Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4474/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Sumqayıt şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(004)-2392/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 4300 ABŞ dollarının tutulm ası və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödədiyi 93,10 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Emin Abdullayev ) 2(060)-65/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair işin aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdr. İddiaçının İddiaçı (Vəkil) xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət təqdim edərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2454/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. -403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. -403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. -403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası mə hkəməsi tərəfindən həll edilir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmçinin Mülki Prossesual Məcəlləsinin 407.1-ci maddəsin əsasən kassasiya şikayəti bu məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Kassasiya şikayətinin forması Mülki Prossesual Məcəlləyə 3 saylı əlavədə müəyyən e dilmişdir. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Məhkəmə tərkibi şikayətlə bağlı qeyd edir ki,qərardad xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilsə də, ondan verilən kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron imza ilə təsdiq edilmiş və müddətin buraxılması məsələsi məhkəmə tərəfindən yoxlanılmamış, kassasiya şikayətinin forması Mülki Prossesual Məcəlləyə 3 saylı əlavəyə uyğun tərtib edilməmiş, şikayət iddiaçının nümayəndəsi və Vəkil tərəfindən imzalansa da, şikayət ə Vəkil cavabdehin Ali Məhkəmədə təmsil etmə üçün verilmiş müvafiq orderi əlavə edilməmiş, işdə olan vəki orderində isə vəkilin yalnız birinci instansiya məhkəməsində tapşırığı icra etmək səlahiyyəti qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1, 408.1.3, 408.1.4cü maddələrinə əsasən göstərilən hallar kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti icraata qəbul edilməməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1, 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İdd iaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4474/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4474/2022
14.07.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver