Məhkəmə qərarları › İş №2(102)-4405/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4405/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4405/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-127/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhm dar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) “Yeni Həyat” filialı ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında bağlanmış 01.05.2014-cü il tarixli, 656YHFK nömrəli kredit müqaviləsinə əsasən, borcalana 48 ay müddətinə, illik 19% olmaqla 71000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsinin təmini üsulu kimi Bankla Cavabdeh2 (bundan sonra – zamin) arasında eyni tarixdə 656YHFK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, Bankla borcalan (ipoteka qoyan) arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış, sonuncunun Bank qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan xxxx fərdi yaşayış evi (bundan sonra - ipoteka predmeti) 48 ay müddətinə Bankın xeyrinə yüklü edilmiş, ipotekanın predmeti 140000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, borcalandan və zamindən 60640 ABŞ dolları əsas borc, 33200 ABŞ dolları faiz borcu, 01 may 2018-ci il tarixdən 09 avqust 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 96977 ABŞ dolları məbləğində k redit borcunun, 91 manat məhkəmə xərcinin tutulub iddiaçının xeyrinə ödənilməsi, ödəmənin ipoteka predmeti olan fərdi yaşayış evinə (0.0181 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 ay müddətində çıxarılması, həmçinin fərdi yaşayış evinin 1 ay müddətində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada borcalandan və zamindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank tələbini onunla əsaslandırmışdır ki, cava bdehlər dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırırlar. Bankın 09 avqust 2018-ci il tarixli arayışına əsasən, borcalan ilə Bank arasında bağlanmış 01.05.2014-cü il tarixli, 656YHFK nömrəli kredit müqaviləsinə əsasən onun 01.05.2018-ci il tarixinə Banka 60640 ABŞ dolları əsas borc, 33200 ABŞ dolları faiz borcu, 01 may 2018-ci il tarixdən 09 avqust 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 96977 ABŞ dolları məbləğində kredit borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 02.09.2019-cu il tarixli, 28112 №-li ekspert rəyinə əsasən, 01.05.2014-cü il tarixli, 656YHFK saylı kredit müqaviləsi üzrə borcalanın 09.08.2018-ci il tarixədək Banka olan borcu əsas borc üzrə 60262,94 ABŞ dolları, faiz borcu üzrə 29765,52 ABŞ dolları olmaqla, ümumilikdə 90028,46 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Borcalanın vəkili xxxxx məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ekspert rəyi ilə razı deyildir və hesab edir ki, iddiaçı təşkilat tərəfindən iddia ərizəsində göstərilən məbləğlər şişirdilmişdir. Borcalan ödənişlər etsə də, həmin ödənişlərin böyük bir qismi faiz borcundan silinmiş və nəticədə əsas borcdan cüzi azalma olmuşdur. Cavabdehin yeganə daşınmaz əmlakı evidir və onların getməyə yerləri yoxdur. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4163/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, borcalandan və zamindən əsas borc üzrə 60262,94 ABŞ dolları, faiz borcu üzrə 29765,52 ABŞ dolları, 01 may 2018-ci il tarixdən 09 avqust 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 93165,46 ABŞ dolları məbləğində kredit borcu və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, 91 manat məhkəmə xərcinin tutulub Bankın xeyrinə ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına tələb olunan məbləğin iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş ekspertizanın xərci olaraq 200 manat ekspertiza xərcinin borcalandan və zamindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan Bank qarşısında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərini icra etməmiş, buna görə də onun Bank qarşısında borcu yaranmışdır. Borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehdən də öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda, iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan evin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyində müəyyən olunan əsas borc və faiz borcu üz rə məbləğlər məhkəmə iclasında digər mötəbər sübutlarla təkzib edilmədiyindən, həmin məbləğlər əsas götürülməklə iddiaya qiymət verilməlidir. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlakin qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, ipoteka predmeti olan fərdi yaşayış evi 140000 manat məbləğində qiymətləndirilmiş, həmin qiymət mübahisə predmeti olmadığından və onu təkzib edən digər sübutlar mövcud olmadığından müqavilədə göstərilən qiymətləndirilmə əsas götürülməlidir. Bununla belə, məhkəmə iddia tələbinin hərrac keçirildikdən və ev satıldıqdan sonra 1 ay müddətində cavabdehlərin evdən çıxarılmaları, həmin evin boşaldılması və Banka təhvil verilməsi hissəsi ilə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, ipotekaya qoyulmuş ev satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olma mış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmişdir. Ona görə də, baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 203.1, 319.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 472.1, 739.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 34.1.1, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank və borcal an apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank qətnamənin qismən - iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən verilmiş maliyyə arayışında cavabdehlərin müddət sonuna 60640 ABŞ dolları əsas borcu, 33200 ABŞ dolları faiz borcunun olması qeyd edilsə də, məhkəmə təkcə ekspert rəyini əsas tutmuşdur. Nəticədə, Bankın verdiyi maliyyə arayışı ilə ekspertin rəyi arasında ümumilikdə 3811,54 ABŞ dolları məbləğində fərq yaranmışdır. Bankın verdiyi maliyyə arayışı ilə ekspert rəyi arasında ziddiyyət olduğundan həqiqi borcun müəyyən olunması ilə bağlı yenidən ekspertiza təyin olunmalıdır. Birinci instansiya məhkəməsi, həmçinin fə rdi yaşayış evinin 1 ay ərzində boşaldılması hissəsində iddianı təmin etməyərək əsassız nəticəyə gəlmiş, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin maddəyə əsasən, cavabdeh öz evini kreditin qaytarılması üçün girov qoyduğundan (59.3.1) həmin evdə onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini 1 ay ərzində tərk etməlidirlər. Məhkəmə qanunun qeyd olunan maddəsini düzgün tətbiq etməmişdir. Tələbin hazırki mərhələdə bu şəkildə qoyulması tamamilə qanuni və əsaslıdır. Əks halda, Bankın hüquqları pozulmuş olur, çünki hazırkı mərhələdə iddia tələbinin təmin olunmaması MPM-in 153.2.2 və 261.0.2-ci maddələrinin tələbləri baxımından gələcəkdə eyni məsələ ilə bağlı iddianın irəli sürülməsini istisna edir. Fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi ilə də razı deyillər, çünki 2014-cü ildən hazırkı vaxta kimi 5 ilə yaxın vaxt keçmiş, evin qiyməti xeyli aşağı düşmüşdür. İpoteka predmeti olan evin satış dəyəri yenidən müəyyənləşdirilməlidir. Borcalan qətnamənin tam ləğvini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Bank ödənişləri düzgün hesablamamış, ödədiyi məbləğləri əsas borca deyil, faiz və cərimə borcuna silmişdir. Məhkəmə də ekspert rəyinə əsasən borcu tutmuşdur. Qətnamə ilə tutulan borc məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 27.10.2020-ci il tarixli, 9/3248 saylı ekspert rəyinə əsasən, borcalanın 03.05.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 60292,94 ABŞ dolları, faiz borcu 29008,89 ABŞ dolları müəyyən edilmişdir. "xxxx" MMC-nin 18.01.2021-ci il tarixli, A-04/428 saylı qiymətləndirmə hesabatına əsasən, ünvan 1 ünvanında 0.0181 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırkı vəziyyətdə likvid dəyəri 130000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-127/2021 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 ay müddətində çıxarılması, həmçinin fərdi yaşayış evinin 1 ay müddətində boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə təmin edilmiş, qətnamə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirmiş, ipoteka predmetinin likvid dəyəri 130000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, borcalanın apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının dəyəri olaraq 200 manat pulun 100 manatının iddiaçıdan, 100 manatının borcalandan "xxxx" MMC-nin hesabına, 350 manatın 175 manatının iddiaçıdan, 175 manatının borcalandan tutularaq "xxxx" MMC-nin hesabına, məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 145 manat pulun 72,5 manatının iddiaç ıdan, 72,5 manatının borcalandan tutularaq dövlət büdcəsinin hesaba keçirilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tutulan borc məbləği hissəsinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini 60262,94 ABŞ dolları əsas, 29765,52 ABŞ dolları faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Belə ki, həmin məbləğlər iş materiallarında olan ekspert rəyləri ilə təsdiq edilmişdir. Odur ki, cavabdehin borc məbləğinin şişirdilməsi barədə dəlili əsassızdır, çünki mühasibatlıq ekspertizasının rəyi ilə təkzib edilmişdir. Məhkəmə, həmçinin iddia tələbinin 01 may 2018-ci il tarixdən 09 avqust 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində də birinci instansiya məhkəmə sinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin əşyaları ilə birlikdə 1 ay müddətində evdən çıxarılması, həmçinin evin 1 ay müddətində boşaldılması tələblərini rədd etməklə düzgün nəticəyə gəlməmiş, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Belə ki, iddiaçı təşkilat birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş məbləği mübahisələndirmişdir. Məhkəmə ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlmişdir k i, ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun olaraq 130000 manat müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 445.4, 445.7-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 33, 39.3.3, 59.3, MPM-in 4.1, 5.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - cavabdehlərdən əsas və faiz borcunun tutulması və ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 130000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin əsas və faiz borcuna aid hissədə tam təm in olunması və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur, məhkəmə işin faktiki hallarını tam araşdırmamışdır. Kassator göstərmişdir ki, ekspertlər tərəfindən tədqiqat aparılarkən cavabdehin əsas və faiz borcunu əks etdirən sübutlara lazımi qaydada qiymət verilməmiş, sonuncu ekspert isə əvvəlki ekspertin rəyini təkrarlamış və həqiqəti əks etdirməyən ekspert rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmə işi komisyon ekspertizaya göndərməli olduğu halda bunu etməmiş, ciddi prosessual pozuntuya yol vermişdir. Bundan başqa, "xxxx" MMC-nin rəyi də həqiq əti əks etdirmir. Belə ki, ekspert tərəfindən qiymətləndirmə aparılarkən ipoteka predmeti olan əmlakın faktiki əmlak vəziyyəti, torpaq sahəsinin yerləşmə zonası nəzərə alınmamışdır. Rəyin təsviri hissəsində qeyd edilənlər formal mülahizələrdən ibarətdir. Ekspert tərəfindən qiymətləndirmə aparılarkən ipoteka predmeti olan əmlakın qiyməti olduqca şişirdilmişdir və heç də likvid qiyməti əks etdirmir. Belə ki, qeyd edilən ərazidə yerləşən fərdi yaşayış evlərinin 1 kv.m 600-750 AZN təşkil edir. Beləliklə, fərdi yaşayış evinin likvid dəyəri 100000 AZN təşkil edir. Kassasiya şikayətinin əsası kimi MPM-in 9, 47.2, 99.1, 102.1, 102.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştir akçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya insta nsiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı yalnız əsas və faiz borcu tələbinin təmin olunmayan hissəsində, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qa ytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmadığını qeyd edərək, bəzi maddi və prosessual hüquq normalarının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmişdir. Kassasiya şikayətinin dəlili iş üzrə keçirilmiş ekspert və qiymətləndirmə rəylərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-127/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən mübahisələndirilən hissədə - əsas və faiz borcu tələbinin təmin olunmayan hissəsində, habelə ipo teka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar