Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4397/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5342/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-nin direktorunun (bundan sonra cavabdeh) 62/k 06 iyul 2020-ci il tarixli əmrinə əsasən 06 iyul 2020-ci il tarixdən Cavabdeh MMC-də Mexaniki Emal Xidməti Mexaniki təmiri emalatxanasına (qərb sahəsi) çilingər işinə qəbul edilmişdir. İşə qəbul üçün əsas şəxsi ərizəsi və əmək müqaviləsi olmuşdur.
2. Cavabdeh MMC-nin direktorunun 36/k 06 mart 2023-cü il tarixli əmrinə görə iddiaçı ilə əmək müqaviləsinə 06 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsiin 68-ci maddəsinin 2-hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətiin qurtarması) xitam verilmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin direktorunun əmək müqaviləsinə xitam verilməsi barədə 06 mart 2023-cü il tarixli 36/k saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 1985-ci il tarixdə bir mütəxəssis kimi Az.EİS-in təşəbbüsü ilə köçürmə ilə Alma-Atadan Azərbaycana dəvət olunmuş, 38 il burada müxtəlif vəzifələrdə vicdanla işləmiş, heç vaxt əmək intizamını pozmamışdır. Cavabdeh özünün 06 mart 2023-cü il tarixli 36/k saylı əmri ilə onu Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən işdən azad etmişdir. Halbuki onunla bağlanmış əmək müaqviləsi müddətsiz olmuş, müqavilədə müddət göstərilməmişdir. Bundan əlavə onun gördüyü işlər yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olmuşdur. Odur ki, onunla müddətli müqavilə bağlana bilməzdi. Bu Əmək Məcəllənin 45.4-cü maddəsinin tələblərinə ziddir. İkinçisi isə cavabdeh iddiaçının razılığı olmadan onunla bağlanmış müqaviləni birtərəfli qaydada pozmuşdur. Heç bir işçiyə müqavilə bağlanarkən müqavilənin ikinci nüsxəsi verilməmişdir. Cavabdeh istədiyi vaxt istədiyi işçinin müqaviləsinə müddət yazıb onun kimi işdən azad edir.
5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə 06 iyul 2020-ci li tarixdə müddətli əmək müqaviləsi bağlanmış və 06 mart 2023-cü il tarixdə əmək müqaviləsinə müddətinin qurması əsası ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2813/2023 nömrəli, 19 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi işdəki sənədlərə (əmr və aktlara) əsasən müəyyən etmişdir ki, işəgötürən Cavabdeh MMC-nin direktoru X1 ilə İddiaçı arasında bağlanmış 03 iyul 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 06 iyul 2020-ci il tarixdən 06 sentyabr 2020-cu il tarixədək olan müddətə, yəni müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni imzası ilə təsdiq etməklə razılıq vermişdir.
8. Məhkəmə hesab etmişdir ki, iş materiall arına əlavə edilmiş əmək müqaviləsi bildirişinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlandığı tarixdə, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən bu barədə elektron informasiya sisteminə bildiriş yerləşdirmiş və həmin bildirişdə də iddiaçı ilə bağlanmış müqavilənin müddətli olması göstərilmişdir. Tədqiq olunmuş sübutlarla iddiaçının iddia tələblərini əsaslandırdığı halların əsassız olduğu təsdiq edildiyindən iddia təmin edilə bilməz.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 45.4, 47 və 49.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin olunmsasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsas landırılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5342/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Elşən Kazımov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin olunmuş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 36/k nömrəli əmri ləğv edilmiş, İddiaçı həmin MMC-də əvvəlki işinə bərpa olunması, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab olunması, iddianın zərərin əvəzinin ödənilməsinə dair hissəsinin rədd olunması qət edilmişdir.
13. Apellyasiya məhkəməsi biri nci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi iki səbəbdən əsaslıdır. Əmək müqaviləsinin tərtib edildiyi sənəd 2 vərəqlidir, müqavilənin müddətinə dair şərt (2.3-cü bənd) 1-ci vərəqdə qeyd olunub və həmin vərəq iddiaçı (işçi) tərəfindən imzalanmayıb. İddiaçı iddia edir ki, müqavilə bağlanarkən onun mətnində müddət qeyd olunmayıb, müqavilənin 1-ci vərəqi sonradan dəyişdirilib. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsi tərəflərin imzası (möhürü) ilə təsdiq edilir. Bir neçə vərəqdən ibarət sənədin tərtibi yolu ilə bağlanmış əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin həqiqiliyinə dair mübahisə yaranıbsa, həmin şərtin həqiqliyini (müqavilə bağlanarkən bu şərtin müqavilənin mətnində qeyd olunduğunu) sübut etmə y ükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir.
14. O cümlədən, iddiaçı iddia edir ki, müqavilənin nüsxəsi ona verilməyib, ona görə verilməyib ki, işəgötürən müqavilənin 1-ci vərəqini sonradan dəyişdirə bilsin. Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsinin nüsxəsinin işçiyə verildiyini sübut etmə yükü işəgötürənin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. Ona görə də əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin (müddətə dair şərtin) həqiqiliyinə dair şübhənin aradan qaldırılması mümkün deyil. Aradan qaldırılması mümkün olmayan belə şübhələr işçinin xeyrinə həll olunmalıdır.
15. Bundan başqa, iddiaçın ın işə qəbul edilməsi barədə əmrdən görünür ki, əmrin verilməsinə əsas işçinin ərizəsi olub. Əgər əmək müqaviləsinin müddətli bağlanmasına tərəflərin qarşılıqlı razılığı olmuşdursa, bu həmin ərizədə işçinin xahişi kimi qeyd oluna bilərdi, yəni ərizədə işçi işəgötürəndən xahiş edə bilərdi ki, onu müəyyən müddətə işə qəbul etsin. İddiaçı bildirir ki, ərizə yazarkən müəyyən müddətə işə qəbul edilməsini xahiş etməyib. Cavabdeh isə bunun əksini, yəni iddiaçının belə məzmunda ərizə yazdığını sübut edə bilmir. Bu isə onu təsdiq edir ki, işçinin iradəsi əmək müqaviləsinin müddətsiz bağlanmasına yönəlib.
16. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində müqavilənin müddətli olduğunun qeyd edilməsi iddiaçının müddətli əmək müqaviləsini imzaladığını təsdiq etmir. Elektron infor masiya sisteminə əmək müqaviləsi bildirişini işəgötürən gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edir. Ona görə də işəgötürənin işçinin xəbəri olmadan həmin bildirişdə əmək müqaviləsinin müddətli bağlandığını qeyd etmə imkanı olur.
17. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İşəgötürən “f” bəndinə istinad edərək hesab edir ki, əmək müqavi ləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə formalaşmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə (2 aya) münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Lakin işçinin motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, müddətə (2 aya) münasibətdə onun motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur.
18. Müqavilədə işçinin imzasının olması isə müddətə (2 aya) münasibətdə iradə ifadəsi sayıla bilməz. Əqdlərlə bağlı mübahisələrin düzgün həll üçün yalnız imzanın olubolmaması faktının araşdırılması kifayət etsəydi qanunda “uydurma əqd”, “yalan əqd” və digər bu kimi anlayışlar müəyyən edilməzdi. O cümlədən qanunda (Mülki Məcəllə, maddə 324.1) əqdin anlayışı müəyyən edilərkən “əqd - iradə ifadəsidir” deyil, “əqd - imzadır” ifadəsindən istifadə olunardı.
19. Göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur. Ona görə də əmək müqaviləsinin müddətə dair şərti (2.3-cü bənd) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, əmək müqav iləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Bu səbəbdən əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 47, 49 və 300-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri u Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5342/23 nömrəli iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. v Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apell yasiya məhkəməsi heç bir fakta əsaslanmadan işçinin yerinə yetirdiyi işin daima xarakterə malik olması qənaətinə gəlmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmənin bu mövqeyi ilə razı deyilik: Belə ki, Cavabdeh MMC-nin Nizamnaməsinin 8-ci bəndində MMC-nin fəaliyyət istiqamətləri ilə bağlı bəndinə nəzər salsaq görərik ki, cəmiyyətin bütün fəaliyyətinin əsasını məhz təsisçisi "xxxx" ASC-nin sifarişi ilə işlərin görülməsi təşkil edir. Həmçinin Nizamnamənin 11-ci bəndində qeyd olunur ki, Cəmiyyət özünün istehsal etdiyi məhsullara, yerinə yetirdiyi işlərə, göstərdiyi xidmətlərə olan tələbatı nəzərə alaraq müstəqil sürətdə öz fəaliyyətini planlaşdırır, inkişaf perspektivlərini, sosial inkişafını və eyni zamanda öz gəlirlərinin artırılmasının zəruriliyini müəyyən edir. Yuxarıda qeyd olunanlarda n bir daha aydın olur ki, MMC-nin yerinə yetirdiyi işin daimiliyi birbaşa olaraq təsisçi tərəfindən verilən sifarişdən, həmçinin Cəmiyyətin gördüyü işlərə olan tələbatdan asılı olaraq dəyişməsi, təbii olaraq işçilərlə məhz müddətli əmək müqaviləsi bağlamaq zəruriyyətini yaratmış olur. Digər tərəfdən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndindəki “bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla” qeydi bir daha onu deməyə əsas verir ki, hətta işçinin yerinə yetirdiyi iş daima xarakterə malik olsa belə, müqavilə bağlanarkən tərəflərin qarşılıqlı razılığına ( ƏM-nin 47-ci maddəsinin “f” bəndi) əsaslanan iradə ifadəsi qanunla heç bir halda məhdudlaşdırmamışdır. Məhz buna görə də tərəfimizdən iddiaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi rəhbə r tutulmaqla bağlanılmışdır. Apellyasiya məhkəməsi işçinin işə qəbul olunması barədə ərizəsində müəyyən müddətə işə qəbul edilməsini xahiş etmədiyini əsas gətirərək işçinin iradə ifadəsinin müddətsiz bağlanmasına yönəldiyi qənaətinə gəlmişdir. Halbuki işçinin işə qəbulla bağlı ərizəsinə nəzər yetirsək, ərizədə onun konkret olaraq müddətsiz əmək müqaviləsinin bağlanılmasına dair açıq-aydın iradə ifadəsi öz əksini tapmamış, ərizədə sadəcə olaraq işəgötürəndən onu işlə təmin edilməsi xahiş edilmişdir. Apellyasiya məhkəməsi həmçinin öz qətnaməsində şəxsin iradəsinin motivlə müəyyənləşdirildiyini və işçinin izahatında əmək müqaviləsinin müddətinə (2 aya) münasibətdə motivinin olmadığı qənaətinə gəlmişdir. Hesab edirik ki, işçinin artıq sonradan, yəni onunla bağlanmış əmək müqaviləsinin işəgöt ürən tərəfindən xitam verildikdən sonra guya müqavilə bağlanan an müddətə münasibətdə motivinin olmamasını “iddiaçının marağına cavab verdiyi üçün” anlaşılan sayılmalıdır. Əksinə, iddiaçı əmək müqaviləsi bağlanan an məhz müddətsiz müqavilə bağlamağa dair motivinin olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. O hətta işə qəbulla bağlı ərizəsində belə işəgötürənlə konkret şəkildə müddətsiz müqavilə bağlamaq istəyini açıq formada bildirməmişdir. Məhz bu səbəbdən hesab edirik ki, əmək müqaviləsi bağlanan zaman müddətə münasibətdə motivin olmasını sübut edən yeganə dəlil işçinin əmək müqaviləsinə atdığı imza və onun şəxsi ərizəsi sayılmalıdır. Məhkəmənin imzanın iradə ifadəsi sayılmaması barədə mövqeyinə münasibətdə bildirmək istəyirik ki, iddiaçı öz növbəsində bunun əksini, yəni həqiqətən də əmək müqaviləsinə imzanın yanılma nəticəsində atdığını sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Halbuki çalışdığı 3 il ərzində əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasını bilmək imkanın (müəssisəsinin insan resursları şöbəsinə müraciət etmək, elektron informasiya sistemində əmək müqaviləsinin bildirişini əldə etmək) olduğu halda bunu etməməsi əksinə onun sonradan “şəratin dəyişməsi nəticəsində mövqeyini dəyişdirməsi” ehtimalını bir daha təsdiq etmiş olur. Apellyasiya məhkəməsi bir neçə vərəqdən ibarət əmək müqaviləsinin imza olmayan vərəqindəki şərtin həqiqiliyini sübut etmək yükünün işəgötürənin üzərində olduğunu qeyd etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmənin mövqeyi tamamilə əsassızdır: İlkin olaraq onu qeyd etmək istəyirik ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi məhkəmənin qeyd etdiyi kimi 2 vərəq deyil, hər iki tərəfində müqavilənin şərtlərinin tam özündə əks etdirən 1 vərəqdən ibarət olmuşdur. Buna görə də hesab edirik ki, iddiaçının 2 tərəfli vərəqin 2-ci səhifəsində işçi qrafasının altında imzası olduğu halda, vərəqin 1-ci ön səhifəsində müqavilənin müddəti hissəsində sonradan işəgötürən tərəfindən hər hansı dəyişikliyin edilməsi qeyri-mümkündür. Çünki belə olan halda təbii olaraq vərəqin imza olan 2-ci tərəfi də dəyişilməli, yəni müqavilə yenidən imzalanmalı idi. Sadəcə tərəfimizdən məhkəməyə təqdim etdiyimiz sənəd əmək müqaviləsinin əslinin surəti olduğu üçün iki vərəqdə çıxarılmışdır. Lakin apellyasiya məhkəməsi qeyd edilən bu faktı ümumiyyətlə araşdırmamış, iddiaçı ilə bağlanılan əm ək müqaviləsinin əslinə baxış keçirməmiş və bu hal öz növbəsində yekunda tam əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Əmək Məcəlləsinin 44.2-ci maddəsində qeyd edilir ki, əmək müqaviləsi tərəflərin razılığı ilə bu Məcəlləyə əlavə edilmiş nümunəvi Formaya uyğun tərtib edilir. Qeyd edilən nümunəvi formada isə yalnız əmək müqaviləsinin sonunda, həmçinin əlavə və dəyişikliklər qrafasında imza yerləri əks olunmuşdur. Lakin qanunvericilikdə işəgötürən və işçi tərəfindən əmək müqaviləsinin hər vərəqinə imza olunması barədə tərəflərin öhdəliyini diktə edən hər hansı bir imperativ norma nəzərdə tutulmamışdır. Məhz buna görə hesab edirik ki, qanunvericilikdə belə bir norma nəzərdə tutulmadığı halda məhkəmə tərəfindən cavabdehin üzərinə əmək müqaviləsinin hər vərəqinə imza edilməsi öhdə liyinin, həmçinin bu halı sübut etmə yükünün cavabdehin üzərinə qoyulması tamamilə əsassızıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin olunmamasını xahiş etmiş, habelə şikayətə maddi zərər dəyməsi barədə sənədlər əlavə etmişdir. İddiaçının kassasiya şikayəti verməməsi də nəzərə alınmaqla məhkəmə kollegiyası bu sənədləri tədqiq etməmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 42, 1-ci hissə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
19. Maddə 44, 1-3-cü hissələr. Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
20. Maddə 45, 1-4-cü hissələr. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47 -ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
21. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
22. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
23. Maddə 68, 2-ci hissə, b bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər.
24. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
25. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qət namə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan fak tlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti təmin olunmalıdır.
36. İşdən görünür ki, iddianı qismən təmin edən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halları, o cümlədən 2 vərəqədən ibarət əmək müqaviləsinin müddəti barədə müddəaları özündə əks etdirən 1-ci vərəqəsinin dəyişdirilməməsini, müqavilənin bir nüsxəsinin iddiaçıya təqdim olunmasını, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin müvəqqəti xarakter daşıdığını sübuta yetirə bilməmiş, İddiaçı işə qəbul barədə ərizəsini (ərizədə əmək müqaviləsinin müddətli bağlanması göstərilməli idi) məhkəməyə təqdim edə bilməmişdir ki, göstərilən hallar üzrə şübhələr də iddiaçının xeyrinə həll olunmalıdır və əmək müqaviləsinin müddətli bağlanmasında iddiaçının iradə ifadəsinin mövcud olmamasına əsas verir. Əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı olmamışdır, müqavilənin müddətə dair şərti (2.3-cü bənd) Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqdir, əhəmiyyətsizdir, ona görə də müqavilə müddətsiz bağlanmış sayılmalıdır.
37. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində müqavilənin müddətli olduğunun qeyd edilməsi həmin müqavil ənin müddətli olmasını təsdiq etmir. İşəgötürənin işçinin xəbəri olmadan həmin bildirişdə əmək müqaviləsinin müddətli bağlandığını qeyd etmək imkanı olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, işçi İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin 2 vərəqədən ibarət olması, müqavilənin müddətinə dair şərtləri özündə əks etdirən 1-ci vərəqəsinin dəyişdirilməsi qənaətinə gələn apellyasiya məhkəməsi işdə olan müqavilənin təsdiq edilmiş kserosurətinə əsaslanmış, müqavilənin həqiqətdə neçə vərəqədən ibarət olması və vərəqələrin dəyişdirilməsinin mümkünlüyünü müəyyən etmək üçün müqavilənin əslinə baxış keçirməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi isə tərəflər arasında bağlanmış əmək müqaviləsinin hər iki tərəfi yazılmaqla bir vərəqədən ibarət olduğunu, bu vəziyyətdə 1 vərəqədən i barət olan müqavilənin vərəqələrinin dəyişdirilməsinin mümkün olmadığını göstərmişdir.
35. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin müvəqqəti xarakterə malik olduğunu cavabdeh işəgötürən tərəfindən sübuta yetirilə bilməməsi barədə qənaətə gələn apellyasiya məhkəməsi əmək müqaviləsinin özündə işçinin əmək funksiyalarının MMCnin Nizamnaməsinə və işçinin vəzifə təlimatına uyğun müəyyən edilməsinin göstərilməsini diqqətdən qaçırmış və həmin sənədlərə əsasən iddiaçının əmək funksiyalarının nədən ibarət olması, müddətli, yaxud müddəsiz olmasını müəyyən etməmişdir.
40. İşdən daha sonra görünür ki, apellyasiya məhkəməsi əmək müqaviləsinin müddətli bağlanmasında işçinin razılığının, iradə ifadəsinin olmaması qənaətinə gəlmiş, hesab etmişdir ki, müqavilənin 2 aylıq müddətə bağlan masında iddiaçının marağı olmamış, işəgötürən tərəf isə bunun əksini təsdiq edən sübut təqdim edə bilməmişdir. Müqavilənin iddiaçı tərəfindən imzalanması və Elektron informasiya sisteminə yerləşdirilən əmək müqaviləsi bildirişində müqavilənin müddətli olduğunun qeyd edilməsi də iddiaçının müddətli əmək müqaviləsini imzaladığını təsdiq olunmasına kifayət etmir.
41. Göstərilən məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin iddiaçı tərəfindən imzalanması onun həmin müqavilənin məzmunu ilə tanış olması, müqavilədə göstərilən şərtlərlə razılığını təsdiq etməsi və müqavilədə göstərilən halların onun iradəsinə uyğun olması anlamına gəlir. Qanunvercilikdə əmək müqaviləsinin başqa formada tərtib edilməsi, təsdiqlənməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında əmək müqaviləsi bağlandığı 06 mart 2020-ci il tarixdə Elektron informasiya sisteminə eyni məzmunlu əmək müqaviləsi bildirişinin yerləşdirilməsi, uzun müddət keçməsinə baxmayaraq iddiaçının həmin bildirişə etirazının olmaması onun əmək müqaviləsinin şərtlərindən əvvəlcədən məlumatlı olmasını göstərən haldır ki, apellyasiya məhkəməsi bu halı da diqqətdən qaçırmışdır.
42. İş materiallarından daha sonra görünür ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə qətnamə çıxarmaqla bərabər Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunması haqqında qərardad çıxarmış və müraciət Konstitusiya Məhkəməsinə göndərilmişdir. Bununla da məhkəmə hazırkı mübahisənin həllində Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiqində ziddiyyətli məqamların olmasını etiraf etmiş, lakin Konstitusiya Məhkəməsinin icraatı qaydasında müraciətə baxılıb məsələ həllini tapana kimi iş üzrə icraatın dayandırmaq əvəzinə, mülki işə baxıb yekun qətnamə qəbul olunmasını mümkün hesab etmişdir. Halbuki bu halda iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququ yox, vəzifəsi idi.
43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiy i nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
39. Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5342/2023 nömrəli iş üzrə 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.