Məhkəmə qərarları › İş №2(102)-4419/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4419/2022

01.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4419/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 və Cavabdeh4 İddiaçı, Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə) qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4419/22 (açar sözlər: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (mər uzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi, mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə cavabdehlər və digər şəxslər tərəfindən edilmiş maneələrin aradan qaldırılması və sair” tələblərinə dair ilk, Cavabdeh1 və Cavabdeh4 İddiaçı, Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin və çıxarışın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair qarşılıql ı iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4023/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – ilk iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadəyə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ün van 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən aylıq 500 manat olmaqla, halhazırda cavabdehlərin əsassız əldə etdiyi 2000 manat ödənilmiş icarə haqqı və qeyriyaşayış sahəsi boşaldılaraq ona təhvil verildiyi vaxtadək hər ay 500 manat icarə haqqı əldən çıxmış fayda olaraq cavabdehlər Cavabdeh4 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən keçmiş mülkiyyətçi həmin qeyr i-yaşayış sahəsinin hal-hazırda icarədə olduğunu və aylıq 500 manat icarə haqqı ödənildiyini bildirmişdir. O, isə öz növbəsində, mübahisələndirilən qeyri-yaşayış sahəsini icarəyə vermək niyyəti olduğundan, icarəçilərin icarə haqqını ona ödəməklə qeyri-yaşayış sahəsindən istifadə etməyi planlaşdırmışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan sonra, qeyri-yaşayış sahəsinə gedərək, icarə haqqını tələb edən zaman, icarəçilər ona aylıq 500 manat icarə haqqını Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 və Cavabdeh2 ödədiklərini bildirmişlər.

3. İddiaçılar Cavabdeh1 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Bakı şəhəri 50 saylı Notariat ofisi cəlb edilməklə, xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı idda ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

4. Qarşılıqlı iddia ərizəsini Cavabdeh1 onunla əsaslandırmışdır ki, İddiaçı adlı şəxsi tanımır, onunla arasında heç bir alğı-satqı müqaviləsi bağlanılmayıb, ona hər hansı əmlak satmamış və ondan pul almamışdır. Belə ki, o, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satmış, elə həmin tarixdən də qeyriyaşayış sahəsi Cavabdeh4 sərəncamına verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin üstündə yerləşən mənzili də qeyri-yaşayış sahəsi ilə birlikdə Cavabdeh4 satmışdır. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsini 2007-ci ildə etibarnamə əsasında (etibarnamədə ünvan göstərilməklə) Cavabdeh4 satarkən həmin əmlaka dair hüquqmüəyyənedici sənədini, yəni Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamənin əslini də ona vermişdir ki, gedib öz adına rəsmiləşdirsin. Cavabdeh4 xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin əmlakın onun adına keçirilməsini xahiş etdikdə, DƏDRX-dən ona xx.xx.2021-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən qeyriyaşayış sahəsi digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Sonra ona məlum olmuşdur ki, həmin əmlak İddiaçı ad ına 50 saylı notariat ofisində qanunsuz olaraq özgəninkiləşdirilmişdir. 50 saylı notariat ofisindən verilən məlumatda və notariat işinin materiallarında qeyd edilib ki, bu əməliyyatı 2015-ci ildə Cavabdeh1 Cavabdeh3 vermiş olduğu başqa bir etibarnamə əsasında Cavabdeh3 dələduzluq yolu ilə edib. Özgə əmlakını qanunsuz mənimsəyib. Həmin əmlakın sırf şəhadətnaməyə əsasən rekvizitləri göstərilməklə barəsində sərəncam vermək səlahiyyəti Cavabdeh4 olması göstərilib. O qeyd edir ki, Cavabdeh3 özü hansısa qanunsuz yolla araşdırıb bilmişdir ki, Cavabdeh1 adına belə bir qeyri-yaşayış sahəsi vardır, ondan sonra 2021-ci ilin may ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yalandan məlumat verib ki, guya həmin qeyri-yaşayış sahəsinin şəhadətnaməsini i tirib. Ona yeni çıxarış verilib. Çıxarışı alandan sonra isə həmin əmlakı öz yaxın adamı (qardaşı arvadı) olan İddiaçı adına saxta alqı-satqı yolu ilə özgəninkiləşdirib. Guya 30.000 (otuz min) manata satıb. Hansı ki, o, nə həmin vaxt Azərbaycanda olmuş, nə ona hər hansı pul verilməmiş, nə də ki, adına hər hansı bank hesabı açılmamışdır. Əgər, o adam həqiqətən alıcı idisə almamışdan qabaq gəlib bir əmlaka baxmalı idi, görməli idi ki, həmin əmlaka kim sahiblik edir. Cavabdeh3 verilən etibarnamə Bakı şəhəri, Nizami Rayonu, Qara Qarayev prospekti, 68 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması və ya hər hansı əməliyyatlar aparılması üçün verilməyib. O, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirib. Həmçinin, bu iş onun ilk əməli deyil, bundan qabaq da başqa adamların başına belə işlər gətiribdi. Onun Cavabdeh4 verdiyi etibarnamə 25 il müddətinə verilib, hal-hazırda da qüvvədədir. Lakin ilkin iddiaçı qeyd edir ki, guya etibarnamə 2 il müddətinə verilmişdir. Elə buradan görünür ki. İddiaçı həmin əmlakı qanunsuz yolla alarkən hər şeydən məlumatlı olub. O hesab edir ki, onun adından formal olaraq etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə 50 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda, adından etibarnamə ilə sui-istifadə edən Cavabdeh3 və İddiaçı barəsində xüsusi qərardad qəbul edilməlidir.

5. Cavabdeh4 qarşılıqlı iddia ərizəsini Cavabdeh1 dəlillərini təkrarlamaqla əsaslandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-261/2022 nö mrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilkin iddia tələbinin qismən təmin edilməsi, Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarxli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1, X1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, həmin qeyri-yaşayiş sahəsindən istifadəyə cavabdehlər X1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onlardan müştərək qaydada 2000 manat vəsaitin tutularaq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tə ləbi təmin edilməməsi qət edilmişdir.

7. Qətnamədən ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 birgə apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4023/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məmmədova – sədrlik edən və məruzəçi, F.Babayev və A.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(007)-261/22 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməsi və mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından çıxarışla ra əsasən, Cavabdeh3 və Cavabdeh1 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldurlar və onların adına müvafiq olaraq VÖEN ********** və VÖEN ********** qeydiyyata alınmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışa əsasən, İddiaçı sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına VÖEN ********** aşkarlanmışdır.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında olan mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, ilk və qarşılıqlı iddia tələbindən görünür ki, tərəflər arasında mübahisə qeyri-yaşayış sahəsi ilə bağlı sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə əlaqədar yaranmış mübahisədir və tərəflər sahibkar kimi vergi orqanında qeydiyyatda olmaqla onlar arasında münasibət kommersiya xarakterlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İlk iddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilərək, apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardadda İddiaçı adına VÖEN olmasına istinad etsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 Baş İdarəsi tərəfindən verilmiş arayışla müəyyən edilmişdir ki, məhkəmə qərardadında istinad edilən VÖEN xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan hazırkı iş üzrə ilk İddiaçı deyil, başqa eyni adlı 1988-ci il təvəllüdlü başqa şəxsə məxsusdur. Hazırkı iş üzrə ilk İddiaçı hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir və onun adına hər hansı VÖEN mövcud deyildir. Beləliklə, ilk İddiaçı fərdi sahibkar statusuna malik olması müəyyən edilmədiyindən, yaranmış mübahisə mülkiyyət hüququnun müdafiəsi, əqdin etibarsızlığı ilə əlaqədar yarandığından hazırkı işə Kommersiya Məhkəməsində baxıla bilməz. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yanlış olduğundan, qərardad ləğv edilməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbi q edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

13. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

15. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

16. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarı

19. Bənd

8. Apelyasiya instansiyası məhkəmələrinə izah edimişdir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyə ti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. 20. 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 21. 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

22. Bənd 13. əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müd afiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

23. Bənd

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətind ə apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçının və Cavabdeh1 sahibkar statusunun olmasına istinad edərək, iddiaçının ona məxsus qeyri-yaşayış sahəsi ilə bağlı əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi barədə iddiası və həmin qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələblərin kommersiya məhkəməsinə aid olduğu qənaətinə gəlmişdir.

28. Bu zaman apellyasiya məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsi portalından çıxarışa əsaslanaraq İddiaçı sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğul olması və onun adına VÖEN ********** aşkarlandığını müəyyən etmişdir.

29. Lakin həmin çıxarışda VÖEN ********** sahibi İddiaçı ilə eyni şəxs olmasını müəyyən etməyə imkan verən hər hansı başqa məlumatlar göstərilməmişdir. İddiaçı özü məhkəmə iclasında iştirak etməsə də, məhkəmə bu məlumatın dəqiqləşdirilməsi üçün məhkəmə iclasını təxirə salmamış və həmin çıxarışa istinad etməklə iddiaçının sahibkar statusu olması qənaətinə gəlmişdir.

30. İddiaçı kassasiya şikayətinə özünün vergi ödəyicisi kimi vergi orqanında uçotda olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarını əlavə etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun qərarının 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.

32. Bu baxımdan məhkəmə tərkibi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi vergi orqasnında uçotda olubolmamas ı, sahibkar statusunun olub-olmaması dəqiq araşdırılmaqla, bundan sonra tərəflər arasında əmələ gəlmiş hüquq münasibətinin xarakterini və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeləri nəzərə almaqla, mübahisənin məhkəmə aidiyyəti məsələsi müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq müvafiq prossesual hərəkətlər edilməlidir.

33. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin edilərək, iş baxılması üçün apellyasiya instansya məhkəməsinə göndərilməlidir.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403, 416, 419cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi Q ƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli 2(103)4023/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilsin və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar