Məhkəmə qərarları › İş №2(102)-4472/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4472/2019

05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4472/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiаçı İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-517/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rаyоn Məhkəməsinin (L.O.Talıbova) 05 oktyabr 2018-ci il tarixli, 2(011)-7249/2018 nömrəli qətnаməsi ilə İddiaçı Cavabdeh2-yə və Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsinə qarşı ünvan 1, 133 saylı qeyri-yaşayış sahəsinə dair bağlanılmış 01.07.1997-ci il tarixli, xxxx saylı alqı-satqı müqaviləsinin, həmin müqavilənin bağlanmasına əsas olmuş 31.06.1997-ci il tarixli auksion protokolunun etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair onunla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair iddiasının təmin olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev) 2(103)-517/2019 nömrəli, 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(011)-7249/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 133 saylı qeyri-yaşayış sahəsi dərzi sexi kimi onun atası X1 sahibliyində və istifadəsində olmuşdur. Dövlət əmlakı özəlləşdirilən zaman həmin sahə mərhum atasının vəsaiti hesabına alınmışdır. Hətta mübahisəli əmlakın özəlləşdirilməsi üçün tələb olunan pul vəsait i də onun atası tərəfindən ödənilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qeyri- yaşayış sahəsinə dair sənədlər Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Lakin həmin mübahisəli sahə özəlləşdirilərkən bütün sənədlər onun mərhum atası tərəfindən imzalanmış və orada olan imzalar cavabdehə məxsus deyildir. Mübahisəli əmlak 2000-ci ildən onun sahibliyində və istifadəsində olmuş, əmlakın təmir bərpa xərcləri və bütün kommunal xərclər onun tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən, iddiaçı ünvan 1 133 saylı qeyri-yaşayış sahəsinə dair bağlanılmış 01 iyul 1997-ci il tarixli, xxxx saylı alqı-satqı müqaviləsinin, həmin müqavilənin bağlanmasına əsas olmuş 31 iyun 1997-ci il tarixli auksion protokolunun etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiаçı İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-517/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLA Rİ Məhkəmə kollegiyası iclasında Cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)517/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edi lməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə r iayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə müəyyən olunmuşdur ki, Saatlı şəhəri ƏMXİİ dərzi sexi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən tərtib olunmuş 31 iyun 1997-ci il tarixli 01 saylı auksion protokoluna və 01 iyul 1997-ci il tarixli, xxxx saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. İş materiallarında olan 17 ədəd qəbzlərin surətlərinə əsasən Cavabdeh2 tərəfindən dərzi sexinin özəlləşdirilməsi məqsədi ilə 04 aprel 1997-ci ildən 19 dekabr 2008-ci il tarixədək olan müddətlərdə müxtəlif məbləğlərdə pul dövlət nəfinə ödənilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 14 aprel 2011-cı il tarixli, MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 133 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. Apellyasiya isntansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisəli əmlak hərraca çıxarıldığından və həmin əmlaka dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında tərəflərin iradə ifadəsinə əsaslanan müqavilə bağlandığından və iddiaçı həmin müqavilə üzrə tərəf olmadığından, o cümlədən iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququnun olması barədə sübut təqdim olunmadığından bağlanmış alqı-satqı müqaviləsinin və p rotokolun etibarsız hesab olunması barədə iddia tələbi əsassısdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd olunan Məcəllən in 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması dır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilən Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 200 8-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyekt iv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisəsini etdiyi qeyriyaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etmədiyi üçün sözügedən iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququ na malik deyildir. İddiaçı özü mübahisələndirilən əqdin (özəlləşdirmə zamanı bağlanmış alqı-satqı müqaviləsinin) tərəfi olmadığı üçün onu imzaladığı şəxslərin iradə ifadələrini mübahisələndirə bilməz. Digər tərəfdən isə iddiaçı özü də izahatında qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına özəlləşdirilməsinin atasının razılığı ilə həyata keçirildiyini, sonuncunun bundan xəbərdar olduğunu bildirmişdir. Lakin sonuncu sağlığında əmlak üzərinə cavabdehin mülkiyyət hüququnu mübahisələndirməmişdir. Belə olan halda İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən atasının öldüyü məqama malik olduğu əmlak hüquqları vərəsəliklə qəbul etmək hüququna malik olmuşdur ki, həmin miras əmlaka mübahisələndirilən qeyri-yaşayış sahəsi olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessu al Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcə llənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-517/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiаçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-517/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar