Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4378/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, CavabdehXnın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı CavabdehXna qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(107)-149/2019 nömrəli qətnaməsindən CavabdehX və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 8.00 0 (səkkiz min) manatın, vurulmuş zərərin əvəzi olaraq (əldən çıxmış fayda) 40.000 (qırx min) manatın, cavabdehə nağd olaraq verdiyi 4000 (dörd min) manat pul məbləğinin 2010-cu ildən bu günədək bank uçot faizlərinin hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim X3) 30 avqust 2018-ci il tarixli, 2(024)-487/2018 saylı qətnaməsi ilə İddiaçı CavabdehXna qarşı pul tələbinə dairiddiası qismən təmin edilmiş, Cavabdeh 8.000 (səkkiz min) manat borc pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi və iddianın “vurulmuş zərərin əvəzi olaraq (əldən çıxmış fayda) 40.000 (qırx min) manatın və cavabdehə nağd olaraq verdiyi 4000 (dörd min) manat pul məbləğin in 2010-cu ildən bu günədək bank uçot faizlərinin hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi” tələbinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(107)-149/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi X4, hakimlər X5 və X1) iddiaçı və cavabdehin verdiyi apellyasiya şikayətləri təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tаrixli, 2(024)-487/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. CavabdehX və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(107)-149/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, kassator İddiaçı 120 ağac fındığın olduğu 0.7 ha torpaq sahəsini 2000 manata satmışdır və ondan nağd pul şəklində bir neçə dəfəyə 2000 manat almışdır. Lakin iddiaçı oğlu İnam Bayramovun ağır xəstə olmasından və onların pula vacib ehtiyacı olmasından istifadə edərək müqaviləyə 2000 əvəzinə 4000 manat yazmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq geri qaytarılarsa pul iki misli miqdarında ona qaytarılmalıdır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(107)-149 /2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR CavabdehXnın nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçıya işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublik ası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddia tələbi qismən təmin edildiyindən və qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verd iyindən kassasiya icraatının predmetini qətnamənin iddianın təmin edilmiş hissəsinin yoxlanılması təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyənedilmiş faktiki hallarından görünür ki, Cavabdeh Qax rayonu Əmircan kəndində çaykənarında yerləşən həmin vaxtı Dövlət Aktı olmayan, özünün və ailə üzvlərinin faktiki istifadəsində olan 120(bir yüz iyirmi) fındıq topundan ibarət olan ümumi sahəsi 0.70 ha fındıq bağı sahəsini ailə üzvlərinin razılığı ilə 4000(dörd min) manata İddiaçı satmağı, əgər müqavilənin şərtləri pozularsa həmin məbləğin iki mislini, yəni 8000 manat pulu İddiaçı qaytarmağı, İddiaçı isə cavabdehə 4000(dörd min) manat pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin vaxtdan etibarən İddiaçı həmin fındıq bağ sahəsinin illik vergisini 06.05.2018-ci il tarixədək ödəmişdir. C avabdeh və ailə üzvləri 2018-ci ilin mart ayında bağ sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, № ******* saylı çıxarışverilmişdir. Tərəflər arasında həmin torpaq sahəsi ilə bağlı razılıq əldə edilmədiyi üçün İddiaçı müqavilə üzrə ödədiyi məbləğin ikiqat qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin 8 000 (səkkiz min) manat pul tələbinə dair hissəsi iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi Qax rayonu Əmircan kənd ƏİN-də bağlanmış 20 iyul 2010-cu il tarixli alqı-sa tqı müqaviləsi ilə birbaşa sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış sadə yazılı müqavilə üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edi lməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, tərəflər arasında sadə yazılı alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə predmetini təşkil edən bağ sahəsi qaytarıldıqda, ödədiyi məbləğin ikiqat qaytarılmasını müqavilədə şərtləşdirdiyindən cavabdeh müqavilə üzrə öhdəliyini icra etməlidir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator şikayətdə göstərilənlərlə bağlı məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlil lər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: CavabdehXnın və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(107)-149/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qəra
Məhkəmə qərarları › İş №2(102)-4378/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4378/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver