Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4380/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-412/2021 nömrəli iş üzrə 16.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 08 may 1985-ci il tarixdə X4 ilə rəsmi nikaha girmiş, birgə nikahdan üç uşaqları olmuşdur. Birgə nikahda olduqları dövrdə tərəflər “MERSEDES BENZ VİTO 115 CDİ” markalı avtomobil əldə etmiş, 01 iyul 2016-cı il tarixdə avtomobil X2 adına qeydiyyata alınmışdır. 15 dekabr 2019-cu il tarixdə X4 qardaşı Cavabdeh həmin avtomobil üzərində sərəncam hüququ verən etibarnamə vermiş, sonuncu tərəfindən isə 21 yanvar 2020-ci il tarixdə X5 etibarnamə verilməklə həmin etibarnamə əsasında 21 yanvar 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən avtomobil Cavabdeh satılmışdır. 17 yanvar 2020-ci il tarixdə X4 vəfat etmişdir. Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin mart ayında X1 iddia ərizəsi və iddianın həcminin a rtırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ərinin onkoloji xəstəlikdən əziyyət çəkməklə anlaqsız vəziyyətdə olduğu dövrdə ərinin qardaşı Cavabdeh ondan etibarnamə almaqla avtomobili həmin etibarnamə əsasında öz adına keçirməsini, avtomobilin satılmasına onun razılığının alınmamasını və s. əsas göstərməklə avtomobilə dair bağlanmış 21 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov)iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək mübahisəli avtomobili notariatda bağlanmış alqı-satqı müqaviləsi əsasında 25.000 manat ödəməklə almasını və bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək avtomobili qanuni əsaslarla əldə etməsini, lakin məhkəmənin sübutlara düzgün qiymət vermədən iddianı təmin etməsini əs as göstərməklə qətnamənin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tə rəfindən tanınan və qorunan hüququdur. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1 Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etib arnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 8 8 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, avtomobilin mülkiyyətçisi olan iddiaçının əri Mirələsgər Əzizov 17 yanvar 2020-ci il tarixdə vəfat etməsin ə baxmayaraq onun qardaşı – hazırkı iş üzrə Cavabdehla avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsinə görə etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxsin ölümü ilə xitam verilir. Mirələsgər Əzizovun 17 yanvar 2020-ci il tarixdə baş vermiş ölümü ilə onun tərəfindən qardaşı Cavabdeh verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsinə baxmayaraq, sonuncu bunu bildiyi halda həmin etibarnamə üzrə verilmiş səlahiyyəti Şahin Ağayevə etibar etmiş və o da Cavabdeh öldüyünü bildiyi halda avtomobilə dair Cavabdehla alqı-satqı müqaviləsi bağlamışdır. Halbuki, mübahisəli avtomobil, müəyyən olunduğu kimi, iddiaçının mərhum əri Mirələsgər Əzizovla birgə nikahda olduğu dövrdə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmuşdur. Azərbay can Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçı ilə əri Mirələsgər Əzizovun ümumi birgə mülkiyyətində olan avtomobil Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulması ilə cavabdehə satıldığından, kollegiya alqı-satqı müqaviləsinin etibarsız sayılıb avtomobilin iddiaçıya qaytarılmasını qanuni və əsaslı sayır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax
Məhkəmə qərarları › İş №2(102)-4380/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4380/2021
23.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver