Məhkəmə qərarları › İş №2(102)-4446/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4446/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4446/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxx” ASC-nin vəkili Vnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxxnömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Əhmədov) xx.xx.2019-cu il tarixli, xxxnömrəli qətnaməsi ilə iddiaçı “xxx” ASC -nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117427-1-8866 nömrəli Baş kredit razılaşması və xx.xx.2013-cü il tarixli 117427-1-8866/1 nömrəli Kommersiya krediti müqaviləsinin ləğv edilməsi, xx.xx.2013-cü il tarixli 117427-1-8866 nömrəli kredit müqaviləsi üzrə 21114,10 ABŞ dolları əsas borc, 4633,37 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 26247,47 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat pulun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipotekaya qoyulmuş E saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına “xxx” ASC-yə olan borcun ödənilməsi, E saylı mənzilinin hərracda ilkin satış qiymətinin 37000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “xxx” ASC-yə olan borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra E saylı mənzilinin boşaldılması, iş üzrə məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 100 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) xx.xx.2020-ci i l tarixli, xxxnömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxxnömrəli qətnaməsinin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müqavilə üzrə xx.xx.2015-ci il tarixə banka borclu olduğu 21129,52 ABŞ dolları məbləğində əsas borcun, 4634,14 ABŞ dolları məbləğində faizin və 1195 ABŞ dolları məbləğində cərimənin, cəmi 26958,66 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq “xxx” ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan E nömrəli mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2 qeydiyyatdan çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin məcburi qaydada boşaldılaraq ilkin satış qiyməti 47164 ABŞ dolları müəyyən edilməklə açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul m əbləğlərinin “xxx” ASC-yə ödənilməsi, “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013cü il tarixli 117427-1-8866 saylı Baş kredit razılaşmasının və xx.xx.2013-cü il tarixli 117427-18866/1 saylı, Kommersiya krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxx” ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müqavilə üzrə xx.xx.2015-ci il tarixə banka borclu olduğu 21129,52 ABŞ dolları məbləğində əsas borcun, 4634,14 ABŞ dolları məbləğində faizin və 1195 ABŞ dolları məbləğində cərimənin, cəmi 26958,66 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka pre dmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq “xxx” ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan E nömrəli mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2 qeydiyyatdan çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin məcburi qaydada boşaldılaraq ilkin satış qiyməti 37000 manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “xxx” ASC-yə ödənilməsi, “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013cü il tarixli 117427-1-8866 saylı Baş kredit razılaşmasının və xx.xx.2013-cü il tarixli 117427-18866/ 1 saylı, Kommersiya krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxx” ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müqavilə üzrə xx.xx.2015-ci il tarixə banka borclu olduğu 21129,52 ABŞ dolları məbləğində əsas borcun, 4634,14 ABŞ dolları məbləğində faizin və 1195 ABŞ dolları məbləğində cərimənin, cəmi 26958,66 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada alınaraq “xxx” ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan E nömrəli mənzilə yönəldilməsi, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2 qeydiyyatdan çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin məcburi qaydada boşaldılaraq açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin “xxx” ASC-yə ödənilməsi, “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117427-1-8866 saylı Baş kredit razılaşmasının və xx.xx.2013-cü il tarixli 117427-1-8866/1 saylı, Kommersiya krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəki li R kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi kollegiyası qətnaməni qüvvədə saxlayarkən iddianın təmin etdiyi hissədə birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara qiymət verilməsi hissəsində buraxdığı səhvləri araşdırıb onlara da düzgün qiymət verməli olduğu halda, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların mövcudluğunu nəzərə almadığından, Azərbaycan Respublikası MPM-nin 9.3, 88, 217, 220-ci maddələrinin tələblərini pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmiş, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx xxxxxx 2005-ci il tarixli qərarının 2.2., 2.4, 6.2., 6.3., 17-ci bəndlərinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumlarının Qərarlarının tələblərinə zidd qətnamə çıxarmışdır.Hakim qətnaməsini əsaslandırarkən guya mütəxəssisin verdiyi rəyin tam əsaslı olmasını, ancaq müstəqil qiymətləndiricinin rəyinin hansı resurslardan qaynaqlandığı göstərilmədiyini bildirmişdir. Əslində isə, həmin rəy sadəcə söz yığını olmaqla real vəziyyəti əks etdirməmişdir, metodikanın nədən ibarət olması qeyd olunmamışdır, müstəqil ekspertin rəyində evin dislokasiyası və vəziyyəti, digər hallar çox yaxşı qeyd edilmişdir. Hər bir halda, qiymətlər arasında kəskin fərq olduqda, araşdırma aparılmalı idi, fikir bildirməyə şərait yaradılmalı idi.Hakim qətnaməsini əsaslandırarkən guya mütəxəssisin verdiyi rəyin tam əsaslı olmasını, ancaq müstəqil qiymətləndiricinin rəyinin hansı resurslardan qaynaqlandığı göstərilmədiyini bildirm işdir. Əslində isə, həmin rəy sadəcə söz yığını olmaqla real vəziyyəti əks etdirməmişdir, metodikanın nədən ibarət olması qeyd olunmamışdır, müstəqil ekspertin rəyində evin dislokasiyası və vəziyyəti, digər hallar çox yaxşı qeyd edilmişdir. Hər bir halda, qiymətlər arasında kəskin fərq olduqda, araşdırma aparılmalı idi, fikir bildirməyə şərait yaradılmalı idi. Prosessual pozuntu olaraq isə bildirmişlər ki, məhkəmə onların iştirakı olmadan işə baxmış, MPMnin 376,.2-ci maddəsini rəhbər tutmuşdur. Qeyd edirlər ki, məhkəmənin ekspertizadan sonra cavabdehin ünvanına hər hansı bildirişin çatdırılması barədə məlumat olmamışdır. Bununla bağlı, Azərpoçtdan alınmış arayışda da müəyyən edilmişdir ki, cavabdehə ünvanlanmış bildiriş çatdırılmamış, çeşidlənmə zamanı səhvən geri qaytarılmışdır. İşin baxı lmasının təxirə alınması və cavabdehin ekspert rəyi ilə tanış olmasını, fikirlərinin öyrənilməsini təmin etmək əvəzinə məhkəmə tələsik qətnamə çıxarmışdır. Bununla da, onun məhkəmədə müdafiə hüququ təmin edilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxxnömrəli qətnaməsinin ləğv edilməsi və apelyasiya şikayətinə yenidən baxılması üçün işin apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1vəkili R və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, virus simptomları ilə əlaqədar evdə müalicədə olmasını bildirmiş, məhkəmə iclasının 20-25 gün təxirə salınmasını xahiş etmişdir. Lakin o, virus simtomu ilə əlaqədar müalicə alması barədə məhkəməyə hər hansı sübut ünvanlamamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxx” ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxxnömrəli qətnaməsinin dəyişdirilmədən saxlnmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı “xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013cü il tarixli Baş kredit razılaşmasına əsasən bank kreditalana xx xxxxxxxx 2013-cü il tarixdən xx xxxxxxxx 2023-cü il tarixədək 200000 ABŞ dolları məbləğində kredit xətti açmışdır.xx xxxxxxxx 2013-cü il tarixli Kommersiya krediti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24% ödəmək şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir.“xxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olmaqla E nömrəli mənzili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı olaraq ipoteka qoymuşdur. Bankın ipoteka hüququ qeydə alınmışdır. “xxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, həmin zamin sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş, həmin bildiriş də qeydə alınmışdır. “xxxx” MMC tərəfindən ipote ka predmeti olan əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, evin bazar dəyərinin 37000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 8344 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxxxx 2013cü il tarixli 117427-1-8866/1 saylı Kommersiya krediti müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 banka olan borcu xx.xx.2014-cü il tarixə illik 24%-lə (sualda göstərilən tarixə) 26568,27 ABŞ dolları məbləğində və xx.xx.2015-ci il tarixə illik 25% (sualda göstərilən tarixə) banka olan borcu 25747,47 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, xx.xx.2014-cü il tarixə əs as borc üzrə 26374,86 ABŞ dolları, faiz borcu üzrə 193,42 ABŞ dolları, xx.xx.2015-ci il tarixə əsas borc üzrə 21114,10 ABŞ dolları, faiz borcu üzrə 4633, 37 ABŞ dolları müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasınınxx.xx.2018-ci il tarixli 12335 nömrəli rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxxxx 2013cü il tarixli 117427-1-8866/1 saylı Kommersiya krediti müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 banka olan borcu xx.xx.2014-cü il tarixə illik 24%-lə (sualda göstərilən tarixə) 27160,78 ABŞ dolları məbləğində və xx.xx.2015-ci il tarixə illik 25% (sualda göstərilən tarixə) banka olan borcu 26942,47 ABŞ dolları məbləğində m üəyyən olunur. O cümlədən, xx.xx.2014-cü il tarixə əsas borc üzrə 26374,86 ABŞ dolları, faiz borcu üzrə 193,42 ABŞ dolları, cərimə borcu üzrə 592,5 ABŞ dolları, xx.xx.2015-ci il tarixə əsas borc üzrə 21114,10 ABŞ dolları, faiz borcu üzrə 4633, 37 ABŞ dolları, cərimə borcu üzrə 1195 ABŞ dolları müəyyən olunur. Apelyasiya icraatı zamanı iş üzrə alınmış “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyindən məlum olur ki, evin hazırkı bazar dəyəri 37000 manatdır. Göründüyü kimi, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini yetirməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, iddiaçı bank həmin müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Buna görə də kredit müqaviləsinin müddəti başa çatmamış bankın hazırkı iddianı qaldırmasının düzgün olmaması barədə apelyasiya şikayətinin dəlili əsassızdır. Cavabdeh apelyasiya şikayətində ipoteka predmeti olan mənzilin real dəyəri yuxarı olduğu halda, müstəqil qiymətləndirici tərəfindən evin qiymətinin aşağı müəyyən edilməsini bildirmişdir. Lakin apelyasiya icraatı zamanı alınmış mütəxəssis rəyi ilə yataqxana tipli mənzil olan ipoteka predmetinin bazar qiymətinin 37000 manat olması bir daha öz təsdiqini tapmışdır. Apelyasiya şikayətinə əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş Daşınmaz əmlakların qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy kifayət qədər əsaslandırılmamış, rəy vermiş şəxsin kimliyi, qiymətləndirmə sahəsində ixtisaslaşması və bu sahədə neçə il fəaliyyət göstərməsi qeyd olunmamışdır. Həmin MMC tərəfindən qiymətləndirmə barədə rəy v erilərkən həmin rəyin konkret hansı internet resurslarından, rieltor qurumlarından və digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında verilməsi qeyd olunmamışdır. Cavabdeh1 müraciəti əsasında “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı və apelyasiya icraatı zamanı məhkəmənin qərardadı əsasında “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatı daha əsaslandırılmış və bir-birinə uyğun olduğundan, apelyasiya kollegiyası ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 37000 manat olmasını qəbul etmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətindən aydın olur ki, cavabdeh kasasiya şikayətində ekspert və qiymətləndirmə rəyinin qeyri-mötəbərliyinə dəlil olaraq istinad etmiş, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Quiymətləndirmə rəyi ilə bağlı istinad etdiyi sübuta gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı da cavabdehin istinad etdiyi qiymətləndirmə rəyinin apelyasiya kollegiyası tərəfindən nəzərə alınmamasının əsasları müəyyən edilmişdir. Cavabdehin digər dəlili məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmaması, məhkəmə iclasında iştirak edib rəylərə münasibət bildirə bilməməsi, bununla da onun məhkəmədə müdafiə hüququnun pozulması barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə bildirişi ünvanlanmış, məhkəmə prosessual qanunvericiliy in tələblərinə riayət etməklə işə baxılmasını davam etdirib yekun məhkəmə aktı qəbul etmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə gö rə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka s axlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqan ında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanı n yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxxnömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar