Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4465/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, kreditin valyutası haqqında razılaşma) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” İKB ASC-nin vəkili X1, Cavabdeh1, nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, RBB(İ)010 №-li kredit müqaviləsinə əsasən, Bank, Cavabdeh1 illik 15.5% olmaqla, 240 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 35.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh1 vermişdir. xx xxxxxx 2007-ci il tarixli, eyni nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 Əlibaba qızı mülkiyyətində olan, xxx ümumi sahədən ibarət xxx lini ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka müqaviləsi notarial qaydada tə sdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq, Cavabdeh1 öhdəliyin icrasını gecikdirərək borcunu vaxtında qaytarmamışdır. İddiaçı, cavabdehə müvafiq qaydada pretenziya məktubu göndərməklə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və məhkəmədə iddia qaldıraraq aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “xxxx” İKB ASC, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə banka 29503,25 ABŞ dolları əsas, 9984,03 ABŞ dolları faiz, 155,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 39642,41 ABŞ dolları məbləğində borcun, 30 manat ödəni lmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki xxx ümumi sahədən ibarət xxx linə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və xxx ümumi sahədən ibarət xxx linin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan xxx ümumi sahədən ibarət xxx linə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 həmin mənzildən çıxarılması, həmin mənzilin boş aldılması və banka təhvil verilməsi, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, borc şişirdilib, o ekspertizaya 2007-ci ilin qəbzlərini vermişdir, lakin ekspert 2011-ci il tarixdən hesablamışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx xxxxxx 2019-cu il tarixli, nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış RBB(İ)010 saylı, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə Cavabdeh1 29503,25 ABŞ dolları məbləğində əsas borc, 9984,03 ABŞ dolları məbləğində faiz borcu, 155,13 AB Ş dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 39642,41 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının, 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, tələbin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 saylı evin, 96 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 saylı evin, 96 saylı mənzilinin ilkin satış qiymətinin 73000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 saylı evin, 96 saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 bir ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. Məhkəmə əsas və faiz borcunun məbləğlərini müəyyən edərkən təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 2959 saylı rəyini əsas götürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxx 2020-ci il tarixli,x0 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, nömrəli qətnaməsi cavabdehdən kredit üzrə tutulan borcun valyutası və məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh1 “xxxx” İKB ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixə hesablanaraq tutulmalı olan əsas kredit borcu 28394,07 manat (iyirmi səkkiz min üç yüz doxsan dörd manat, yeddi qəpik), faiz borcu 7295,42 manat (yeddi min iki yüz doxsan beş manat qırx iki qəpik), cərimə üzrə borc 155,13 manat (bir yüz əlli beş manat on üç qəpik), ümumi borc isə 35844,62 manat (otuz beş min səkkiz yüz qırx dörd manat altmış iki qəpik) məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid ed ilməsi, keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xərci hesabına “xxxx” İKB ASCdən 72,50 manat (yetmiş iki manat əlli qəpik), Cavabdeh1 72,50 manat (yetmiş iki manat əlli qəpik) məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilşdir.
7. Apelyasiya instansiyası məhkəməsi iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28210 saylı rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən Cavabdeh1 tərəfində təqdim olunmuş ödəniş qəbzləri məlumatları, xx xxxxxx 2007-ci il tarixli RBB(İ)010 N-li kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddia tələbi tarixinə, yəni xx xxxxxx 2018-ci il tarixə Cavabdeh1 “xxxx” İKB ASC-yə borcu ümumilikdə 35689,49 manat məbləğində müəyyən edilir: o cümlədən, əsas borc üzrə 28394,07 manat, faiz borcu üzrə 7295,42 manat. İş materiallarında xx xxxxxx 2007-ci il tarixli RBB(İ)010 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmamışdır. Cavabdeh1 tərəfində təqdim olunmuş ödəniş qəbzləri məlumatlarından göründüyü kimi Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixədək aldığı kredit vəsaitinə görə “xxxx” İKB ASC-yə cəmi 39608,36 manat məbləğində pul vəsaiti ödəmişdir ki, ödənişərin 1275,43 manatı əsas borca, 38332,93 manatı isə faiz borcuna silinməyi müəyyən edilir. İş materiallarında olan hesabdan çıxarış məlumatları tam dövrü əhatə etmədiyindən, elə cə də Cavabdeh1 tərəfində təqdim olunmuş ödəniş qəbzləri ilkin ekspertiza zamanı iş materiallarına əlavə edilmədiyindən xx xxxx 2019-cu il tarixli, 2959 saylı rəy maliyə arayışı məlumatların əsasən yazılmışdır. Bu səbəbdən də, Cavabdeh1 “xxxx” İKB ASC-yə müəyyən olunmuş borc və iş üzrə keçirilmiş ilkin məhkəməmühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli, 2959 saylı rəyi ilə müəyyən olunmuş borc arasında uyğunsuzluq yaranmışdır. Həmin rəy onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2007-ci il tarixli RBB(İ)010 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alan illik faiz dərəcəsi 15.5% olmaqla 240 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000,0 ABŞ dolları mə bləğində kredit götürməsi rəsmiləşdirilmişdir. Qeyd edilir ki, xx xxxxxx 2007-ci il tarixli RBB(İ)010 №-li kredit müqaviləsində ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün kreditin verilməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarında həmin kreditin verilməsi ilə bağlı ödəniş sənədləri (kassa məxaric və s.) öz əksini tapmamışdır. Həmçinin qeyd edilir ki, iş materiallarında mənzilin alınması üçün ödənilmiş vəsait barəsində ödəniş sənədləri də mövcud deyildir. Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası ərazisində daşınar və daşınmaz əmlakın alqı-satqı əməliyyatları yalnız milli valyutada (Azərbaycan manatı) həyata keçirilməlidir. Yuxarıda da göstərildiyi kimi, iş materiallarında həmin kreditin verilməsi və həmən kredit ABŞ dolları ilə verildi yi tədqirdə konvertasiya edilməsi ilə bağlı iş materiallarında sənədlər mövcud deyildir. Bütün yuxarıda göstərilən səbəblərdən kredit manatla verildiyi tədqirdə hesablamalar aşağıdaki kimi aparılır: İş materiallarında olan ödənişləri özündə əks etdirən Cavabdeh1 tərəfindən təqdim olunmuş ödəniş qəbzləri məlumatlarından göründüyü kimi Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixədək aldığı kredit vəsaitinə görə “xxxx” İKB ASC-yə cəmi 39608,36 manat məbləğində pul vəsaiti ödəmişdir ki, ödənişərin 1275,43 manatı əsas borca, 38332,93 manatı isə faiz borcuna silinməyi müəyyən edilir.
8. Apelyasiya instansiyası məhkəməsi həmin rəyi daha mötəbər sübut kimi qiymətləndirərək mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməklə, eks pert rəyinə uyğun olaraq borcun valyutası manatla müəyyən olunmalı və ekspert rəyində müəyyən olunmuş məbləğdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, ekspert rəyində də göstərildiyi kimi, iddiaçı kredit müqaviləsi üzrə ödənişləri tam əhatə edən hesabdan çıxarışı məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda əlavə ekspertizanın rəyinin qeyri-mötəbər olunmasına dair hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə bağlandığı andan qüvv əyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermişdir. Təkrar ekspertiza təyin edilməli və ekspert rəyi təqdim edildiyi digər sübutlarla yanaşı qiymətləndir ilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Həm də iddiaçı tərəfindən təqdim edilən sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Bundan əlavə, kredit müqaviləsindən aydın olur ki, kredit ABŞ dolları ilə verilmişdir. Lakin məhkəmə əsassız olar borcu manatla tutmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xah iş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
15. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
16. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb oluna n formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir.
19. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Kollegiya kassasiya şikayətini cavabdehdən tutulan borcun valyutası və məbləği ilə bağlı hissədə əsaslı hesab edərək bildirir ki, borc götürülən vəsaitin valyutası iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin mühüm şərtlərindən biridir.
26. Məlum olduğu kimi, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Bu baxımdan, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (§ 16).
27. Tərəflər arasında bağlanmış kredit müqaviləsindəki borcun valyutası müəyyən edilərkən nəzərə alınmalıdır ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (§ 14-15).
28. Hazırkı işin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilədə, hesabdan çıxarışda, bank tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıqda kreditin valyutası ABŞ dolları olaraq göstərilmişdir. Bununla yanaşı, cav abdehin banka etdiyi ödəmələrin böyük əksəriyyətinini məhz ABŞ dolları ilə aparması kreditin valyutasının ABŞ dolları olaraq razılaşdırılmasına dəlalət edir. Başqa sözlə, kredit müqaviləsinin tərəfləri həm tərtiblədikləri yazılı sənədlərdə, həm də müqavilə sonrakı hərəkətlərində valyutanı ABŞ dolları olaraq müəyyənləşdirmişlər. Belə olan halda, əksini iddia edən tərəf bu iddianı sübuta yetirməlidir. Cavabdeh isə müqavilənin mühüm şərti olan valyutanın manatla razılaşdırılmasına dair sübut təqdim etməmişdir (§ 18).
29. Kollegiya hesab edir ki, sözügedən məsələ ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019 tarixli rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.
30. Belə ki, həmin rəydə kreditin verilməsi ilə bağlı ödəniş sənədlərinin (kassa məxar ic və s.) işdə öz əksini tapmadığı qeyd olunsa da, bu fakt özü-özlüyündə tərəflərin kreditin valyutasını manatla razılaşdırmaları nəticəsinə gəlmək üçün əsas deyil. Əksinə, valyutanın ABŞ dolları ilə razılaşdırılmasına dair yuxarıda qeyd olunduğu kimi iş materiallarında çoxsaylı yazılı sənədlər (kredit müqaviləsi, hesabdan çıxarış, ödəmə qəbzləri və s.) və tərəflərin müqavilə sonrakı davranışları mövcuddur.
31. Bundan əlavə, bankdan götürülən kredit vəsaiti əsasında alınacaq əşyanın hansı valyuta ilə əldə ediləcəyinin bankla əsas borclu arasındakı müqavilə münasibətlərinə, habelə ABŞ dolları ilə verilmiş kreditin konvertasiya edilməsi ilə bağlı sənədin işdə olmamasının tərəflər arasında bağlanmış müqavilədəki borcun valyutasının manatla olmasına təsiri əsaslandırılmamışdır.
32. Odur ki, apelyasiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmadan, mübahisə predmeti olan kreditin valyutası və məbləğinə dair kifayətedici araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Bununla da, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət edilməmişdir (§ 17, 19-21).
33. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, qətnamə tutulan kredit borcunun valyutası və məbləğinə aid hissələrdə ləğv edilərək yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: “xxxx” İKB ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi tutulan kredit borcunun valyutası və məbləğinə aid hissələrdə ləğv edilsin, iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.