Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-442/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qızıl-zinət əşyaları tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2(104)-1446/2023 nömrəli qətnaməsindən Cavabdeh Hatəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh 2021-ci ildə ni kaha olmuşdur.
2. Tərəflərin birgə nikahından 2022-ci il təvəllüdlü qızları vardır.
3. Tərəflər arasındakı nikah 11 yanvar 2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət, cehiz və geyim əşyalarının alınması, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri - cəmi 8076 manatın, birgə nikah dövründə atasından alıb cavabdehə verdiyi 4000 manatın, ödənilmiş 77 manat dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 50 manat dövlət rüsumunun, cəmi 12203 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istin ad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlə bir neçə ay ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan münasibətlər pisləşməyə başlamış və rəsmi olaraq ayrılmaq üçün məhkəməyə müraciət etmişlər. Ayrıldıqdan sonra apardığı cehiz əşyalarını cavabdehin yaşadığı evdən gətirən zaman, qızıl-zinət, cehiz və geyim əşyalarının bir hissəsini və birgə nikah dövründə atasından alıb cavabdehə verdiyi 4000 manat məbləğində pulu Cavabdeh ona qaytarmaqdan imtina etmişdir. Cavabdehdən tələb etdiyi qızıl-zinət, cehiz və geyim əşyaları bunlardır: Qızıl zinət əşyaları: 1) komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) - 2700 manat; 2) 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzüyü (briliyant qaşlı) - 800 manat; 3) 1 ədəd 21 qra m, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat; 4) 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) 400 manat; 5) 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) 440 manat; 6) 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat; Qızıl-zinət əşyaları cəmi 6276 manat təşkil edir. Cehiz əşyaları: 1) 1 ədəd tozsoran 140 manat; 2) 1 ədəd ütü 50 manat; 3) 1 ədəd mobil telefon A10 (qırmızı rəngli) 280 manat; 4) 3 ədəd yorğan 3 X 60= 180 manat; 5) döşək 2 ədəd X 80=160 manat; 6) yastıq 3 ədəd X 30 = 90 manat; 7) fen 2 ədəd (hava ütü) X 30=60 manat. Geyim əşyaları: 1) Kurtka 2 ədəd X 150=300 manat, 2) toy donu 2 ədəd X 150=300 manat, 3) ayaqqabı 4 cüt X 20=80 manat, 4) sumka 3 ədəd X 20=60 manat, 5) kofta 5 ədəd X 20=100 manat, cəmi 240 manat olmaqla: Ümumilikdə cehiz əşyalarının cəmi dəyəri 1800 manat, üm umi qızıl-zinət və cehiz əmlakların dəyərləri 8076 manat təşkil edir. Cavabdehdən həmin əmlaklar, yaxud dəyərləri alınmalı, həmçinin 4000 manat onun xeyrinə tutulmalıdır. Dövlət rüsumu kimi 77 manat və mediasiya xidməti üçün 50 manat da əlavə olunmaqla, cəmi 12203 manat cavabdehdən alınmalıdır.
6. İddiaçı məhkəmə iclasında əlavə olaraq göstərmişdirki, gəlin getdiyi ilk vaxtlardan qızıllarını əlindən alıblar, istifadə etməyə imkan verməyiblər, həmçinin cehiz əmlaklarını da istifadə etməyə imkan verməyibəlr. Əmlaklarının bir hissəsini cavabdehin evindən götürərkən qızıl-zinət əşyalarını və bir neçə adda şəxsi əşyalarını verməyiblər. Əmlaklarının götürülməsində ərazi icra nümayəndəsi E.Abdullayev də iştirak edib. Orada cavabdeh ailədən qızıllarını tələb etmişlər, lakin cavabdeh ailə bildirm işdir ki, qızıl məsələlərinə məhkəmədə baxılar, məhkəmədə verərlər. Bir neçə dəfə qızıllarını tələb etsə də qaynanası Tazirə Əsgərova onu hədələmiş, oğlu Nicatın onu öldürəcəyini bildirmişdir. Bundan başqa atasında 4000 manat alıb cavabdehə vermiş, həmin pulla cavabdeh ailəsi ilə mal-heyvan alıb saxlayıblar.
7. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçını xəstəxanaya aparmaq məqsədilə bacısı evinə gətirdiyini, həmin vaxt iddiaçının qızıllarının üzərində olduğunu, iddiaçını bacısıgilə qoyub toya getdiyini, sonuncunun bu vaxt ata-anası ilə birgə onların evinə getdiyini, bir necə cehizinin hələ də onun evində qaldığını, onları gəlib apara bilməsinin mümkün olduğunu, eləcə də iddiaçının guya atasından 4000 manat alaraq ona verməsi barədə bildirdiklər inin yalan olduğunu, əksinə iddiaçının babasının vəfatı zamanı 800 manat məbləğində onlara kömək etdiyini, həmçinin iddiaçının qardaşının təhsili üçün kömək məqsədilə qaynatasına 1200 manat kömək məqsədilə pul verdiyini, iddiaçının isə bir neçə ay əvvəl atası və ərazi icra nümayəndəsinin iştirakı ilə evdən gəlib əşyalarını götürdüyünü bildirmişdir.
8. İddiaçının atası X17 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh və ailəsi onlara xəbər göndərmişlər ki, gəlib Aynurun əmlaklarını aparsınlar. Ailə üzvləri ilə birlikdə Aynurun əmlaklarını götürüb gəlmişlər, lakin Aynurun qızıllarını cavabdeh ailə verməmişlər, məhkəmədə verəcəklərini bildirmişlər. Əmlakların götürülməsində icra nümayəndəsi də iştirak edib. Orada Aynurun qızıllarını istəmiş, lakin cavabdehin valideynləri bil dirmişlər ki, qızılı vermirlər, məhkəmədə verəcəklər. Hazırkı vaxtadək qızılları tələb etməməklərinin səbəbi isə o olmuşdur ki, ailənin bərpa olunacağına ümid etmişlər. Bundan başqa Aynur gəlin köçərkən ona mətbəx mebeli verməmişdir, həmin mebeli almaq istəmiş, lakin mebelin əvəzində Aynur bildirmişdir ki, onlara 6000 manat versin. 4000 manat pulu Aynurun xalası Gülbənizin yanında Aynura vermiş, həmin pulla cavabdeh ailə 20 baş mal-heyvan alıb saxlamışdır.
9. İddiaçının anası X19 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, cavabdehin ailəsi toydan bir müddət sonra onlara bildirmişlər ki, gəlib Aynuru aparsınlar, birlikdə yaşaya bilmirlər. Aynuru evlərinə gətirmişlər, bir müddət sonra isə Aynurun əmlaklarını cavabdehin evindən gətirmişlər. Toydan əvvəl Aynura öz nişan üzüyünü veri b, bacısı da Aynura qızıl hədiyyə edib. Aynurun cavabdeh ailədən götürdüyü əmlakları siyahı ediblər, həmin vaxt orada icra nümayəndəsi də iştirak edib, tərtib edilmiş siyahıdan da görünür ki, Aynurun qızılları və cehiz əmlaklarının bir hissəsi götürülməyib. Aynurun qızıllarını cavabdeh ailədən verməyiblər. Qızılları istəsələr də cavabdehin valideynləri bildirmişlər ki, qızılları məhkəmədə verəcəklər. Cavabdehin qızılların Aynurda olmasına dair göstərdikləri tam yalandır. Bundan başqa Aynura gəlin köçərkən mətbəx mebeli vermədikləri üçün mebelin əvəzində Aynur bildirmişdir ki, onlara 6000 manat versinlər. Əri Qurban 4000 manat pulu Aynura vermişdir.
10. İddiaçının xalası X14 göstərmişdir ki, iddiaçı gəlin köçəndə ona 1 nişan üzüyünü özü hədiyyə edib, Aynurun anası isə 2 üzük və 1 qızıl zənc ir hədiyyə edib. Aynurun əmlaklarını cavabdeh ailədən götürəndə özü də orada iştirak edib, həmçinin icra nümayəndəsi olan Eldəniz müəllim də iştirak edib. Aynurun əmlaklarının çoxu qırılmış vəziyyətdə olub. Orada qalan əmlakların bir hissəsini götürmüşlər, qızılları istədikdə onları verməmişlər, məhkəmədə verəcəklərini bildirmişlər. 4000 manat pulu isə onun yanında atası Qurban Aynura verib.
11. X7 göstərmişdir ki, Aynur onun baldızının qızıdır. Aynurun əmlaklarını cavabdeh ailədən götürəndə özü də orada olub, cavabdeh özü həmin vaxt evdə olmayıb, cavabdehin atası və anası evdə idilər. Aynurun mebellərini götürmüşlər, icra nümayəndəsi Eldəniz müəllim də iştirak edib və AKT tərtib olunub. Əmlakları götürmüşlər, qızılları istədikdə cavabdehin valideynləri qızılları məhkəmədə verəcəklərini bildirmişlər. 4000 manat pulun Aynurun atası tərəfindən cavabdehə verilməsini eşitmişdir.
12. X9 göstərmişdir ki, Aynurun əmlaklarının götürülməsində sürücü kimi maşını ilə gedib və iştirak edib, əmlakları sakitliklə, heç bir səs-küy olmadan yığmışlar, qızıllar istənildikdə cavabdehin valideynləri bildirmişlər ki, məhkəmədə görüşərlər. Oradan qayıdanda Aynurun atası Qurban onunla birlikdə maşında olarkən Aynurun qızıllarının qaldığını ona bildirmişdir.
13. X5 göstərmişdir ki, Aynurun əmlaklarının götürülməsində köməkçi kimi iştirak edib, əmlakları sakitliklə yığmışlar. Həmin vaxt Aynurun atası Qurban qızılları cavabdehin valideynlərindən istəmişdir, lakin 4000 manat pul söhbətini isə eşitməmişdir.
14. X3 məhkəmə iclasında bildirmişdir ki, Aynur onlara gələndə qızıl əşyaları üzərində olmuşd ur.
15. X4 göstərmişdir ki, iddiaçı tərəfin göstərdikləri yalandır. Belə ki, oğlu Nicat Aynuru xəstə olarkən xəstəxanaya aparmaq məqsədi ilə qızı Laləgilə aparmışdır. Həmin vaxt Aynurun valideynləri qəflətən gəliblər Aynuru aparmağa. Buna mane olmaq istəsə də valideynləri Aynuru aparıblar, Aynur özü də valideynləri ilə çıxıb gedib. Bundan sonra axşam saatlarında Aynurun valideynlərigilə gedib məsələyə aydınlıq gətirmək istəyib, lakin valideyləri Aynuru ona göstərməyiblər, Aynurun başqa yerdə olmasını ona bildirmişlər. Sonra isə məlum olmuşdur ki, Aynur özü valideynləri ilə çıxıb gedib. Aynurun evə qayıtmaq fikri əvvəlcədən olmayıb, bu səbəbdən də qızıllarını özü ilə aparıb.
16. X12 məhkəmə iclasında göstərmişdir ki, qardaşı Nicat Aynuru xəstə olarkən xəstəxanaya aparmaq məqsədi ilə onların evinə gətirib, Nicat isə toya gedib. Evdə olarkən Aynur atası ilə danışıb, atası gəlib Aynuru onlardan aparmışdır, Aynur özü də valideynləri ilə könüllü çıxıb gedib. Bundan sonra valideynləri Aynurun valideynlərigilə gediblər, lakin valideyləri Aynurun başqa yerdə olmasını bildiriblər. Aynurun evə qayıtmaq fikri əvvəlcədən olmadığından qızıllarını özü ilə götürüb aparıb. Bundan başqa Aynurun çantasında 500 manat pul da olub.
17. X2 məhkəmə iclasında göstərmişdir ki, Nicat Aynuru xəstə olarkən xəstəxanaya aparmaq məqsədi ilə onlara gətirib. Aynurun valideynləri gəlib Aynuru onun evindən aparmışlar, Aynur isə özü valideynləri ilə çıxıb getmişdir. Aynurun əri evinə qayıtmaq fikri əvvəlcədən olmayıb. Aynurun qızılları həmin vaxt üzərində olmuşdur.
18. X13 məhkəmə iclasında bildirmişdir ki, Ni cat Aynuru xəstə olarkən xəstəxanaya aparmaq məqsədi ilə onlara gətirib, həmin vaxt özü də evdə olub. Evdə olarkən Aynura zəng gəlmiş, 5-10 dəqiqə sonra Aynurun valideynləri gəlib onu aparmışlar, Aynur valideynləri ilə könüllü çıxıb getmişdir. Aynur əri Nicatın xəbəri olmadan, əri evinə qayıtmaq fikri əvvəlcədən olmadan çıxıb gedib. Aynür və valideynləri onlardan pul qoparmaq məqsədi ilə hazırkı iddianı irəli sürüb. Aynurun qızılları həmin vaxt üzərində olmuşdur.
19. Şahid qismində dindirilən cavabdehin atası X28 göstərmişdir ki, iddia tələbi qərəzli olaraq, onlara pislik etmək niyyəti ilə verilib. Aynur onlardan 2021-ci ilin avqust ayının 10-dan özü çıxıb gedib. 2022-ci ilin may ayında isə Aynurun valideynləri gəlib onun əmlaklarını yığıb aparıblar, heç bir qızıl söhbəti olmayıb. Həmin va xtdan uzun müddət ötür, hazırda qızıl tələb edirlər. Əksinə Aynurun atası Qurban onlardan pul istəyib, oğlu Nicat Qurbana 1 dəfə 1200 manat, 1 dəfə 800 manat pul verib. İddia tələbləri şərdən-böhtandan başqa bir şey deyil. Aynur əri evinə qayıtmaq fikri olmadan çıxıb getdiyi halda, qızıllarını apardığı və indiyədək hər hansı qızıl söhbəti etmədikləri halda hazırda qızıllarını tələb edir.
20. Şahid qismində məhkəmə iclasında ifadə verən Ağdam Rayon İHB-nın Quzanlı Qəsəbə üzrə X1 göstərmişdir ki, ərazinin icra nümayəndəsidir, mübahisəli ailəni tanıyır. Aynurun əmlakları əri evindən götürülərkən orada dövlət nümayəndəsi kimi iştirak edib. Onun iştirakı ilə Aynurun evdə olan əmlakları evdən maşına yığılmış, heç bir mübahisə olmadan oradan çıxıb getmişlər. Bu vaxt onun və mübahisə tərəflərinin iştirakı ilə amk tərtib etmişlər. Aktda qızılların və bir neçə adda cehiz əmlaklarının götürülməməsi qeydi aparılıb. Həmin vaxt orada Nicatın atası, anası, qonşuları, həmçinin Aynurun valideynləri və kömək üçün aparılmış şəxslər olmuşlar. Mübahisə tərəfləri qır-qızıl söhbətlərinin məhkəməyə qaldığını bildirmişlər. Aynurun atası Qurban bildirmişdir ki, qızılları vermədilər, qızıl söhbəti məhkəməyə qaldı.
21. İddiaçının məhkəməyə təqdim etdiyi “X22” MMC tərəfindən 15 dekabr 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, 1 komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (Sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) -2700 manat, 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzük (briliyant qaşlı) - 800 manat, 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat, 1 ədəd 5 q ram, 583 əyarlı üzük (hədiyyə) – 400 manat, 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) – 440 manat, 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat, cəmi 6276 manat, cehiz əşyaları tozsoran 140 manat, ütü 50 manat, mobil telefon A10 (qırmızı rəng) 280 manat, yorğan 3 ədəd X 60= 180 manat, döşək 2 ədəd X 80=160 manat, yastıq 3 ədəd X 30 =90 manat, fen 2 ədəd (hava ütü), X 30=60 manat, geyim əşyaları kutka 2 ədəd X 150=300 manat, toy donu 2 ədəd X 150=300 manat, ayaqqabı 4 cüt X 20=80 manat, sumka 3 ədəd X 20=60 manat, kofta 5 ədəd X 20=100 manat, cəmi dəyəri 1800 manat, ümumi qızıl-zinət və cehiz əmlakların dəyərləri 8076 manat qiymətləndirilmişdir.
22. Ağdam RİHB-nın Quzanlı Qəsəbəsi üzrə Ərazi İcra X6 və hazırkı mübahisə tərəflərinin hər iki tərəfinin iştirakları ilə tərtib edilmiş 12 may 2022-ci il tarixli aktdan görünür ki, həmin vaxt İddiaçı məxsus əmlaklar qızıl əşyaları, tozsoran, ütü, əl-üz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri istisna olmaqla onun atası tərəfindən cavabdeh ailədən təhvil alınmışdır.
23. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-629/2023 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia qismən təmin edilmiş, cavabdehdən - 1. komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) - 2700 manat dəyərində, 2. 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzüyü (briliyant qaşlı) - 800 manat dəyərində, 3. 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat dəyərində, 4. 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) 400 manat dəyərində, 5. 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) 440 ma nat dəyərində, 6. 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat dəyərində cəmi məbləğ 6276 manat məbləğ və 1. 1 ədəd tozsoran 140 manat dəyərində, 2. 1 ədəd ütü 50 manat dəyərində, 3. 1 ədəd mobil telefon A10 (qırmızı rəngli) 280 manat dəyərində, 4. 3 ədəd yorğan 3 X 60= 180 manat dəyərində, 5. döşək 2 ədəd X 80=160 manat dəyərində, 6. yastıq 3 ədəd X 30 = 90 manat dəyərində, 7. fen 2 ədəd (hava ütü) X 30=60 manat dəyərində, 8. geyim əşyaları kutka 2 ədəd, toy donu 2 ədəd, cəmi 600 manat dəyərində, 9. ayaqqabı 4 cüt, sumka 3 ədəd, kofta 5 ədəd, cəmi 240 manat dəyərində cəmi 1800 manat məbləğdə əmlaklar, yaxud da onların ümumilikdə dəyəri 6276+1800 manat 8076 (səkkiz min yetmiş altı) manatın alınıb İddiaçı verilməsi, iddia tələblərinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 10 0 manat 76 qəpik (bir yüz manat yetmiş altı qəpik) alınıb İddiaçı verilməsi qət edilmişdir.
24. Məhkəmə mövqeyini ərazi icra nümayəndəsinin iştirakı ilə tərtib edilmiş akta istinad edərək onunla əsaslandırmışdır ki, İddiaçı məxsus əmlakların bir hissəsi cavabdeh ailədən götürülmüş, lakin aktda aparılmış qeyddən görünür ki, Aynura hədiyyə edilmiş qızıl əşyaları, tozsoranı, ütüsü, əl-üz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri oradan götürülməmişdir. Tərtib edilmiş aktdan və məhkəmə iclasında iştirak etmiş şahidlərin, həmçinin ərazi icra nümayəndəsinin də ifadələrini araşdıran məhkəmə belə qənaətə gəlir ki, qızıl əşyaları və bir neçə adda cehiz əmlakları cavabdeh ailədən götürülməmiş, həmçinin həmin vaxt qızıllar iddiaçının valideynləri tərəfindən tələb edilmiş, cavabdehin valideynləri is ə qızılları məhkəmədə verəcəklərini bildirmişlər.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, məkəmə iclasında iddiaçı və cavabdeh tərəfin, onların şahidlərinin izahatlarından o da məlum oldu ki, əmlaklar götürülərkən yalnız əsasən mebel əşyaları götürülmüş, digər xırda cehiz və geyim əyaları götürülməmişdir. Cavabdeh tərəf də Aynurun bir neçə xırda cehiz əşyalarının onlarda qalmasını inkar etmir, gəlib götürmələrinə də etiraz etmir. Bu səbəbdən də məhkəmə iddia tələblərinin 9 adda geyim və digər əşyalar hissəsini də əsaslı hesab edir. Məhkəmə iddia tələbinin 4000 manat pulun verilməsi ilə bağlı hissəsini əsaslandırılmamış hesab edir, iddiaçı bu barədə məhkəməyə yazılı və ağlabatan sübut təqdim etmir, cavabdeh tərəf həmin pulu almadığını, əksinə iddiaçının atasına ümumilikdə 2000 manat pul ve rdiklərini israr edir. Məhkəmə araşdırması və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddia tələblərinin qızılzinət əşyaları, geyim və xırda cehiz əyşyalarına dair hissəsi əsaslıdır, lakin pul tələbi barədə hissəsi əsassızdır, ona görə də iddia tələbləri əmlak tələbi hissəsində təmin edilməli, pul tələbi hissəsində rədd edilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Respublikası Ailə Məcəlləsinin 29.1, 32.1, 34.1 və 36.1-ci, Mülki Məcəllənin 157.2 və 225-ci, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
27. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xəstə olarkən onu xəstəxanaya aparmaq məqsədi ilə bacısı evinə gətirmiş, həmçinin özü ilə Aynurun müalicəsinə vermək üçün 500 manat da pul götürmüşdür. Həmin vaxt Aynurun qızılları üzərində olmuşdur. Aynuru bacısıgilə qoyub toya getmiş, bu vaxt ona xəbər vermişlər ki, Aynurun ata-anası gəlib Aynuru evlərinə aparmışlar. Bu səbəbdən DİN-nin 102 Xidmətinə zəng etmiş, araşdırma zamanı Aynur valideynləri ilə özü getdiyini bildirmişdir. Aynura toydan əvvəl Aynurun özünün iştirakı ilə Bərdə rayonundan 1350 manata bir qızıl dəsti, bir də 350 manata nişan üzüyü almışlar. Aynur qızıllarını özü ilə aparmışdır, iddiaçının yalnız onun evində tozsoranı və 2 dəst can dəsmalı qalmışdır. Həmin əşyaları gəlib apara bilər. Aynurun ailəsi bir neçə ay bundan əvvə l ərazi icra nümayəndəsinin iştirakı ilə gəlib bütün əşyalarını aparmışlar, heç bir qızıl söhbəti də etməmişlər. Aynur atası evinə bacısı Lalə Əsgərovanın evindən getmişdir. Şahid qismində ifadə verən bacısı və digər şahidlər Aynurun atası tərəfindən aparılarkən qızıl əşyalarının üzərində olmasını təsdiq etmişlər. Birinci istansiya məhkəməsi isə iddiaçının atası evinə gedən zaman qızıl əşyalarını özü ilə aparmasını birbaşa görən şahidlərin ifadələrini deyil, ancaq iddiaçı tərəfinin hadisəni görməyən və olanlardan məlumatı olmayan şahidlərinin ifadələrini nəzərə almışdır. İddiaçı tozsoran və 2 dəst can dəsmalı istisna olmaqla, bütün əmlaklarını götürmüş və bu barədə akt tərtib olunmuşdur. Tozsoran xarab olduğu üçün götürülməmişdir. Hazırda isə tozsoranı işləkdir. İddiaçının başqa əmlakları qalmış olsa idi, bu aktda qeyd olunardı. Aktda bəzi istisna qeyd olunan əşyalar dedikdə yalnız tozsoran nəzərdə tutulmuşdur.
29. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1446/2023 nömrəli iş üzrə, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanovun sədrliyi və məruzəsi ilə, İslam Həsənov və Şamil Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkın qeyd etmişdir ki, ərazi icra X6 və hazırkı mübahisə tərəflərinin hər ikisini iştirakı ilə tərtib edilmiş 12 may 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus əmlakların bir hissəsi cavabdeh ailədən götürülmüş, lakin ak tda aparılmış qeyddən görünür ki, Aynura hədiyyə edilmiş qızıl əşyaları, tozsoranı, ütüsü, əlüz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri oradan götürülməmişdir.
31. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçının xəstəxanaya getmək üçün cavabdehin bacısı evinə gələrkən üzərinə qeyd edilən qızıl-zinyət əşyalarını taxması və xəstəxanaya qızıl əşyaları ilə getməsi məntiqli və inandırıcı görünmür. Digər tərəfdən, cavabdeh tərəf mübahisə edilən qızıl əşyalarının iddiaçı tərəfindən xəstəxanaya gedərkən aparmasına dair heç bir mötəbər sübut təqdim etməmişdir.
32. Məhkəmə qızıl-zinət əşyalarının dəyəri ilə bağlı onu qeyd etmişdir ki, işin 6-cı vərəqəsində olan mütəxəssis rəyi ilə müəyyən olunur ki, “X22” MMC tərəfindən verilmiş 1512.2022-ci il tarix li rəyi ilə müəyyən olunur ki, təqdim edilən foto şəkillərə baxış keçirmiş və 1 komplekt 27 qram, 583 əyar, 1 dəst (briliyant qaşlı) (Sırqa, üzük, boyunbağı, qolbağı) (1 qram 100 manat) -2700 manat, 1 ədəd 4,5 qram 583 əyarlı nişan üzük (briliyant qaşlı) 800 manat, 1 ədəd 21 qram, 583 əyarlı boyunbağı (hədiyyə) – 1680 manat, 1 ədəd 5 qram, 583 əyarlı üzük (hədiyyə) – 400 manat, 1 ədəd 5,5 qram, 583 əyarlı üzük (hədiyyə) – 440 manat, 1 ədəd 3,2 qram, 583 əyarlı üzük (hədiyyə) – 256 manat, müəyyən edilmişdir.Həmin rəyin mötəbərliyi kollegiyada şübhə doğurmur.
33. Tələb olunan cehiz əşyalarına gəldikdə isə iş materiallarına əlavə olunmuş Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Qəsəbəsi üzrə Ərazi İcra X6 və hazırkı mübahisə tərəflərinin hər iki tərəfinin iştirakları ilə tərtib edilm iş 12 may 2022-ci il tarixli aktdan da görünür ki, həmin vaxt İddiaçı məxsus əmlaklar qızıl əşyaları, tozsoran, ütü, əlüz dəsmalı, geyim əşyaları, kosmetika dəstləri istisna olmaqla, onun atası tərəfindən cavabdeh ailədən təhvil alınmışdır.
34. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2 və 666.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1 və 36.1ci, eləcə də Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.7, 88, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikay əti onunla əsaslandırmışdır ki, qızıl və cehiz əşyalarının qiyməti dəyərindən artıq göstərilmiş, işə baxan məhkəmələr isə həmin qiymətlərlə hər hansı ekspert rəyi olmadan razılaşmışlar. İşə baxan məhkəmələr iddiaçının qızıl əşyalarını özü ilə aparmasını görən şahidlərin deyil, iddiaçı tərəfin hadisəni görməyən və olanlardan məlumatı olmayan şahidlərinin ifadələrinə istinad edib qərar qəbul etmiş, bununla da sübutlara düzgün hüquqi qimət verməmişdir.
37. Şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.2-ci, Ailə Məcəlləsinin 32.1, 36.3 və 37.1-ci, MPM-nin 416-418-ci maddələri göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək, şikayətin əsasız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qi ymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayət inin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Hatəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1446/2023 nömrəli iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.