Məhkəmə qərarları › İş №2(102)-4473/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4473/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4473/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-859/2019, hakim R.A.Xəlilov) “İddiaçı Bank” ASC-ni n Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 250611 ABŞ dolları məbləğində əsas borc, 10042 ABŞ dolları faiz borcu, 23529 ABŞ dolları məbləğində zərər, 5000 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 289184 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq «İddiaçı Bank» ASC-yə ödənilməsi, kredit müqaviləsi üzrə tutmanın ilkin satış qiyməti 310.000 manat təşkil edən XXXndə yerləşən bağ evi və ilkin satış qiyməti 140.000 manat təşkil edən ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan götürülən məbləğin ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə artıq məbləğin cavabdehlərə qaytarılması, bağ evi satıldıqdan sonra orada yaşayan şəxslər ən geci 1 ay ərzində həmin mənzili tərk etmədikdə və çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2210/2020, hakimlər X.Ə.Sarıyev, V.T.Həsənov, Ş.A.Məmmədova) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmə sini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə ASC İddiaçı Bankı Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, obyektiv və hərtərəfli araşdırılmamış, cərimə məbləği düzgün hesablanmamış, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti düzgün müəyyən edil məmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadını n ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, xx xxxx 2014-cü il tarixdə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 18 ay müddətinə illik faiz dərəcəsi 10 faiz olmaqla 250.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bankla bağlanmış ipoteka müqaviləsinə əsasən Natəvan Həsənovaya məxsus bağ evi və Cavabdeh2 məxsus torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) p ula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra e dilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə alınmış xx xxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh2 müqavilə müddətinin sonuna “İddiaçı Bank” ASC-yə olan borcu əsas borc üzrə 250611 ABŞ dolları, 10042 ABŞ dolları faiz borcu, iddia tarixinə cərimə borcu 30908 ABŞ dolları, illik 5% hesablanmaqla əldən çıxmış faydanın məbləği 10302 ABŞ dolları, rəy verilən tarixə isə 52940 ABŞ dolları cərimə borcu, illik 5% hesablanmaqla əldən çıxmış fayda 27950 ABŞ dolları təşkil edir. Apellyasiya məhkəməsi cavabdehin əlavə mühasibatlıq ekspertizası keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə tərəfindən ekspertiza keçirildikdən sonra da, cavabdeh tərəfindən ödənişlər olmadığı üçün, iddiaçı tərəf iddianın həcminin azaldılması deyil, artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Eyni zamanda tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazı mınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində hesab etmişdir ki, Lalə Qolovkavaya məxsus torpaq sahəsinin ipoteka müqaviləsində tərəflərin razılaşdıqları bazar qiyməti 90000 manat, məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəylərində bazar qiyməti 150000 manat və 180000 manat müəyyən olunduğundan, birinci instansiya məhkəməsi hər üç qiymətin orta qiyməti olaraq bazar qiyməti ilə 140000 manat ilkin satış qiymətini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar