Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-44/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X8 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X3, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-33/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2 025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron rayon Güzdək X1 (iddiaçının mərhum həyat yoldaşı) mişar daşı istehsal etmək üçün icarə müqaviləsi yolu ilə torpaq sahəsi ayrılması haqqında 23 mart 2006-cı il tarixli 27 nömrəli qərarı ilə Güzdək bələdiyyəsinin ərazisində dövlət fondunda qalmış, örüş sahə kimi uçota alınmış torpaq sahəsindən mişar daşı istehsal etmək üçün X9 15 il müddətinə 1,5 hektar torpaq sahəsi ayrılmışdır. 22 noyabr 2010-cu ildə vəfat etmişdir.
2. Hazırda iddiaçı həyat yoldaşı Akif Qurbanov vəfat etdiyindən mübahisəli torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında qanunsuz fəaliyyət göstərən cavabdehlər Cavabdeh4, X3, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 həmin daş yatağından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X2 rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsəfəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağında sahibkarlıq fəaliyyəti həyat keçirmişdir. Göstərilən sahədə fəaliyyət göstərmək üçün 29 iyul 2005-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiz a İdarəsi tərəfindən “Qurbanov Akif” fiziki şəxsin Daş Karxanasının 2005ci il üçün dağ işlərinin inkişafı planı təsdiq olunmuşdur. Həyat yoldaşı vəfat edənə qədər həmin daş karxanasında fəaliyyət göstərmişdir. İddiaçı qeyd etmişdir ki, həyat yoldaşının vəfatından sonra iddiaçı onun birinci növbəli vərəsəsidir. Həmin daş karxanasını miras kimi qəbul etmişdir. Həmçinin ondan miras qalmış digər əmlakı - yaşayış evini də miras kimi qəbul etmişdir. Karxananı işlətməyə başlamasa da, oğlu və iddiaçı daima oraya gedib karxanaya sahiblik etmişlər. Yaxınlarda karxanaya gedəndə iddiaçıya cavabdehlərin qanunsuz olaraq daş karxanasını zəbt etdikləri və bu karxananı işlətdikləri məlum olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşına müddətsiz istifadəyə verilmişdir. Torpaq Məcəlləsini n 51-ci maddəsinin tələbinə əsasən, həyat yoldaşının vəfatı ilə icarə hüququ birinci növbəli vərəsə kimi iddiaçıya keçmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(012)-3547/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Güzdək X1 mişar daşı istehsal etmək üçün icarə müqaviləsi yolu ilə torpaq sahəsi ayrılması haqqında 23 mart 2006-cı il tarixli 27 nömrəli qərarı ilə Güzdək bələdiyyəsinin ərazisində dövlət fondunda qalmış, örüş sahə kimi uçota alınmış torpaq sahəsindən mişar daşı istehsal etmək üçün X9 15 il müddətinə 1,5 hektar torpaq sahəsi ayrılmışdır. Akif Qurbanov 22 noyabr 2010-cu ildə vəfat etmişdir.
7. Lakin məhkəmənin təklif etməsinə və Cavabdeh3 nümayəndəsi və vəkilinin mübahisələndirməsinə baxmayaraq, iddiaçı həyat yoldaşı vəfat etdikdən sonra ailə üzvü kimi mübahisəli torpaq sahəsinə dair onunla icarə müqaviləsinin bağlanılması ilə bağlı Güzdək bələdiyyəsinə müraciət etməsi və Güzdək bələdiyyəsi ilə onun arasında mübahisəli torpaq sahəsinə dair ayrıca icarə müqaviləsi bağlanılması, həyat yoldaşı vəfat etdikdən sonra torpaq sahəsinin icarəsinə görə müəyyən edilən illik icarə haqqının onun tərəfindən bələdiyyə hesabına ödənilməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 7 7.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X5 birinci növbəli vərəsəsi olmaqla, daş karxanasını miras kimi faktiki olaraq qəbul etmiş, ora daimi olaraq gedərək sahiblik etmişdir. Məhkəmə öz qətnaməsində məhz onun subyektiv hüquqlarıının olmaması qənaətinə gəlmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, bu barədə Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, “Məhkəmələr tərəfindən torpaq sahələri üzərində hüquqların vərəsələrə keçməsi məsələsi həll olunarkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən norm aları nəzərə alınmalıdır. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. Lakin məhkəmə tərəfindən sübutlara obyektiv qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəf məhkəmə iclasında həmin sahəni qanuni yolla əldə etdiklərini, o cümlədən həmin sahəyə 1 sentyabr 2020-ci il tarixli müqavilə bağladıqlarını bildirmişlər, lakin həmin müqavilənin bağlanmasına əsas olmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. Həmin sahəyə müqavilənin bağlanması cavabdeh tərəfin oradan istifadə və ya oranı zəbt etmək hüququnu vermir. Cavabdeh tərəf həmin sahəni qanunverciliyin tələblərinə uyğun əldə etməmiş və qanunsuz olaraq zəbt etmişdir. Buna görə də məhkəmə qarşısında vəsatət qaldırılaraq həmin sənədlərin “X7 İcarə Sahəsi” MMC-dən alınaraq məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Çünki vəkil sorğusuna MMC tərəfindən cavab verilməmişdir, məhkəmə isə vəsatəti təmin etməyərək sübutları birtərəfli qaydada qiymətləndirmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 214 nömrəli 14 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daşı yatağı ilə Cavabdeh3 əvəzsiz olaraq subicarəyə verilmiş “Karxana” təsərrüfat hesablı torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/426 nömrəli 17 mart 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1122 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağının yerləşdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən Cavabdeh3 əvəzsiz olaraq subicarəyə verilmiş “Karxana” təsərrüfat hesablı tor paq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən emək mümkün olmamışdır.
14. İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 4 sentyabr 2023-cü il tarixli 32/332/210448 nömrəli mütəxəssis rəyi ilə iddiaçının mübahisələndirdiyi Abşeron rayonu, Güzdək qəsəbəsinin 1,5 km məsafəsində, cənub-şərq hissəsində, Bakı şəhərindən 40 km məsafədə yerləşən “Ağburun” əhəng daş yatağının yerləşdiyi torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən Cavabdeh3 əvəzsiz olaraq subicarəyə verilmiş “Karxana” təsərrüfat hesablı torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən emək mümkün olmamışdır.
15. İddiaçının nümayəndəsi-vəkil vəsatətlə müraciət edərək, mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki eskpertizasının keçirilməsini xahiş etmiş, məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/210/6642 nömrəli 24 yanvar 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir.
16. İddiaçı vəsatətlə müraciət edərək, mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmiş, yenidən mülki iş üzrə təkrar məhkəmə ti kintitexniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 316-16/2-10/2129 nömrəli 20 may 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi” barədə məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-33/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Səyyad Qafari-sədrlik edən və məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
18. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etm işdir ki, baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddiaçı cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin zəbt edilməsini sübut etməli olduğu halda, bu halı təsdiq edən tutarlı sübutları təqdim etməmişdir.
19. Çirinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. İddiaçının mövcud tələblə məhkəməyə müraciət etmək hüququ olsa da, iddia ərizəsində qeyd etdiyi hal iş materialları ilə təsdiq olunmadığından, eləcə də torpaq sahəsinin cavabdehlərin istifadəsində olması və bu istifadənin qanunsuz olduğu öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilə bilməz.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1 və 88-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəf məhkəmə iclasında həmin sahəni qanuni yolla əldə etdiklərini, o cümlədən həmin sahəyə 1 sentyabr 2020-ci il tarixli müqavilə bağladıqlarını bildirmişlər, lakin həmin müqavilənin bağlanmasına əsas olmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. Həmin sahəyə müqavilənin bağlanması cavabdeh tərəfin oradan istifadə və ya oranı zəbt etmək hüququnu vermir. Cavabdeh tərəf həmin sahəni qanunverciliyin tələblərinə uyğun əldə etməmiş və qanunsuz olaraq zəbt etmişdir. Göründüyü kimi, cavabdeh tərəf həmin sahəni zəbt etdiklərini özləri etiraf etmiş olsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır.
23. Bundan başqa, dəfələrlə ekspertiza keçirilməsi üçün məhkəməyə vəsatət verilmiş, lakin nəticə ya aşkar oluna bilməmiş, ya da ekspertiza keçirilməsindən imtina edilmişdir.
24. Həmçinin məhkəmə mütəxəsiss rəyinin verilməsini gözləmədən qətnamə çıxarmışdır. Buna gördə də mütəxəssis rəyi ilə məhkəmənin çıxardığı qətnamə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə qətnaməsi 25 iyun 2024-cü il tarixində çıxarılmış, mütəxəsiss rəyi isə 5 avqust 2024-cü i l tarixində verilmişdir. O torpaq sahəsinin mərhum həyat yoldaşının qanun istifadəsində olmasına dair yetrəincə sübutlar təqdim etmiş, cavabdeh tərəf isə heç bir sübut təqdim etməmişdir.
25. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.1 və 157.2-cimaddələrinə istinad edərək əsaslandırmışdır. b)
26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətind ə irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzər ə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-33/2024 nömrəli iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.