Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4449/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cəlilabad Rayon Mərkəzi X1rşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cəlilabad Rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2023-cü il tarixli 2(106)-999/2023 saylı qətnaməsindən İddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Əhmədova X2 rayon X6 X11 xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi bölümündə çalışmışdır.
2. Cəlilabad rayon X6 Hüquqi Şəxsinin 19 iyul 2022-ci il tarixli, 85 saylı əmri ilə İddiaçı dəfələrlə işində yol verdiyi nöqsanları, işə vaxtında gəlmədiyi, verilən tapşırıqları vaxtında icra etmədiyi o cümlədən Cəlilabad rayon sakini Rzayeva Aliyə adlı vətəndaşdan rüşvət aldığı haqqında şikayət ərizəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir.
3. Cəlilabad rayon X6 Hüquqi Şəxsinin 26 sentyabr 2022-ci il tarixli, 1598 saylı əmri ilə İddiaçı ilə bağlanmı ş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbi onun 12-14 sentyabr 2022-ci il tarixlərdə işə gəlməməsi olmuşdur. İddiaçı əmək kitabçası və həmin əmrin surəti son iş günü verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Cəlilabad Rayon Mərkəzi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 26 sentyabr 2022-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və 26 sentyabr 2022-ci il tarixdən işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xəstəxananın direktoru Elnur Azadxanovun təkidi və təzyiqi ilə xx.xx.2022-ci ildə ona intizam tənbehinin verilməsi haqqında 85 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq sifarişli Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin müdiri Faiq Qurbanovun xx.xx.2022-ci il tarixli təqdimatı əsasında töhmət verilmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə yoldaşı X8 xəstəxananın direktoru X4 məhkəməsində çəkişməli olduqları an və məhkəmənin qərar verildiyi gün və saatda, tanımadığı Cəlilabad rayon sakini Aliyə Rzayeva adlı şəxsin onun barəsində rüşvətlə bağlı etdiyi şikayət, onun haqsız şərlənərək işdən qanunsuz çıxarılmasının sübutudur. İşlədiyi müddətdə müqavilənin şərtlərinə əməl etmiş, işə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin cavabdeh ondan qisas almaq məqsədi ilə ə mək müqaviləsinə xitam verilməsi haqqında Cəlilabad rayon X3 İttifaqı rayon şurasının xx.xx.2022-ci il tarixli 9 saylı protokoluna əsasən xx.xx.2022-ci il tarixli 1598-k saylı əmri ilə onu rüşvət və işə gəlməməklə şərləyərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən kənarlaşdırılmasının bir daha qərəzli olduğunu göstərmişdir. Cavabdeh onun barəsində əmr verərkən 2022-ci illə 2021-ci ili səhv salmış və tələsik halda saxta qərar vermişdir. Bu səbəbdən cavabdeh ona 3 aylıq maddi ziyan ödəməlidir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Cəlilabad RMX PHŞ Dəstək xidmətləri söbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində işləmişdir. İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq heç bir üzrlü səbəb olmadan müxtəlif taixlərdə işə çıxmadığı üçün Cəlilabad rayon X6 Hüquqi Şəxsin direktoru Elnur Azadxanov tərəfindən onun işdən azad olunması barədə əmr verilmişdir. Həmin əmr qanuni və əsaslıdır.
7. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-360/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev) iddia təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı Cəlilabad RMX PHŞ Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirmə miş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının hərəkətlərində əmək qanunvericiliyinin normalarında göstərilən hallar mövcud olduğu üçün iddiaçı haqlı olaraq vəzifəsindən kənarlaşdırılmışdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127 (İİ hissə), 129 (İİİ hissə)-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsi, 10-cu maddəsinin “a” və “b” bəndləri, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “a”, “c”, “d” “e” bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 218.3-cü maddə lərinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarını pozmaqla, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan hallar sübut edilmədən qəbul edilmiş, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya böhtan atan Cəlilabad rayon sakini Aliyə Rzayeva məhkəməyə dəvət olunmamış və iddiaçının ondan rüşvət alması məhkəmə tərəfindən təsdiq olunmadan sübuta yetirilmişdir. Ona görə də, məhkəmə qətnamə qəbul edərkən düzgün hüquqi n əticəyə gəlməmişdir. Məhkəmənin bu mövqeyinə görə iddiaçının işə bərpa olunma tələbi təmin edilməmişdir. Qeyd edilən hallar təmin edilsəydi, tərəflər arasında yaranmış mübahisə ədalətli şəkildə həll edilərdi. X12 Sığorta üzrə X13 Ərazi Bölmələrini X5 Rayon X6 Hüquqi Şəxsi tərəfindən ona xx.xx.2022-ci il tarixdə intizam tənbehinin verilməsi haqqında 85 nömrəli əmr verilmiş, əsas kimi isə Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin müdiri Faiq Qurbanovun təqdimatı və vətəndaş Aliyə Rzayevanın şikayəti göstərilmişdir. Tibbi Ərazi Bölmələri X5 Rayon X6 Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə Əmək Müqaviləsinə xitam verilməsi haqqında № 1598-k nömrəli əmr verilmiş və əsas kimi isə təqdim olunmuş sənədlər və Cəlilabad Rayon X3 İttifaqı Rayon Şurasının xx.xx.2022-ci il tarixli 9-sa ylı protokolu göstərilmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli əmrlər arasında ziddiyyətin mövcud olduğunu vurğulamışdır.
13. İddiaçı həmçinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Aliyə Rzayevanı tanımır, işlədiyi müddətdə cəmi bir töhməti olmuşdur, şiddətli töhmət verilməsindən isə xəbəri yoxdur. Həmçinin cavabdeh tərəfindən 26 sentyabr 2022-ci il tarixli əmr üçün əsas olaraq təqdim olunmuş sənədlərin saxta olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 12, 13 və 14 sentyabr 2022-ci il tarixlərdə vərəm xəstəxanasında müalicədə olmuş, lakin bununla bağlı məhkəməyə bülleten təqdim etməmişdir. Lakin qeyri-rəsmi olaraq icazə aldığını, icazə vərəqəsini məhkəməyə təqdim etsə də, iş ma teriallarına əlavə olunmadığını qeyd etmişdir. Həmin sənədin isə yenidən əldə edilməsinin mümkünsüzlüyünü bildirmişdir. X7 tərəfindən təqdim olunmalı olduğunu, lakin xəstəxana ona qarşı qərəzli olduğuna görə vermədiklərini bildirmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-999/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), C.İmanov, T.Kərimov) apellyasiya şikayəti təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin işdə olan sübutların düzgün qiymətləndirilməməsi, Aliyə Rzayeva adlı şəxsin məhkəməyə dəvət olunmaması, 19 iyul 2022-ci il və 26 sentyabr 2021-ci il tarixli əmrlər arasında ziddiyyətin mövcudluğu barədə dəlilləri ilə ba ğlı qeyd etmişdir ki, iddiaçı həmin dəlillərin əsaslarına dair hər hansı mötəbər sübutlarını təqdim etməmiş və ya adı çəkilən Aliyə Rzayevanın məhkəmədə dindirilməsinin iş üçün hansı əhəmiyyət kəsb etdiyini əsaslandırmamışdır.
16. Bundan əlavə, iddiaçı 12-14 sentyabr 2022-ci il tarixlərdə işdə olmaması faktı barədə bildirmişdir ki, işlədiyi müəssisənin icazəsi əsasında vərəm xəstəxanasında ambulator müalicədə olmuşdur. Bununla bağlı xəstəxana rəhbərliyi tərəfindən qərəzli olaraq məhkəməyə bülleten təqdim edilməmişdir. Kollegiya diqqətə çatdırır ki, iddiaçı izahatında qeyri-rəsmi icazə aldığını bildirmiş və müvafiq icazə vərəqəsi isə iş materiallarında mövcud deyildir. Habelə işdə olan 4 nömrəli Vərəm əleyhinə Dispanserin 14 sentyabr 2022-ci il tarixli ambulator kitabçadan çıxarışın surətin dən də görünür ki, iddiaçı yalnız 12 sentyabr 2022-ci il tarixdə diaqnostik müayinələrdən keçmişdir. Onun işdə olmadığı 13-14 sentyabr 2022-ci il tarixlərdə isə hər hansı müayinə və ya mülaicələrlə bağlı hər hansı hal müəyyən edilmir. İddiaçı qeyd edilən günlərdə xəstə olmasını və bununla da, işdə olmamasının səbəblərinin üzrlü olmasını heç bir sübutla təsdiq edə bilməmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir.
18. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə, 10-cu maddəsinin “a” bəndinə, 14.1-ci maddəsinə,42.1, 42.2-ci maddələrinə, 45.1, 45.2-ci maddələrinə, 70-ci maddəsin in “ç” bəndinə, 72-ci maddəsinin “a”, “c”, “d”, “e” bəndlərinə, 187.1, 187.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassator şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandı rmış və əlavə olaraq qeyd etmişdir ki, adı çəkilən əmrlər hamısı saxtadır və müəyyən prinsiplərə görə tərtib olunmuşdur. Qeyd olunan müddətlərdə iddiaçı xəstə olduğundan hər hansı sənəd fikirləşməmiş və işdən çıxarkən xəstəxana rəhbərliyindən icazə alaraq çıxmışdır. Həmçinin, Həmkarlar İttifaqının iclasından məlumatı olmamış, iclaslar onun xəbəri olmadan keçirilmiş və barəsində intizam tənbehi tətbiq olunmuşdur. Lakin məhkəmə qeyd olunan halların heç birini araşdırmadan qətnamə qəbul etmişdir.
21. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62, 70, 72, 187, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Əmək Məcəlləsi
23. Maddə 3.3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, belə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
24. Maddə 10 “a” bəndi. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifəsidir.
25. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
26. Maddə 72 “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
27. Maddə 72 “e” bəndi. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
28. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
29. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aş kar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələ ndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İşə bərpa olunması barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əm ək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi müəyyən edilmişdir.
43. İşə baxmış məhkəmələr tərəfindən də işin halları bu norma əsasında təhlil edilmiş və müəyyən edilmişdir ki, iddiaçı - Cəlilabad rayon X6 X11 xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin mühafizəçisi İddiaçı 12-14 sentyabr 2022-ci il tarixlərdə işə gəlməmişdir.
44. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən müəyyən olunmuş iddiaçının yol verdiyi intizam xətaları onunla əmək müqaviləsinə xitam verilməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində (72-ci maddənin a) bəndinə istinadən) müəyyən olunmuş əsaslara uyğundur. İşə baxmış məhkəmələr də mübahisənin həllinə məhz bu normanı tətbiq etmiş, işin hallarını bu normanın dispozisiya şərtləri əsasında təhlil edərək o nəticəyə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.
45. Kassatorun onunla əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması barədə dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl araşdırılmış və hüquqi qiymət verilmişdir. Kassasiya kollegiyası həmin əsaslandırma və gə linən nəticə ilə razılaşır.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilm əsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 avqust 2023-cü il tarixli 2(106)-999/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.