Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-447/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və “X1” MMC üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və “X1” MMC üçüncü şəxs qismində cəlb ol unmaqla) “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5921/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 08 avqust 2005-ci il tarixli, 416a saylı qərarı ilə Biləcəri Bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 140 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alğı-satqı yolu ilə İddiaçı ayrılması qərara alınmışdır. Torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metri 11.200 manat olmaqla, Biləcəri Bələdiyyəsinin “Kapitalbank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı hesabına ödənilməsi və ödəmə barədə qəbzin Biləcəri Bələdiyyəsinə təqdim edilməsi İddiaçı tapşırılmışdır. 2. 02 avqust 2005-ci il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 1.568.000 manat məbləğində pul vəsaiti Biləcəri Bələdiyyəsinin “Kapital bank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı hesabına ödənilmişdir.
3. Qeyd olunan torpaq sahəsinin alğı-satqısına dair akt tərtib olunmuş və bələdiyyənin möhürü ilə təqdiq edilmişdir. Aktın müvafiq torpaq şəbəsində qeydiyyata alınması barədə məlumat bölməsində bu cür qeydiyyat əksini tapmamışdır.
4. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən “Kəngərli və Partnyorları” Vəkil bürosunun vəkili Aslan H eydərova ünvanlanmış 01/306 saylı 11 oktyabr 2023-cü il tarixli məktubda göstərilir ki, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə İddiaçı bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Biləcəri Bələdiyyəsi tərəfindən tikinti 2023-cü ilin mart ayında başlanılmışdır. Sözügedən torpaq sahəsində qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması üçün fəaliyyət göstərən şəxslərə minimum şərait yaratmaq üçün xidməti və texniki otaqlar tikilirdi. İddiaçı şikayəti əsasında 2023-cü ilin mart ayının sonunda tikinti dayandırılmışdır. Biləcəri Bələdiyyəsində bələdiyyənin hüdudları daxilində vətəndaş Cavabdeh adına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və “X1” MMC üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə bələdiyyənin hüdudları daxilində alğı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Cavabdeh Sadiq oğlu tərəfindən aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona ayrılan torpaq sahəsində əvvəllər tanımadı ğı şəxslər tərəfindən qanunsuz tikinti işləri aparıldığından, həmin şəxslərdən tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Həmin şəxslər tikintini bələdiyyə ilə razılaşdırdıqlarını və ona ayrılmış 140 kv.m torpaq sahəsinin ondan geri alınaraq, onlara veriləcəyini (və ya verildiyini) bildirmişlər. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə xx.xx.2023-cü il tarixdə Bələdiyyəyə yazılı şəkildə müraciət etsə də, tikinti işləri davam etdirilmişdir. Bundan sonra məcbur qalaraq Biləcəri Bələdiyyəsinə və həmin torpaq sahəsində qanunsuz tikintini aparan üçüncü şəxs Cavabdeh Sadiq oğluna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İşə baxılan zaman vəkili tərəfindən Biləcəri Bələdiyyəsinə sorğu göndərilmiş və Bələdiyyə tərəfindən vəkil sorğusun a 11 oktyabr 2023-cü il tarixli, 01/306 nömrəli məktubla cavab verilmişdir. Verilmiş cavab məktubuna Biləcəri Bələdiyyəsinin 416a saylı xx.xx.2005-ci il tarixli qərarı ilə ona satılan 140 kv.m torpaq sahəsində mart 2023-cü il tarixində bələdiyyə tərəfindən qanunsuz tikintinin aparılmasına dair fotolar, həmçinin üçüncü şəxs Cavabdeh Sadiq oğlunun 2023-cü ilin mart ayının sonu, aprel ayının əvvəlində qanunsuz tikintinin aparılmasına dair fotolar əlavə edilmişdir. Cavabdeh Sadiq oğlunun adına həmin torpaq sahəsinin ayrılması barədə hər hansı qərar olmadığı üçün, Bakı İnzibati Məhkəməsi həmin iddianın inzibati icraat qaydasında baxılmalı iddia olmaması əsası ilə iddianın qeyri-mümkün hesab olunması barədə xx.xx.2023-cü il tarixli qərardad qəbul etmişdir. Həmin işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Sadiq oğlu ona məxsus torpaq sahəsini hər-hansı hüquqmüəyyənedici sənədləri olmadan, qazilik statusundan istifadə etməklə qanunsuz şəkildə ələ keçirmiş, mülkiyyət hüquqlarına qəsd etmiş, ona məxsus torpaq sahəsində qanunsuz tikintilər aparmışdır. Həmin şəxsin ona məxsus torpaq sahəsində qanunsuz tikinti aparmasına şərait bilavasitə Biləcəri Bələdiyyəsi tərəfindən yaradılmış, beləliklə də, bələdiyyə Cavabdeh ilə əlbir olaraq, onun hüquq və azadlıqlarını pozan qanunsuz əməllərinə dəstək olmuşdur.
7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməmiş, Biləcəri Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin ona satıldığını bildirmişdir.
8. Üçüncü şəxs “X1” MMC-nin nümayəndəsi sözügedən torpaq sahəsinin “X1” MMC-nin ə razisi olduğunu, mütəmadi olaraq şirkət tərəfindən həmin ərazilərdə qanunsuz inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etdiklərini, həmçinin Bələdiyyə sənədlərinin mübahisələndirildiyini əsas gətirərək, şirkətə ayrılmış torpaq sahələrinin özgəninkiləşdirilməsinə etiraz etdiklərini bildirmişdir.
9. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 20 may 2024-cü il tarixli 3-16-16/2-10/1143 nömrəli ekspert rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi faktiki olaraq 84 k v.m təşkil edir. Torpaq sahəsi üzərində 1 ədəd qeyri-yaşayış obyekti mövcuddur. Bundan əlavə mübahisəli torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunub. Sxemə əsasən torpaq sahəsinin koordinatları müəyyən edilib. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil). Sahə bütövlükdə yüksək gərginlikli elektrik (6 kVt-lıq) xəttinin mühafizəsində yerləşir. Həmçinin sahə qəbiristanlıqla həmsərhəd olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e2(001)-947/2024 nömrəli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandı rmışdır ki, iddiaçı Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə ona bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 140 kv.m torpaq sahəsinin ayrıldığına əsaslanaraq, cavabdeh tərəfindən aparılmış ttikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbini irəli sürmüşdür. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli ekspert rəyi ilə təsdiq edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 84 kv.m olmaqla yanaşı, torpaq sahəsi üzərində 1 ədəd qeyriyaşayış obyekti mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil). Sahə b ütövlükdə yüksək gərginlikli elektrik (6 kVt-lıq) xəttinin mühafizəsində yerləşir. Həmçinin sahə qəbiristanlıqla həmsərhəd olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.
12. Məhkəmə ekspert rəyinə əsaslanaraq hesab etmişdir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olmaqla yanaşı, Dövlət Neft Şirkətinin “X1” MMC-nin istifadəsinə verilmiş ərazi olduğundan, İddiaçı sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələbləri təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157.2, 157.4, 157.8-ci, MPM-in 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərtizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli əmlaka subyektiv hüququ bələdiyyənin inzibati akt olan və hər hansı dövlət orqanı və yaxud məhkəmə qaydasında mübahisələndirilməmiş, ləğv edilməmiş xx.xx.2005-ci il tarixli 416a saylı qərarından yaranmışdır. Həmin qərar İddiaçı qeyd edilən əmlaka sərəncam vermək hüququ verməsə də, qeyd edilən qərarla iddiaçının, mülkiyyət hüququnun ikinci elementi olan sahiblik hüququ və dolayısı yolla gözlənilən mülkiyyət hüququ yaranmışdır. Qanunvericiliyin müddəalarına əsasən onun sahiblik hüququ qadağan olunmuş özbaşınalıqdan müdafiə olunmalıdır. Digər bir məsələ, həmin ərazinin Dövlət Neft Şirkətinin “X1” MMC-nin istifadəsinə verilmiş ərazi olması ilə bağlı gəlinən nəticədir. Əvvəla, qeyd edilən ərazilərin Neft Şirkəti tərəfindən Bələdiyyəyə verilməsi barədə müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. İkincisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X1” MMC tərəfindən nə hazırki iddiaçıya, nə bələdiyyəyə nə də ki, həmin torpaq sahəsində özbaşına tikintilər aparan cavabdehə qarşı indiyədək hər hansı bir iddia qaldırılmamış, iddiaçıya torpağın ayrılması bar ədə müvafiq inzibati akt mübahisələndirilməmişdir. Ümumiyyətlə, artıq mövcud olan məhkəmə təcrübəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarix ədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Göründüyü kimi, Dövlət Neft Şirkətinin “X1” MMC Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarını məhkəmə qaydasında mübahisələndirməmiş, mübahisələndirsəydi belə iddia müddətini ötürmüşdür. Yəni, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X1” MMC-nin qeyd edilən torpaq sahəsinə hər-hansı hüququ qalmamışdır. Bundan başqa həmin ərazidə ayrı-ayrı vətəndaşlara bələdiyyə tərəfindən ayrılmış torpaq sahələri dövlət qeydiyyatına almaqla çıxarışlar verilmişdir. Beləliklə də, inzibati orqan bərabərlik prinsipini pozaraq ayrı-ayrı vətəndaşlara münasibətdə fərqli yanaşmalar edərək, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadını qorumamışdır. Ümumiyyətlə, İddiaçı həmin dövrdə mövcud olmuş praktikaya etimad edərək, dəyərini ödəməklə əmlakı əldə etmiş və 2023-cü ilədək həmin əmlak barəsində hər hansı müdaxiləyə və yaxud da mübahisəyə məruz qalmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5921/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov və S.Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyini bildirir. Aparılmış ekspertiza tədqiqatı nətcəsində müəyyən olunmuşdur ki, mübahisəli ərazi dövlət mülkiyyətində olmaqla, “X1” MMC-nin istifadəyə verilmiş və bələdiyyənin həmin torpaq sahəsi barədə sərancam vermək səlahiyyəti olmamışdır.
18. Daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sah iblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olmaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X1” MMC-nin istifadəsinə verilmiş ərazi olduğundan, İddiaçı sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələblərinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası qeyd edib ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdi rilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.
20. Ancaq nəzərə alınmalıdır ki, həmin normada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı isə ümumi yığıncağın qərarıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
21. Bələdiyyə sədrinin sərəncamı (qərarı) isə, “Bələdiyyələrin statusu h aqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.
22. Bundan başqa, iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair bələdiyyə tərəfindən çəkilib verilmiş sxem torpağın qanunla nəzərdə tutulmuş qaydada ayrılması anlamına gəlməməklə sübut əhəmiyyətinə malik deyil.
23. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsaslandırmaqda davam edərək göstərmişdir ki, sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaq larının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 24. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin üçüncü abzasına görə, h əmin Əsasnamənin 19cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).
25. Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxd ur.
26. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin (sədrin yox) qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur.
27. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Bundan başqa, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.
29. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zərur i məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
30. Beləliklə, torpaq sahənin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur.
31. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1, Torpaq Məcəlləsinin (əvvəlki redaksiya) 67.1, 67.3, 68, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanununun 5, 6, 7, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.2, 6.5, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməsinə, Azərbaycan Resp ublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1- ci maddəsinə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunverici təkcə sərəncam hüququ olanı deyil, əmlakın faktiki sahibinin əmlakdan yaranan hüquqularını da qadağan olunmuş özbaşınalıqdan müdafiə edildiyini birmənalı şəkildə təsbit etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görü ndüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə iddiaçıya bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 140 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında torpaq sahəsinin situasiya planı tərtib edilərək, Bələdiyyə tərəfindən təsdiq edilmişdir.
34. Göründüyü kimi, İddiaçı mübahisəli əmlaka subyektiv hüququ Bələdiyyənin inzibati aktı olan xx.xx.2005-ci il tarixli 416a saylı Qərarından yaranmışdır. Həmin Qərar İddiaçı qeyd edilən əmlaka sərəncam vermək hüququ verməsə də, qeyd edilən qərarla iddiaçının, mülkiyyət hüququnun ikinci elementi olan sahiblik hüququ və dolayısı yolla gözlənilən mülkiyyət hüququ yaranmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsas ən də, onun sahiblik hüququ qadağan olunmuş özbaşınalıqdan müdafiə olunmalıdır. 35. “X1” Şirkəti Bələdiyyəsnin xx.xx.2005-ci il tarixli 416a saylı qərarını nə 2011-ci ilə qədər nə də aradan keçən uzun illər ərzində mübahisələndirilməmişdir. Ümumiyyətlə, Hasilatın pay bölgüsü barədə Sazişdə nəzərdə tutulmuşdur ki, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir.
36. Göründüyü kimi Qanunun özündə qərarın, sərəncamın bir sözlə inzibati aktın ləğv edilməsi nəzərdə tutulmamış, Qanunda saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələrin ləğv edildiyi göstəril mişdir.
37. Məhkəmənin qətnamədə istinad etdiyi ekspertiza Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin qanunsuz mütəxəssis rəyinə istinad etməklə rəy tərtib etmişdir.
38. Yerin planı və ölçüsü sənədinin olmaması iddiaçının hüququnun pozulmasına əsas ola bilməz. Həmçinin, iddiaçıya torpaq bələdiyyə sədrinin qərarı əsasında deyil, həmin qərardan göründüyü kimi bələdəiyyə üzvlərinin ümumi yığıncağının 10 saylı xx.xx.2005-ci il tarixli protokolu əsasında ayrılmışdır. Sədrin vəzifəsi həmin protokolu təsdiq etməklə qərarı imzalamaqdan ibarət olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
42. Maddə 13.1 Azərbayca n Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hü quqdan sui-istifadə olmasın.
45. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
46. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
47. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
48. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qə rarı əsasında sökülə bilər.
49. Maddə 164 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
50. Maddə 165.1 Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
51. Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
52. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
53. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
54. Maddə 68 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur.
63. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
64. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
65. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
66. İddiaçının ona torpaq sahəsi ayrılması barədə bələdiyyə qərarı və alğı-satqı aktı olduğuna görə hazırki iddiasının təmin edilməli olduğu barədə dəlili əsasszıdır.
67. Belə ki, həqiqətən də Mülki Məcəl lənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.
68. Habelə Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır.
69. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir.
70. Daşınmaz əmlaka sahiblik və istifadə hü ququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri).
71. Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sər əncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, mülki icraatda işə baxan məhkəmə, inzibati aktın qanunauyğunluğuna qiymət vermək səlahiyyətinə malik deyildir. Buna görə də məhkəmə kollegiyası, iş üzrə torpaq sahənin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsinin müəyyən olunmadığı barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə tam razışmasa da, səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən mü bahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılmadığı, plan ölçü barədə sənədlərin təqdim edilməməsinə istinadla iddianın rədd olunması barədə gəlinən nəticə ilə razılaşır. Mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olduğu müəyyən edildiyi halda, torpağın satılması zamanı səlahiyyətli orqan tərəfindən tərtib olunmuş plan ölçü sənədinin təqdim edilməməsi, iddianın rədd olunması üçün müstəqil əsas ola bilər.
73. Çünki verilən əmlaka hüququn yaranması üçün əsas şərtlərdən biri – əmlakın həqiqi hüquq əsasında verilməsidir. Daşınmaz əmlaka münasibətdə bu cür şərtin təminatı daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatıdır. Xüsusilə daşınmaz əmlak olaraq torpaq sahəsinin xüsusiyyəti nəzərə alınmaqla, torpaqların dövriyyəsində torpaq sahəsi üzə rində özgəninkiləşdirənin mülkiyyət hüququnun olması ilə yanaşı, torpaq sahəsinin harada yerləşməsi (koordinatları), hansı ölçü və konfiqurasiyada olması, təyinatı və s. kimi fərdiləşdirici əlamətlərin müəyyən olunması zəruridir. Məhz buna görədir ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
74. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsin in yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (Əsasnamənin 18-19-cu bəndləri).
75. Təsadüfi deyildir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsində də mülkiyyətə və ya icarəyə verilən torpaq sahəsi üzərində hüquqların yaranması üçün torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, torpağın planı və ölçüsünün tərtib edilməsinin zəruriliyi əksini tapmışdır. Əks yanaşma, məsələn, bələdiyyənin öz mülkiyyətində olmayan torpaq sahəsinə sərəncam verməsinə yol aça bilər ki, bu halda yalnız bələdiyyənin torpaq sahəsi ayrılması barədə qərarına (o cümlədən alğı-satqı aktına) istinad etməklə şəxsin torpaq sahəsinə hüququnun tanınması, üçüncü şəxslərin qanuni hüquqlarının pozulması ilə nəticələnə bilər.
76. Baxılan işdə də iddiaçının iddia etdiyi torpaq sahəsinə dair yuxarıda qeyd olunan Əsasnamənin 17-19-cu bəndlərinə uyğun tərtib olunmuş plan ölçü sənədi yoxdur. Mübahisə edilən torpaq sahəsinin bələdiyyənin mülkiyyətində deyil, dövlət mülkiyyətində olduğu müəyyən edildiyindən, iddianın təmin olunmaması barədə gəlinən nəticə qanuni və əsaslıdır.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tər əfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərə flərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5921/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.