Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-439/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarlı sayılması, yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı əqdin etibarlı sayılması və yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Ş əki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-398/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh1 kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2004-cü il tarixli akta görə, Cavabdeh1 özünə məxsus 0,41 ha, yəni 4.100 kv.m. torpaq sahəsini aktı imzaları ilə təsdiqləyən şəxslərin şahidliyi ilə XXX kənd sakini X11 razılaşma qiyməti ilə satmışdır. 2. ünvan 1 İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ XXX nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən, X14 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.
3. Zaqatala Rayon İcra Hakimiyyəti ünvan 1 inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 564 nömrəli arayışa gör ə, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 vəfatından sonra sağ qalmış varisləri X13, İddiaçı2, X10r.
4. Reyestrdə 2V-799 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş xx.xx.2019-cu il tarixli anun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə, ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 0,21 ha olan torpaq sahəsindən xx.xx.2006-cı il tarixdə ölmüş X9 vərəsələri kimi İddiaçı2 və İddiaçı1 bərabər hissədə pay almışlar.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarda sorğuda qeyd olunan Cavabdeh2 və ailə üzvlər inin (subyekt sayı - 6) ümumbirgə mülkiyyətində ünvan 1i ünvanda A 228153 və A 144646 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan 1.440,03 kv.m. və 1.032 kv.m. kənd təsərrüfatı təyinatlı və JN-1580 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində qeyd olunan 0,70 ha yaşayış məntəqəsinin torpaqlarının olması qeyd edilmişdir. Sorğuda qeyd olunan 0,41 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir.
6. AR ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1ində yerləşən naturada istifadə etdikləri 0.3663 ha torpaq sah əsi elektron məlumat bazasına gorə DTXK-nin tərtib etdiyi (kadastr nömrəsi **********0497) Torpaq sahəsinin planı və ölçüsü sənədinin cizgiləri daxilində yerləşir. Həmin mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, kadastr nömrəsi **********0497 olan torpaq sahəsi üçün Cavabdeh2 adına DTXK tərəfindən Plan və ölçü sənədi tərtib edilmişdir.
7. AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində yerləşən daşınmaz əmlakın reyestr nömrəsi **********81 olan 1,3261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** reyestr nömrəsi ilə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh2, Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 adına daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 8. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 532 nömrəli mütəxəssis rəyinə görə, nəzəri hesablama yolu ilə ünvan 1ində yerləşən 0,41 ha torpaq sahəsində salınmış 15 yaşı olan 70 ədəd fındıq topasının, 15 yaşı olan 10 ədəd qoz ağacının və kəsilərək məhv edilmiş 220 ədəd akasiya ağacının hazırkı bazar dəyəri təxminən 10.535 manat müəyyən edilir. O cümlədən: 15 yaşlı 70 ədəd məhsuldar fındıq topasının dəyəri - 7.875 manat; 15 yaşlı 10 ədəd qoz ağacının dəyəri – 2.000 manat; - kəsilərək məhv edilmiş 220 ədəd akasiya ağacının dəyəri - 660 manat. Qeyd: 15 illik fındıq ağacları bazarlarda satılmadığına görə (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil), 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7,50 manat qiymətləndiril məklə, 15 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 112,50 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. 9. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 408 nömrəli mütəxəssis rəyinə əsasən, nəzəri hesablama yolu ilə ünvan 1ində yerləşən 0,41 ha torpaq sahəsində salınmış 15 yaşı olan 70 ədəd fındıq topasının, 15 yaşı olan 10 ədəd qoz ağacının və kəsilərək məhv edilmiş 220 ədəd akasiya ağacının, hazırkı bazar dəyəri təxminə n - 10.535 (7.875 + 2.000 + 660) manat, 220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarına dəymiş ziyan - 6.600 (220 x 304) manat olmaqla, ümumilikdə - 19.075 (7.875 + 2.000 + 660 + 6.600 + 1.940) manat müəyyən edilir. O cümlədən: 15 yaşlı 70 ədəd məhsuldar fındıq topasının dəyəri (70 əd x 112,50) - 7.875 manat; 15 yaşlı 10 ədəd qoz ağacının dəyəri (10 əd x 200) 2.000 manat; Yaşıllıq və ya hasar məqsədilə əkilmiş 220 ədəd akasiya ağacının dəyəri (220 əd x 30 m) - 660 manat. Təkrar ekspertiza zamanı aşkar edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən kəsilərək məhv edilmiş 100 ədəd akasiya ağacının ziyanı 3.000 (100 əd x 30 m) manat təşkil etdiyindən, 220 ədəd akasiya ağacına görə dəymiş ziyanın miqdarı - 6.600 manat təşkil edir. O cümlədən: 220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarının ziyanı (220 əd x 30 m) - 6.600 manat təşkil edir. Bölgədə 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə təqribən 1.940 manat xərc çəkilmişdir. Qeyd: 15 illik fındıq ağacları bazarlarda satılmadığına görə (belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün deyil), 1 illik 1 ağaca tələb edilən aqrotexniki qulluq təxminən 7.50 manat qiymətləndirilməklə, 15 yaşı olan fındıq topasının orta bazar qiyməti təxminən 112.50 manat qiymətləndirilmişdir. Respublika daşınmaz əmlak (o cümlədən torpaq sahəsi) bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sistem inə yaxınlığından və sairədən asılı olaraq, torpağın və torpaq üstündə olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Qeyd: ilkin ekspertizanın nəticəsi ilə əlavə ekspertizanın nəticəsi arasındakı fərq ilkin ekspertiza zamanı tədqiq olunan akasiya ağacının yeni əkilmiş növünün, əlavə ekspertiza zamanı isə kəsilmiş akasiya ağaclarına dəymiş ziyanın da qiymətləri nəzərdə tutulmuşdur. Rəyə baxış aktı əlavə olunur.
10. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/2736 nömrəli rəydə göstərilmişdir ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, qərarda qeyd edilən ağac və kolların iş materiallarında olan “X7” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 408 nömrəli mütəxəssis rəyinə əsasən 2020-ci il üzrə nəzəri orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 15 yaşlı 70 edəd məhsuldar fındıq topasının dəyəri (70əd x 112,50m) 7.875 manat; 15 yaşlı 10 ədəd qoz ağacının dəyəri (10 əd x 200 m) 2.000 manat; 220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarının ziyanı (220 x 30 m) – 6.600 manat. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ünvan 1idə yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onların razılığı ilə və şahidlərin iştirakı ilə xx.xx.2004-cü il tarixdə 2.000 ABŞ dolları məbləğdə pula aldıqları ünvan 1ində yerləşən 0,41 ha torpaq sahəsinin alqı-satqısı haqqında cavabdehlərlə X1 4 arasında tərtib olunmuş alqı-satqı əqdinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
12. İddiaçılar sonradan məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 0,42 ha torpaq sahəsində onlar tərəfindən torpağı alarkən cavabdehlərə verdikləri dolların Azərbaycan manatına məzənnəsinə görə verdikləri 3.400 manat, torpağın təmizlənməsi və baxımına bu günə qədər xərclənmiş 3000 manat, əkdikləri və hazırda orada qalan 70 topa fındıq kolunun birinin 150 manatdan hesablanmaqla ümumilikdə 10.500 manat, əkdikləri və hazırda orada olan 10 ədəd qoz ağacının birinin qiyməti 600 manat olmaqla cəmi 6000 manat, kanalın qazılması üçün verilən 880 manat, cavabdehlərin qohumları tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağacı, birinin maddi qiyməti 20 manat olmaqla cəmi 4.400 manat pulun, qulluq göstərilməsinə və sair çəkilmiş xərclərin ümumilikdə cəmi 28.180 manat pulun və iddianın qaldırılması üçün dövlət rüsumu adı altında ödənilmiş 30 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. İddianın əsaslarına görə, İddiaçı2 X9 vərəsəsidir. Ailəsi ilə birlikdə Zaqatala rayonun XXX kəndində yaşayır. X14 2006-cı ildə ölmüşdür. İddiaçı2 faktiki olaraq və notarial qaydada mərhum XXXdan qalan mirası qəbul etmişdir. Yaşadıqları evin yanında yerləşən cavabdehlərə məxsus 0,41 ha torpaq sahəsini X1 sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və C avabdeh6 2004-cü ildə 2.000 ABŞ dollarına almışdır. Bununla bağlı 30 avqust 2004-cü il tarixdə aralarında şahidlərin iştirakı ilə alqı-satqı əqdi tərtib edərək imzalamışlar. Həmin vaxtı torpağın sənədləri olmadığından alqı-satqı əqdi tərtib etmişlər ki, cavabdehlər torpağın sənədləri hazır olduqda notarial qaydada sözügedən torpaq sahəsini XXXun adına özgəninkiləşdirməyi, yəni satmağı öz öhdəliklərinə götürmüşlər. Həmin torpaq sahəsini cavabdehlər özləri İddiaçı2 satmağa təklif etmişlər. İddiaçı2 oranı almışdır. Həmin torpaq sahəsi alınan zaman yararsız vəziyyətdə olmuş, heyvanlar üçün otlaq kimi istifadə olunmuş, hasarı dağınıq vəziyyətdə olmuş, içərisi öz başına bitən kollarla dolmuşdur. Ərazini su basdığı zaman daşla doldurmuşdur. İddiaçılar torpaq sahəsini aldıqdan sonra həmin torpaq s ahəsinin içərisindəki daş və kolları təmizləmiş, əraziyə daxil olan suyun qarşısını alıb torpağı suvarmaq üçün ayrı su kanalı çəkdirmişdir. 2004-cu il tarixdən həmin əraziyə İddiaçı2 və övladları qulluq edir, torpağın vergilərini onlar ödəyir. Sözügedən torpaq sahəsinə bütünlükdə fındıq ağacları əkmişlər və hazırda həmin ağaclar böyüyüb və yüksək keyfiyyətdə məhsul verir. Həmin torpaq sahəsini İddiaçı2 aldıqdan sonra oraya xeyli miqdarda pul xərcləmişdir. Torpaq sahəsi tam yararsız vəziyyətdə olmuş, bütün əraziyə fındıq ağacları əkmişdir. Onlar həmin torpaq sahəsini aldığı zaman torpağın hüquq müəyyənedici sənədləri olmadığından alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişdir. Sonradan cavabdehlə birlikdə torpağın hüquqi sənədlərini almışlar ki, alqı-satqı müqaviləsini rəsmiləşdirilsin. L akin cavabdehlə aralarında bağladıqları alqı-satqı müqaviləsini rəsmi qeyd etdirmək məqsədi ilə cavabdehləri Zaqatala rayon dövlət notariat konturuna dəvət etdikdə, sonuncular hər dəfə bir bəhanə edərək gəlməmişlər.
14. Zaqatala Rayon Məhkəməsinin 2(033)-45/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2004-cü ildə iddiaçıların qanun üzrə vərəsələri olduqları xx.xx.2006-cı il tarixdə vəfat etmiş X14 tərəfindən Cavabdeh1 verilmiş 200 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) ünvan 1ində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sa həsində iddiaçılar tərəfindən əkilmiş 70 ədəd fındıq topasının hazırki bazar dəyəri 7.875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırkı bazar dəyəri 2.000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırkı bazar dəyəri 660 manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1.940 manat, cəmi 12.475 manat pul vəsaiti və 200 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, ilk öncə iddia təl əbinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hissəsi üzrə dəyərləndirmə aparılaraq, iddia tələbi bu hissədə rədd edilməlidir. İşdən göründüyü kimi, iddiaçı tərəf torpaq sahəsinin alqı-satqısına dair notariat kontorunda bağlanmış müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsinin ona satılması barədə mülahizəsi əsassızdır və həmin torpaq sahəsinin ona satılmasını təsdiq edən hal kimi irəli sürdüyü cavabdehlərlə onun arasında xx.xx.2004-cü il tarixli akt tərtib edilməklə müqavilə bağlaması olmuşdur. İddiaçının qeyd etdiyi akt iddia ərizəsinə əlavə edilmiş, həmin sənəd AKT adlandırılmış, həmin sənəd onlar tərəfindən imzalanmışdır. İddiaçı qeyd olunan “akt” adlandırılan sənədi alqı-satqı müqaviləsi kimi başa düşməkdə yanılır. Qeyd olunan ha l Mülki Məcəllədə (646 və 648-ci maddələri) nəzərdə tutulmuş mənada alqı-satqı müqaviləsin ehtiva etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Halbuki tərəflər qeyd edilən tələblərin heç birinə əməl etməmişlər. Ona görə də iddiaçının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə daha sonra iddia tələbinin iddi açının cavabdehə torpağını almaq üçün ödəmiş olduğu pul tələbinə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən iddiaçıların vərəsəsi olduğu xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 200 ABŞ dolları pul almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia tələbi iddiaçının cavabdehə torpağını almaq üçün ödəmiş olduğu pul hissəsində qismən 200 ABŞ dolları həcmində təmin edilməli, qalan hissəsi isə (1800 ABŞ dolları) iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyindən rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh1 X6 200 ABŞ dolları pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddia çı həmin pulun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə daha sonra iddia tələbinin “ünvan 1ində yerləşən və iddiaçıların istifadəsində olan torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş və hazırda orada qalan 70 topa fındıq kolunun, 10 ədəd qoz ağacının, kanalın qazılması üçün çəkilmiş xərclərin, iddiaçılar tərəfindən əkilmiş və cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağaclarının dəyərinin ödənilməsi, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərcin ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissələrdə də qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1ində Dövlət Torpaq və Xəritəçəkmə Kom itəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən 0,3663 ha torpaq sahəsi 2004-cü ilin avqust ayından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən istifadə edilir. 0,3663 ha torpaq sahəsi iddiaçıların istifadəsində olduğu müddətdə torpaq sahəsində 70 topa fındıq, 10 ədəd qoz ağacı, 220 ədəd akasiya ağacı iddiaçılar tərəfindən əkilmiş, həmin ağaclara qulluq göstərilmişdir. Torpaq sahəsində əkilmiş 220 ədəd akasiya ağacı cavabdehlər tərəfindən kəsilmişdir. Eyni zamanda iddiaçılar tərəfindən torpaq sahəsi mütbitləşdirilmiş, setkadan hasar çəkilmiş və su arxları düzəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 408 nömrəli ekspert rəyinə əsasən, 15 yaşı olan 70 ədəd fındıq topasının hazırkı bazar dəyəri 7.875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırkı bazar dəyəri 2.000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırkı bazar dəyəri 660 manat, 0.41 ha torpaq sahəsinin mütbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1.940 manat təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi ünvan 1ində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş Plan və ölçü sənədinin cizgiləri daxilində yerləşən və iddiaçıların istifadəsində olan 0,3663 ha torpaq sahəsində iddiaçılar tərəfindən əkilmiş və hazırda orada qalan 70 topa fındıq kolunun, 10 ədəd qoz ağacının, kanalın qazılması üçün çəkilmiş xərclərin, iddiaçılar tərəfindən əkilmiş və cavabdehlər tərəfindən kəsilmiş əkdikləri 220 ədəd akasiya ağaclarının dəyərinin ödənilməsi hissəsində qism ən, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 408 nömrəli ekspert rəyinə uyğun olaraq təmin edilməli və cavabdehlərdən 70 ədəd fındıq topasının hazırkı bazar dəyəri 7.875 manat, 15 yaşı olan 10 ədəd qoz ağacının hazırkı bazar dəyəri 2.000 manat, 220 ədəd məhv edilmiş akasiya ağacının hazırkı bazar dəyəri 660 manat, 0.41 ha torpaq sahəsinin münbitləşməsinə, setkadan hasarın çəkilməsinə, su arxlarının düzəldilməsinə çəkilən xərc 1940 manat alınaraq iddiaçılara verilməlidir. Məhkəmə iddia tələbinin 220 ədəd kəsilərək məhv edilmiş akasiya ağaclarının ziyanı (220əd x 30m) - 6.600 manat hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Halbuki iş materiallarından da görünür ki, hər iki ekspertiza zamanı 220 ədəd məhv edilmiş akasiya ağacının hazırki bazar dəyərinin 660 manat təşkil etməsi müəyyən edilmiş, iddia tələbi də bu hissədə təmin edilmişdir. Yenidən əlavə olaraq akasiya ağaclarına görə cavabdehlərdən 6.600 manat pulun tutulması iddiaçıların əsassız varlanmasına səbəb olur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsasları və ekspert rəyi bu hissədə əsaslı deyil. Ekspert bu nəticəyə gəlməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına istinad edir, hansı ki, həmin qərarda eyni ağaclara görə iki dəfə ziyanın müəyyən edilməsi öz əksini tapmamışdır. Məhkəmə iddia tələbinin bu hissəsi üzrə iddianın təmin edilməsi üçün yetərli sübutların olmadığı qənaətində olmuşdur. Məhkəmə sonda iddia tələbinin rədd olunan hissələrinə münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosesdə q əbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş tələbin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsasında yaranmış olmasına, əsassız varlanma nəticəsində və ya zərər vurmadan yaranan öhdəlik nəticəsində ona zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbi (məhkəmənin rədd olunması qənəti nə gəlinən) təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini (rədd olunan hissə üzrə) dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 152, 646, 648, 1091, 1092 və 1093-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı2 və Cavabdeh1 ondan apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin qismən, yəni iddia rədd edilən hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi, cavabdeh qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdeh1 apellyasiya şikayətində həmçinin mübahisəli torpaq sahəsində akasiya ağaclarının mövcud olmaması, torpaq sahəsinin ətrafında torpaq sahəsinin suvarılması üçün su arxı kanalının olmaması, həmin sahəyə setka çəpərin çəkilməməsi, iddianın yalnız ona qarşı yönəldilməli olması, iddiaçıların ona məxsus torpaq sahəsini 17 il əvəzsiz istifadə edib məhsulunu götürdükləri, istədikləri halda həmin ağacları çıxarıb apara bilmələri ilə bağlı münasibət bildirərək qeyd edir ki, mülki işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində 220 ədəd akasiya ağacları mövcud olmuşdur, sonradan kəsilib məhv edildiyindən hal-hazırda mövcud deyildir. Həmin ərazidə su arxı kanalı və setka çəpərin olması və iddiaçıların 17 il ərzində əkib becərdikləri ağacları çıxarıb aparmalarının qeyri-mümkünlüyü ekspert rəyləri ilə müəyyən edilmişdir. Cavabdeh1 yalnız özünün cavabdeh olmalı olması məsələsinə gəlincə isə, geri alınan torpaq sahəsi digər cavabdehlərlə birlikdə onlara aid olduğundan iddiaçı onlara qarşı da tələb irəl i sürməkdə haqlı olmuşdur. Həmçinin, hazırkı iş üzrə apellyator olan cavabdeh digər cavabdehlərin adından çıxış etməyə səlahiyyətli deyildir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində akasiya ağaclarının hər birinin qiymətinin 30 manat olmalı olması barədə, həmin məbləğin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli qərarı ilə müəyyən edilməsi barədə və atası XXXun torpaq sahəsini alarkən cavabdehlərə 2000 ABŞ dolları pul verdiyi halda, məhkəmənin həmin məbləği səhv olaraq 200 ABŞ dolları müəyyən etməsi ilə bağlı, göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da atasının torpaq sahəsini almaq üçün 2000 ABŞ dolları ödəmə si barədə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etməmişdir. Cavabdeh isə iddiaçıların atasından 200 ABŞ dolları aldıqlarını etiraf etməklə onları həmin hissədə sübut etmə yükündən azad etmişdir. Akasiya ağaclarının qiymətlərinə gəlincə həmin kəsilmiş ağacların cəmi qiymətinin 660 manat olması ekspert rəyləri ilə müəyyən edilmişdir. Nazirlər Kabinetinin qeyd olunan qərarında göstərilən qiymət isə təbiətə dəyən ziyanla bağlıdır ki, hazırki iş üzrə iddiaçı özünə dəyən zərəri tələb edir.”
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 144, 146, 152, 157, 158, 646, 648, 1091, 1092 və 1093-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRA ZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı2 və Cavabdeh1 ondan kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin apellyasiya şikayəti təmin olunmayan hissədə, cavabdeh isə tam ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
21. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, Zaqatala Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası düzgün qənaətə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası əkdiyi ağacların növünə görə o qənaətə gəlmişdir ki, fındıq və qoz ağaclarının pulu ödənilməlidir, ancaq akasiya ağaclarına gəldikdə o əsassız varlanmadır. Belə yanaşma absurddur. Həmin bağa əkdiyi bütün növ ağacların pulunu tələb etməyə haql ıdır. Bunun ağacların növüylə heç bir əlaqəsi yoxdur. Zaqatala Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsi onun əkdiyi, qulluq etdiyi ağacların qiymətini aşağı qəbul etməklə cavabdehlərin əsassız varlanmsına səbəb olur. Lakin məhkəmə bu hissədə də maddi hüquq normasını düzgün tətbiq etməyərək, onun əsassız varlanması qənaətinə gəlib. Əsassız varlanma fındıq və qoz ağaclarında olmadı, akasiya ağaclarında oldu? Məhkəmənin qətnaməsinə görə həmin əraziyə çəkdiyi xərclər tam ödənilmir ona. İddia etdiyi halların hamısını sübut etmiş, lakin cavabdeh etirazındakı halların heç birini sübut etməyib. Məhkəmə ekspert rəyinin müəyyən hissəsini qəbul edib, lakin digər hissəsini qəbul etməyib. Mötəbər sübut növü olan ekspert rəyini hissəvi qəbul etmək absurddur. Məhkəmə kollegiyası qətnaməni formal ə saslarla əsaslandırmağa çalışıb. Torpaq sahəsində əkdiyi fındıq kollarına, qoz və akasiya ağaclarına verilmiş ilkin ekspert rəyindən narazı olduğu üçün təkrar ekspertiza keçirilməsi üçün vəsatət verdi və vəsatəti Zaqatala Rayon Məhkəməsi tərəfindən əsaslı qəbul olunaraq təmin olundu. İlkin ekpert rəyindən narazı olmağının səbəbi ekspertin sözügedən mübahisəli torpaq sahəsində iştirak etmədən öz təsəvvürünə görə qiymətləri müəyyən etməsi oldu. Təkrar ekspertiza keçirilərkən ekspert şəxsən özü həmin ərazidə iştirak etdi və ikinci dəfə daha dəqiq ekspert rəyi verdi. Qeyd edir ki, ekspert ilkin rəyindəki qiymətləri əkdiyi ağacların yeni əkilmiş olduğunu təsəvvür edərək yazdığını və ikinci ekspert rəyini ərazidə olan ağacları gördükdən sonra yenidən hesablayaraq vermişdir. İlkin ekspert rəyində ekspert həmin ərazidə əkdiyi akasiya ağaclarını görmədən, ölçüsü müəyyən olunmadan yeni əkilmiş ağac tingləri kimi təsəvvür edib qiymət çıxarıb, lakin təkrar ekspertiza zamanı akasiya ağaclarının ölçüləri müəyyən olunaraq ikinci rəy verilib. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ilkin ekspert rəyini qəbul etməsi, lakin ikinci ekspert rəyini qəbul etməməsi qərəzlidir. Hansı ki, ilkin ekpert rəyi verilərkən ekspert sözügedən ərazidə olmayıb və oraya baxış keçirməyib, lakin sonrakı ekspert rəyi həmin ərazidə ekspertin iştirakı, müayinəsi nəticəsində verilib. Hər iki ekspert rəyində ağacların qiymətinin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən aparılmışdır. Ekspert ilkin rəyi ağacları görmədiyindən cavan ağac tinglərin ə görə, ikinci rəyi isə akasiya ağaclarını gördükdən və ölçüləri müəyyən olunduqdan sonra verdiyini bildirsə də, Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının bunu qəbul etməməsi əsassız və qanunsuzdur. Fərziyyəylə verilmiş ilkin rəydəki akasiya ağaclarına hesablanmış 600 manatla razılaşan məhkəmə tam və dəqiq olan təkrar ekspertiza rəyiylə razılaşmır. Cavabdehlər ekspert rəyiylə razıdırlar. Əgər razı olmasalardı təkrar və əlavə ekspertizanın keçirilməsi üçün müraciət edərdilər. Cavabdehər tərəfindən belə bir müraciət olunmayıb və məhkəmə iclaslarında etirazlarını bildirməyiblər.
22. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmələr faktiki olaraq rəsmi sənədlər əsasında torpaq sahəsinin (0,3663 ha) kimin mülkiyyətində olmasını və hazırda torpaq sahəsindən kimlərin istifadə etdiyin i müəyyən etməmişlər. Göstərilən halların aydınlaşdırılması iş üzrə irəli sürülmüş iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinin müəyyən edilməsi üçün də əhəmiyyətlidir. Cavabdehlərdən Cavabdeh2 xx.xx.2015-ci ildə ölməsinə baxmayaraq Zaqatala Rayon Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi ölmüş şəxsə qarşı hüquq və vəzifələr müəyyən edən qətnamələr qəbul edərək, ölmüş şəxsdən pulun tutulmasına dair nəticəyə gəlmişdir. Halbuki, məhkəmələr elektronlaşdırıldığından həmin şəxsin ölmüş və ya sağ olmasını real vaxt rejimində müəyyən etmək mümkündür (cavabdehin 2015-ci ildə ölməsinə dair sənəd kassasiya şikayətinə əlavə olunur). İddiaçıların tələb etdiyi 0,41 ha, daha sonrakı ərizələrindəki tələb etdikləri 0,42 ha torpaq sahəsinə dair cavabdehlərin hüquq müəyyənedici sənədlərinin olub-olma ması məhkəmələr tərəfindən araşdırılmamışdır. Məhkəmələr araşdırma apararkən müəyyən etmişlər ki, cavabdehlərin mükiyyətində 0,3663 ha torpaq sahəsi kadastr nömrəsi **********0497 olan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh2 adına tərtib edilmiş plan və ölçü sənədinin cizgiləri daxilində yerləşir. Bu fakt məhkəmə tərəfindən və ekspert tərəfindən düzgün araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən edərək qətnamənin qət etdi hissəsində qeyd edilən 0,3663 ha torpaq sahəsi cavabdehlərin mülkiyyəti kimi DƏDRX-də qeydiyyata alınmamışdır. Apellyasiya instansiya məhkəməsi isə bu faktı araşdırmamışdır. İddiaçıların iddia etdikləri həmin torpaq sahələri bu gün də iddiaçıların istifadəsindədir. Bu fakt birinci instansiya məhkəməsinin qətnaməsinin qət etdi hissəsində qeyd edilmişdir. Cavabdehlərin mülkiyyətində isə rəsmi olaraq DƏDRX-də qeydiyyata alınmış 1,444 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən başqa cavabdehlərin istifadəsində hər hansı bir torpaq sahəsi yoxdur. Apellyasiya məhkəməsi isə işin bu halına ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə digər qanun pozuntuları ilə yanaşı cavabdehlərdən torpaq sahəsi üçün çəkilmiş xərclər adı altında pulların tutulması məsələsini araşdırarkən qanunda nəzərdə tutulmayan və xüsusi lisenziyası olmayan mütəxəssis rəyinə istinad edərək, verilmiş ekspert rəyini əsas götürmüşdür. Qeyd olunanlar nəzərə alınmaqla, ünvan 1ində 0,41 ha boş torpaq sahəsinin bu günkü dəyərinin bazar qiymətinin neçə manat olması məhkəmə tərəfindən müəyyən edilməmiş, bundan başqa 0,41 ha torpaq sahəsinə 15 yaşlı 70 əd əd məhsuldar fındıq topalarının yerləşib-yerləşməməsi məsələsi məhkəmə tərəfindən aydınlaşdırılmamış (qaydalara əsasən hər 1 sot torpağa 1 topa fındıq əkilə bilər). İddiaçıların mübahisələndirdikləri fındıq topalarının, qoz ağaclarının kim tərəfindən əkilib becərilməsi aydınlaşdırılmamış, kəsilmiş akasiya ağaclarının kim tərəfindən kəsilməsi müəyyənləşdirilməmişdir. Məhkəmə 0,41 ha torpaq sahəsinin üzərində olan ağaclarla birlikdə bazar qiymətinin miqdarını müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; Maddə 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti in sanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır; Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır; Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir; Maddə 157.7. V icdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 25. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Ali təhsilli və müəyyən ekspe rtiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər.... Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.... Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.... Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən son ra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-pro sessual hüquq qabiliyyəti) malikdir; Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüq uq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barə sində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Ma ddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamami lə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.4. Apellyasiya instansi yası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd ols un və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərar: “Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət o lunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.”
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsini n qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli Qərardadı: -
24. Qanunvericiliyin bu tələbləri, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair qərarında əks olunmuş hüquqi mövq eyi baxımından məhkəmə tərkibi bildirir ki, kassasiya icraatı qaydasında məhkəmə aktınınyoxlanılması apelyasiya icraatında olduğu kimi şikayətin obyekti həddində olsa da, predmetinə münasibətdə fərqlidir. Belə ki, apelyasiya icraatından fərqli olaraq kassasiya icraatı qaydasında məhkəmənin yoxlaması, prosessual normalara riayət edilməsi istisna olmaqla, şikayətdə irəli sürülmüş dəlillərin həddi ilə məhdudlaşır. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində irəli sürülmüş hüquqi dəlili araşdırarkən kassasiya məhkəməsi şikayətçi tərəfindən bu dəlilə verilmiş hüquqi qiymətdən asılı olmamaqla “iura novit curia” - “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən kassasiya şikayətinin yuxarıda qeyd edilən hədlərində qaldırılmış məsələnin yenidən hüquqi qiymətləndirilməsinə əsaslanaraq m addi və ya prosessual hüquq normalarına uyğun olmadığı üçün apelyasiya məhkəməsinin qərarını ləğv edə və ya dəyişdirə bilər. Şikayətin predmetinə daxil olan prosessual normalara riayət edilib-edilməməsi məsələsində isə qətnamənin hansı hissəsinin mübahisələndirilməsindən və verilmiş şikayətin prosessual pozuntularla bağlı irəli sürülmüş dəlillərindən asılı olmayaraq, kassasiya məhkəməsi qətnaməni bütövlükdə və şikayətin dəlillərinə bağlı olmadan yoxlamalıdır. Həmçinin, yoxlama zamanı nəzərə alınmalıdır ki, MPM-in 418.4.1-418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş və kobud prosessual pozuntular adlanan halların aşkar edilməsi qətnamənin ləğv edilməsinə şərtsiz əsasdır. Eyni zamanda, apelyasiya icraatında olduğu kimi, kassasiya icraatında da digər prosessual pozuntuları n qətnamənin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq yuxarı instansiya məhkəməsi həll edir. Bu halda nəzərə alınmalıdır ki, qətnamənin apelyasiya icraatı qaydasında mübahisələndirilməyən hissəsində yoxlanılması, tərəflərin məhkəmə aktlarından şikayət vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarını məhdudlaşdırdığından, qətnamənin ləğvinə əsas verən əhəmiyyətli prosessual pozuntudur. Həmçinin, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə, onlar qərarın ləğvi üçün əsas ola bilməz.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Hadjianastasiu Yunanıstana qarşı iş üzrə xx.xx.19 92-ci il tarixli və X12rşı iş üzrə xx.xx.1999-cu il tarixli qərarlar: “Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. Hirvisaari Finlandiyaya qarşı iş üzrə xx.xx.2001-ci il tarixli Qərar: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.” Kuznetsov və digərlərinin işi üzrə xx.xx.2007-ci il tarixli və Hiro Balani İspaniyaya qarşı iş üzrə xx.xx.1994-cü il tarixli qərarlar: “Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətlərində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətlərində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormaları pozulmuş, bu da iş üzrə qanuni və əsaslı olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
35. İlk olaraq, cavabdehin kassasiya şikayətində göstərilmişdir ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan əlavə, cavabdeh ərizə ilə Ali Məhkəməyə müraciət edərək, İddiaçı1 da xx.xx.2021-ci il tarixdə vəfat etdiyini bildirmişdir.
36. Cavabdeh2 xx.xx.2015-ci il tarixdə vəfat etməsi EMİS-in məlumatları ilə olduğu kimi, iş materialları ilə də təsdiq olunur. Zaqatala RİH başçısının XXX kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Zaqatala Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2021-ci il tarixli 05 nömrəli məktubunda da Cavabdeh2 2015-ci ildə vəfat etdiyi qeyd olunsa da, bu fakt birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən diqqətə alınmamış, ölmüş fiziki şəxsə qarşı iddiaya mahiyyəti üzrə baxılmışdır.
37. İddiaçı1 vəfat etməsi iş materialları ilə təsdiqini tapmasa da, onun şəxsiyyət vəsiqəsinin məlumatları EMİS-də aktiv deyil, “FİN tapılmadı!” qeydi mövcuddur.
38. Beləliklə, hazırkı iddia qaldırılan vaxtda cavabdehlərdən biri artıq həyatda deyildi və bu fakt məhkəmələrə məlum (olmalı) idi. Belə olan halda, yəni iddia ərizəsi artıq icraata qəbul edilmiş olduğundan, MPM-in 153.2.1-ci maddəsində təsbit olunan vəzifəni yerinə yetirmək imkanı məhkəmə tərəfindən itirildiyi üçün, mülki prosessual qanunvericiliyin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə görə iş üzrə icraata həmin cavabdehə münasibətdə, iş məhkəmədə baxılmalı olmaması əsası ilə, xitam verilməli idi. Bu nəticə ondan irəli gəlir ki, tələbin yönəldildiyi fiziki şəx sin mülki hüquq qabiliyyəti, habelə mülkiprosessual hüquq qabiliyyəti xətm edilmişdir. Odur ki, ölümündən sonra onunla iddiaçı arasında hüquqi müstəvidə mübahisə, o cümlədən məhkəmə mübahisəsi yarana və o, bu mübahisəyə tərəf ola bilməz.
39. İddiaçı1 isə iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra öldüyü güman olunan halda, onun vərəsələrinin prosessual hüquq varisliyi qaydasında işə cəlb olunması, bu məqsədlə işin icraatının dayandırlılması yaxud ona aid hissədə icraata xitam verilməsi məsələlərinə hüquqi qiymət verilməli idi.
40. İşin bu halları da məhkəmə kollegiyasını o qənaətə gəlməyə imkan verir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlamalı olan apellyasiya instansiyası məhkəməsi bu vəzifəsini yerinə yetirməmiş və eyni müstəvidə özü də prosessual hüquq normalarının tələblərini pozmuşdur.
41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verilməsi üçün bu MPM-lə müəyyən edilmiş əsaslar olduğu halda işə mahiyyəti üzrə baxmışdır və bu da onun qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsi üçün əsasdır (MPM-in 418.4.10-cu maddəsi).
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə digər maddi və prosessual hüquq normalarının pozuntularına da yol verilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası kimi bir sıra maddi hüquq normalarına, o cümlədən Mülki Məcəllənin 152, 157, 158, 1091, 1092, 1093-cü madd ələrinə istinad etsə də, eyni hissədə iddianın qanuni əsası kimi konkret hansı normanın çıxış etdiyini, həmin normanın dispozisiya şərtlərinin işin faktiki halları ilə üst-üstə düşüb-düşməməsi sualına cavab vermək yolu ilə, göstərməmişdir.
44. Həmin hissədə iddianın maddi hüquqi əsası kimi iddia ərizəsində istinad olunan Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, əmlaka sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibindən alındığı andan yaranır. Lakin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından biri odur ki, mübahisəli torpaq sahəsi iddiaçıların istifadəsindədir, onlardan alınmamışdır. Bu mənada məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin eyniməzmunlu dəlili ilə razılaşır.
45. Mübahisəli torpaq sahəsinin iddiaçılardan alındığı fərz olunan nəzəri hala dair məhkəmə kollegiyası qeyd edir ki, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətç i dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də, yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə, belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda, vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəs inin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.
46. Cavabdehin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların istifadəsində olan mübahisəli 0,3663 ha torpaq sahəsinin rəsmi sənədlər əsasında kimin mülkiyyətində olmasının müəyyən edilməməsi barədə dəlili isə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə bu məsələyə DƏKÜRX-in xx.xx.2021-ci il tarixli **********27 nömrəli məktubu ilə təqdim olunan xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi və Torpaq sahəsinin yerləşmə vəziyyətinin sxeminə istinadla münasibət bildirmişdir. Lakin eyni məhkəmə bununla bağlı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi ilə Cavabdeh2 XXX kəndi ərazisində xüsusi mülkiyyətində 1.3261 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat (**********881 reyestr) nömrəli çıxarışın məlumatlarını müqayisəli təhlil də etməli idi.
47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə iddia ərizəsində qeyd olunan fındıq kolları, qoz və akasiya ağaclarının mübahisəli torpaq sahəsinə neçə ədədinin kim tərəfindən nə vaxt əkildiyinə, həmin bitkilərdən hansılarının neçə ədədinin kim tərəfindən nə vaxt məhv edildiyinə, hasar və su arxının kim tərəfindən nə vaxt nə qədər xərclə çəkildiyinə dair də mötəbər sübutlara istinad olunub qiymət verilməklə araşdırma aparmamışdır.
48. İddiaçının kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
50. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
51. Bu mənada, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarın 34-46-cı bəndlərində şərh edilən hallar və hüquqi mövqelər işin faktiki halları ilə birlikdə dəyərləndirilməli, mötəbər sübutlara istinad olunub, qiymət verilməklə, həmin hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
52. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətlər i qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
53. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-398/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçı2 və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.