Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4393/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsə kimi tanınma, vərəsələrin siyahısına daxil edilmə və vərəsəlik işinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın nümayəndə vasitəsi ilə qəbul edilməsi, qanun üzrə vərəsəlik zamanı növbəlik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqay ıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)681/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X19 27 oktyabr 2020-ci il tarixdə ölmüşdür. Onun birinci növdə vərəsələri yoxdur.
2. Cavabdeh1 miras qoyanın qardaşı, İddiaçı1 - dayısı, İddiaçı2 isə xalasıdır.
3. Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi X16 27 yanvar 2021-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək, mirası qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirl iyinin Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi, sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat ofisində X8 ölümü ilə bağlı açılmış 27 yanvar 2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə, X8 tək vərəsəsi olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, X19 vəfat etdikdən sonra sonuncunu dəfn etmiş, mərhuma aid miras əmlakı faktiki qəbul etmiş, əmlaka sahiblik və əmlakı idarə etməyə başlamışdır. X12 məxsus daşınar və daşınmaz əmlaklara aid hüquq müəyyənedici sənədlər və mərhumun özünə aid olan bütün sənədlər iddiaçıdadır. X19 vəf at etdikdən sonra, sonuncuya aid əmlaklara sahiblənmək və həmin əmlakları ələ keçirmək üçün bacısı qızı Haqnəzərova Aynur Sahib qızı iddiaçıya müraciət edərək, X12 aid ölüm haqqında şəhadətnaməni ona verməyini istəmişdir. O bildirmişdir ki, mərhuma aid əmlakı öz adına sənədləşdirdikdən sonra həmin əmlakdan pay söz verir. X28 Sahib qızı onun təklifini qəbul etməmiş, notariusla əlaqəyə girərək Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızının adına guya Rusiya Federasiyasında verilmiş saxta etibarnamə forması tərtib edilmiş və onun əsasında Haqnəzərova Aynur Sahib qızı Cavabdeh1 adından Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində 07 dekabr 2020-ci il tarixdə X7 adına 2 il müddətinə 7E/37972 saylı etibarnamə vermişdir. Guya 22 noyabr 2016-cı il tarixdə Ərəbov X25 Federasiyası vətəndaşı X20 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası, Moskva vilayəti, Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən təsdiq edilmiş və 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə vermiş, 26 noyabr 2020-ci il tarixdə X3 Federasiyası, Moskva vilayəti, Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən təsdiq edilmiş etibarnamə əsasında 4 il müddətində Haqnəzərova Aynur Sahib qızının adına Cavabdeh1 adından bütün səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı etibarnamə vermiş, həmin etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızı Sumqayıt şəhəri 4 saylı notariat ofisində 07 dekabr 2020-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 adından X7 adına 2 il müddətinə miras əmlakı qəbul etmək və digər hərəkətləri həyata keçirməklə bağlı etibarnamə vermişdir. X2 Əfqan Kazım oğl unun adından Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək, 27 yanvar 2021-ci il tarixdə, 8V-104 saylı vərəsəlik işi açılmasına nail olmuşdur. Haqnəzərova Aynur Sahib qızının məqsədi saxta etibarnamə əsasında bacısı oğlu X8 adına olan əmlakı Cavabdeh1 adına vərəsəlik yolu ilə keçirilməsini təmin etmək, sonradan isə həmin əmlakı sataraq mənimsəməkdir. Cavabdeh1 2013-cü ildən Azərbaycan Respublikasını tərk edərək Fransa Respublikasına köçmüş və hazırda harada olması məlum deyil. Cavabdeh1 2016-cı ildə Rusiya Federasiyasında olmamış və X20 adlı şəxsə 8 il müddətinə etibarnamə verməmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmiş 07 dekabr 2020-ci il tarixli, 7E/37972 reyestrli etibarnamə ümumiyyətlə Cavabdeh1 iradəsini ifadə etməmiş və onun xəbəri olmada n saxta yolla tərtib edilmiş etibarnamədir.
6. İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2020-ci ildə ölmüş X8 vərəsəsi kimi tanınması və Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat ofisində açılmış vərəsəlik işinin ləğv olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Həmin iddia onunla əsaslandırılmışdır ki, Haqnəzərova Aynur Sahib qızı Cavabdeh1 adından etibarnamə əsasında Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat ofisində vərəsəlik işi açmışdır. Qardaşları eyni iddia tələbi və etibarnamənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizələri icraata qəbul olunmuşdur. İddiaçı da öz növbəsində xala kimi Cavabdeh1 dördüncü növbə vərəsəsid ir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur.
8. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsə kimi tanınma və vərəsəlik işinin ləğvi” tələbinə dair mülki iş İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt “ASAN Xidmət” Mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsə kimi tanınma, vərəsələrin siyahısına daxil edilmə və vərəsəlik işinin ləğvi” tələbinə dair mülki işlə bir icraata birləşdirilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-3934/21 nömrəli qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddia tələbləri rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfind ən tələblərinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Vərəsəlik işi X8 qardaşı Cavabdeh1 adından etibarnamə əsasında X7 müraciəti əsasında qeydiyyata alınmış, Cavabdeh1 mirası nümayəndə vasitəsilə qəbul etmişdir. Vərəsəlik işi qanunvericiliyin normalarına əsasən qeydiyyata alınmışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndi, Mülki Məcəllənin 362.1, 362.2, 364.1, 1133.1, 1145, 1147.1, 1159.1, 1159.2, 1160, 1243.1, 1243.2, 1245, 1246-cı maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 18 mart 2019-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-3934/21 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-681/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-3934/21 nömrəli qətnaməsi İddiaçı1 iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi ilk öncə qe yd etmişdir ki, iddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı1 iddia tələbi Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisində X8 ölümü ilə bağlı açılmış xx.xx.2021-ci il tarixli, 8V-104 reyestrli vərəsəlik işində vərəsə siyahısına daxil edilməklə X8 tək vərəsəsi olması barədədir.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, İddiaçı1 X8 dayısıdır. X8 ikinci növbədə vərəsəsi qardaşı Cavabdeh1 olduğundan dördüncü növbədə vərəsə olan iddiaçının vərəsəliyi istisna edilir.
16. Cavabdehin adından verilmiş etibarnamələrin saxta olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan X29 Palatasının elektron bazasından çıxarışlardan görünür ki, xx.xx.2016-cı il tarixli, 17-9745 reyestr nömrəli (Cavabdeh1 tərəfindən X13 verilmiş etibarnamə) və xx.xx.2020-cı il tarixli, 50/73-h/50-2020-8-420 reyestr nömrəli etibarnamələr (X9 Cavabdeh1 adından Haqnəzərova Aynur Sahib qızına verilmiş etibarnamə) tapılmışdır, etibarnamələr ləğv edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-681/2022 nömrəli qətnaməsinin qismən, onun iddiasının rədd edilməsi hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunanlar təkrarlanmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəm əsi tərəfindən Mülki Məcəllənin 362.1, 362.2, 1159.1.4, 1159.2, 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 77.1, 78.2, 254.1.4, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4, 385, 386, 390-cı maddələrinin tələbələrini pozmuşdur. Belə ki, miras qoyanın birinci, ikinci və üçüncü növbə vərəsələri olmaması, iddiaçının dördüncü növbə vərəsəsi olması, onun miras qoyanı dəfn etməsi, mirası faktiki qəbul etməsi hallarına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. X2 Əfqan Kazım oğlunun adından notariat ofisinə müraciət edərək, vərəsəlik işi saxta etibarnamələr əsasında açılmışdır. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ximki Şəhər Dairəsinin polis şöbəsində material araşdırılmış və 01 avqust 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, 30 iyul 2021-ci il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh1 tərəfindən Rusiya Federasiyası vətəndaşı X20 adlı şəxsə 8 il müddətinə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhərinin notariusu O.A.Neurova tərəfindən xx.xx.2016-cı il tarixli, 17-9745 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə verilməyib və belə bir etibarnamə olmamışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Moskva Vilayəti Ximki şəhəri notarial dairəsinin notariusu A.M.Dorovskix tərəfindən polis şöbəsi tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə, reyestrdə 50/73-n/50-2020-8-420 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Haqnəzərova Aynur Sahib qızına X4 Əfqanın deyil, öz mülkiyyətinə dair sərəncam verilməsi ilə bağlı səlahiyyətləri həvalə etmişdir. Həmçinin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Dövlət Sərhəd Xidmətinin 28 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Rusiya Federasiyasının dövlət sərhədini keçməmişdir.
19. Bundan əlavə, iddiaçılar X21, X22 və X23 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən X13 RF-nın Moskva vilayəti Ximki notariat dairəsində xx.xx.2016-cı il tarixli ** AA ***0660 saylı etibarnamənin və Ruslan Əkbərov tərəfindən xx.xx.2020-ci ildə A.Haqnəzərovaya verilmiş ** AB ***3073 nömrəli etibarnamələrin etibarsız hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri bir-biri ilə əlaqəli olduğundan hər dörd iddia tələbi bir icraatda birləşdirilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il, 2(060)- 63/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Apellyasiya məhkəməsi həmin işə baxılanadək hazırki iş üzrə icraatı dayandırmalı olduğu halda, bunu etməmiş və MPM-in 254.1.4-cü maddəsinin tələbini pozmuşdur.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı Cavabdeh1 adından Aynur Haqnəzərova və Vəkil2 tərəfindən imzalanmış etiraz daxil olmuşdur. X15 cavabdehin adından məhkəməyə müraciət etmək səlahiyyətini verən sənəd etiraza əlavə olunmadığından məhkəmə həmin etirazdakı dəlilləri nəzərə almamışdır. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Hazırda apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyə t hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı and an əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsələr hesab edilir. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər qanun üzrə vərəsələr hesab edilir. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1245-ci maddəsinə əsasən vərə sə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, hazırki iş üzrə miras qoyanın dördüncü növbədə vərəsəsi olan iddiaçı ikinci növbədə vərəsəsi olan cavabdehin mirası nümayəndə vasitəsi ilə qəbul etməsini mübahisələndirmiş və onun miras qoyanın tək vərəsəsi kimi tanınmasını xahiş etmişdir. Tələbin əsası kimi isə cavabdehin adından verilmiş etibarnamələrin saxta olmasını göstərmişdir.
29. Mirasın cavabdehin adından nümayəndə vasitəsi ilə qəbul edilməsi işin mübahisəsiz halıdır və bu Mülki Məcəllənin 1243 və 1245-ci maddələrinin tələblərinə uyğundur.
30. Belə olan halda, iddiaçının sübut etməli olan hal mirasın qəbulunun Cavabdeh1 iradəsinə uyğun olmamasıdır ki, iddiaçı bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
31. Əksinə iş materiallarından müəyyən olunur ki, cavabdeh məhkəmə araşdırılmasında şəxsən iştirak etməsə də, bir neçə vəkillə (Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil2) təmsil olunmuş, habelə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X14 Fransa Respublikasından 12 aprel 2021-ci il tarixli etibarnamə göndərərək, onu notariat ofisində, Azərbaycan Respublikası Müvafiq qeydiyyat şöbələrində, bütün məhkəmə və ədliyyə orqanlarında təmsil etmək, o cümlədən vərəsəlik şəhadətnaməsini almaq üçün lazımi orqanlarda imza etmək hüququ vermişdir. Birinci instansiya məhkəməsinin 29 iyun 2021-ci il tarixli məhkəmə iclas protokolundan müəyyən olunur ki, cavabdehin nümayəndəsi olaraq vəkil X24 iddia tələbini qəbul etməmişdir.
32. Beləliklə, m üəyyən olunur ki, mirasın qəbul olunması cavabdehin iradəsinə uyğun olmuşdur. Odur ki, miras ikinci növbədə vərəsə tərəfindən qəbul olunduğu halda, dördüncü növbədə vərəsə olan iddiaçının vərəsəliyi istisna edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarına görə cavabdeh tərəfindən verilmiş etibarnamələrin saxta olması iddiası iş üçün əhəmiyyət kəsb etmir. Belə ki, cavabdehin adından X11 etibarnamənin verilməsi üçün əsas olmuş Rusiya Federasiyasında rəsmiləşdirilmiş etibarnamələr saxta olsa da belə (halbuki, işin faktiki hallarını araşdıran məhkəmələr bu halı müəyyən etməmişlər), sonuncunun mirasın qəbulu ilə əlaqədar hərəkətləri təmsil olunan cavabde h tərəfindən Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən bəyənilmiş, bununla da, onun üçün müvafiq hüquq və vəzifələr yaranmışdır.
34. Eyni ilə, verilən etibarnamələr mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmamasına dair kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, həmin məhkəmə mübahisəsi üzrə qəbul ediləcək hər hansı məhkəmə aktı, hazırki mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.
35. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq ed ilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-681/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.