Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-447/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan «X4» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbi, sübutetmə, qətnamənin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-451/2023 saylı iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4» ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 013-İ saylı kredit müqaviləsinə (bundan sonra – mübahisəli kredit müqaviləsi) əsasən cavabdehə illik 6% tətbiq edilməklə, 60 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,036 ha torpaq sahəsi ilə birgə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.1-ci bəndində ipotekanın predmeti 70000 manat dəyərində qiymətləndirilmişdir.
3. İddiaçı, müqavilə öhdəliklərinin pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış 43999,08 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 59154,55 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 7224,77 manat cərimə və gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi 5% ilə hesablanan 3177 manat faiz borcu, iş üzrə ödənilmiş 404 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumun Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həm in əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan «X5» ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.3.4-cü bəndinə əsasən borcalan bu müqavilə ü zrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 113555,60 manat təşkil edir.
6. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, qardaşı Cavabdeh2 bundan əvvəl “X5” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işləmişdir. İşlədiyi dövrdə onun çatışmazlıqları aşkar olunduğuna görə, həmin çatışmaqlıqları aradan qaldırmaq üçün ona guya 50000 manat kredit verilməsinə dair bankla onun arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə qardaşı Cavabdeh2 heç bir vəsait ödənilməmişdir. Kredit müqaviləsi bağlanan vaxt qardaşı Bəxtiyar ona müraciət edərək ona məxsus evin sənədlərini istəmişdir ki, evi Bank qarşında ipoteka ilə yüklü etdirsin. Qardaşı ona söz vermişdir ki, evi ilə bağlı gələcəkdə heç bir narahatçılıq yaranmayacaqdır. O da sənədləri qardaşına vermiş və sonra evin ipoteka qoyulmasına dair müqaviləni imzalamışdır. Aradan uzun müddət keçdikdən sonra ona məlum olmuşdur ki, bank ilə qardaşı Mehman arasında kredit müqaviləsi görünüş üçün bağlanmış, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilmişdir. Faktiki olaraq qardaşına həmin məbləğdə pul vəsaiti verilməmişdir. Qardaşı Cavabdeh2 uzun müddətdir ki, Azərbaycan hüdudlarından kənarda yaşayır və onun harada olması barədə dəqiq məlu matı yoxdur. Hazırda da, iddiaçı tərəf nə kredit müqaviləsnin əslini, nə də həmin pul məbləğinin həqiqətən də qardaşı Cavabdeh2 verilməsini təsdiq edən heç bir sübutu təqdim edə bilmir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi uydurma əqddir. Belə ki, Cavabdeh2 işlədiyi dövrdə maddi catışmazlıqları aşkar olunduğuna görə, həmin çatışmazlıqların aradan qaldırılması üçün bankla onun arasında 50000 manat pulun kredit verilməsinə dair müqavilə bağlanmış, lakin bank tərəfindən cavabdehə faktiki olaraq heç bir vəsait ödənilməmişdir. Həmin kredit müqaviləsi sırf görünüş üçün bağlandığından etibarsızdır. Kredit müqaviləsi etibars ız olduğundan həmin müqavilə üzrə öhdəliyin icrasını təmin etmək üçün bankla digər Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsi də etibarsız sayılır. Odur ki, qeyd olunanlara əsaslanaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 oktyabr 2022-ci il tarixli, e-2(125)-422/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia təmin edilməmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırlıq iclasında iddiaçının nümayəndəsi yalnız tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə dair notariat işini təqdim etmişdir. Notariat işində kredit müqaviləsinin surətinin mövcud olması həmin müqavilənin mötəbərliliyini göstərmir. Çünki, notariat işi məhz ipoteka müqaviləsinin təsdiq edilməs i ilə bağlı tərtib edilmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi pul vəsaitinin cavabdehin hesabına ödənilməsinə dair hesabdan çıxarışın imzası və möhürü olmayan kserosurətini təqdim etmişdir ki, məhkəmə həmin sənədi pulun verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. İddiaçının nümayəndəsinin şifahi vəsatətinə əsasən sübutların təqdim edilməsi ilə bağlı məhkəmənin hazırlıq iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq, iddiaçı tərəf kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, eləcə də kredit müqaviləsi üzrə pul vəsaitinin Cavabdeh2 təqdim edilməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. 10.Məhkəmə qeyd etmişdir ki, mövcud vəziyyətdə tərəflər arasında borc (kredit) müqaviləsindən irəli gələn öhdəliyin yaranıb-yaranmamasının müəyyən ed ilməsi üçün əvvəla etibarlı kredit müqaviləsinin bağlanmasının müəyyən edilməsi lazımdır. Lakin, yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəf kredit müqaviləsinə əsaslanaraq Cavabdeh2 borcun tutulmasını tələb etsə də, bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, həmçinin kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh2 verilməsinə dair sübutu təqdim edə bilmədiyindən, tərəflər arasında həqiqətən də kredit müqaviləsinin bağlanıbbağlanılmamasını müəyyən etmək mümkün deyil. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin kredit müqaviləsinin görünüş üçün bağlanması, yəni uydurma əqd olması ilə bağlı dəlilinə cavab ol araq məhkəmə qeyd edir ki, yalnız kredit müqaviləsinin bağlanmasının müəyyən edilməsi halında həmin müqavilənin etibarlı olubolmaması məsələsinə qiymət verilə bilərdi.
11. Məhkəmənin qənaətinə görə iddiaçı tərəflər arasında kredit müqaviləsinin bağlanması və Cavabdeh2 pulun verilməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyinə və bununla da cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyinin mövcud olduğunu sübut edə bilmədiyinə görə, kredit müqaviləsi üzrə borcun Cavabdeh2 tutulmasına dair hissədə iddia rədd edilməlidir. İddiaçı kredit müqaviləsinin mövcud olmasını və həmin kredit müqaviləsi üzrə Cavabdeh2 pul öhdəliyinin yaranmasını sübut edə bilmədiyindən və beləliklə onun iddiaçı qarşısında öhdəliyinin yaranması müəyyən olunmadığından, onun öhdəliyinin icrasının təminatı k imi Cavabdeh1la bağlanmış ipoteka müqaviləsindən irəli gələn tələb də təmin edilə bilməz. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 113,555,60 manat məbləğdə borcunun olması LPO «X4» ASC tərəfindən təqdim edi lən maliyyə arayışı, hesabdan çıxarış, ipoteka müqaviləsi və digər kredit sənədləri ilə təsdiq edilir. Digər tərəfdən ən mötəbər sübut olan kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 013-İ saylı ipoteka müqaviləsinə dair notariat işi məhkəməyə təqdim edilmişdir. Həm də, qətnamədə qeyd edildiyi kimi Cavabdeh1 öz izahatında qeyd etmişdir ki, qardaşı borcalan Cavabdeh2 ilə bank arasında kredit müqaviləsi bağlanmışdır və həmin kreditinin təminatı qismində ona məxsus evi ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Lakin o həmin kredit müqaviləsi üzrə Cavabdeh2 heç bir vəsaitin ödənilməməsini bildirmişdir ki, bu da absurddur. Beləliklə, bank məhkəməyə kredit müqaviləsinin əslini təqdim edə bilməsə belə, faktik i halların mövcudluğunu təsdiq edən digər sənədləri təqdim etmişdir. Kredit müqaviləsinin əsli mövcud olmasa belə Bank əməliyyat sistemində mövcud kreditlə bağlı bütün məlumatlar hal-hazırda da mövcuddur.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə 43.999.07 manat əsas borc, 51,508,24 manat faiz borcu, 3.159,38 manat illik 5% borcunun olması müəyyən edilmişdir. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 111000 manat məbləğində olması müəyyən edilmişdir. 17.Gəncə Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-451/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov - sədrlik edən və məruzəçi, İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-422/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 43999,07 manat məbləğində əsas, 51508,24 manat məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% həcmində olmaqla 3159,38 manat məbləğində gecikdirilmiş faiz, 100 manat məbləğində cərimə borcu, cəmi 98766,69 (doxsan səkkiz min yeddi yüz altmış altı manat 69 qəp ik) manat məbləğində pul və iş üzrə ödənilmiş 404 (dörd yüz dörd) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 46 manat rüsumunun Cavabdeh2 tutularaq iddiaçı Ləğv prosesində olan «X4» ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilməsi Cavabdeh1 məxsus olan Gəncə şəhəri Nizami rayonu, Şeyx Bahəyəddin küçəsi 2-ci döngə 4 №-li fərdi yaşayış evi və 0.0360 ha torpaq sahəsi ilə birgə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 111.000 manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra əldə edilmiş vəsait kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan «X5» ASC-yə təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. 18.Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmuş, cavabdehə vaxtı keçmiş borcların ödənilmədiyi halda, tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılması barədə məlumatlandırılmış və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş müvafiq Ərazi İdarəsində qeydiyyata alınmışdır. Tutmanın ipoteka predmətinə yönəldilməsi barədə bildiriş dən qanunda müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin 2.1-ci bəndində ipoteka predmeti 70.000 dəyərində qiymətləndirilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2255 nömrəli ekspert rəyi ilə ipoteka predmetinin likvid dəyərini 111.000 manat məbləğində müəyyən etmişdir. 19.Cavabdeh1 qardaşı Cavabdeh2 “X5” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işlədiyi dövrdə bank ilə arasında kredit müqaviləsinin görünüş üçün bağlanması, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilməsi, faktiki olaraq isə qardaşına həmin məbləğdə pul vəsaitinin verilməməsinə dair dəlilləri öz təsdi qini tapmır. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi onun tərəfindən heç bir vaxt mübahisələndirilməmiş və həmin müqavilənin təminatı kimi, hətta onun doğma qardaşı tərəfindən ailə üzvlərinin razılığı ilə qeyd edilən mənzil ipoteka qoyulmuşdur. Ona görə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. 20.Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 21.Məhkəmə öz mövqeyini A zərbaycan Respublikasının Mülki Məcəlləsinin 203, 269.1, 270.1, 279, 295317, 319.1, 385.1, 443.1, 445.2.1, 445.2.2, 448.1 və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22.Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianını rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İddiaçı kredit müqaviləsinin əslini və ya notarial qa ydada təsdiq edilmiş surətini, həmçinin kredit müqaviləsində nəzərdə tutulan pulun cavabdehə verilməsini təsdiq edən sübutları, kassa məxaric orderini məhkəməyə təqdim etməmişdir. Həmçinin birinci instansiyada icraat zamanı məhkəmə iclaslarında dəfələrlə həmin sənədlərin təqdim olunması iddiaçının nümayəndəsindən tələb edilmiş, bu səbəblə bir neçə dəfə məhkəmənin hazırlıq iclası təxirə salınsa da həmin sənədlər təqdim edilməmişdir. Bu isə o, deməkdir ki, cavabdehin dediyi kimi müqavilə bağlansa da müqavilə görüntü xarakter daşımış və müqavilədə nəzərdə tutulmuş pul məbləği cavabdehə verilməmişdir. Çünki Cavabdeh1 məhkəməyə verdiyi izahatında qeyd etdiyi kimi Cavabdeh2 iddiaçı bankda əvvəllər rəhbər vəzifədə işləmiş, işlədiyi dövrdə maliyyə ilə bağlı çatışmazlıqlar yarandığından həmin çatış mazlıqları aradan qaldırmaq üçün guya ona 50000 manat kredit ayrılmasına dair uydurma, görüntü xarakterli müqavilə bağlanmışdır. Heç iddiaçı özü də kredit müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında müqavilənin olması heç də cavabdehlərin iddiaçı qarşısında öhdəliklərinin yaranması üçün kifayət etmir. Müqavilədə nəzərdə tutulan tərəflərin iradə ifadəsinin icra edilməsi əsasdır. MM-nin 739.1-ci maddəsindən də göründüyü kimi borc (kredit) müqaviləsi ilk öncə pulun borc alana verilməsini, əvvəl borc verən tərəfin öhdəliyini yerinə yetirməsini, daha sonra həmin öhdəliyin qarşılığı edir. Borc verənin öhdəliyini icra etmədiyi halda borc alanın öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Məhz pulun cavabdehə verilməsini təsdiq edən yeganə sübut isə həmin kassa məxaric order ləridi ki, iddiaçı tərəfindən məhkəmə təqdim edilməmişdir. Çünki belə bir sənəd mövcud deyildir. Həmçinin kredit müqaviləsində nəzərdə tutulan pul məbləği cavabdehə verilmədiyindən hər hansı öhdəliyin yaranmasından və belə bir öhdəliyin girov əmlak (ipoteka) hesabına təminindən söhbət gedə bilməz. Qeyd olunan prosessual pozuntular məhkəmənin ədalətli və obyektiv araşdırma aparmamasında, sübutların düzgün qiymətləndirilməməsində, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi və məhkəməyə lazımi sübutlar təqdim edə bilmədiyi halda məhkəmənin MPM-nin tələblərini pomaqla iddianı qismən təmin etməsində, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamasında ifadə olunmuşdur. Belə ki, iddiaçı kredit mü qaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsini sübut edə bilməmiş, kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surəti, kassa məxaric orderlərini və digər kredit sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə kredit verilməsinə dair sənədlərin - kredit dosyesinin mövcudluğu barədə soruşulmuş, məhkəməyə təqdim etməsi tələb olunmuş, iddiaçının nümayəndəsi isə hazırki işə dair bankda hər hansı kredit dosyesinin olmadığını bildirmişdir. Belə halda iddia necə təmin oluna bilər. Kassa məxaric orderinin əhəmiyyəti ondan ibarətdir ki, kredit verilən zaman kredit alan şəxs tərəfindən pulun alınmasnı təsdiq etmək məqsədilə imza edilir və həmin sənəd kredit dosyasında saxlanılır. Kredit məbləğinin faktiki olaraq cavabdeh tərəfində n götürülməsinin yeganə sübut etmə vasitəsi kimi həmin sənəd çıxış edə bilər və bu hal başqa sübutetmə vasitələri ilə təsdiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdeh tərəfin etirazında qeyd olunan məsələlərə toxunmamış, üzərindən keçməklə hüquqi qiymət verməmişdir. İddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişini iddianın sübutu kimi qiymətləndirmiş, həmçinin bildirişdən məhkəməyə şikayət verilməməsinə istinad etmişdir. Halbu ki, həmin bildirişdən şikayət verilməməsi mübahisənin əsasını təşkil edən pulun cavabdehə verilib-verilməməsi məsələsini həll etmir. Cavabdeh1 isə bildirmişdir ki, ona uzun müddət sonra iddiaçı bankdan bildiriş gəldikdə o, banka dəfələrlə getmiş və bu barədə şifahi etirazını bildirmişdir. İddiaçının məhkəməyə tədim etdy i hesabdan çıxarış, maliyə arayışı isə iddianı sübut edən mötəbər dəlillər hesab edilə bilməz. Bütün bunlar prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24.İddiaçı kassasiya şikayətinə qarşı verdiyi etirazda şikayətin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-451/2023 nömrəli mülki iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 25.Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2: 26.Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifəl əri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 27.Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 28.Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əm laka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır 29.Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 30.Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 31.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmə lə gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 34.Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 35.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçir məyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 36.Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 37.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların p rosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 38.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 39.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 40.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başq a sübutlarla təsdiq oluna bilməz. 42.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 44.Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 45.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 46.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 47.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 48.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 49.Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 50.Baxılan işdə iddiaçı sözügedən kredit və ipoteka müqavilələrinə istinad edərək borcun tutulmasını və ipoteka predmetinə yönəldilməsini tələb etmişdir (§ 1-5). 51.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdə liyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (§ 27,35). 52.Kredit müqaviləsinin tərəfi olan borclu Cavabdeh2 iddiaya münasibət bildirməmişdir. Digər Cavabdeh1 iddiaya etiraz edərək göstərmişdir ki, qardaşı Cavabdeh2 iddiaçı təşkilatda işlədiyi dövrdə çatışmaqlıqları aradan qaldırmaq üçün ona guya 50000 manat borc verilməsinə dair kredit müqaviləsi görünüş üçün bağlanmışdır bağlanmışdır, həmin müqavilə üzrə qardaşı Cavabdeh2 heç bir vəsait ödənilməmişdir. İddiaçı kredit müqaviləsnin əslini və həmin pul məbləğinin həqiqətən də qardaşı Cavabdeh2 verilməsini təsdiq edən heç bir sübutu təqdim edə bilmir. Ona görə də iddia rədd edilməlidir (§ 6). 53.Göründüyü kimi, Cavabdeh1 həm kreditorla əsas borclu arasında etibarlı müqavilə bağlanmadığını, həm də iddiaçının tələbin əsası kimi istinad etdiyi halları keçərli sübutlarla (yazılı sübutların əsli ilə) sübuta yetirə bilmədiyini bildirir. 54.Qanuna əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (§ 32-33). 55.Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin p redmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 38-39). 56.Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 40). 57.Birinci instansiya məhkəməsi cavabdehin etirazları üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəf kredit müqaviləsinə əsaslanaraq Cavabdeh2 borcun tutulmasını tələb etsə də, bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini, həmçinin kredit müqaviləsində göstərilən pul vəsaitinin Cavabdeh2 verilməsinə dair sübutu təqdim edə bilmədiyindən, tərəflər arasında həqiqətən də kredit müqaviləsinin bağlanıb-bağlan ılmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə bu səbəbdən iddianı rədd etmişdir (§ 10-11). 58.Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, Cavabdeh1 qardaşı Cavabdeh2 “X5” Açıq Səhmdar Cəmiyyətində rəhbər vəzifəsində işlədiyi dövrdə bank ilə arasında kredit müqaviləsinin görünüş üçün bağlanması, qardaşının işlədiyi dövrdə yaranmış çatışmazlıqlarının ört-basdır edilməsi üçün guya ona 50000 manat kredit verilməsi, faktiki olaraq isə qardaşına həmin məbləğdə pul vəsaitinin verilməməsinə dair dəlilləri öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi onun tərəfindən heç bir vaxt mübahisələndirilməmiş və həmin müqavilənin təminatı kimi, hətta onun doğma qardaşı tərəfindən ailə üzvlərinin razılığı ilə qeyd edilən mənzil ipoteka qoyulmuşdur. Ona görə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir (§ 19). 59.Kassasiya instansiyası məhkəməsi cavabdehin etirazlarının həlli baxımından bu mövqeyi yetərli və əsaslı saymır. 60.Ona görə ki, əvvəla, borc müqaviləsinin tərəfi olan şəxsin əqdi mübahisələndirməməsi, ipoteka qoyan şəxsin kredit müqaviləsinin etibarsızlığını irəli sürmək imkanını aradan qaldırmır. 61.Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. 62.İkincisi, apellyasiya məhkəməsi kredit müqaviləsinin və kassa məxaric orderinin əslinin iddiaçı tərəfindən təqdim edilməməsi ilə bağlı cavabdehin dəlilləri və rayon məhkəməsinin mövqeləri ilə hansı səbəbdən razılaşmadığını əsaslandırmamışdır. 63.Halbuki, həmin etirazlara lazımi şəkildə hüquqi qiymət verilməsi işin düzgün həlli ilə yanaşı, ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 64.Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əs aslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən və onlara qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. 65.Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun və İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir ( § 25-26). 66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). 67.Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. 68.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-451/2023 saylı iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.