Məhkəmə qərarları › İş №2(102)-4445/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4445/2020

30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4445/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2528/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.N.Qasımov, iş 2(007)-2150/2019) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3 adda qızıl-zinət əşyaları və ya onların 4350 manat dəyəri, həmçinin ünvan 1 ünvanında olan cehiz əşyalarının alınaraq İddiaçı verilm əsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər xx xxx 2016-cı il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, münasibətlərinin pozulması səbəbindən ayrılmışlar. 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə yaşadıqları evdən gedərkən ona məxsus cehiz və qızıl-zinət əşyalarının orada qalmasını və dəfələrlə əşyalarını götürməyə cəhd etməsinə baxmayaraq cavabdeh tərəfindən buna imkan veril məməsini əsas göstərərək ünvan 2 ünvanda ona məxsus 173 adda qızl-zinət və cehiz əşyalarının və ya 47.880 manat məbləğində dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bu tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü və Mülki Məcəllənin 157.2-ci maddələrinə istinad etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya kollegiyasını n iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikas ı MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları həqiqətən də ona hədiyyə kimi verilmiş, cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparıldığını bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim edə bilməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi iş üzrə dindirilmiş şahid ifadələrinə, iddiaçının izahatına və iddiaçı tərəfindən irəli sürülmüş dəlilləri təkzib edə biləcək sübutların təqdim olunmamasına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tələb olunan əşyaların bir qisminin cavabdehdə qalmasını və onun həmin əşyalara qanunsuz sahib olmasını sübuta yetirilmiş hesab etmiş və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci, həmçinin Mülki Məcəllənin 157.2 və 225.2-ci maddələrinə əsaslanaraq iddianın qismən təmin olunmasını qanuni saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (252.2) Qətnamə iş üzrə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uy ğun çıxarıldığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar