Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-440/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qаrşı iş üzrə QƏRARİ Açar sözlər: müqaviləsinin etibarsız sayılması iddiası, bəyənmə, hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Əliyev Zaur Əli oğlunun məruzəsi, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2(107)-799/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Şəki rayon Torpaq Şöbəsi tərəfindən 02 iyul 1999-cu il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair KOD 40402037, JN 185 nömrəli, 12894 qeydiyyat nömrəli dövlət aktına Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998- ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X7 və X4 ünvan 1i ərazisində cizgidə göstərilən sərhədlər daxilində 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır.
3. Satıcılar İddiaçı1, İddiaçı2, X10 və X8 ilə alıcı Cavabdeh1 arasında bağlanmış, Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 4Ə-1582 reyestr nömrəli, 26 dekabr 2014-cü i l tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1, İddiaçı2, X10 və X2 rayon Torpaq Şöbəsi tərəfindən 02 iyul 1999-cu il tarixdə verilmiş JN 185, KOD 40402037 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 11,67 hektar torpaq sahəsini 5000 manata Cavabdeh1 satmışlar. Həmin müqavilə satıcı və digər satıcıların nümayəndəsi qismində, satıcılar qrafasında İddiaçı1 tərəfindən imzalanmışdır.
4. DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 26 dekabr 2014-cü il tarixdə verilmiş arayışına əsasən İddiaçı1, İddiaçı2, X10 və X3 mülkiyyətində olan 11,67 hektar torpaq sahəsi üzərində 24 dekabr 2014-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır.
5. Mingəçevir şəhər VVAQ Şöbəsi tərəfindən 28 mart 2001-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə nin surətinə əsasən, 27 sentyabr 1988-ci il təvəllüdlü X10 22 fevral 2001-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tari xli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X7 və X4 ünvan 1i ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Torpaq sahəsi mülkiyyətlərinə verildikdən sonra iddiaçılar bir müddət həmin torpaq sahəsindən istifadə etsələr də sonradan İddiaçı1 tərəfindən həmin 11,67 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün üçüncü şəxs X14 verilmişdir. Şifahi razılaşmaya əsasən İddiaçı1 tələb etdiyi məqamda X17 torpaq sahəsini geri qaytarmalı olmuşdur. X17 da İddiaçı1 aralarında olan müqavilənin rəsmiləşdirməsini təklif etmiş, bu səbəbli hazırda mübahisələndirilən 26 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. İdd iaçı1 heç bir etibarnamə olmadan digər mülkiyyətçilərin də əvəzindən alqı-satqı müqaviləsini imzalamışdır. Həmçinin iddiaçıların övladları X10 2001ci ildə vəfat etməsinə baxmayaraq alqı-satqı müqaviləsində X5 da adı satıcı kimi qeyd edilməklə həmin müqavilə onun əvəzindən nümayəndəsi kimi İddiaçı1 tərəfindən imzalanmışdır. Yəni notarius tərəfindən İddiaçı1 oğlunun əvəzindən müqaviləyə imza etməsi tələb olunmuşdur. Alqı-satqı müqaviləsi imzalanan zaman notarius və üçüncü şəxs X17 həmin müqavilənin formal bir sənəd olduğunu, torpaq sahəsi geri qaytarılan zaman ləğv olunacağını bilmişlər. 2021-ci ilin ikinci yarısında İddiaçı1 X14 müraciət edərək torpaq sahəsinin geri qaytarılmasını təklif etsə də X17 bundan imtina etmişdir. Bu səbəbdən də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müra ciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, X17 onun qayınatasıdır. 2014-cü ilin oktyabr-noyabr aylarında X17 onunla əlaqə saxlayaraq ünvan 1ində 12 hektar torpaq sahəsinin satıldığını bildirmiş və gəlib həmin torpaq sahəsinə baxmasını ona təklif etmişdir. O da Sarıca kəndinə gəlmiş, X11, İddiaçı1 və Arifin yanında olan digər bir şəxsin iştirakı ilə gedib İddiaçı1 satdığı 12 hektar torpaq sahəsinə baxmışlar. O, yerində baxıb torpaq sahəsini bəyənmişdir. O, Arifdən dəqiqləşdirmə apardıqda Arif ailə üzvlərinin də razılığı ilə həmin torpaq sahəsini satdığını demişdir. Sənəd üzrə 11,67 hektar olan torpaq sahəsinin alqı-satqısına görə, hər hektarına görə 600 manat olma qla torpaq sahəsində Arifə 7200 manat pulu sayıb vermişdir. Arif də pulu ondan qəbul etmiş və bir nömrəli forma hazır olduqda bununla bağlı məlumat verəcəyini demişdir. Bundan bir müddət sonra ona Arifin satdığı torpaq sahəsinin alqı-satqıya hazır olması barədə məlumat verildiyindən o, əmisi oğlunun maşını ilə Şəki şəhərinə gəlmiş, elə əmisi oğlunun avtomaşını ilə notariat kontoruna getmişlər. Notariat kontorunda alqı-satqı müqaviləsi tərtib edilmiş, müqavilə şərtləri notarius tərəfindən oxunmuş və o, alıcı qarafasında alqı-satqı müqaviləsini imzalamışdır. Satıcılar qrafasında isə alqı-satqı müqaviləsi İddiaçı1 tərəfindən imzalanmışdır. Onun notariusdan digər satıcılar tərəfindən Arifə etibarnamənin verilibverilməməsini soruşmaq, notariusa hər hansı bir göstəriş vermək kimi bir səllahiyyət i olmamış, Arifin oğlu Fəridin vəfatından isə hazırkı mülki iş üzrə iddia ərizəsini aldıqda məlumatlı olmuşdur. Bundan başqa alqı-satqı müqaviləsi hər hansı bir müvvəqəti əsasla deyil, birdəfəlik bağlanmışdır. Həmçinin Arifin həmin ərəfələrdə icra nümayəndəsi işləməsi nəzərə alınaraq özünün etibarnaməni təsdiq etmək, beləliklə də etibarnaməni notariusa göstərmək imkanı olmuşdur. Torpaq sahəsini 7200 manata almasına baxmayaraq alqısatqı müqaviləsində onun 5000 manata satılması kimi yazılmasını İddiaçı1 özü xahiş etmişdir. O, torpaq sahəsinin vicdanlı alıcısıdır. Həmçinin iddiaçılar tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Mü stəqil tələb irəli sürməyən üçüncü şəxs X17 bildirmişdir ki, İddiaçı1 uzun müddət Şəki rayonunun Qaratorpaq, Sarıca, Bolludərə kəndlərinin və Turan qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışmışdır. Bir sözlə İddiaçı1 ali təhsilli və savadlı bir şəxsdir. Həmçinin Arif işlədiyi müddətdə subsidiya və icarə işlərinə də baxmışdır. Eyni ərazidə yaşadıqlarından onun uşaqlıqdan İddiaçı1 ilə səmimi münasibətləri olmuşdur. 2014-cü ilin avqust sentyabr aylarında Arif ona aqrar islahat zamanı özünə və ailəsinə verilmiş torpaq sahəsini satışa qoyduğunu bildirmişdir. O da bu barədə kürəkəni Cavabdeh1 zəng vurub məlumat vermişdir. Bir müddət sonra yeznəsi Hümmət kəndə gəlmiş, o, kürəkəni Cavabdeh1, torpağı satan şəxs olaraq İddiaçı1 və Arifin yeznəsi Rəsulla birlikdə gedib Arifin satmaq istədiyi torp aq sahəsinə baxmışlar. Torpaq sahəsinə baxdıqdan sonra Ariflə Hümmət torpağın hər hektarını 600 manata olmaqla, ümumilikdə torpaq sahəsinin alqısatqısını 7200 manata razılaşdırmışlar. Arif ailə üzvlərinin də razılığı ilə həmin torpaq sahəsini satdığını demişdir. Kürəkəni Cavabdeh1 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 7200 manat pulu elə oradaca İddiaçı1 vermişdir. Arif də Hümmətə torpaq sahəsinin sənədlərini hazırlayacağını, sənədlər hazır olduqda isə notarial qaydada müqavilənin bağlanması üçün məlumat verəcəyini bildirmişdir. Bundan 10-15 gün müddət keçdikdən sonra Arif ondan Hümməti alqı-satqı üçün dəvət etməsini xahiş etmişdir. O da bu barədə Hümmətə məlumat vermiş, Hümmət alqı-satqı üçün gəlmiş və notariat kontoruna getmişdir. Notariusda alqı-satqı müqaviləsi imzalanmış, lakin o, n otariat kontorunda alqısatqı müqaviləsi rəsmiləşdirilərkən iştirak etməmişdir. Sonradan onlar torpaq sahəsinə yerində baxanda Arif torpaq sahəsini müvəqqəti olaraq Turan qəsəbə sakini Şahir adlı şəxsin istifadəsinə verdiyini bildirmiş və 2015-ci ilin iyul-avqust aylarından etibarən, yəni həmin dövrün məhsul biçinindən sonra Hümmətin aldığı torpaq sahəsindən istifadə etməsini demişdir. Belə olub 2015-ci ilin iyul-avqust aylarından etibarən torpaq sahəsi alıcı Cavabdeh1 tam istifadəsindədir. Torpağın alqı-satqısı razılaşdırılarkən torpaq sahəsinin müvəqqəti alqı-satqı edilməsi barədə İddiaçı1 göstərdikləri isə həqiqəti əks etdirmir. Belə ki, əgər Arif və onun ailə üzvləri torpaq sahəsini müvəqqəti əsaslarla satsa idilər onda Hümmət kənddə eyni qiymətə satılan digər torpaq sahələrindən biri ni alacaqdı. Yəni həmin vaxt Arif tərəfindən torpaq sahəsi birfələlik əsasla satılmışdır. Torpaq sahəsinin sonradan geri qaytarılması ilə bağlı Arif tərəfindən heç bir təklif irəli sürülməmiş və ümumiyyətlə belə bir şifahi razlaşma olmamışdır. 2021-ci ilin sonlarında İddiaçı1 Mingəçevir şəhərində onunla görüşmüş və torpaq sahəsini geri qaytarmaq istədiyini bildirmişdir. O da Arifə əgər oxşar ərazidən kənarda 12 hektar torpaq alacağı, yaxud da 12 hektar torpaq sahəsinin dəyərinin bu günkü qiymətləri ilə ödəniləcəyi halda bunun müzakirə edilməsinin mümkün olduğunu, həmçinin torpaq sahəsinin onun deyil, kürəkəni Hümmətə aid olduğunu Arifə bildirmişdir. Cavabdeh1 dəyərini ödəməklə və notariatda alqısatqı müqaviləsi imzalamaqla torpaq sahəsini almışdır. Hesab edir ki, iddiaçılar İddiaçı1 və İdd iaçı2 hazırkı iddia tələbləri əsasızdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. Şəki Rayon Məhkəməsinin (hakim Mehdiyev Elçin) 1 aprel 2022-ci il tarixli, 2(075)287/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar özlərinə və övladlarına məxsus olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilənin digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalandığını, digər mülkiyyətçilər tərəfindən ona bununla bağlı heç bir etibarnamənin verilmədiyini, hətta mülkiyyətçilərdən olan X10 22 fevral 2001-ci il tarixdə vəfat etdiyi halda onun da nümayəndəsi qismində alqı-satqı müqaviləsindəki imzanın İddiaçı1 tərəfindən icra edildiyini, alqı-satqı müqaviləsinin orada alıcı qismində qeyd edi lmiş Cavabdeh1 tərəfindən deyil, üçüncü şəxs X17 tərəfindən imzalandığını, beləliklə də alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməsinə istinad edərək hazırki tələblə məhkəməyə müraciət etmişlər.
12. İddiaçı1 digər mülkiyyətçilərin adından heç bir etibarnamə olmadan, həmçinin 22 fevral 2001-ci il tarixdə vəfat etmiş X5 adından satıcıların nümayəndəsi qismində alqı-satqı müqaviləsini imzalamaqla, faktiki olaraq 7200 manata satılmış torpaq sahəsinin dəyəri barədə müqavilənin məzmununda onun satış qiymətinin 5000 manat təşkil etməsi barədə yanlış məlumatlar daxil edilməklə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmuşdur. Lakin, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı tələbləri ilə bağlı məhkəməyə müraciət etmələri üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər.
13. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.
14. İddiaçı1 özü tərəfindən müqavilə imzalanmaqla, imzalandığı 26 dekabr 2014-cü il tarixdəcə həmin müqaviləni digər İddiaçı2 və övladı X4 təqdim və məzmunu barədə məlumat verməklə iddiaçıların, mübahisələndirdikləri 4Ə1582 nömrəli alqı-satqı müqaviləsindən onun imzalandığı 26 dekabr 2014-cü il tarixdəcə məlumatları olmuş, lakin bundan sonra bir il ərzində deyil, h əmin tarixdən 7 ilə yaxın bir müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilən bir illik kəsici müddəti ötürmüşlər.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edi lməsi tələbinə dair iddiaları təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 324.1, 324.2, 324.4, 329.2, 389.1, 389.2, 567-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4,372.1,372.1, 372.7-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürməyən üçünçü şəxs X8, apellyаsiyа şikаyəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını araşdırarkən həqiqətə qismən nail olmuş, alqı-satqının etibarsızlığını müddət ötürülməsi ilə əlaqələndirmişdir. Halbuki məhkəmə qətnaməsində İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 imzalarının olmamasını onların mübahisələndirilən alqısatqı aktından xəbərləri olmaması kimi yox, xəbərləri vardır kimi qiymətləndirmiş, bununla da səhvə yol vermişdir. İddiaçı1 müqavilə imzaladıqdan sonra evə gəlib müqavilə şərtlərini bütün müddəaları ilə İddiaçı2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izah etməsi iş materiallarında mövcud deyildir. Məhkəmə ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir, lakin bu məqam da şübhəli olduğundan hazırki iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz.
19. Cavabdeh1 apellyasiya şikayətinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, birinci insta nsiya məhkəməsi ancaq İddiaçı1 ifadəsinə əsaslanaraq belə qənaətə gəlmişdir, lakin bu məqam da şübhəli - olduğundan hazırki is üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. İddiaçı1, İddiaçı2 rəsmi həyat yoldaşı və müstəqil tələb irəli sürməyən ücüncü şəxs X3 doğma atasıdır və onlar bir evdə yaşayırlar. İddiaçı1 birinci instansiya məhkəməsində ifadə verərək qeyd etmişdir ki, 2014-cü ildə məhz alqısatqı müqaviləsi barədə evdə həyat yoldaşı İddiaçı2 və qızı X4 məlumat vermişdir. Bundan başqa hazırki iddia ilə əlaqəli birinci instansiya məhkəməsinin heç bir prosesində nə İddiaçı2, nə də X8 iştirak etməmiş və İddiaçı1 verdiyi izahatı təkzib etməmişlər. Halbuki, iddia ərizəsinə İddiaçı2 da imza atmışdır və ən azı birinci instansiya məhkəməsində keçirilən məhkəmə prosesinə gəlməli və indiki apellyasiya şikayətində yazdığı fikrini bildirməli idi. Hazırki mülki işə, Şəki Rayon Sarıca kənd sakinləri X9 və X6 əlavə olunmuş şahid ifadələrinin (ərizələrinin) əlavə olunması və onların xx.xx.2022-ci il, saat ll:00-yə təyin edilmiş məhkəmə prosesində canlı dindirilməsi zəruriyyəti yaranmışdır. Belə ki, sözügedən bu şahidlərin birinci instansiya məhkəməsinə gəlib canlı ifadə verməkləri üçün birinci instansiya məhkəməsində hakimə şifahi vəsatət vermişdir. Hətta onların şəxsiyyət vəsiqələrinin surətləri tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı1 birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsi barədə evdə həyat yoldaşı İddiaçı2 və qızı X4 məlumat verməsi ifadəsini əsas gətirərək ehtiyac olmadığını bildirmiş və vəsatətini təmin etməmişdir.
20. Müstəq il tələb irəli sürməyən üçüncü şəxs X17 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini iddiaçı hər hektarına 600 manat olmaqla, cəmi 7200 manata alqı-satqı müqviləsi ilə satmışdır. Alqı-satqı müqaviləsini də iddiaçı şəxsən notariusa gedərək, ailə üzvülərinin razılığı ilə imzalamışdır. Onlar torpağı icarayə götürməmişdilər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X15 apellyasiya şikayətinə etiraz edərək qeyd edərək bildirmişdir ki, iddiaçını tanımadığını və həmin torpaq sahəsini 46800 manata Cavabdeh1 alqı-satqı müqaviləsi ilə almışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdiri lmədən saxlanılmasını xahiş etmişdir.
22. Apellyasiya baxışında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-684 nömrəli müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 1ində yerləşən 11.67 ha torpaq sahəsini X1, xx.xx.2022-ci ildə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi R.K.Mirzəyevin mülkiyyətindədir.
23. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2(107)-799/2022 saylı qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ələddin Məcidov) iddiaçılar İddiaçı1 və İddiaçı2 m üstəqil tələb irəli sürməyən üçünçü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X7 və X4 ünva n 1i ərazisindən 11,67 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-185 KOD 40402037 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satılmışdır. Mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsini digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. Digər mülkiyyətçi İddiaçı2 tərəfindən ona bununla bağlı heç bir etibarnamə verilməmişdir. Eyni zamanda mülkiyyətçilərdən olan X10 22 fevral 2001-ci il tarixdə vəfat etmişdir. Alqı-satqı müqaviləsi imzalanarkən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi onların iradəsi ziddinə satılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi hesаb etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(075)-287/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və Cavabdeh1 qarşı ünvan 1i ünvanında yerləşən, JN-185 KOD 40402037 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 4 nəfərdən ibarət ailələrinin mülkiyyətində olan 11,67 hektar torpaq sahəsinin alqı-satqısına dair 26 dekabr 2014-cü il tarixli, 4Ə-1582 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinə dair iddiası təmin edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdəki məlumat və sənədlər onu təsdiq edir ki, 2014-cü ildə İddiaçı2 alqı-satqımüqaviləsi barədə məlumatı olmuşdur. İddiaçılar, iddia müddətini ötürmüşlər. Apellyasiya məhkəməsi işə baxarkən Azərbayca n RespublikasıMülki Məcəlləsinin birgə mülkiyyətə sərəncam verilməsinə dair normalarına (MM-nin 222) istinad etmək əvəzinə ümumi paylımülkiyyətə sərəncam verilməsinə dair normalara (MM-nin 215) istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinin məzmunundan da göründüyü kimi birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə hayata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. İddiaçı1 birgə mülkiyyətçi olaraq 26 dekabr 2014-cü ildə özü tərəfindən müqavilə imzalayarkən qanunvericiliyin tələbinə görə digər birgə mülkiyyətçilərin razılığının olması ehtimal edilir. Belə ki, İddiaçı1 məhkəmə iclası zamanı verdiyi izahatında bağladığı müqavilədən həmin gün digər birgə mülkiyyətçilərin xəbərinin olmasını qeyd etmişdir. Əgər digər birgə mülkiyyətçilər əqdin bağlanılmasına razı olmasaydılar, bunun üçün 7 il gözləməz, dərhal məhkəməyə müraciət edərdilər. X21 Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli 2(107)-799/2022 saylı qətnaməsi ila razılaşmır, qətnaməni əsassız və qanunsuz hesab edirəm. Belə ki, ümumiyyətlə apellyasiya məhkəməsi, maddi hüquq normanı doğru tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, h abelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
33. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
34. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
35. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
36. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin m ülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
37. Maddə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə v ə ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
39. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.
40. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
41. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
42. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
43. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
44. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
47. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq nortmaları düzgün tətbiq edilməmişdir.
59. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, mübahisəli torpaq sahəsinin satıcılar İddiaçı1, İddiaçı2, X10 və X8 tərəfindən alıcı Cavabdeh1 500 0 manata satılmasına dair Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş, 4Ə-1582 reyestr nömrəli, 26 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alıcı daşınmaz əşyanın dəyərini ödəmiş, torpaq sahəsini sahibliyinə qəbul etməklə ondan istifadə etmişdir.
60. İddiaçılar xx.xx.2021-ci ildə hazırkı iddianı irəli sürməklə həmin müqavilənin etibarsız sayılmasını xahiş etmişlər. İddia ona əsaslanır ki, İddiaçı1 müqaviləni digər satıcıların adından imzalamaq səlahiyyətinə dair etibarnaməsi olmamış, Fərid Məmmədəliyev isə 22 fevral 2001-ci il tarixdə vəfat etmişdi.
61. Cavabdeh isə iddiaya etirazında və kassasiya şikayətində bildirir ki, İddiaçı1 ailə üzvlərinin torpaq sahəsinin ona satılmasından məlumatları olmuşdur. Əgər digər birgə mülkiyyətçilər əqdin bağla nılmasına razı olmasaydılar, bunun üçün 7 il gözləməz, dərhal məhkəməyə müraciət edərdilər.
62. Apellyasiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi imzalanarkən iddiaçının ailə üzvlərinə məxsus torpaq sahəsi onların iradəsi ziddinə satılmışdır. Belə ki, mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsini digər mülkiyyətçilər adından yalnız İddiaçı1 tərəfindən imzalanmışdır. Mülkiyyətçi İddiaçı2 tərəfindən ona bununla bağlı heç bir etibarnamə verilməmişdir. Eyni zamanda mülkiyyətçilərdən olan Fərid Məmmədəliyev 22 fevral 2001-ci il tarixdə vəfat etmişdir.
63. Kollegiya bildirir ki, apellyasiya məhkəməsinin yalnız yuxarıda qeyd edilən halları və müqavilənin etibarsızlığına dair normları göstərməklə mübahisəni həll etməsi düzgün və etibarlı nəti cəyə gəlmək üçün yetərli olmamışdır. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı səlahiyyətsiz şəxsin əşyaya sərəncam verməsi halında əqdi bəyənmə və hüquqdan sui-istifadə qadağası ilə bağlı qaydalar da nəzərə alınmalı, işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
65. Baxılan iş üzrə m übahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur.
66. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər (§ 32-34).
67. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu r azılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin (§ 35-36).
68. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.
69. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur (§ 3940, 42-43).
70. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yar adır, dəyişdirir və onlara xitam verir (§ 41, 44).
71. Baxılan işdə cavabdeh bildirir ki, 2014-cü ildə İddiaçı2 alqı-satqı müqaviləsi barədə məlumatı olmuşdur. Əgər digər birgə mülkiyyətçilər əqdin bağlanılmasına razı olmasaydılar, bunun üçün 7 il gözləməz, dərhal məhkəməyə müraciət edərdilər.
72. İşdən görünür ki, iddiaçılar ailə üzvləridirlər və torpağın yerləşdiyi ünvan 1inin sakinləridirlər. İddiaçı1 tərəfindən ailə üzvlərinə verilmiş torpağın satılmasına dair notarial qaydada müqavilə bağlanmış və sahə 2014-cü ildən cavabdehin sahibliyində və istifadəsinə verilmişdir.
73. İddiaçı1 birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında bildirmişdir ki, alqı-satqı müqaviləsi imzalanan gün onun bir nüsxəsini evə aparmış, müqaviləni həm arvadı İddiaçı2, həm də Aygül Məmmədəliy evaya göstərmiş, müqavilənin məzmunu barədə məlumat vermiş, arvadı və qızı müqavilə ilə tanış olmuşlar.
74. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 11,67 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə həmin sahəni bir neçə il ərzində başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) qiymətləndirilməmiş, torpağa görə vergilərin kim tərəfindən ödənilməsi, (əgər varsa) dövlət tərəfindən verilən ödənclərin kim tərəfindən alınması və digər əhəmiyyət kəsb edən hallar tərəflərin iştirakı ilə tam və hərtərəfli yoxlanılmamış, tərəflərin razılaşma öncəsi və sonrakı hərəkətləri müqaviləni imzalamamış mülkiyyətçilərin (və ya onların vərəsələrinin) əqdi bəyəni b-bəyənməmələri baxımından müzakirə edilməmişdir.
75. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
76. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehə satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən ediləcəyi halda, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir.
77. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq pr insipidir.
78. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır (§ 31). Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.
79. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (§ 30-31, 45-47).
80. Baxılan işdə isə apellyasiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara dair sübutlar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmamış, onlara lazımi hüquqi qiymət verilməmişdir.
81. Qeyd edilənlər iş üzrə maddi hüquq normalarının düzgün tətbiq olunmadığına, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarının pozulduğuna dəlalət edir (§ 48-54).
82. Ona görə də kassasiya şikayəti qismən təmin olumalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2(107)-799/2022 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.