Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-44/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X5 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9194/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Ramil Həsənov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «Tof ash Shahin» markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilərək onlar arasında bölünməsi, həmin avtomaşının ½ hissəsinə iddiaçının və ½ hissəsinə cavabdehin pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, 13A saylı evə və onun yerləşdiyi torpaq sahəsinə tərəflərin paylarının müəyy ən edilməsi tələbinin rədd olunması hissəsdə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, 13A saylı evin və onun yerləşdiyi Suraxanı rayonu, Əmircan qəsəbəsi, 136 saylı uşaq bağçasının yanında 0,02 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən ediməsi qət edilmiş, qeyd olunan əmlaklara dair iddia qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə “xxxx” ASC-də cavabdehin adına açılmış bank hesabında olan əmanətlərin, «Tofash Shahin» markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi nin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 136 nömrəli uşaq bağçasının yanında 0,02 hektar torpaq sahəsinin və üzərində yerləşən evin 2/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə cavabdehin paylarının müəyyən edilməsi, həmin paylar üzərində onların mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, istinad olunan əmlaklar birgə nikah dövründə əldə edilib, həmin nikahdan doğulmuş yetkinlik yaşına çatmayan iki uşaqları onun himayəsindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi ona əvəzsiz olaraq verilmişdir. Əvəzsiz olaraq verildiyindən, birgə mülkiyyət kimi hesab edilə bilməz. Torpaq sahəsinin üzərindəki tikili isə onun hesabına deyil, qardaşının hesabına tikilmiş və ümumilikdə həmin torpaq və ev onun qardaşına məxsusdur. Sadəcə sənədlər onun (cavabdehin) adına rəsmiləşdiyindən çıxarış nikah pozulduqdan sonra onun adına verilmişdir. Cavabdeh qeyd etmişdir ki, həmin torpaq sahəsinin alınmasında və ya üzərində tikilinin tikilməsində bir manat belə pul vəsaiti xərcləməmişdir. Yalnız qardaşının adına olan torpaq s ahəsi üstündə tikili tikilərkən o, qardaşına 6000 manat yardım etmişdir. Lakin qətnamədə təhrif olunmuş formada guya o, torpaq sahəsi üzərində tikilinin tikilməsində 6000 manat pul vermişdir. Məhkəmə bu hallara düzgün qiymət verməyərək iş üzrə mübahisələndirilən hissədə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hü quqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk n övbədə qeyd edir ki, kassasiya şikayətindən göründüyü kimi, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, 13A saylı evin və onun yerləşdiyi Suraxanı rayonu, Əmircan qəsəbəsi, 136 saylı uşaq bağçasının yanında 0,02 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən ediməsi hissədə mübahisələndirir. İddiaçı isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasi ya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi, Cavabdeh kassasiya şikayətinə əsasən ona münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı X2 ilə Cavabdeh xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı Şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 1094 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə, X3 fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, 136 №-li uşaq bağçasının yanında 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin orqanın 251 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə cavabdehin qarşılıqlı razılaşma əsasında xxxxxxxx ayrılmış torpaq sahəsinin bir hissəsinin ona ayrılması barə də müraciəti və cavabdehin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacının olduğu nəzərə alınaraq, cavabdehə fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsi, 136 №-li Uşaq bağçasının yanında 200 kvadrat metr torpaq sahəsi ayrılmış, həmin sahədə birtipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, qalan 400 kvadrat metr xxxxxxxxx saxlanılmışdır. Bakı Şəhəri Səbail rayon məhkəməsinin 2(009)-3462/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X4 Hüseynova qarşı iddiası təmin edilmiş, tərəflər arasında rəsmişləşdirilmiş nikahın pozulması, xx.xx.2000-ci il təvəllüdlü Ləman, xx.xx.2005-ci il təvəllüdlü xxxxxx və xx.xx.2011-ci il xxxxx yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 41 1 manat sabit pul məbləğində aliment tutularaq xxxxxxx verilməsi qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 136 nömrəli Uşaq bağçasının yanında 0,02 hektar torpaq sahəsi xx.xx.2018-ci il tarixdə, həmin torpaq sahəsində yerləşən C.Əliyev küçəsi 13 A nömrəli fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi cavabdehin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin (maddə 225.4.). Oxşar məzmunlu normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-34-cü maddələrində də təsbit edilmişdir. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində ər-arvadın birgə vəsaiti və ya səyləri ilə əldə edilmiş (qazanılmış) olmalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə mübahisəli torpaq sahəsinin cavabdehə ayrılması barədə yerli icra hakimiyyəti orqanının tərəflərin nikahda olduqları dövrdə qəbul edilmiş qərarında torpaq sahəsinin ona əvəzli və ya əvəzsiz qaydada ayrılması barədə müddəa əks olunmamışdır. Lakin iş materiallarından görünür ki, həmin torpaq sahəsi ilkin olaraq başqa şəxsə ayrılmış, sonradan ilkin sahibin və cavabdehin razılığı əsasında torpaq sahəsinin bir hissəsi cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı torpaq sahəsinin Məzahir Bəhmanovdan əvəzli alındığını bildirmişdir. Apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdeh də mübahisəli torpaq sahəsinin Məzahir Bəhmənovdan təxminən 2000-3000 manata alındığını bildirmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkə məsi doğru olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin birgə nikahları dövründə əvəzli qaydada əldə edilmişdir. Eyni zamanda mübahisəli evin də birgə nikah dövründə inşa edildiyi cavabdeh tərəfindən mübahisə edilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarında evin tikintisinin təxminən 2006-cı ildə başa çatdığını, 2007-2008-ci illərdə iddiaçı və uşaqları ilə birlikdə həmin evdə yaşadıqlarını, sonra başqa ünvanda ev alıb, oraya köçdüklərini bildirmişdir. Torpaq sahəsinin dəyərinin və evin tikintisi üçün xərclərin cavabdeh tərəfindən deyil, onun qardaşı tərəfindən çəkildiyi barədə cavabdehin etirazına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki və ailə qanunvericiliyinin mənasına görə birgə nikah dövründə əldə edilmi ş əmlakın birgə vəsait hesabına qazanıldığı prezumpsiyası mövcuddur. Əgər tərəflərdən biri həmin əmlakın ayrıca vəsaiti və ya ona hədiyyə edilmiş vəsait hesabına əldə olunduğunu iddia edirsə, bu halları sübut etmək yükü də həmin tərəfin üzərinə düşür. Baxılan iş üzrə mübahisəli torpaq sahəsi birgə nikah dövründə cavabdehin adına rəsmiləşdirilmiş və mübahisəli ev həmin torpaq sahəsinin üzərində inşa edilmişdir. Nikahın pozulmasından sonra da hər iki əmlak daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmışdır. Cavabdeh məhkəməyə etirazını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin dəyərinin və evin tikintisi üçün xərclərin cavabdehin qardaşı tərəfindən çəkildiyi barədə etirazın dəlillərini əsassız hesab edir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin yuxarıda sadalanan faktiki hallarının mövcudluğu şəraitində yalnız mübahisəli torpaq sahəsi və evin tərəflər arasında nikah pozulduqdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması həmin əmlakların tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsinə və ər-arvad arasında əmlak bölgüsünün predmeti olmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anda n əmələ gəlir (maddə 178.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən mülki və torpaq qanunvericiliyin müddəalarına əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (“xxxxxxx şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2010-cu il tarixli Qərar). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə, evin xx. xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da həmin əmlaklara dair torpaq ayırma, tikintiyə icazə sənədlərinin və tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparıldığını təsdiq edir. Torpaq sahəsinin dəyərinin ona dair sərəncamın verildiyi xx.xx.2000-ci il tarixinədək ödənildiyi, mübahisəli evin tikintisinin təxminən 2006-cı ildə başa çatdığı, hətta tərəflərin 2007-2008-ci illərdə ailə kimi həmin evdə yaşadıqları işin mübahisəsiz hallarıdır. Ona görə də mübahisəli əmlaklar tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlaklar kimi qiymətləndirilməli və tərəflər arasında bölünməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əm lakdakı payları bərabər hesab edilir (37.1.). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (37.2.). Qanunvericiliyin tələblərindən göründüyü kimi ər-arvad arasındakı ümumi əmlakın bölünməsi zamanı onların payları bir qayda olaraq bərabər hesab edilir. Bununla yanaşı, qanunverici ayrı-ayrı hallarda yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alaraq payların qeyri-bərabər bölünməsini də mümkün hesab edir. Qanun yalnız tərəflərin birg ə nikahlarından uşaqlarının olmasını və həmin uşaqların valideynlərdən birinin yanında qalmasını həmin valideynin payının daha çox müəyyən edilməsinə birmənalı əsas hesab etmir. Ailə qanunvericiliyinin mənasına görə qeyribərabər bölgü uşaqların mənafeyindən və (və ya) tərəflərdən birinin diqqətəlayiq mənafeyindən irəli gələn müstəsna halların mövcudluğu ilə əsaslandırılmalıdır. Bu baxımdan mübahisəli əmlaklar üzərində tərəflərin payları bərabər hesab edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tam, hərtəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən ona münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9194/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə əsasən ona münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-44/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-44/2020
09.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver