Məhkəmə qərarları › İş №2(102)-4430/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4430/2023

06.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mün
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4430/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 və həmin Biliyin “Etilen-Polietilen” Zavoduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi və işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 və həmin birliyin “Etilen-Polietilen” zavoduna qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1444/2023 nömrəl i, 27 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 12 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərardan görünür ki, aparılan araşdırma zamanı Sumayıt şəhər, “Etilen-Polietilen” zavodunun 24 saylı sexində Buxar və elektirik enerjisi istehsalatının qazanxana və turbin maşinisti işləyən vətəndaş İddiaçı “Etilen-Polietilen” zavodu ərazisindən oğurluq etməsi faktı öz təsdiqini tapmamışdır.

2. Cavabdeh1 “Etilen-Polietilen” Zavodunun xx.xx.2022-ci il tarixli, 1284 nömrəli intizam tənbehi haqqında əmri ilə daxili intizam qaydalarını pozduğuna görə 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin m aşinisti olan İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Etilen-Polietilen” zavodunun xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2000-ci ildən 18 noyabr 2022-ci il tarixinə qədər Cavabdeh1 “Etilen-Polietilen” zavodunnun 24 saylı buxar və elektrik enerjisi istehsalatında qazanxana və turbin maşinisti kimi çalışmışdır. Onun uzun illərdir ki, əmək fəaliyyəti var və burada çalışdığı dönəmdə o, hər zaman öz əmək funksiyalarını dəqiq bir şəkildə yerinə yetirmişdir. Bu dönəmdə əmək fəaliyyətilə bağlı heç bir intizam və ya inzibati məsuliyyətə cəlb olunmamışdır. “Etilen-Polietilen” zavodunun mühafizə xidməti əməkdaşları xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində 18 saylı postun ərazisində iki ədəd, təxminən ümumi çəkisi 20 kq olan mis bağlamaların zavod ərazisindən çölə atıldığını aşkar etmişlər. Həmin saatlarda isə iddiaçı zavodun içərisində öz əmək fəaliyyətini yerinə yetirmişdir. Bu faktı da onunla çalışan bütün əməkdaşlar təsdiq edə bilərlər. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat 08:00-da sutkalıq işə başlamış və xx.xx.2022-ci il tarixdə, saat 07:00-da növbəni təhvil verib işdə n çıxmışdır. Bundan sonra isə o, iş vaxtı bitdikdən sonra, yəni saat 07:15 radələrində zavodun çölünə çıxmış və zavodun çölündə olan bankomatdan pul çıxarmaq üçün bankomata yaxınlaşmış və orada olan 2 bağlama onun diqqətini cəlb etdiyi üçün onlara yaxınlaşmışdır. Bu zaman isə bir şəxs iddiaçıya yaxınlaşaraq qollarından tutmuş və aralarında mübahisə yaranmışdır. Həmin şəxs Cavabdeh1 “Etilen-Polietilen” zavodunun mühafizə xidmətinin növbə rəisi X6 olmuşdur. Bundan sonra o iddiaçıya əsassız ittihamlarla yaxınlaşaraq həmin bağlamaları onun oğurladığını iddia etmişdir. Lakin iddiaçı ona səhərə kimi işdə olduğunu, bu bağlamalardan xəbərsiz olduğunu bildirsə də, o bunu nəzərə almamışdır. İddiaçı bağlamalara sadəcə olaraq şübhəli olduqları və qorxduğu üçün yaxınlaşmışdır. Bu zaman iddiaçının bu ba ğlamaların içərisində mis naqillərin olduğundan xəbəri olmamışdır. Sonradan iddiaçı həmin bağlamalarda mis naqillər olduğunu bilmiş və mühafizə xidmətinin əməkdaşına da bunları söyləyərək onu buraxmasını istəmişdir. Lakin həmin şəxs polis çağıracağı ilə onu təhdid etmiş və sonunda DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Bundan sonra isə o, zavod rəhbərliyini bütün bu olanlardan xəbərdar edərək iddiaçını heç bir sübut olmadan əsassız şəkildə oğurluq edən kimi qələmə vermişdir. Zavod rəhbərliyi onun danışdığı faktiki hallara deyil, mühafizə əməkdaşının əsassız yalanlarına inanmışdır. Nəticədə zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının iddiaçı tərəfindən kobud pozuntusuna yol verildiyinə görə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd inə əsasən işdən azad olunmağından ötrü razılıq verilməsi üçün zavod tərəfindən Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 102 nömrəli, xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən heç bir əsaslı sübut təqdim olunmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmağı üçün razılıq verilmişdir. Nəticədə isə Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinə əsasən daxili intizam qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

5. İşin məhkəmə baxışı zamanı Cavabdeh1 “Etilen-Polietilen” Zavodu iş üzrə cavabdeh kimi cəlb edilmişdir.

6. Cavabdeh1 “Etilen-Polietilen” Zavodunun nümayəndəsi X1 iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində "Azərikimya" İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mühafizə xidmətini yerinə yetirən "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin əməkdaşları 18 saylı postun ərazisində iki ədəd təxminən ümümi çəkisi 20 kq olan mis bağlamaların oğurluq məqsədilə zavod ərazisindən çöl hissəyə atıldığını aşkar etmişlər. Saat 07:15 radələrində zavodun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti iddiaçı həmin bağlamaları atıldığı yerdən götürmək istəyərkən mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İddiaçının hadisə yerində saxlanılması anları mühafizə xidmətinin əməkdaşları tərəfindən video görüntülərlə qeydə alınmışdır. Faktla bağlı 102 zəng mərkəzinə məlumat verilmiş və saxlanılan şə xs hadisə yerinə gəlmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarına maddi sübutlarla birlikdə təhvil verilmişdir. Zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının kobud pozuntusuna yol verdiyinə görə iddiaçının Azərbaycan Respublikasının Əmək Məlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-06-1725 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. HİK-in RH-nin 102 nömrəli, xx.xx.2022-ci tarixli iclas protokoluna əsasən iddiaçının Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmişdir.

7. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o, mühafizə şirkəti olan "xxxx" MMC-nin növbə rəisidir və şirkəti n digər əməkdaşları ilə birlikdə “Etilen-Polietilen” Zavodunda mühafizə xidmətini aparırlar. O, xx.xx.2022-ci ildə zavod ərizəsində gecə saatlarında xidmətdə olarkən mühafizəçi ilə birlikdə ərazini yoxlayan zaman hasar istiqamətində qaraltı görmüşlər. Fanarı işlək vəziyyətə gətirərkən qaraltı yox olmuşdur. Sanki kiminsə onları görərək zavodun içərisinə qaçdığını hiss etmişlər. Lakin, həmin şəxsin üzünü görə bilməmişlər. Bundan sonra zavodun hasarının çöl tərəfində iki bağlama görmüşlər. Bu barədə komanda rəisinə məlumat vermişdir. Rəis də onlara bağlamaları gizli nəzarətdə saxlamağı tapşırmışdır. Bağlamalara baxış keçirdikdə, bağlamalarda təxminən 20 kq mis naqil olduğunu görmüşlər. Bundan sonra mühafizəçi zavodun işinə, öz xidmət yerinə qayıtmışdır. Səhər təxminən 07:00 radələrində iddiaç ı zavoddan çıxaraq həmin bağlamalara yaxınlaşmış və bağlamaları götürmək istəyərkən o, iddiaçının qollarından tutaraq onu saxlamışdır. İddiaçı onu vuracağı ilə hədələdiyi üçün iddiaçını buraxmışdır. Sonradan iddiaçı ona gizli sövdələşmə təklif edərək bağlamaları aparmasına şərait yaratmasını xahiş etmiş, bunun müqabilində ona pul təklif etmiş, o bununla razılaşmayaraq iddiaçı ilə danışıqlarını telefonunun kamerasına çəkmişdir. Videogörüntülərdə iddiaçı həmin təkliflərlə ona müraciət edir. Bundan sonra isə o, zavod rəhbərliyinə və 102 xidmətinə hadisə ilə bağlı məlumat vermişdir.

8. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, zavodda mühafizə xidmətini aparır. xx.xx.2022-ci ildə saat 05:00 radələrində növbə rəisi X6 ilə birlikdə ərazini yoxlayarkən hasar istiqamətində qaraltı gör müşlər. Fanarı işlək vəziyyətə gətirərkən qaraltı yox olub. Sanki kiminsə onları görərək zavodun içərisinə qaçdığını hiss etmişlər. Lakin, həmin şəxsin üzünü görə bilməmişlər. Bundan sonra zavodun hasarının çöl tərəfində iki bağlama görmüşlər. Şənlik Ağayev bu barədə komanda rəsinə məlumat vermişdir. Rəis də onlara bağlamaları gizli nəzarətdə saxlamağı tapşırmışdır. Bağlamalara baxış keçirdikdə, bağlamalarda təxminən 20 kq mis naqil olduğunu görmüşlər. Bundan sonra o, zavodun işinə, öz xidmət yerinə qayıtmışdır. Növbə rəisi iddiaçını tutan zaman o, həmin ərazidə olmamışdır. Sonradan həmin əraziyə gəldikdə belə bir hadisənin baş verdiyini və polis əməkdaşlarının gəldiyini görmüşdür.

9. Məhkəmə iclası zamanı iş materiallarında olan videodiskə tərəflərin və şahid X2 iştirakı ilə baxış keçir ilmişdir. Baxış zamanı videomaterialdan görünür ki, iddiaçı çəkiliş aparan şəxsə müraciət edərək “Onu biraz çölə qoy götürüb aparım. Heç kim bilməyəcək, ay Şənlik. İkimiz biləcəyik” kimi ifadələr işlədir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2047/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1nə və Cavabdeh1 “Etilen Polietilen” Zavoduna qarşı Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 1284 nömrəli, xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi barədə iddiası təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısının xx.xx.2022-ci qərarı ilə iddiaçının cin ayət törətməsinin sübuta yetirilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Bu hal iddiaçının cinayət törətmədiyini təsdiq edir. Lakin, iddiaçının hadisədən sonrakı davranışı zamanı mühafizə xidməti əməkdaşına işbirliyi təklif etməsi, bağlamaları götürməsi üçün şərait yaradılması barədə həmin əməkdaşdan xahiş etməsi, iddiaçının təqsirli hərəkətlərlə işəgötürənə maddi ziyan vurmağa çalışması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi əməllərə yol verməsi qənaətinə gəlməyə əsasdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 42.2, 68.2, 70-ci maddəsinin (“b”, “ç” bəndləri), 72 (“c”, “e” bəndləri), 80.1, 80.2-ci maddələr inə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Etilen-Polietilen” zavod ərazisindən oğurluq etməyi öz əksini tapmamışdır və cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də onun işdən çıxarılmağı əsassız və qanunsuzdur. Bu əmrə əsasən onun işdən çıxarılmağı ilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş təqsirsizlik prezumpsiyası pozulmuşdur. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, guya ki, videogörüntülərlə cavabdehin dedikləri tam olaraq sübut olunur. La kin həmin görüntülər tam deyildir və həmin videoda bəzi hissələr qəsdən kəsilmişdir. Bu isə sübutun saxtalaşdırılmasıdır. Məhkəmə isə sadəcə bu sübuta uyğun olaraq qətnamə qəbul etmiş, iddianı rədd etmiş və dəfələrlə şahidlərinin olduğunu desə də, buna məhəl qoyulmamışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1444/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2047/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarında olan Sumqayıt şə hər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir.

17. İş materiallarında olan «Etilen-Polietilen» X9 Komitəsi Rəyasət Heyətinin iclasının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti olan İddiaçı işdən azad olunması haqqında rəhbərliyin müraciəti, işçinin daxili intizam qaydalarını və onunla bağlanılmış əmək müqaviləsi şərtlərini kobud qaydada pozduğu üçün işdən azad olunmasına razılıq verilməsi qərara alınmışdır.

18. İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyi «Etilen-Polietilen» Zavodunun xx.xx.2022-ci il tarixli, 1284 nömrəli intizam tənbehi haqqında əmrindən görünür ki, daxili intizam qaydalarını pozduğuna görə 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti olan İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir

19. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2000-ci ildən 18 noyabr 2022-ci il tarixinə qədər Cavabdeh1 “Etilen-Polietilen” zavodunun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti kimi çalışmış, xx.xx.2022-ci il tarixdə, saat 05:00 radələrində "Azərikimya" İstehsalat Birliyinin “ Etilen-Polietilen” zavodunun mühafizə xidmətini yerinə yetirən "xxxx" MMC-nin əməkdaşları 18 saylı postun ərazisində iki ədəd təxminən ümümi çəkisi 20 kq olan mis bağlamaların zavod ərazisindən çöl hissəyə atıldığını aşkar etmişlər. Saat 07:15 radələrində zavodun 24 saylı buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti İddiaçı həmin bağlamaları atıldığı yerdən götürmək istəyərkən mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İddiaçının hadisə yerində saxlanılması anları mühafizə xidmətinin əməkdaşları tərəfindən video görüntülərlə qeydə alınmış, faktla bağlı 102 zəng mərkəzinə məlumat verilmiş və saxlanılan şəxs hadisə yerinə gəlmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarına maddi sübutlarla birlikdə təhvil verilmişdir. Bundan s onra zavod rəhbərliyi tərəfindən daxili intizam qaydalarının kobud pozuntusuna yol verdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Əmək Məlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi üçün 3104/ON-06-1725 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla zavod Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş və HİK-in RH-nin 102 №-li, xx.xx.2022-ci tarixli iclas protokoluna əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilmiş və “Azərkimya” İstehsalat Birliyi «Etilen-Polietilen» Zavodunun xx.xx.2022-ci il tarixli, 1284 nömrəli intizam tənbehi haqqında əmrinə əsasən daxili intizam qaydalarını pozduğuna görə 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşi nisti işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

20. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə “Azərkimya” İstehsalat Birliyi «EtilenPolietilen» Zavodunda işləyən bir nəfər şəxsin həmin Zavoddan mis oğurlaması ilə bağlı məlumat daxil olmuş və aparılmış araşdırma zamanı “Azərkimya” İstehsalat Birliyi «EtilenPolietilen» Zavodunun 24 saylı Buxar və elektrik enerjisi istehsalatının qazanxana və turbin maşinisti işləyən İddiaçı «Etilen-Polietilen» Zavodunun ərazisində oğurluq etməsi faktı öz təsdiqini tapmadığından xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmi şdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının barəsində cinayət işinin başlanması rədd edilsə də, aparılmış yoxlamalarla onun tərəfindən əmək qanunvericiliyinin ciddi pozuntusuna yol verilməsi aşkar olunmuş və işdən azad olunmasına səbəb də məhz həmin nöqsanlar olmuşdur.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

23. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ə mək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

24. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

25. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

26. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qə rarını işəgötürənə təqdim etməlidir.

27. İddiaçı apellyasiya şikayətinin əsas dəlili kimi heç bir oğurluq hadisəsini törətməməsini, xx.xx.2022-ci il tarixində işdən çıxaraq bankomatdan pul çıxarmaq istəyərkən zavodun çölündə, hasarın dibində bağlamaları gördüyünü və onların nə olduğunu bilmək üçün həmin bağlamalara baxmaq istəyərkən zavodun mühafizə xidməti əməkdaşı tərəfindən saxlanılması ilə əsaslandırmışdır.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin hal zavodun mühafizə xidməti əməkdaşlarının ifadələri və videogörüntülərlə təkzib edilir. Belə ki, məhkəmə iclasında ifadə vermiş şahid X6 ifadəsində iddiaçını saxladıqdan sonra iddiaçı bağlamaları aparmasına şərait yaratmasını, bu barədə heç kimə bir söz deməməsini xahiş etmiş və bunun müqabilində ona pul təklif etdiyini bildirmiş, qe yd edilən xüsusatlar birinci instansiya məhkəməsinə təqdim edilmiş videodiskdə olan videogörüntülər də təsdiq edilmişdir.

29. Bundan əlavə, iddiaçı həmçinin apellyasiya şikayətinin dəlili kimi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla oğurluq etməsi faktının öz təsdiqini tapmadığını və cinayət işinin başlanmasının rədd edilməsi ilə əsaslandırmışdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinin təhqiqatçısının xx.xx.2022-ci qərarı ilə iddiaçının cinayət törətməsinin sübuta yetirilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Bu hal iddiaçının cinayət törətmədiyini təsdiq edir. Lakin, iddiaçının hadisə dən sonrakı davranışı zamanı mühafizə xidməti əməkdaşına işbirliyi təklif etməsi, bağlamaları götürməsi üçün şərait yaradılması barədə həmin əməkdaşdan xahiş etməsi iddiaçının təqsirli hərəkətlərlə işə götürənə maddi ziyan vurmağa çalışması (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi), əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (həmin maddənin “e” bəndi) kimi əməllərə yol verməsi qənaətinə gəlməyə imkan verir.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70-ci maddəsinin (“b” “ç” bəndləri), 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 72-ci maddəsinə (“c” “e” bəndləri), 80-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1444/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf əsassız səbəblərlə onu işdən kənarlaşdıraraq onun digər bir konstitision hüququnu da kobud şəkildə pozmuşdur. Belə ki, əmək hüququ pozulmuşdur və artıq uzun müddətdir ki işləmir. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi də bütün bunları nəzərə almamışdır. Qanunsuz qətnamə qəbu l edərək onun daha da uzun müddətdə işləməməyinə səbəb olmuşdur.

34. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilmişdir ki, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Lakin cavabdeh tərəf heç bir əsaslı qərar olmadan onu oğurluqda təqsirləndirərək işdən çıxarmışdır. Bu isə onun konstitision hüquqlarının kobud şəkildə pozuntusuna gətirib çıxarmışdır.Həmçinin 12 noyabr 2022-ci il tarixli HK-1/1249 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən bu məsələ ilə bağlı təqsiri sübuta yetirilmədiyindən və cinayət əməli aşkarlanmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə qətnamədə qeyd edilən videogörüntülərə əsaslansa da, 12 noyabr 2022-ci il tarixli HK-1/1249 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsa sən bu videogörüntülərlə də cinayət əməlinin olması aşkar deyildir. Lakin Məhkəmə bütün bunları, əsas olaraq 12 noyabr 2022-ci il tarixli HK1/1249 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilənləri nəzərə almamışdır. Bunlar isə konstitision hüququ olan təqsirsizlik prezumpsiyası hüququnun kobud şəkildə pozuntusudur.

35. Məhkəmə ilk olaraq həmin mis olan paketin kim tərəfindən oraya atıldığını araşdırmalı idi. Çünki oğurluq edən, bu işdə günahı olan məhz odur. Həmin paket mənim iş saatım vaxtı oraya atılmışdır. İş yerində olan kamera görüntüləri də bunu sübut edə bilər ki, mən həmin vaxtlarda öz işimin başında olmuşam və heç bir yerə ayrılmamışdır. Bunu iş yerində onunla işləyən hamı da sübut edə bilər. Lakin bunları dəfələrlə birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə bunları nəzərə almamışdır. Həmçinin məhkəmə həmin torbanın oraya kim tərəfindən atıldığını araşdırmamışdır.

36. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, güya ki, videogörüntülərlə cavabdehin dedikləri tam olaraq sübut olunur. Lakin qeyd edim ki, həmin görüntülər tam deyildir və həmin videoda bəzi hissələr qəsdən kəsilmişdir. Bu isə sübutun saxtalaşdırılmasıdır. Məhkəmə isə sadəcə bu sübuta uyğun olaraq qətnamə qəbul edərək iddianı rədd etmişdir. Lakin birinci instansiya məhkəməsində dəfələrlə şahidlərinin olduğunu desə də, buna məhəl qoyulmamışdır.

37. Məhkəməyə sədrlik edən hakim cavabdeh şirkətin baş mühəndisinin yaxın qohumu olduğu üçün yalnız cavabdeh tərəfin sübutlarına baxılmışdır. Buna görə də onun təqdim edəcəyi şahidlər birinci instans iya məhkəməsində dindirilməmişdir. Həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı məhkəmə iclası tarixində xəstə olduğu və rayonda olduğu üçün məhkəmə iclasına gələ bilməmişdir. Bununla bağlı əvvəldən məhkəməyə məlumat versə də, bu məhkəmə tərəfindən nəzərə alınmamış və onun iştirakı olmadan qanunsuz olaraq məhkəmə iclası keçirilərək qətnamə qəbul edilmişdir. Bu zaman isə apellyasiya şikayətində qeyd etdiyi heç bir hal nəzərə alınmamışdır. Nəticədə, dəfələrlə şahidləri olduğunu, sübutlarının olduğunu məhkəməyə bildirsəm də, bunlar nəzərə alınmamışdır

38. Kassator şikayətini Azərbaycan Respublikası Konustitusiyasının 35 və 63-cü, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri

39. Cavabdehin vəkili Vəkil4 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

40. Maddə 10 Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;...

41. Maddə 70 Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda

42. Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. Maddə 72 Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

44. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər h ansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəməyə şahidlərinin olduğunu bildirməsi, məhkəmənin isə buna məhəl qoymadığına dair dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.MPM-in 150.3-cü maddəsində isə iddiaçının ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməli olduğu qeyd edilmişdir.

56. Lakin iddiaçının iddia ərizəsində sübutlar siyahısında hər hansı bir şəxsin şahid qismində dindirilməsi ilə əlaqədar qeyd olması təsdiq olunmur.El əcə də iddiaçının birinci instansiya məhkəməsində hər hansı bir şəxsin şahid qismində dindirilməsi ilə əlaqədar vəsatət verməsi də iş materialları ilə təsdiqlənmir.

57. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya icraatı zamanı məhkəmə iclası tarixində xəstə olduğu və rayonda olduğu üçün məhkəmə iclasına gələ bilmədiyi, bununla bağlı əvvəldən məhkəməyə məlumat versə də, bunun məhkəmə tərəfindən nəzərə alınmadığı və onun iştirakı olmadan qanunsuz olaraq məhkəmə iclası keçirilərək qətnamə qəbul edildiyinə daie dəlili ilə əlaqədar qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən 27 iyul 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməməsi və buna görə məhkəmə iclasının təxirə salınmasını xahiş etməsi barədə əri zəsi müzakirə olunmuş və iddiaçı tərəfindən səhhətində problem olması barədə hər hansı sübut əlavə olunmadığından işə onun iştirakı olmadan baxılması mümkün sayılmışdır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli 2(105)-1444/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar