Məhkəmə qərarları › İş №2(102)-4450/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4450/2018

05.07.2018 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4450/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4450/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 və vəkili Vəkilin iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “birgə nikah dövründə əldə edilmiş daşınar əmlakın bölgüsü və alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mü lki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.02.2018-ci il tarixli 2(103)-247/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "Mercedes-Benz C 200" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 06.01.2015-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin avtomobilin Cavabdeh1 ilə İddiaçı birgə nikahı dövründə əldə edildiyindən, paylı mülkiyyət olaraq onların arasında bölünməsi, məhkəmə bölgünü həyata keçirərkən İddiaçı himayəsin də bir nəfər azyaşlı uşağının olmasını, ailədə diqqətəlayiq rolunu nəzərə alaraq avtomobilin 2/3 hissəsinin iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-502/2017 saylı 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ilə X3 arasında bağlanmış "Mercedes-Benz C 200" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin 06.01.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "Mercedes-Benz C 200" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlak kimi onlar arasında bölünməsi, həmin əmlak üzərində İddiaçı 2/3 pay hüququnun və Cavabdeh1 1/3 pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması, hazı rki qətnamənin İddiaçı və Cavabdeh1 göstərilən avtomobil üzərində paylı mülkiyyət hüquqlarının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınması üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4531/2017 saylı 18 may 2017-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunmaqla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-502/2017 saylı 26 yanvar 2017-ci il tarixli qətnaməsi qismən - "Mercedes-Benz C 200" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı 2/3 pay hüququ və Cavabdeh1 1/3 pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması hissəsində dəyişdirilməsi, "Mercedes-Benz S 200" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçıın 1/2 pay hüququ və Cavabdeh1 1/2 pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7791/2017 saylı 23 noyabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4531/2017 saylı 18 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.02.2018-ci il tarixli 2(103)247/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli, 2(006)-502/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək Cavabdeh1 4000 ABŞ dolları (dörd min) ABŞ dolları ) Mərkəzi Bankın müə yyən etdiyi məzənnə üzrə manatla pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.02.2018-ci il tarixli 2(103)-247/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2018-ci il tarixli qətnaməsi ona qarşı qərəzli, əsassız, ədalətsiz və qeyri-obyektivdir, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 337.1, 340.1-ci maddələri tətbiq edilməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 217.1, 217.3, 217.4, 21 8.3-cü maddələrinin tələbləri pozulmuş, məhkəmə iddia tələbini mahiyyəti üzrə araşdırmamış, iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddia tələbi “birgə nikah dövründə əldə edilmiş “Mercedes-Benz C 200” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin paylara bölünməsi, iddiaçının payının müəyyən edilib verilməsi” tələbi olmasına baxmayaraq, işə baxan məhkəmə mübahisə predmetinə çevriliş avtomobilin hazırki bazar dəyərini müəyyən etmək üçün ekspertiza keçirilməsi, ekspertiza yolu ilə avtomobilin bazar dəyərinin müəyyən edilməsi barədə tərəfindən verilmiş vəsatəti təmin etməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Bundan başqa, işə baxan məhkəmə iddianın predmeti olan “Mercedes-Benz C 200” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin uydurma əqd əsasında at asının adına keçirilməsi barədə alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını, avtomobilin atasının pulu ilə Gürcüstandan alınıb-gətirilməsini, birgə nikah dövründə iddiaçının da onunla birlikdə həmin avtomobildən minik vasitəsi kimi istifadə etməsini avtomobilin birgə nikah dövründə ailələri tərəfindən istismar edilməsini, sonradan iddiaçı ilə münasibətləri pozulmağa başladığı üçün atasının puluna alınmış avtomobilin atasının adına keçirilməsini, avtomobilə görə atasının ona pul ödəməməsini, uydurma alqısatqı tərtib olunan zamanı avtomobilə görə atası tərəfindən heç bir ödənişin olmamasını yoxlamamış, iş üçün son dərəcə mühüm əhəmiyyəti olan bu kimi faktiki halları düzgün qiymətləndirməmişdir. Nəticədə, işə yenidən baxan Bakı Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normaları nı kobud surətdə pozmuş, bu kimi pozuntular sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə hesab edir ki, Bakı Apellyasiya məhkəməsinin hazırki iş üzrə 02 fevral 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iddianın predmeti olan avtomobilin paylara bölünməsi üçün bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsindən ötrü iş yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak eytdiyindən Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, **-HC-*** dövlət qeydiyyat nişanlı "Mercedes-Benz C200" markalı avtomobil ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh1 adına 18.03.2014-cü il tarixdə qeydiyyata alı nmış, onun tərəfindən verilmiş 28.03.2014-cü il tarixli etibarnamə ilə atası X3-ə 28.03.2015-ci il tarixədək “Mercedes-Benz C 200” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək hüququ verilmişdir. İş materiallarında olan BDYPİ-nin 04.02.2015-ci il tarixli, 016-Q967 saylı məktubuna və Cavabdeh1 ilə alıcı X3 arasında bağlanmış 06.01.2015-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən avtomaşın həmin tarixdə onun adından qeydiyyatdan çıxarılaraq alqı-satqı müqaviləsi əsasında həmin gün də ünvan 1 ünvanda qeydiyyatda olan X3-ün adına təkrar qeydiyyata alınmışdır. Yəni, mülkiyyətçi özünə məxsus “Mercedes-Benz C 200” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili 8000 (səkkiz min) ABŞ dollarına X3-ə satmışdır. Sözügedən avtomobilin sonunc unun mülkiyyətində olmasını təsdiq edən AC seriyalı 333463 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş və həmin avtomobilin etibarnamə əsasında Sumqayıt şəhəri, məhəllə 26, Metallurq sanatoriyası ünvanda yaşayan Cavabdeh1 və ünvan 3ün X3-ə istifadəsinə verilməsi barədə BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcuddur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)3438/2015 saylı, 19.03.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Füzuli rayon Qeydiyyat şöbəsində Cavabdeh1 ilə İddiaçı arasında 11 fevral 2013-cü il tarixdə 48 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, 18 fevral 2014-cü il təvəllüdlü X6 və 10 dekabr 2014-cü il təvəllüdlü X4-ü anaları İddiaçı yanında saxlanılmaları, 18 fevral 2014-cü il təvəll üdlü X6 və 10 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 fevral 2015-ci il tarixdən başlayaraq Cavabdeh1 hər ay, hər uşaq üçün 108 (yüz səkkiz) manat olmaqla, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, 18 fevral 2014-cü il təvəllüdlü X6 və 10 dekabr 2014-cü il təvəllüdlü X4-ü üç yaşına çatana kimi saxlaması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçının iddia tələbi iki hissədən ibarət olmuşdur: Cavabdeh1 ilə atası X5 arasında bağlanmış 06.01.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin 2/3 hissəsinin iddiaçının xeyrinə verilməs i. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7689/17 saylı, 08 noyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.4-cü maddəsinə və MM-nin 340-cı maddəsinə istinad edərək, ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə razılığın yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman nəzərdə tutulduğunu, daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ailə üzvlərinin razılığının alınması barədə hər hansı qanunvericilik normasının mövcud olmadığını qeyd edərək, göstərmişdir ki, hazırki işdə alqı-satqı müqaviləsinin uydurma və görünüş üçün bağlanmış yalan əqd hesab olunması üçün əsaslar yoxdur. Nəqliyyat vasitəsi iddiaçı ilə Cavabdeh1 nikahda olduqları dövrdə satılmış, bundan üç ay sonra tərəflər arasında olan nika h pozulmuş, iddia tələbi isə alqı-satqıdan təqribən 1 il 9 ay sonra, habelə avtomaşının mülkiyyətçisi X5 öləndən sonra irəli sürülmüşdür. Məhkəmələr nəqliyyat vasitəsinin artıq X5dən qalmış miras əmlakın kütləsinə aid olmasını, müqavilənin etibarsız sayılmasının Cavabdeh1 başqa onun digər vərəsələrinin maraqlarına toxunmasını nəzərə almamış, İddiaçı avtomaşına deyil, avtomaşının satışından əldə edilmiş 8000 ABŞ dollarına birgə mülkiyyət hüququnun olduğunu nəzərə almamışdır. Cavabdeh1 avtomaşının satışından 8000 ABŞ dolları almaması barədə izahatını qəbul edən məhkəmələr 8000 ABŞ dollarının deyil, artıq uzun müddət istismar olunan və miras əmlak hesab edilən avtomaşını onunla və keçmiş arvadı arasında bölünməsinin cavabdehin maraqlarına da uyğun olmasına əhəmiyyət verməmişdir. Şərh olunanla rı nəzərə alan kassasiya kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 225.1.-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 22.2 və 22.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstəril ən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. - 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəl irləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 33.1-ci maddəsinə əsasən ər-arvad ümumi əmlakın onlardan hər hansı birinin qazancı hesabına əldə olunmasından asılı olmayaraq həmin əmlak barəsində sahiblik, ondan istifadə və ona dair sərəncam vermə üzrə bərabər hüquqları vardır. - 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdik də həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1. və 37.2-ci maddələrinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəm əsinin qərarında şərh edilən göstərişləri rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, mübahisəli avtomobilin alqı-satqı müqaviləsinin uydurma və görünüş üçün bağlanmış yalan əqd hesab olunması üçün əsaslar mövcud deyildir. Avtomobil tərəflərin birgə nikahı dövründə alqı-satqı müqaviləsinə əsasən 8000 ABŞ dollarına başqa şəxsin, yəni cavabdehin atasının adına qeydə alınmışdır. Bundan bir neçə ay sonra tərəflərin nikahı pozulmuş, 09 sentyabr 2016-cı il tarixdə isə, cavabdehin atası, avtomobilin mülkiyyətçisi X3 vəfat etmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-7689/17 saylı, 08 noyabr 2017-ci il tarixli qərarında şərh edilən göstərişlərini də nəzərə alaraq iddiaçı tərəfin iddiaçının avtomobilin pulla ifadə olunan dəyərinin üçdə iki hissəsi tələbinə apellyasiya instan siyası məhkəməsinin iddiaçı ilə cavabdeh arasında qeyd olunan məbləğin bərabər bölünməli olmasına dair verdiyi hüquqi qiymətlə razılaşır. İddiaçı qeyd olunan əmlakın dəyərinin üçdə iki hissəsini özünün xeyrinə ödənilməsini tələb etsə də, buna dair, yəni Ailə Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş hallara, o cümlədən özünün hər hansı bir üstün mənafeyinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, məhkəmə tədqiqi zamanı həmin halların mövcudluğu aşkar edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın boşanmadan sonra iddiaçının yanında qalması da avtomobilin dəyərinin qeyribərabər bölünməsinə əsas verməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Beləliklə də, kassasiya kollegiyası ka ssasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçün tətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh1 və vəkili Vəkilinkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.02.2018-ci il tarixli 2(103)-247/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar