Məhkəmə qərarları › İş №2(102)-4479/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4479/2023

19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4479/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əşyalarının evdən çıxarılması, evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2788/2023 nömrəli mülki iş üzrə 01 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları

1. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)2072/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə X16 arasında xx.xx.2007-ci il tarixdə Şəki şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 atası- X10, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X3 anaları- Cavabdeh yanında saxlanılmaları, X7 xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli müvəqqəti aliment tutulması barədə qərar dadı ilə qət edilmiş aliment məbləğinin hesablanıb tutularkən vaxt və miqdar baxımından nəzərə alınması və qətnamənin alimentə aid hissədə dərhal icra edilməsi qət edilmişdir.

2. Yaşayış yeri üzrə qeydiyyat haqqında 14 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, 101 C saylı evdə İddiaçı, X8, X16, Cavabdeh, X17, X6, X11, X9 və X12 qeydiyyatdadırlar.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh, X11 və X3 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi 62, ev 101 C-dən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində 1-ci iş üzrə icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsi ev 101 C ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh öz hesabına cehiz, ev əşyaları ilə birlikdə 107 adda cehiz əmlakının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 2012-ci ildə şəxsi vəsaiti və əvvəlki evini sataraq tikdirmiş və 2017-ci ildə mülkiyyətini təsdiq edən sənəd almışdır. Həmin evdə o, həyat yoldaşı, oğulları və nəvəsi Cavidan yaşayırlar. X25 23 oktyabr 2007-ci il tarixdə Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət onun mülkiyyətində olan Yeni Günəşli qəsəbəsi, D y/s bina 19 mə nzil 83 ünvanında yaşamışlar. Daha sonra o, həmin evi sataraq 2012-ci ildə Zığ qəsəbəsində fərdi yaşayış evi tikdirərək köçüb orada yaşamışlar. Həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi aldıqdan sonra özünü və ailə üzvlərini, həmçinin keçmiş gəlini Cavabdeh həmin evə pasport qeydiyyatına aldırmışdır. Onlar ailə üzvləri ilə birlikdə 2012ci ildən 2021-ci ilədək orada yaşamışlar. Lakin 2021-ci ilin mart ayında keçmiş gəlini onlara xəbər vermədən uşaqları da götürüb evdən çıxıb getmişdir. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və onların nikahları Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan azyaşlı uşaqları X6 atasının, digər iki azyaşlı uşaqlar isə analarının yanında saxlanılmış və onların yetkin lik yaşına çatanadək saxlanılmaları üçün hər ay alimentin tutulması qət edilmişdir. Cavabdeh artıq uzun müddətdir ki, evi tərk edərək getsə də, onun bütün cehiz əmlakları onun mülkiyyətindəki evdə qalmaqdadır. Qeyd olunan əşyalarının onun mülkiyyətində olan evdə qalması mülkiyyət hüququnu pozur, həm də həmin əmlaklara cavabdehlik daşımaq məcburiyyətindədir.

6. İddiaçı iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsi ev 101 C ünvanında yerləşən fərdi yaşayış evini 2012-ci ildə şəxsi vəsaiti və əvvəlki evini sataraq tikdirmiş və 2017-ci ildə mülkiyyəti təsdiq edən sənəd almışdır. Həmin evdə o, həyat yoldaşı, oğulları və nəvəsi Cavidan yaşayırlar. X25 23 oktyabr 2007-ci ildə Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət onu n mülkiyyətində olan Yeni Günəşli qəsəbəsi, D y/s bina 19 mənzil 83 ünvanında yaşamışlar. Daha sonra o, həmin evi sataraq 2012-ci ildə Zığ qəsəbəsində fərdi yaşayış evi tikdirərək köçüb orada yaşamışlar. Həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi aldıqdan sonra, özünü və ailə üzvlərini, həmçinin keçmiş gəlini Cavabdeh həmin evə pasport qeydiyyatına aldırmışdır. Onlar ailə üzvləri ilə birlikdə 2012ci ildən 2021-ci ilədək orada yaşamışlar. Lakin, 2021-ci ilin mart ayında keçmiş gəlini onlara xəbər vermədən uşaqları da götürüb evdən çıxıb getmişdir. Cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və onların nikahları Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan azyaşlı uşaq X6 atasının, digər iki azyaşlı uş aqları isə analarının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin tutulması qət edilmişdir. Cavabdeh artıq uzun müddətdir ki, evi tərk edərək getsə də, onun bütün cehiz əmlakları onun mülkiyyətindəki evdə qalmaqdadır. Qeyd olunan əşyaların onun mülkiyyətində olan evdə qalması mülkiyyət hüququnu pozur, həm də həmin əmlaklara cavabdehlik daşımaq məcburiyyətindədir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, uşaqları ilə birlikdə hal-hazırda kirayədə qalır, cehiz əşyalarını aparmağa yeri yoxdur. Onun keçmiş həyat yoldaşı daimi olaraq onu söymüş və təhqir etmişdir. Bu səbəbdən həmin evdə yaşamaq mümkün olmadığından, o evdən çıxıb getmək məcburiyy ətində qalmışdır. O 2007-ci ildə nikaha daxil olan zaman Yeni Günəşli qəsəbəsi, D y/s bina 19 mənzil 83 ünvanında yerləşən mənzildə yaşamışlar. Sonradan həmin mənzil satılmış və həmin evin satışından əldə olunmuş məbləğə hal-hazırkı fərdi yaşayış evi tikilmişdir. Sonradan onlar hamısı həmin evə pasport qeydiyyatına alınmışlar. Onun yaşamağa başqa yaşayış yeri olmadığından, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3125/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Orucova) iddia təmin olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki iş üzrə mülkiyyətçi İddiaçı, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istif adə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin evə müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir.

10. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, 101 C saylı evin mülkiyyətçisi olduğundan və mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi təmin olunmalı və Cavabdeh məxsus cehiz əşyaları İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, “İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında” X4 1 saylı Protok olun 1-ci maddəsinə, Mülki Məcəllənin 6, 157.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Birinci instansiya məhkəməsində 2-ci iş üzrə icraat

12. Cavabdeh İddiaçı və X14 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmamış övladları X6, X11 və X9 ilə birlikdə ünvan 3 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Elçin Məmmədovla ailə həyatı quraraq evlənmiş, onların birgə nikahından üç övladı dünyaya gəlmişdir. Hal-hazırda onların ailə münasibətlərində problemlər yarandığı üçün İddiaçı tərəfindən çıxarıldığı mənzildə yaşamağa imkan verilmir. Baxmayaraq ki, mübahisəli evdə- ünvan 4 ünvanda uşaqları ilə birgə yaşayıb, birgə təsərrüfat aparıb. İndi isə getməyə başqa yeri yoxdur. Belə ki, Cavabdeh yeganə yaşayış yerimdən məhrum edilmiş və məhrum edilmə qanunsuz olmuşdur. Göstərilənlərə əsasən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

14. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-240/2023 nömrəli, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia rədd olunmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh mübahisəli evə 2011-ci ildə, İddiaçı isə 2012-ci ildə köçdüyünü iddia etsə də, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, Cavabdeh bu evə köçməsi Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il tarixdən sonra baş vermişdir. Belə olan halda mübahisəyə Mənzil Məcəlləsinin normaları tətbiq edilməli, Cavabdeh məhz Mənzil Məcəlləsinin normaları baxımından istifadə hüquq unun yaranıb yaranmadığı araşdırılmalıdır.

16. Hazırkı işdən görünür ki, Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçıla birlikdə yaşamır və Azərbaycan Respublikasının ailə qanunvericiliyi baxımından ondan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan halda Cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi heç bir istifadə hüququ yaranmamışdır.

17. Cavabdeh uşaqlarına münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki iş materiallarında olan məhkəmə qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozularkən Cavabdeh və Elçin Məmmədovun birgə nikahından doğulmuş uşaqlardan birinin- xx.xx.2008-ci il təvəllüdlü Cavidan Məmmədzadənin atası Elçin Məmmədovun yanında qalması müəyyən edilmişdir. Məhkəmə iclasında hər iki tər əf mübahisələndirmədən qəbul etmişdir ki, həmin uşaq hazırda da atası olan Elçin Məmmədovla birlikdə, babası İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində qalır. Hətta məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) iddianı həm də o, əsasla müdafiə etmişdir ki, uşaqlardan biri mübahisəli evdə atası ilə, ikisi isə ayrı yerdə anası ilə qaldığından, bu uşaqların biri-birindən ayrı qalması uşaqların üstün maraqlarına uyğun deyil.

18. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan xx.xx.2008-ci il təvəllüdlü X1 Məmmədovla birlikdə Cavabdeh hazırda köçürülmək istədiyi fərdi yaşayış evində yaşadığından və şəxsin onsuz da yaşadığı evə məhkəmə qətnaməsi əsasında “köçürülməsi” mümkün olmadığından iddianın həmin uşağa münasibətdə təmin edilmə si istisna edilir.

19. Cavabdeh yanında qalan iki uşağın istifadə hüququna gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, bu uşaqların mübahisəli evdən istifadə hüququnun olubolmaması müəyyən edilərkən də Cavabdeh tətbiq edilən kriteriyalar (yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ) tətbiq edilməlidir. Bu uşaqlar hazırda yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçıla yaşamasalar da, nəzərə alınmalıdır ki, onlar cavabdehin nəvələridir və ailə qanunvericiliyində baba və nənələrin yetkinlik yaşına çatmayan nəvələrini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Lakin baba və nənələrin bu vəzifəsinin yaranması üçün üç şərt olmalıdır: 1) yetkinlik yaşına çatmayan nəvələrin yardıma ehtiyacı olmalı; 2) onlar saxl anmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməli; 3) baba və nənənin buna zəruri vəsaiti olmalıdır. Hazırkı iş üzrə məhkəmə araşdırması gedişində bu hallardan heç biri müəyyən edilmədiyindən məhkəmə Cavabdeh yanında qalan uşaqların həmin evin mülkiyyətçisi olan babalarının ailə üzvü kimi evdən istifadə hüququnun olması nəticəsinə gələ bilməz.

20. Məhkəmə qətnaməsi ilə bu uşaqların məhz Cavabdeh yanında qalması müəyyən edildiyindən, həmin uşaqların məhz sonuncunun yanında olmasının onların mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin uşaqların yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi mübahisəli evdən istifadə hüququnun olması müəyyən edilsə idi belə, onların Cavabdeh ayrı həmin evə köçürülməsi təmin edilə bilməzdi. Odur ki, i ddia bu iki uşağa münasibətdə də təmin edilə bilməz.

21. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1-ci maddəsinə, Mənzil Məcəllənin 30.1-30.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Birinci iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddia qaldırılmışdır. İddiası təmin edilməmiş və qeyd edilən iş üzrə qətnamədən n arazı qaldığından apellyasiya şikayəti vermişdir. Bir çox əşyaları, həmçinin cehiz kimi ona verilmiş mebel dəsti iddia tələbində öz əksini tapmadığından o, faktiki olaraq öz əmlakından məhrum olmuşdur. Qeyd edilən əşyaların dəyəri digər əşyaların dəyərindən çox olduğundan, Cavabdeh ümumiyyətlə bu cehiz və məişət əşyaları barədə iddia tələbində heç bir şey qeyd etməmişdir. Cehiz əşyalarının mənzildən çıxarılması tələbinin mümkünlüyünə gəldikdə isə cehiz əşyaların çıxarılmasına dair məhkəmə qətnaməsinin icrası onun mənzilə köçürülmə tələbinə dair qaldırdığı iddia ilə bağlıdır. Cehiz əşyaları evdən çıxarılsa və sonradan o, həmin evə köçürülsə, bunun üçün İddiaçı süni maneələr yaradacaq və o, yeni problemlər yaşayacaq. Bu səbəbdən hazırkı iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsi və iddia tə ləbinin təmin edilməməsini xahiş etmişdir.

24. İkinci iş üzrə də Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh mübahisəli evə köçən zaman (2012-ildə) ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə ki, mübahisəli ev xx.xx.2017-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Yəni, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə 2012-ci ildə mübahisəli evə köçüb yaşayanda, İddiaçı mübahisəli evin mülkiyyətçisi deyildi. Belə olan halda məhkəmənin Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanması düzgün deyil. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsi müt ləq şəkildə mənzilin mülkiyyətçisinin olmasını şərt qoşur. Şəxs isə daşınmaz əmlakın mülkiyyətçisi olması üçün həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq şərtdir. Göründüyü kimi, mübahisəli evdə Cavabdeh yaşayış hüququ yaranan zaman (2012-ci il) daşınmaz əmlak dövlət reyestrində qeydiyyatından keçmədiyindən, mövcud münasibətlərə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi əsassızdır. Məhkəmənin “Mənzil Məcəlləsi” qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz” yanaşması səhvdir. Belə ki, Cavabd eh İddiaçı məxsus olan evdən istifadə hüquqları 2009-cu ilədək yaranmışdır və bu hüquqlar sonradan əldə edilmiş və hazırkı mübahisə predmeti olan evə ötürülmüşdür. Cavabdeh yetkinlik yaşına çatmamış övladları ilə birlikdə ilkin olaraq ünvan 5 ünvanda yerləşən evə köçsəydi məhkəmənin bu cür mövqeyini anlamaq olardı. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh Elçin Məmmədovla nikaha daxil olduqdan sonra İddiaçı məxsus olan Suraxanı rayonu, Günəşli qəsəbəsindəki mənzilə elə onun razılığı ilə köçmüş və yaşamışdır. Sadəcə, sonradan İddiaçı Cavabdeh gəlin olaraq köçdüyü evi satmış və hazırkı mübahisəli evə köçmüşdür. Həmin evdə 9 il, yəni 2012-ci ildən 2021-ci ildək yaşamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2023-cü il tarixli qərardadı ilə 2(103)-3284/2023 saylı mülki işlə 2(103)-2788/2023 saylı mülki iş bir icraatda birləşdirilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2788/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il və 11 yanvar 2023-cü il tarixli qətnamələri mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə kollegiyası, birinci mülki iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 kü çəsi, 101 C saylı evin mülkiyyətçisi olduğundan, hazırda Cavabdeh ilə onun oğlu arasında olan nikah pozulduğundan, birinci instansiya məhkəməsi Cavabdeh məxsus cehiz əşyalarını həmin evdən çıxarılması barədə iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

29. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, cehiz kimi ona verilmiş mebel dəsti iddia tələbində öz əksini tapmadığından o, faktiki olaraq öz əmlakından məhrum olmuşdur. Məhkəmə kollegiyası onun bu dəlili ilə bağlı qeyd etmişdir ki, mübahisəli evin mülkiyyətçisi İddiaçı Cavabdeh bütün cehiz əşyalarını həmin evdən çıxarmasına etiraz etmir. Eyni zamanda, iddia olunan cehiz əşyaları ilə bağlı mübahisə olduğu halda Cavabdeh bununla bağlı ayrıca tələblə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Bu baxımdan birinci i ş üzrə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

31. İkinci iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin əsas dəlili onun 2007-ci ildə gəlin köçdüyü İddiaçı (keçmiş qayınatasına) məxsus mənzilə olan istifadə hüququnun həmin mənzilin satılmasından sonra köçdükləri (hazırda onun keçmiş qayınatasının mülkiyyətində olan) fərdi yaşayış evinə keçməsi, yəni istifadə hüququnun ötürülməsi ilə bağlıdır.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessua l hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında olan münasibət 2007-ci ildə yarandığından hazırkı mübahisəyə Mülki Məcəllənin müvafiq maddələri tətbiq edilməlidir. Qeyd olunur ki, Cavabdeh apellyasiya şikayətinin 2007-ci ildə gəlin köçdüyü İddiaçı (keçmiş qayınatasına) məxsus mənzilə olan istifadə hüququnun yaranması barədə dəlli əsassızdır. Çünki, Cavabdeh özünün qeyd etdiyi kimi onun 2007-ci ildə gəlin köçdüyü mənzil onun qayınatasının mülkiyyəti olmuşdur, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşma bağlanmalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi.

33. Məh kəmə kollegiyasının araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi İddiaçıla Cavabdeh arasında mənzildən istifadə hüququna dair hər hansı notarial qaydada yazılı razılıq olmamışdır. Bununla da müəyyən olunur ki, Cavabdeh həmin mənzilə dair hər hansı hüquqları yoxdur. Belə olan halda, onun apellyasiya şikayətinin dəlili, yəni 2007-ci ildə gəlin köçdüyü mənzilə istifadə hüququnun yaranması və daha sonra həmin istifadə hüququnun sonradan tikilən yaşayış evinə ötürülməsi barədə dəlili əsassızdır.

34. Məhkəmə kollegiyası Cavabdeh hazırda İddiaçı məxsus yaşayış evinə köçürülməsi tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Belə ki, Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı oğlu ilə nikahına xitam v erildiyindən, mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan halda Cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi heç bir istifadə hüququ yaranmır.

35. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin digər dəlili, yəni həm də tərəflərin birgə nikahından doğulmuş uşaqlardan birinin atası ilə yaşaması, digər ikisinin isə onunla yaşaması, və uşaqların ayrı yaşamalarının onların üstün maraqlarına uyğun olmaması ilə bağlı qeyd etmişdir ki, bu hal mənzil mülkiyyətçisi ilə üçüncü şəxs arasında mənzilə köçürülmə barədə tələbin həlli baxımından hər hansı hüquqi əhəmiyyət kəsb etmir.

36. Məhkəmə Kollegiya bu hissədə mövqeyini, Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsin in 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə yeni qər ar qəbul edilməsini xahiş etmişdir.

38. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh yetkinlik yaşına çatmamış övladları ilə birlikdə mübahisəli mənzilə köçən zaman (2012-ci ildə) ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Belə ki, mübahisəli ev xx.xx.2017-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Yəni, Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə 2012-ci ildə mübahisəli evə köçüb yaşayanda, İddiaçı mübahisəli evin mülkiyyətçisi deyildi. Belə olduğu halda məhkəmənin Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanması düzgün deyil. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsi mütləq şəkildə mənzilin mülkiyyətçisinin olmasını şərtləndirir. Mübahisəli evdən Cavabdeh yaşayış hüququ yaranan zaman ( 2012-ci il ) daşınmaz əmlak dövl ət reyestrində qeydiyyatından keçmədiyindən və İddiaçı həmin evin mülkiyyətçisi olmadığından mövcud münasibətlərə Mənzil Məcəlləsinin tətbiq edilməsi əsassızdır. Kassator bildirir ki, iddiaçı mübahisəli və yaşayan zaman ev dövlət qeydiyyatından keçmədiyindən mövcud münasibətlərə Mənzil Məcəlləsinin deyil, Mülki Məcəlləsinin tələbləri şamil edilməlidir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Belə ki, sözügedən evdən Cavabdeh hüququ 2009-cu ilədək yaranmışdır, lakin hüquqlar İddiaçı sonradan əldə etdiyi və hazırkı mübahi sə predmeti olan evə ötürülmüşdür. Cavabdeh yetkinlik yaşına çatmamış övladları ilə birlikdə ilkin olaraq ünvan 5 ünvanda yerləşən evə köçsəydi məhkəmənin bu cür mövqeyini anlamaq olardı. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh Elçin Məmmədovla nikaha daxil olduqdan sonra İddiaçı məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən mənzilə onun– yəni mənzilin mülkiyyətçisi İddiaçı razılığı ilə köçmüş və yaşamışdır. Sadəcə sonradan İddiaçı Cavabdeh gəlin olaraq köçdüyü mənzili satmış və hazırkı mübahisəli evə köçmüşdür. Qeyd edilən ev 2017-ci il tarixədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat keçməmiş, İddiaçı mübahisəli ev üzərində hüquqları Cavabdeh həmin evə köçüb yaşadıqdan 5 il sonra yaranmışdır. Cavabdeh həmin evdə 9 il, yəni 2012-ci ildən 2021-ci il tarixə dək yaşamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlan ılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Cavabdeh kassasiya şikayətində apellyasiya inmstansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edil məsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci mülki iş üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd etmişdir ki, İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev- 62 küçəsi, 101 C saylı evin mülkiyyətçisi olduğundan, hazırda Cavabdeh ilə onun oğlu arasında olan nikah pozulduğundan, birinci instansiya məhkəməsi Cavabdeh məxsus cehiz əşyalarını həmin evdən çıxarılması barədə iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

51. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, cehiz kimi ona verilmiş mebel dəsti iddia tələbində öz əksini tapmadığından o, faktiki olaraq öz əmlakından məhrum olmuşdur. Apellyasiya instansiyası məhkəməsi onun bu dəlili ilə bağlı qeyd etmişdir ki, mübahisəli evin mülkiyyətçisi İddiaçı Cavabdeh bütün cehiz əşyalarını həmin evdən çıxarmasına etiraz etmir. Eyni zamanda, iddia olunan cehiz əşyaları ilə bağlı mübahisə olduğu halda Cavabdeh bununla bağlı ayrıca tələblə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Bu baxımdan birinci iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

52. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 157.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

53. İkinci iş üzrə apellya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə Cavabdeh apellyasiya şikayətinin əsas dəlili onun 2007-ci ildə gəlin köçdüyü İddiaçı (keçmiş qayınatasına) məxsus mənzilə olan istifadə hüququnun həmin mənzilin satılmasından sonra köçdükləri (hazırda onun keçmiş qayınatasının mülkiyyətində olan) fərdi yaşayış evinə keçməsi, yəni istifadə hüququnun ötürülməsi ilə bağlıdır.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında olan münasibət 2007-ci ildə yarandığından hazırkı mübahisəyə Mülki Məcəllənin müvafiq maddələri tətbiq edilməlidir. Qeyd olunur ki, Cavabdeh apellyasiya şikayətinin 2007-ci ildə gəlin köçdüyü İddiaçı (keçmiş qayınatasına) məxsus mənzilə olan istifadə hüququnun yaranması barədə dəlili əsassızdır. Çünki, Cavabdeh özünün qeyd etdiyi kimi onun 2007-ci ildə gəlin köçdüyü mənzil onun qayınatasının mülkiyyəti olmuşdur, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşma bağlanmalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi.

55. Apellyasiya instansiyası məhkəməsinin araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi İddiaçıla Cavabdeh arasında mənzildən istifadə hüququna dair hər hansı notarial qaydada yazılı razılıq olmamışdır. Bu nunla da müəyyən olunur ki, Cavabdeh həmin mənzilə dair hər hansı hüququ olmamışdır. Belə olan halda, onun apellyasiya şikayətinin dəlili, yəni 2007-ci ildə gəlin köçdüyü mənzilə istifadə hüququnun yaranması və daha sonra həmin istifadə hüququnun sonradan tikilən yaşayış evinə ötürülməsi barədə dəlili əsassızdır.

56. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh hazırda İddiaçı məxsus yaşayış evinə köçürülməsi tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Belə ki, Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı oğlu ilə nikahına xitam verildiyindən, mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan halda Cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvü kimi heç bir istifadə hüququ yaranmır.

57. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh apellyasiya şikayətinin digər dəlili, yəni həm də tərəflərin birgə nikahından doğulmuş uşaqlardan birinin atası ilə yaşaması, digər ikisinin isə onunla yaşaması, və uşaqların ayrı yaşamalarının onların üstün maraqlarına uyğun olmaması ilə bağlı qeyd etmişdir ki, bu hal mənzil mülkiyyətçisi ilə üçüncü şəxs arasında mənzilə köçürülmə barədə tələbin həlli baxımından hər hansı hüquqi əhəmiyyət kəsb etmir.

58. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araş dırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 avqust 2023-cü il tarixli, 2(103)-2788/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar