304613,28 ABŞ dolları, ikinci müqavilə üzrə isə 96808,79 ABŞ dolları borcunun olduğu bildirilmişdir. Bundan sonra məsələni araşdırmaq üçün o, cavabdeh təşkilata müraciət etmişdir. Məlum olmuşdur ki, Cavabdeh6 banka h eç bir vəsait ödəməmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsləri ilə əlbir olaraq, ona xəbər vermədən bacısının ərinə məxsus olan Ak.Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-in ipotekadan azad olunması haqda rəsmi sənəd hazırlamış və mənzili digər şəxsə satmışdır. Həmçinin bank rəhbərliyi də bu qanunsuz əməldə iştirak edərək, kredit müqaviləsi bağlamış şəxsi bu barədə xəbərdar etməmişdir. Bundan sonra o, hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlamışdır. Nəticədə Cavabdeh6 və "xxxx" ASC-nin "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X4 məsuliyyətə cəlb edilmişlər. Beləliklə onunla müxtəlif müqavilələr bağlayaraq üzərinə öhdəlik götürmüş təşkilatın rəhbər şəxslərinin törətdiyi qeyri-qanuni əməllər nəticəsində ona külli miqdarda maddi zərər vurulmuşdur. Hesab edir ki, "xxxx" ASC tərəfindən 985 və 846 saylı müqavilələrin 6.4-cü maddəsinin tələbləri pozulmuşdur. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsləri əlbir olaraq, ona qarşı delikt törətmişlər. Delikt nəticəsində ona külli miqdarda maddi zərər dəymişdir. Belə ki, hazırda ona "xxxx" ASC əsassız olaraq, ilk müqavilə üzrə 304613,28 ABŞ dolları, ikinci müqavilə üzrə isə 96808,79 ABŞ dolları, yəni toplam 401422,07 ABŞ dolları məbləğində maddi zərər vurmuşdur. Həmçinin Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i o, faktiki olaraq almışdır. Mənzilə dair tələb edilən bütün pul vəsaiti ödənilmişdir. Lakin mənzil ipoteka ilə yüklü edildiyi üçün həmin dövrdə tam səlahiyyətli etibarnamə ilə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyatdan keçirə bilməmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsi olan "Hüquqi şəxslərin kreditl əşdirilməsi" Şöbəsinin müdiri X1 hazırladığı və bankın möhürü ilə təsdiq edilmiş girovdan azad edilmə barədə sənədə əsasən faktiki sahibliyində olan daşınmaz əmlak digər şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Beləliklə cavabdeh hüquqi şəxsin əməkdaşının törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona ikinci külli miqdarda maddi zərər dəymişdir. Həmin zərərin miqdarını isə müvafiq ipoteka müqaviləsindən müəyyən etmək olar. Belə ki, müqavilədə qeyd edildiyi kimi, "xxxx" ASC- nin sifarişi əsasında "xxxx" MMC tərəfindən mənzilin qiymət qoyması aparılmışdır. Həmin təşkilatın rəyində göstərilir ki, xx.xx.2011-ci il tarixdə mənzilin real bazar dəyəri 222755 manat olmuşdur. Kreditin dolları verildiyini nəzərə alaraq, hesab edir ki, yuxarıda qeyd edilən məbləğin həmin dövrə olan məzənnəsi nə zərə alınmalıdır. Belə ki, Mərkəzi Bankın xx.xx.2011-ci il tarixə olan məzənnəsinə uyğun olaraq, 0,7865 manat 1 ABŞ dollarına bərabər olmuşdur. 222755:0,7865=283223,14 ABŞ dolları. X3" ASC-nin ona ikinci dəfə vurduğu maddi zərərin miqdarı 283223.14 ABŞ dollarıdır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, cavabdeh hüquqi şəxsin əməkdaşlarının delikti nəticəsində onun "xxxx" ASC-də olan bank hesabına əsassız 401422,07 ABŞ dolları borc hesablanmış və 283223.14 ABŞ dolları birbaşa zərər vurulmuşdur.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2052/2018 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı pul tələbinə dair mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabd eh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2(005)-8085/2017 nömrəli (yeni nömrə 2(005)-482/2018) mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bankın iddia ərizəsini müdafiə edərək təmin olunmasını, digər iddia ərizəsinin isə əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3/2023 saylı 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) İddiaçı1 ASC-nin iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 846 nöm rəli kredit müqaviləsinə münasibətdə 196189,19 ABŞ dolları əsas borc, 31.833,92 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 228023,11 ABŞ dolları; xx.xx.2012ci il tarixli 985 nömrəli kredit müqaviləsinə münasibətdə 74.975 ABŞ dolları əsas borc, 3.290 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 78265 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsaitin İddiaçı1 ASC-nin xeyrinə tutulması; tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində y erləşən, 50 saylı evin, 83 saylı mənzilinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 113000 (bir yüz on üç min) manat müəyyən edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi; Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin paylara uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılması Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ( bir) ay ərzində boşaldılması, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlik icra edilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsu liyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. 13. xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər Cavabdeh7 və Cavabdeh6 birgə və eyni həcmdə məsuliyyət daşısa da, iddiaçı zaminlərə qarşı müvafiq olaraq xx.xx.2014-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də İddiaçı1 ASC-nin zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam v erilmiş hesab edilir.
14. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh7 və Cavabdeh6 tutulmasına dair hissəsi ilə razılaşmamış və hesab etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh7 və Cavabdeh6 aid hissədə rədd edilməlidir.
15. Məhkəmə Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-yə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı isə qeyd etmişdir ki, borc öhdəliyinin mövcud olması və həmin mövcudluq məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından borc vəsaitinin silinməsi və maddi zərərin ödənilməs i üçün heç bir hüquqi əsas yoxdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 269.1, 269.7, 269.4, 317.1 və 319.1-ci maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 36.1, 36.3, 39.3.3 və 47.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh (iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apelyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, demək olar ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əsaslandırdığı işin faktiki halları, ümümiyyətlə məhkəmə tərəfindən araşdırıl mamışdır, halbuki əgər araşdırılsa idi onun iddia tələbi təmin edilər, bankın iddiası isə rədd edilərdi. Buna səbəb isə odur ki, o, Cavabdeh6 ilə İddiaçı1 ASC-nin “Hüquqi şəxslərin kreditləşdirilməsi” Şöbəsinin müdiri X4 tərəfindən aldadılaraq, onun banka olan kredit borcunun artıq bağlanıldığını hesab edirdi. Belə ki, bununla bağlı iddiaçı Cavabdeh6 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü və X4 barəsində təqdim etdiyi cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 1(102)1540-18 saylı qərarına baxmadan, araşdırmadan cavabdeh "xxxx" ASC xeyrinə qətnamə çıxarmışdır. Qeyd edir ki, "xxxx" ASC-nin Kredit şöbəsinin müdiri X4 da məhz bu işə görə CM-nin 308.2 və 313-cü madələri ilə məhkum edilmişdir. Məsələni aydınlaşdırdıqdan son ra ona məlum olmuşdur ki, Cavabdeh6 ilə İddiaçı1 ASC-nin “Hüquqi şəxslərin kreditləşdirilməsi” Şöbəsinin müdiri X4 ilə birlikdə onu aldadmış, yəni ona qarşı dələduzluq etmişlər. Nəticədə ona qarşı dələduzluq edən şəxslər məsuliyyətə cəlb edilmişlər. O, bununla bağlı birinci intansiya məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2016-cı il tarixli hökmü ilə kreditə zamin olan Cavabdeh6 zərərçəkmiş ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, (külli miqdarda dələduzluq) 320.1 və 320.2-ci (saxta sənəd hazırlama və istifadə etmə) təqsirli bilinərək məhkum olmuşdur. Lakin Nərimanov Rayon Məhkəməsinin 2(005)-3/2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi, məhkəmə ümumiyyətlə tərəfindən təqdim edilmiş əsaslara nəzər yetirməmiş, işin faktiki hall arını tam və obyektiv araşdırmadan qətnamə çıxarmışdır.
20. Apelyasiya instansiyası məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh6 barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü var, azadlıqdan məhrum edilib, hazırda cəzaçəkmə müəssisəsindədir. Zərərçəkmiş şəxs qismində təkcə Cavabdeh1 deyil, İddiaçı1 ASC də tanınıb. Belə ki, faktiki olaraq bankın yüklülüyündə olan əmlak olub. Eyni zamanda bankın bir şəxsi də hətta əmlakın yüklülükdən qanunsuz olaraq azad edilməsini həyata keçirdiyi üçün cinayət məsuliyyətinə cəlb edilib. Hazırki münasibətlər Cavabdeh1 ilə İddiaçı1 ASC arasında bağlanmış kredit müqa viəsindən irəli gələn münaisbətlərdir. Cavabdeh tərəf qeyd etdiyi razılaşmanın faktiki olaraq mövcudluğunu təsdiq edən heç bir sənəd yoxdur. Əgər ki, kredit müqaviləsi üzrə borc tam ödənilsə idi, Cavabdeh1 maraqlı olmalı idi ki, borcun olmaması barədə arayış alsın. İpoteka predmeti olan əmlak da paylı mülkiyyətdə olub. Borc ödənilibsə əmlakın yüklülükdən azad edilməsi ilə müraciət olunmalı idi. Göndərilən bildirişlərdə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi də qeyd edilmişdir. Bank tərəfindən hər hansı qanunsuzluğa yol verilməmişdir.
19. Əvvəlki məhkəmə iclasında iştirak edən cavbdeh Cavabdeh1 və nümayəndəsivəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər.
20. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2( 103)-2632/2023 nömrəli iş üzrə 2023-cü il 20 iyun tarixli qətnaməsi ilə (hakimlər – C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh (iddiaçı) verdiyi iddia ərizəsində və apellyasiya şikayətində ona maddi zərərin dəyməsinə əsas olmuş hallar kimi tərəf olduğu kredit müqaviləsi üzrə borcu Cavabdeh6 tam ödədiyi barədə həqiqəti əks etdirməyən məlumatın bankın əməkdaşı tərəfindən verilməsi, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi ev 28, 21 saylı mənzilin i poteka yüklülüyündən azad olunmasına həmin əməkdaş tərəfindən qanunsuz şəkildə şərait yaradılmasına istinad etmişdir. Halbuki Cavabdeh1 tərəf olduğu kredit müqaviləsi üzrə borcun Cavabdeh6 tərəfindən tam ödənildiyi barədə həqiqəti əks etdirməyən məlumatın verilməsi nəticəsində onun maddi itkilərə məruz qalmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-88/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş X4, Cavabdeh1 bu fakt üzrə verdiyi izahatına etiraz etmiş, onun tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qay dada icra edilmədiyini birldirmişdir.
23. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan kredit müqavilələri ilə bağlı bankın əməkdaşı tərəfindən səhv məlumatın verilməsi faktı üzrə cinayət icraatı qaydasında aparılan ibtidai və məhkəmə istintaqı zamanı araşdırma aparılmamış, bu hal üzrə hər hansı nəticəyə gəlinməmişdir.
24. Bundan başqa Cavabdeh1 müqavilə tərəfi olaraq ağlabatan ehtiyatlılıq göstərməklə bağladığı əqdin icrası vəziyyəti barədə maraqlanmaq, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verildiyini təsdiq edən sənəd tələb etmək səlahiyyəti vardır, onun bu imkandan istifadə etmək hüququ bankın hər hansı işçisi tərəfindən məhdudlaşdırılmamışdır.
25. Həmçinin digər iddia tələblərinin (borc vəsaitinin silinməsi, Bakı şəhəri, Nəriman ov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilində yerləşən əmlakın girovdan azad edilməsi və s.) də yuxarıda qeyd edilənlərə uyğun olaraq rədd edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə apellyasiya məhkəməsi razılaşmışdır. Belə ki, işdə olan sübutlarla əmlakın ipoteka yüklülüyünə xtam verilməsi, tərəf olduğu kredit müqavilələri üzrə borcun silinməsi üçün hər hansı hüquqi əsasın mövcudluğunu müəyyən etmək mümkün olmamışdır.
26. Bununla da apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə İddiaçı1 ASC-nin iddia tələbinin rədd edilməsi və icraatı birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmidir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Şikayətdə göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 müqavilə tərəfi olaraq ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin icrası vəziyyəti barədə maraqlanmaq, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verildi yini təsdiq edən sənəd tələb etmək səlahiyyəti vardır, onun bu imkandan istifadə etmək hüququ bankın hər hansı işçisi tərəfindən məhdudlaşdırılmamışdır. Cavabdeh1 Cavabdeh6 inanmış, onun tərəfindən 196000 (yüz doxsan altı min) ABŞ dolları pul məbləğinin İddiaçı1 ASC-nə ödənilməsi barədə bankın əməkdaşı Əliyev Vüqar təsdiq etmişdir. Göründüyü kimi, Cavabdeh1 borcun ödənilib ödənilməməsi barədə maraqlanmışdır. Apellyasiya instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticədə düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdə n çəkinməlidirlər.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
34. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin pre dmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35. Maddə 21.1 və 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
37. Maddə 1097.1 və 1097.3. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilə r.
38. Maddə 1099.1 və 1099.2. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4
1. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallar ını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
48. Cavabdeh-iddiaçı Cavabdeh1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2632/2023 saylı 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini.