Məhkəmə qərarları › İş №2(102)-4427/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4427/2022

14.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4427/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Cavabdeh” MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli, 2(106)1054/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 fevral 2019-cu il tarixli əmək müqaviləsi ilə İddiaçı1 “Cavabdeh” MMC-yə 2 həftə sınaq müddəti müəyyən olunmaqla müddətsiz olaraq şirkətin mətbuat və informasiya xidmətinin rəisi vəzifəsinə işə qəbul edilmiş, müqavilədə əmək haqqının məbləği 380 manat müəyyən edilmişdir. 2. 12 fevral 2019-cu il tarixli əmək müqaviləsi ilə İddiaçı2 “Cavabdeh” MMC-yə 2 həftə sınaq müddəti müəyyən olunmaqla müddətsiz olaraq şirkətin mətbuat və informasiya xidmətinə video montajçı vəzifəsinə işə qəbul edilmiş, müqavilədə əmək haqqının məbləği 380 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Cavabdeh” Məhdud Məsuliyyətli Cəm iyyətinə və X2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” MMC ilə aralarında bağlanmış 12 fevral 2019-cu il tarixli əmək müqavilələrinə əsasən, 380 manat əmək haqqı nəzərə alınmaqla, hər biri üçün 12 aylıq əmək haqqı olaraq 4560 manatın və gecikdirilmiş günlər üçün 1 faizlə hesablanmış 25000 manat cərimənin cavabdeh “Cavabdeh” MMC-dən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh MMC-də əmək fəaliyyətinə başladıqdan sonra Şirkət rəhbəri, təsisçi İsrail Əhmədov şirkətin Respublika ərazisində tikiləcək “Logistik Mərkəz”lərin məlumat xarakterli informasiyalarını repo rtaj şəklində hazırlayıb ictimailəşdirmək, şirkətə gələcək dövlət qurumları nümayəndələri ilə müsahibə aparmaq işini tapşıraraq, onlara Bakıda yerləşən ofislərində iş saatlarında oturmağı tapşırmışdır. Daha sonra cavabdeh onları ezamiyyətlərə göndərəcəyi vədlərini vermişdir. İddiaçılar işə gedib-gəlsələr də, onlara nə əmək haqları verilmiş, nə də onları tikintisi Salyan-Biləsuvar ərazisində başlanılmış “Logistik Mərkəz” olacaq yerlərə aparmamışlar. İddiaçılar cavabdehdən bunun səbəbini soruşduqda, hər dəfə müxtəlif bəhanələr gətirərək “səbirli olun, maaşlarınız geciksə də, hamısı veriləcək” deyilirdi. Daha sonra cavabdehin onlara maaş verə bilməməsinin səbəbi kimi müxtəlif bəhanələri olmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq eksperti zasının 25 noyabr 2020-ci il tarixli rəyinə əsasən tərəflər arasında bağlanmış 12 fevral 2019-cu il tarixli əmək müqavilələrinə əsasən 380 manat əmək haqqı əsas götürülməklə, iddiaçıların hər birinə ödənilməli olan 12 aylıq əmək haqqının cəmi məbləği 4560 manat, müqavilə bağlanan tarixdən iddia verilən 11 avqust 2020-ci il tarixinədək olan 539 günə görə, hər gecikdirilmiş gün üçün 1 faizlə hesablanmış cərimənin məbləği 24578,40 manat müəyyən edilmişdir.

6. Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)-488/2021 nömrəli qətnaməsi ilə (hakim P.T.Əhmədov) iddia qismən təmin olunaraq, cavabdeh “Cavabdeh” MMC-dən İddiaçı1 xeyrinə əmək haqqı qismində hər ay 380 manat olmaqla 12 aylıq müddət üçün 4560 manat məbləğdə, əmək haqqının gecikdirilməsinə görə 11 avqust 2020-ci il tari xə qədər olan müddət üçün 24578,40 manat məbləğində, İddiaçı2 xeyrinə əmək haqqı qismində hər ay 380 manat olmaqla 12 aylıq müddət üçün 4560 manat məbləğdə, əmək haqqının gecikdirilməsinə görə 11 avqust 2020-ci il tarixə qədər olan müddət üçün 24578,40 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh “Cavabdeh” MMC apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)-488/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barə də yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli, 2(106)-1054/2022 nömrəli qətnaməsi ilə (hakim T.S.Kərimovun sədrliyi və məruzəsi ilə, hakimlər T.X.Heydərovdan və Z.A.Zeynalovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(022)488/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, cavabdeh “Cavabdeh” MMC-dən 595,33 manat əmək haqqı üzrə borcun və 11 avqust 2020-ci il tarixədək hər gecikdirilmiş gün üçün 1 faizlə hesablanmış 3207,05 manat ödəncin tutularaq İddiaçı1, 595,33 manat əmək haqqı üzrə borcun və 11 avqust 2020-ci il tarixinədək hər gecikdirilmiş gün üçün 1 faizlə hesablanmış 3207,05 manat ödəncin tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh MMC-nin nümayəndəsinin birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxış iclaslarında iştirakı təmin edilməmiş və sonuncu iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsinə dair bildirişləri məhkəməyə təqdim etmək imkanına malik olmamışdır. Bu səbəbdən məhkəmə, verilən apellyasiya şikayətinə qoşma olaraq əlavə edilmiş iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsinə dair bildirişləri yeni sübutlar kimi qəbul etmişdir.

11. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılarla cavabdeh (işəgötürən) “Cavabdeh” MMC arasında 12 fevral 2019-cu il tarixdə bağlanmış əmək müqavilələrinə əsasən idd iaçılar 14 fevral 2019-cu il tarixdən əmək fəaliyyətinə başlamaqla və 2 həftə sınaq müddəti və 380 manat əmək haqqı müəyyən olunmaqla, müddətsiz olaraq şirkətə işə qəbul edilmişlər. İddiaçılarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə 29 mart 2019-cu il tarixindən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlər 22 aprel 2019-cu ildə sistemə daxil edilmiş, iddiaçılar onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə məlumatsız olmuşlar və məhz bu səbəbdən ödənilməyən 12 ay üçün əmək haqlarının gecikmə faizi ilə birlikdə ödənilməsi tələbini irəli sürmüşlər. Əmək müqavilələrinə xitam verilməsinə dair işəgötürənin əmrləri məhkəmə qaydasında mübahisələndirilməmişdir.

12. Məhkəm ə Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 və 5-ci hissələrinə istinad etmiş və hesab etmişdir ki, işəgötürənin işçilərinə əmək haqlarını müəyyən edilmiş vaxt ərzində hesablanmamasında təqsiri danılmazdır və X1 bununla bağlı işəgötürənin icra orqanının rəhbərini inzibati qaydada cərimə etməsi bunun birbaşa sübutudur. Odur ki, iddiaçılar öbdənilməyən əmək haqlarını, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməklə ödənilməsi tələbini irəli sürməkdə tam haqlıdırlar.

13. Lakin iddiaçıların əmək müqaviləsi üzrə əmək münasibətlərinin 12 fevral 2019cu ildən 29 mart 2019-cu il tarixinədək davam etməsi nəzərə alınsa, cavabdeh şirkətin 1 ay 17 gün üçün əmək haqqını ödəməli olduğu və ödəmədiyi müəyyən olunur. İddiaçıların müvafiq iddia ilə 11 avqust 2020-ci il tarixind ə məhkəməyə müraciət etdikləri nəzərə alınsa, əmək müqaviləsinin bağlandığı tarixdən iddia verilən tarixədək olan dövr 539 gün (ekspert rəyi ilə müəyyən edilmişdir) təşkil edər. Adi riyazi qaydada hesablamanın aparılması yolu ilə iddiaçılara 1 ay 17 gün üçün ödənilməli olan əmək haqqı borcunun məbləğini və 539 günə görə hər gün üçün 1 faizlə ödənc məbləğini hesablamaqla ödənilməli olan ödəncin ümumi məbləğini müəyyən etmək mümkündür. Bir aylıq əmək haqqı məbləğinin 380 manat təşkil etməsi nəzərə alınsa, iddiaçılara bir gün üçün ödənilməli olan əmək haqqının məbləği (380:30=12,66) 12,66 manat, 17 gün üçün ödənilməli olan əmək haqqının məbləği (12,66x17=215,33) 215,33 manat, 1 ay 17 gün üçün ödənilməli olan əmək haqqı məbləği isə (380+215,33=595,33) 595,33 manat təşkil edəcək. Ödənilməli o lan əmək haqqı üzrə 595,33 manat borcun 1 faizi 5,95 manata bərabər olur və 539 gün üçün hesablanan ödəncin məbləği (5,95x539=3207,05) 3207.05 manat təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli, 2(106)1054/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş sübutlar və hallar əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məzmunları eyni olan kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 172-ci, Mülki Prosessual Məcə llənin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinə istinad etmiş və iddiaçılarla cavabdeh arasında bağlanmış 12 fevral 2019-cu il tarixli əmək müqavilələrinə 29 mart 2019-cu il tarixdə xitam verildiyi nəticəsinə gəlmişdir. Lakin məhkəmə iddiaçıların faktiki olaraq hansı tarixdən hansı tarixədək cavabdeh MMC-də işlədiklərini, bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçıların ərizə ilə işəgötürənə müraciət edibetmədiklərini, əmək müqaviləsinə xitam verilməsi barədə olan 29 mart 2019-cu il tarixli əmrin mövcudluğundan iddiaçıların məlumatının olub-olmadığını araşdırmamışdır. Halbuki, cavabdeh iddiaçıları əmək müqaviləsi olmada n işlətmiş, hətta bu yolla əmək qanunvericiliyinin tələbləri kobud sürətdə pozmuşdur. Məhkəmə cavabdehin qanuni təmsilçisi və təsisçisinin məhkəmə iclasında iddiaçılara 4 ay yarım üçün əmək haqqı və gecikdirilmiş hər gün üçün 1 faiz məbləğində kompensasiyanın ödənilməsinə razı olduqlarını nəzərə almamışdır.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni id dianın rədd olunmuş hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 154-cü maddəsinin birinci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məblə ğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdı rmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək iddia qismən təmin olunmuşdur.

25. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçılarla cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrlər mövcud olmasa da, həmin əmək müqavilələrinə 29 mart 2019-cu il tarixdən xitam verilməsi cavabdeh tərəfindən təqdim olunmuş elektron informasiya sistemindən çıxarışla öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin məzmununa görə həmin sənədlər tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin sübutu qismində qəbul oluna bilər. Həmçinin cavabdehin nümayəndəsinin apellyasiya məhkəməsində 4 a y yarım müddətə görə əmək haqqının ödənilməsinə razı olduqlarını bildirməsi, tərəflər arasında əmək münasibətlərinin həmin müddətdə qüvvədə olmasının sübutu qismində qiymətləndirilə bilməz.

26. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi hazırki iddianın predmetini təşkil etmir. Belə olan halda, apellyasiya məhkəməsi əsaslı olaraq işəgötürən tərəfindən ödənilməyən əmək haqqını müqavilənin qüvvədə olduğu dövr üçün tutmuşdur. İzah olunmalıdır ki, iddiaçılar əmək müqaviləsinə xitam verilməsini mübahisələndirmək qərarına gələcəkləri halda, onların məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələb etmək hüquqları qalmaqdadır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haz ırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli, 2(106)-1054/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddi anın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar