Məhkəmə qərarları › İş №2(102)-4426/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4426/2022

14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4426/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran regional ərazi şöbəsinə qarşı şəxsin istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ölməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-4426/22 Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, faktın sübut edilməməsi Bakı şəhəri, 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi şəxsin istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ölmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-904/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi (bundan sonra-ərizəçi) arvadı X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

2. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş AZ-İİ 179213 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədə X1 ölümünə səbəb “kəskin respirator çatmamazlıq, COVİD-19” olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi Lənkə ran Rayon Məhkəməsinə müraciət edərək, X1 xx.xx.2021-ci il tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikasının ƏƏSMN yanında X4 Xidməti Lənkəran regional ərazi idarəsi ərizə üzrə maraqlı şəxsdir.

5. Ərizə belə əsaslandırlıb ki, həyat yoldaşı olan X2 2001-ci ildən xx.xx.2021-ci il tarixədək Kollecdə müəllimə vəzifəsində işləmiş, dünyada yayılan COVİD-19 infeksiyası ilə əlaqədar Respublika ərazisində sərt karantin elan edilsə də, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək Lənkəran şəhər 4 saylı Humanitar təmayüllü məktəb-liseydə 3 həftə ənənəvi qaydada pedaqoji təcrübədə metodist kimi çalışmışdır. Həmin vaxtı işdə olarkən COVİD-19 infeksiyasına tutulmuş, bundan sonra o, evdə olarkən xx.xx.2021-ci il tarixdə vəziyyəti daha da kəskinləmiş, evə sahə həkimi çağırılmış, həkim onu müayinə edib, müalicə yazdıqdan sonra nəticəsi olmadığına görə xx.xx.2021-ci il tarixdə təcili tibbi yardım həkimlərinin köməyi ilə Masallı rayonuna aparılaraq Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

6. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi iddianı qəbul etməmiş, rədd edilməsini xahiş etmişdir.

7. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra –birinci instansiya məhkəməsi) 2(049)-2855/2021 nömrəli, 13.10. 2021-ci il tarixli qətnaməsi (hakim Rəşad Məmmədov) ilə ərizə rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xid məti Lənkəran regional ərazi şöbəsi tərəfindən verilmiş 30.07. 2021-ci il tarixli məktubdan görünür ki, X3 Kollecinin işəgötürəni ilə A.Əzimova arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o riyaziyyat-informatika müəllimi vəzifəsinə işə qəbul edilmiş və işəgötürənin xx.xx.2021-ci il tarixli 01/92 nömrəli əmri ilə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) xitam verilmişdir.Aparılmış araşdırma zamanı Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş AZ-İİ 179213 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədə X1 ölümünə səbəb “kəskin respirator çatmamazlıq, COVİD-19” olduğu göstərilmişdir. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinentini n 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində virusa yoluxma nəticəsində işçilərin səhhətinin pozulması halının təhqiq edilməsi nəzərdə tutulmamışdır. 9. "xxxx" ASC-nin 02 avqust 2021-ci il tarixli məktubundan görünür ki, müvafiq sorğuya cavab olaraq X4 Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən virusa yoluxma nəticəsində işçilərin səhhətinin pozulması halının təhqiq edilməsi nəzərdə tutulmadığı qeyd edilmişdir.Odur ki, qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq "xxxx" ASC baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirə bilməz.

10. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2 -ci bəndində istehsalatda baş verən hadisələrin dairəsi müəyyən edilmişdir.Ölüm həmin normada göstərilən hallarda baş verdikdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində baş vermiş ölüm kimi tanına bilər.

11. Hazırki tələbin qeyd olan hüquq normasının göstərişləri ilə araşdırıldıqda müəyyən edilmişdir ki, ərizəçi mərhum Aytən Əzimovanın ölümünə səbəb kimi COVİD-19 virusuna yoluxmasına əsaslansa da, qanunvericilik həmin halı istehsalatda baş vermiş bəd bəxt hadisə hesab etməmiş, ümumiyyətlə virusa yoluxma halı qanunvericiliklə istehsalatda baş vermiş bədbəxt hadisə kimi nəzərdə tutulmamışdır.

12. Buna görə də, ərizəçinin tələbi «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2 -ci bəndində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilməmişdir.

13. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 307.2.7, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Ərizəçi apellyasiya şikayət verib, qətnamənin ləğv, ərizənin təmin edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə məhkəmə işə baxarkən X3 Kollecinin rəhbərini şahid kimi çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra –apellyasiya instansiyası) 2(106)-904/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Tofiq Heydərov) ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi apell yasiya baxışında birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hüquqi qiymət verərək apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi baxımından qanuni əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

19. Ərizəçi qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ərizənin təmin edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr həqiqətən də arvadının COVİD-19 virusuna əmək funksiyalarını yerinə yetirərkən yoluxubyoluxmamasını araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdurlar. Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

21. Maraqlı şəxs kassasiya şikayətinə qarşı yazılı etirazı verərək, qətnamənin qanuni olduğunu göstərmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; [3] işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 307.2.7. Məhkəmə bədbəxt hadisə faktının müəyyən edilməsi barədə işlərə baxır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 08 saylı qərarı:

8. Azərbaycan Respublikası MPM-nin 307.2.7-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktın - yəni bədbəxt hadisə faktının müəyyən edilməsi ilə əlaqədar işlərə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 209-cu maddəsinin 1-ci hissəsinin 13 və 14-cü abzaslarının, eləcə də 217-ci maddəsinin və digər nor mativ hüquqi aktların tələbləri əsas götürülməlidir. 8.1. Nəzərə alınmalıdır ki, bədbəxt hadisə faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi ərizəçiyə aşağıdakı məqsədlər üçün lazım ola bilər: peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi məqsədilə; bədbəxt hadisənin baş verməsində təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar tərəfindən ərizəçiyə dəyən zərərin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və buna görə yüngül işə keçirilmiş ərizəçiyə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqin ödənilməsi məqsədilə; istehsalatda bədbəxt hadisələrdən sığorta ödənişlərini almaq məqsədilə və sair. Bütün hallarda istehsalatda bədbəxt hadisə faktı şəxsi və ya əmək hüquqlarının əm ələ gəlməsinə, dəyişməsinə və yaxud onun xitamına səbəb olmalıdır (Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi). 8.2. Məhkəmələrə tövsiyə olunur ki, bədbəxt hadisə faktını o halda müəyyən edə bilərlər ki, ərizəçi həmin faktı təsdiq edən sənədi (təhqiqat aktını) başqa qaydada ala bilməsin və yaxud belə sənədi itirdiyindən onun bərpası mümkün olmasın. 8.3. Bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar tibbi-sosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədənkənar qaydada həll edilməlidir. 8.4. Bədbəxt hadisə faktının müəyyən edilməsini nəzərdə tutan məhkəmənin qətnaməsində bədb əxt hadisənin baş verməsi vaxtı və yeri, zərərçəkən şəxsin adı, soyadı və atasının adı, habelə bədbəxt hadisənin istehsalatla əlaqədar olaraq baş verdiyi göstərilməlidir. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Ərizə hüquqi əhəmiyyətli fakt kimi ərizəçinin mərhum arvadının ölümünə səbəb olan “COVİD-19” virusuna yoluxmasının bədbəxt hadisə faktı kimi məhkəmə qaydasında müəyyən edilməsi barədədir.

34. Lakin Azərbayc an Respublikası Nazirlər Kabinentinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində işçilərin səhhətinin pozulmasının hansı hallarda təhqiq edilməli olması dəqiq müəyyən edilmişdir. Həmin normaya əsasən əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı səhhətin pozulması təhqiqat aparılmasını tələb edir. Mərhumun ölümünə səbəb olan “COVİD-19”virusina yoluxma isə yu xarıda qeyd edilən hallara aid deyildir.

35. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

37. Hazırki işdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar a aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-904/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar