Məhkəmə qərarları › İş №2(102)-4464/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4464/2019

13.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4464/2019 13.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: A.İ.Paşayev; 2(006)-1607/2017) İddiaçı ca vabdeh “Cavabdeh Azərbaycan” Bank Olmayan Kredit Təşkilatına qarşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, M.S.Hüseynov, E.Q.Nəbiyev; iş 2(103)-49/2018)İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli ləğv edilmiş, “Cavabdeh Azerbaijan” Bank Olmayan Kredit Təşkilatının direktorunun İddiaçı tutduğu vəzifədən azad olunmasına dair 05 dekabr 2016-cı il tarixli əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəllər işlədiyi “Cavabdeh Azerbaijan” Bank Olmayan Kredit Təşkilatına kredit işçisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolle giyasının 12 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Ə.Ə.Əliyev, Q.A.Əsgərov; iş 2(102)-6201/2018)Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, Ş.A.Məmmədova, V.T.Həsənov iş 2(103)12048/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilmə si barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 19 yanvar 2017-ci il tarixdə İddiaçı “Cavabdeh Azərbaycan” Bank Olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tutduğu vəzifədən azad olunmasına dair 05 dekabr 2016-cı il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı 2016-cı ilin oktyabr ayında məhkəmə qər arı ilə işə bərpa olunan zaman, cavabdeh təşkilatın direktoru dərhal onunla işləmək arzusu olmadığını bildirərək, qərəzli şəkildə əmək şəraitinin şərtlərini dəyişdirmək adı ilə əslində isə işçini işdən azad etməsinə zəmin yaratmasına dair yazılı məlumatla xəbərdar etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilini araşdırarkən iddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermədiyi təqdirdə cavabdeh təşkilatın üzərinə qanunla işçini başqa vəzifəyə keçirmək öhdəliyinin olmasına qiymət verməmişdir. Həmin öhdəlik cavabdeh tərəfindən layiqincə icra olunub olunmadığı və işçini hansı səbəbdən başqa vəzifəyə keçrimək mümkün olmadığı barədə müvafiq araşdırma məhkəmə tərəfindən aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini mü dafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdeh "Cavabdeh Azerbaijan" QBKT MMM-də kredit işçisi kimi çalışmış, həmin vəzifəyə qəbul ed ilərkən onun əmək haqqı 200 manat (241 dollar) müəyyən edilmiş, sonrakı dövrlərdə onun əmək haqqı bir necə dəfə artırılmış, cavabdehtəşkilatın gəlirlərinin artması ilə bağlı olaraq sonuncu dəfə 01 iyul 2014-cü il tarixində onun əmək haqqı yüksəldilməklə 798 manatdan 1765 manata qaldırılmışdır. 26 dekabr 2014-cü il tarixli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair 26 dekabr 2014-cü il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməklə onun əvvəlki vəzifəsinə bərpa edilməsi və s. qət edilmiş, qeyd edilmiş qətnamə qanuni qüvvəsini alaraq icra edilmiş və o, 20.20.2016-ci il tarixdə əvvəlki işinə bərpa olunmuşdur. İddiaçı işə bərpa olunduqdan sonra cavabdeh tərəfindən ona verilmiş 31 oktyabr 2016cı il tarixli bildirişə görə təşkilat 2015 və 2016-cı illərdə zərərlə işlədiyindən əmək haqlarının azaldılması zərurəti yaranmış və bununla əlaqədar iddiaçıya 300 manat məbləğində əmək haqqı ödənilməklə işini davam etdirməsi təklif olunmuşdur. Bildirişdə iddiaçı həmçinin xəbərdar olunmuşdur ki, ona edilən təkliflə razılaşmayacağı təqdirdə başqa vəzifəyə keçirilməsi müvafiq vakant vəzifəsinin olmaması səbəbindən mümkün olmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İşəgötürənin 05 dekabr 2016-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən işdən az ad edilmiş və bu zaman əsas kimi iddiaçıya təqdim edilmiş 05 dekabr 2016-cı il tarixli xəbərdarlıq bildirişini əsas göstərilmiş, 2015, 2016-cı illərdə zərərlə işləməsini təsdiq edən sübut kimi Təşkilatın 31 dekabr 2015-ci il tarixinə bitən il üzrə maliyyə hesabatlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaya olan etirazının əsası kimi ona istinad etmişdir ki, 2015-ci ilin fevral və dekabr aylarında manatın ard-arda devalvasiyasından sonra, təşkilatın lisenziya üzrə icazə verilmiş yeganə fəaliyyət sahəsi olan "kreditlər vermək" fəaliyyəti tamamilə məhdudlaşmış, cavabdehtəşkilat 2014-ci il üzrə 8.120 min (səkkiz milyon yüz iyirmi min) manat gəlir əldə etdiyi halda, kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatına əsasən cavabdehtəşkilat 2015-ci ili 13.530 min (on üç milyon beş yüz otuz min) manat zərərlə, 2016-ci ili isə 38.661 min (otuz səkkiz milyon altı yüz altımış bir min) manat zərərlə başa vurmuşdur. Həmin əsasla işçilərin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, yəni əmək haqlarının azaldılması zəruri olmuş və iddiaçıya yazılı bildirişlə 1 ay əvvəlcədən əmək haqqının azaldılaraq vergilər və icbari ödənişlər xaric olmaqla 300 manat müəyyən edilməsi təklif edilmiş, iddiaçı həmin məbləğdə əmək haqqına razı olmadığı üçün onun əmək müqaviləsinə xəbərdarlıq müddətinin sonunda cavabdehtəşkilatın 05 dekabr 2016-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndi ilə xitam verilmişdir. Eyni zamanda iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürdüyü əsas və yeganə dəlili ondan ibarət olmuşdur ki,onun əmək haqqının birdə n birə azaldılması qərəzli olmuş və bu onun daha əvvəl məhkəmə qərarı əsasında işə bərpa edilməsi ilə bağlı olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, əmək haqqının məbləğinin azaldılması zərurətdən edilmişdir. Belə ki, cavabdeh 2015-ci ili 15.530.000 manat zərərələ, 2016-cı ili isə 38.661.000 manat zərərlə başa vurmuşdur. Buna səbəb manatın devalvasiyası olmuş, cavabdehin əsas fəaliyyəti- kredit verilməsi məhdudlaşmış, cavabdehin zərər çəkməsi isə əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti yaratmışdır. Cavabdeh özünün maliyyə vəziyyətinin pisləşdiyini təsdiq edən kifayət qədər sübutu məhkəməyə təqdim etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu və ya cavabdehin təqdim etdiyi sübutların saxtalığını təsdiq edə n hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin yalnız bir nəfərlə əmək münasibətinə xitam vermək üçün özünün maliyyə vəziyyəti barədə saxta sübutlar hazırlaması inandırıcı deyil. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya qarşı qərəzli münasibət olmamışdır. Belə ki, iddiaçı kredit işçisi olmuş, devalvasiyadan sonra kredit verilməsi məhdudlaşdığına görə ilk növbədə kredit işçilərinin əmək haqlarının məbləği azaldılıb. İddiaçının tutduğu vəzifəyə uyğun vəzifədə çalışan digər işçilərin də əmək haqlarının məbləği azaldılıb, bu səbəbdən bir sıra işçilər əmək münasibətlərini davam etdirməkdən imtina etmişlər. Qeyd edilən hallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu və ya cavabde hin təqdim etdiyi sübutların saxtalığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin yalnız bir nəfərlə əmək münasibətinə xitam vermək üçün digər işçilərə qarşı qərəzli münasibət göstərməsi və digər işçilər barədə saxta sübutlar hazırlaması inandırıcı deyil. İddiaçının əmək haqqının məbləğinin azalması isə birdən-birə deyil, 2 il ərzində tədricən baş vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə görə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdir ilməsinə yol verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instasiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2 018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar