Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4480/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, iddia müddəti) 31.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa (məruzəçı), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh X3rşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqını ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-359/2022 nömrəli mülki iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şik ayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh X5 (bundan sonra “cavabdeh” və ya “TƏBİB”) arasında xx.xx.2019-cu il tarixdə 1 il müddətinə, xx.xx.2020-ci il tarixədək 01/15 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir.
2. Əmək müqaviləsinə 1/01 saylı əlavəyə əsasən işçiyə hər ay vergilər və digər məcburi ödənişlər daxil olmaqla 2692,31 AZN məbləğində vəzifə maaşı ödənilir.
3. TƏBİB-in İdarə Heyətinin sədrinin xx.xx.2020-ci i ltarixli, 01-02 saylı əmrinə əsasən 20-26 mart 2020-ci il tarixlərində, xx.xx.2020-ci i ltarixli, 0 1-21 saylı əmrinə əsasən 25-29 may 2020-ci il tarixlərində TƏBİB-in struktur bölmələrinin bütün işçiləri növbəlilik əsasında işə cəlb olunmalıdrılar.
4. İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək əmək qabiliyyətini itirmişdir.
5. TƏBİB-in İdarə Heyətinin sədrinin xx.xx.2020-ci il tarixli, 01-89 saylı əmrinə əsasən iddiaçının 30 dekabr 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 26 dekabr 2020-ci il tarixli 01-15 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin *b* bəndinə uyğun olaraq xitam verilmişdir.
6. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti İddiaçı göndərilsə də, xx.xx.2021-ci il tarixdə İddiaçı məktubu qəbul etməkdən imtina etmişdir.
7. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla İcb ari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək, onunla TƏBİB arasında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmayaraq xitam verilməsinin araşdırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir.
8. İddiaçı ona hüquqi yardım göstərilməsi üçün "xxxx" MMC-yə 1500 manat ödəniş etmişdir.
9. Mübahisə xx.xx.2020-ci il tarixli, 01-89 saylı əmrin qanuniliyi ilə bağlı yaranıb İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 30 Dekabr 2020-ci il tarixli (həmçinin, əgər mövcuddursa xx.xx.2021-ci il tarixli) əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab olunaraq ləğv olunması, işə bərpa edi lməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunduğu tarixə qədər olan dövr üçün hesablanmalı olan əmək haqqı məbləğinin tam şəkildə ödənilməsi, qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş 9 gün üçün 1841,76 AZN məbləğin tam şəkildə ödənilməsi, xidmət müqaviləsi əsasında məhkəmədə təmsil olunması üçün ödənilmiş 1500 AZN məbləğin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı ilə TƏBİB arasında əmək münasibətləri mövcud olmuşdur. İddiaçı cavabehin İnsan Resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. İddiaçı ilə Cavabdeh arasında olan əmək müqaviləsinə 30 Dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən əmək qanunvericiliyi kobud surətdə pozularaq xitam verilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin nıüddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, tərəflər arasında əmək münasibətləri davam etmiş və iddiaçı xx.xx.2020-ci il tarixdə işə gələrək əmək fəaliyyətinə davam etmişdir. Daha sonra iddiaçı xəstələnərək xx.xx.2020–xx.xx.2021-ci il tarixləri arasında əmək qabiliyyətini itirmiş (xəstəlik vərəqəsi mövcuddur) və bu barədə cavabdehə məlumat vermişdir. Cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən əmək qanunvriciliyi kobud surətdə pozulmuş və əmək müqaviləsinə iddiaçıya məlumat verilmədən, xx.xx.2020-ci il tarixdə müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
12. Əmək müqaviləsinə xitam verilərkən iddiaçı ilə son haqq-hesab apa rılmamış, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin (əgər mövcuddursa) surəti iddiaçıya təqdim olunmamış müvafiq ödənişlər ödənilməmişdir. İddiaçı cavabdehin fəaliyyətə başladığı gündən etibarən müəssisənin struktur və ştatının hazırlanması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, xəstəxanaların müraciətlərinin cavablandırılması və digər məsələlərlə məşğul olmuş və Covid-19 pandemiyasının başladığı ilk dövrlərdən iş olmayan qeyri-iş günlərində, istirahət günlərində belə, işə çıxaraq “TƏBİB”in fəaliyyətinin fasiləsiz olaraq tənzimlənməsi üçün rəhbərlik tərəfindən verilmiş bütün göstərişləri icra etmişdir. Ümumilikdə isə iddiaçı cavabdeh üçün kifayət qədər ağır dövr hesab edilən həm Covid-19 pandemiyası, həm də Vətən Müharibəsi dövründə cavabdehlə əmək münasibətlərinə uyğun olaraq öh dəliklərini yüksək səviyyədə yerinə yetirmişdir.
13. İddiaçı əmək müqaviləsinə qanunsuz və ədalətsiz şəkildə xitam verilməsinə baxmayaraq məsələnin danışıqlar yolu ilə həll olunmasına çalışmışdır. Məsələlərin danışıqlar yolu ilə həllinin tərafdarı olan iddiaçı ilk olaraq Cavabdehin üst qurumu olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyinə xx.xx.2020-ci il tarixdə rəsmi şəkildə müraciət etmişdir. Həmin müraciətə bu günə qədər cavab verilməmişdir. Daha sonra isə danışıqların aparılması üçün iddiaçı müqavilə və etibarnamə əsasında səlahiyyətli nümayəndələri vasitəsi ilə cavabdehlə danışıqlara başlamışdır. İddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərək məsələnin məhkəməyə qədər həlli üçün görüş təyin edilməsini xahiş etmişdir. İlk görüş xx.xx.2020-ci il tarixdə keçirilmiş və cavabdehdən baş vermiş qanunsuzluqların səbəbi soruşulmuş və onların aradan qaldırırılması xahiş olunmuşdur. Cavabdehin nümayəndələri xx.xx.2020-ci il tarixli xitam əmrinin qanunsuz olduğunu qəbul etmiş, həmin əmrin artıq ləğv olunduğunu və xx.xx.2021-ci il tarixli yeni xitam əmrinin qüvvəyə mindiyini, əlavə olaraq, məsələnin danışıqlar yolu ilə həll oluna biləcəyini və lazımi tədbirlərin görüləcəyini də bildirmişlər. Cavabdehlə sonrakı danışıqlarda heç bir hərəkət görməyən iddiaçının nümayəndələri cavabdehdən son haqq-hesabın ödənilməsi, qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərin (xitam əmrinin surəti və əmək kitabçası) onlara təqdim olunmasını tələb etsələr də, cavabdeh yalnız iddiaçının öhdəliyində olan inventarın (kompyuter avanda nlığı) təqdim olunmasından sonra son haqq-hesabın ödəniləcəyini bildirmişdir. Cavabdeh iddiaçıya göndərdiyi 25 yanvar 2021-ci il tarixli məktubda da bu faktı qeyd etmişdir. Bu halların və yeni xitam əmrinin daha ciddi qanun pozuntusu olduğu iddiaçının nümayəndələri tərəfindən cavabdehə bildirilmiş və qeyd edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən sonra işə çıxmamışdır və işçi ilə əmək müqaviləsinə yalnız o işə çıxdıqdan sonra xitam verilə bilər. İddiaçı elektron sistemdə xx.xx.2021-ci il tarixli yeni xitam əmrinin mövcud olmadığını qarşı tərəfə çatdırmış və xitam əmrinin surətinin (hansı qüvvədədirsə) ona təqdim olunmasını tələb etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndələri ilə cavabdehin əməkdaşları arasında baş tutmuş görüşdə iddiaçının öhdəliyində olan inventar cava bdehə təhvil verilmişdir. Həmin görüşdə cavabdeh bildirmişdir ki, xx.xx.2021-ci il tarixli yeni xitam əmri mövcud deyil və xx.xx.2020-ci il tarixli xitam əmri qüvvədə qalır. Bundan sonra, iddiaçının son haqq-hesabı ilə bağlı edilməli olan ödəniş natamam miqdarda xx.xx.2021-ci il tarixində ödənilmişdir. Beləliklə, danısıqların nəticə vermədiyini və hüquqlarının pozulduğunu görən iddiaçı məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyini bildirmişdir.
14. Göründüyü kimi, iddiaçı hansı tarixli xitam əmri əsasında əmək müqaviləsinə xitam verildiyini xx.xx.2021-ci il tarixinə qədər faktiki olaraq (belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda xitam əmrinin tarixinin xx.xx.2020-ci il olaraq göstərməsinə baxmayaraq danışıqlarda E-gov sisteminə müraciət olunduğunu və xx.xx.2021-ci il t arixli əmrin qüvvəyə minəcəyini bildirmişdir) bilməmişdir və bu günə qədər də rəsmi olaraq iddiaçıya və ya onun səlahiyyətli nümayəndəsinə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti təqdim olunmamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətinin və iddiaçının əmək kitabçasının təqdim olunması tələbi ilə əlavə müraciət də olunmuşdur.
15. İddiaçı ilə həyata keçirilməli olan son haqq-hesab məsələsinə gəldikdə, iddiaçının əmək müqaviləsi üzrə əmək haqqı məbləği 2692,31 manatdır. Cavabdeh xx.xx.2020-ci il tarixli xitam əmrinin qüvvədə olduğunu bildirməsinə baxmayaraq, işçinin son haqq-hesabı qeyd etdikləri kimi, yalnız xx.xx.2021-ci il tarixdə natamam miqdarda ödənilmişdir. Belə ki, işçinin 24 gün olan məzuniyyət əvəzi ödənilməsinə baxmayaraq, 9 qeyri-iş günündə işə cəlb (əmrlə təsdiqlənmiş) olduğunun əvəz günləri hesablanmamış və ödəniş tam şəkildə həyata keçirilməmişdir. Bundan əlavə, qanunvericilikdə tələb olunan sənədləşmə prosesinə də əməl olunmamış, xitam əmrinin surəti və iddiaçının əmək kitabçası bu tarixə qədər də iddiaçıya təqdim olunmamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçıya 1652 manat vəsait ödənilmişdir. Lakin bu vəsaitə əlavə olaraq iddiaçıya 9 qeyri-iş günündə işə cəlb olunduğuna görə əvəz olaraq 1841,76 AZN (hesablanması qaydası: 1 gün üçün orta əmək haqqı olan – 102.32 AZN x 9 gün x 2 = 1841.76 AZN) vəsait də ödənilməli olduğu halda bu günə qədər ödənilməmişdir.
16. İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasında xəstəliklə əlaqədar iş yerində olmadı ğ halda, cavabdeh xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin qanunsuz olan xx.xx.2020-ci il tarixli əmri qanuni çərçivəyə salmaq cəhdi olan xx.xx.2021-ci il tarixli əmri də mövcud olduğu təqdirdə qanunsuz hesab olunmalıdır.
17. İddiaçı xx.xx.2020-ci il tarixdən sonra işə çıxmamışdır. İşin hallarından da görünüdüyü kimi işçinin son haqq-hesabı xx.xx.2020-ci il tarixdə verilməli olmasına baxmayaraq yalnız xx.xx.2021-ci il tarixində və natamam şəkildə ödənilmişdir.
18. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 73, 83, 300-cü, Mülki Prosessual Məcəllənin 121.1-ci maddələrinə istinad etmişdir.
19. Cavabdehin nümayəndəsi iddaya etiraz etmişdir. Etirazın dəlilləri: - əmək müqaviləsinin ləğv edilməsi zamanı qanunvericilik normalarına tam əməl edilmişdir. 3 0 dekabr 2020-cil il tarixli, 01-89 saylı əmrin qeyri-qanuniliyi ilə bağlı heç bir əsas yoxdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikasının əmək qanunvericliyinə uyğun olaraq tərtib edilmiş və iddiaçıya təqdim edilmişdir. İşdən çıxarılma üçün qanunla müəyyən edilmiş bütün addımlar atılmışdır; - İddiaçı TƏBİB-in İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsi üzrə işə qəbul edilmiş, onunla 26 dekabr 2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanılmışdır. 28 dekabr 2019-cu il tarixində sözügedən əmək müqaviləsinin müddəti bitmiş və 30 dekabr 2020-cil il tarixli, 01-89 saylı əmrlə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi rəhbər tutulmaqla TƏBİB-lə bağlanmış 01-15 nömrəli əmək müqaviləsi l əğv edilmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsinin müddətinin, onun xəstələndiyi və iş yerində olmadığı dövrdə qurtarmasını irəli sürərək, onunla əmək münasibətlərinə yalnız işçi işə çıxdıqdan sonrakı tarixdə xitam verilməli olduğunu xüsusilə qeyd etmişdir. Həmin arqument tamamilə əsassız olmaqla iddiaçının ərizəsində göstərdiyi faktlarla da təkzib olunur. İddiaçı 29 dekabr 2020-ci il tarixindən xəstələnərək əmək qabiliyyətini itirmişdir. Bu, həmçinin iş materialları ilə təsdiq olunur. Hazırki iş üzrə müqavilənin müddəti xx.xx.2020-ci il tarixində basa çatmış və həmin vaxt işçi iş yerində olmuşdur. Başqa sözlə, yuxarıda qeyd edilmiş hallar mövcud olmadığından, həmin maddənin tətbiq edilməsi üçün heç bir hüquqi əsas yoxdur; - digər tərəfdən, iddiaçı əmək qabiliyyətini itirdiyi dövr də əmək müqaviləsinə xitam verilərək cavabdeh tərəfindən qanunun tələblərinin pozulduğunu iddia etmişdir. Halbuki, sözügedən halda heç bir hüquq pozuntusundan söhbət gedə bilməz. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin ona təqdim edilməməsini iddia etmişdir. İşin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən də aydın olur ki, iddiaçıya əmrin tərtib edildiyi gün poçt vasitəsilə bildiriş göndərilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti təqdim edilmişdir. Məktub qoşmaları ilə birlikdə xx.xx.2021-ci il tarixində iddiaçıya çatdırılmışdır. Əmrin iddiaçıya rəsmi qaydada təqdim edilməsi xəbərnamə ilə də təsdiq olunur. Lakin iddiaçı tərəfindən həmin məktubun qəbul edilməsindən imtina edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tari xli məktubla yenidən xatırlatma edilmiş, əmək kitabçasının təhvil alınmasının zəruriliyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarının 6-cı bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İsdən çıxan gün işçinin isdə olmadığı hallarda işəgötürən həmin gün poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Yalnız iddiaçının nümayəndəsinin 15 fevral 2021-ci il tarixli məktubu ilə əmrin surəti və əmək kitabçası istənilmiş və həmin məktuba cavab olaraq sözügedən sənədlər kuryer va sitəsi ilə nümayəndəyə təhvil verilmişdir. Göründüyü kimi, işçinin işdən çıxarılma prosesi qanunvericiliyin tələblərinə əməl edilməklə həyata keçirilmişdir; - iddiaçı tərəfindən irəli sürülmüş arqumentlərdən biri də əmək müqaviləsinə xitam verilərkən onunla son haqq-hesabın aparılmadığı, ona çatası ödənişlərin verilmədiyi haqqındadır. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən gün, yəni xx.xx.2020-ci il, cari il üzrə son iş günüdür. Həmin gün bank hesablaşma əməliyyatlarının edilməsi texniki cəhətdən qeyri-mümkün olması səbəbindən növbəti iş günü ərzində ödənişlər həyata keçirilmişdir. Son haqq-hesabın gecikdirilməsi əmək hüququnun deyil, bilavasitə inzibati xətalara dair münasibətlərin predmeti kimi çıxış edir. Son haqq-hesabın ödənilməsində g ecikdirmələr işə bərpa üçün əsas kimi müəyyən edilməmişdir; - iddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ona xəbərdarlıq edilməmişdir. İşçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin əsas tənzimləyicisi olan Əmək Məcəlləsində digər əsaslardan fərqli olaraq müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin hər hansı formada əvvəlcədən xəbərdarlıq edilməsi birbaşa nəzərdə tutulmamışdır; - Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərə müqaviləyə xitam verilməsini tələb etmək hüququ verir. Hazırki mübahisəyə tətbiq etdikdə, cavabdeh xx.xx.2020-ci il tarixindən etibarən 1 həftə ərzində münasibətləri sonlandırmaq ixtiyarına malikdir. Yu xarıda qeyd edilmiş qanununun normasında da qeyd edilib ki, əmək müqaviləsində göstərilən müddət qurtardıqda işəgötürən əmək münasibətlərinin davam etdirilməsini deyil, xitam verilməsini tələb etmiş və buna dair işəgötürən tərəfindən 30 dekabr 2020-cil il tarixli, 01-89 saylı əmr verilmişdir; - müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əvvəlcədən iddiaçıya hər hansı məlumatın verilməsi zərurəti qanunla müəyyən edilməmişdir. Çünki hələ əmək münasibətlərinin başlanğıcında iddiaçı müqavilənin 1 (bir) il müddətinə bağlandığından xəbərdar olmuşdur. Digər tərəfdən, bu, birbaşa əmək hüquq münasibətlərinin mahiyyətindən irəli gəlir. İşçi özü müddətli əmək münasibətlərində maraqlı olmalı, prosesin gedişatını izləməlidir.
20. Cavabdehin nümayəndəsi həmçinin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də vermişdir.
21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2515/2021 saylı, 06 may 2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Cəmilə Musayeva)
22. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, müqavilədə müəyyən edilmiş müddət 1 il təşkil etmişdir. Müqavilədə əmək müqaviləsinin müddətinin eyni şərtlərlə yalnız bir il uzadılması nəzərdə tutulduğundan, tərəflər arasındakı əmək münasibətlərinin müddəti 26 dekabr 2020-ci il tarixdə bitməli idi. 2020-ci ilin dekabrın 26-nın həftənin şənbə gününə, yəni qeyri-iş gününə təsadüf etdiyini nəzərə alan işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam v ermişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş 991391 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətini itirdiyi üçün əmək müqaviləsinə xitam verildiyi gün işdə olmamışdır. Beləliklə, iş materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin (ƏM-nin 73-cü maddəsinin) tələbləri pozulmuşdur.
23. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə görə işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmi n müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər
24. Bununla belə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini, həmçinin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətini ötürdüyünü nəzərə alaraq hesab etmişdir ki, iddia rədd olunmalıdır.
25. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinə istinadən qeyd etmişdir ki, həmin maddənin məzmununa əsasən burada əsas məqam işçinin öz hüququnun pozulduğunu bilməsindən ibarətdir. Belə ki, TƏBİB tərəfindən iddiaçının tərəf olduğu müddətli əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli 01-89 nömrəli əmrin surəti poçt vasitəsilə İddiaçı xx.xx.2020-ci il tarixdə göndərilmişdir. Qeyd edilən məktub poçt xidmətinin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edilsə də, iddiaçı məktubu qəbul etməkdən imtina etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş iddiaçının İcbari Tibbi Sığorta üzrə X1 Heyətinin sədrinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı onunla TƏBİB arasında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadan xitam verilməsinin araşdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir.
26. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı Tibbi Sığorta üzrə X1 Heyətinin sədrinə müraciət etdiyi zama n hüququnun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
27. İddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən verilmiş iddiaya etirazda iddia müddətinin keçdiyinin bildirildiyini nəzərə alaraq birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddia müddətinin keçməsi səbəbinə görə əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbləri, həmçinin həmin tələblərdən irəli gələn məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi təm in oluna bilməz.
28. İddiaçının qeyri-iş günlərində işləməyə cəlb olunduğuna görə son haqq-hesabın aparılması zamanı əlavə haqqın ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı həmin tələblə bağlı irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq etməmişdir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 42, 45, 68, 73, 296, Mülki Məcəllənin 375.2, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
31. Apelyasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi qanunsuzdur. İddiaçı tərəfində n iddia müddətinin ötürülməsi ilə bağlı heç bir mötəbər sübut mövcud deyildir, həm də müddət ötürülməmişdir. Məhkəmənin iddia müddətinin ötürülməsi ilə bağlı yanaşması tamamilə qanunsuzdur. Cavabdeh iddia elmişdir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti xx.xx.2021-ci ıl tarixdə çatdırılmış, lakin iddiaçı həmin məktubun qəbul edilməsindən imtina etmişdir. Bu məlumatın həqiqi olmadığı məhkəmənin nəzərinə çatdırılmış və bu faktı sübut edən heç bir sənədin məhkəməyə təqdim olunmadığı bildirilmişdir. Reallıqda isə həmin tarixdə iddiaçı evdə olmamış və evdə olan digər şəxslər başqa bir şəxsə aid olan göndərişi götürməkdən imtina etmişlər. Cavabdeh tərəfindən məhkəmə sənədlərinə əlavə olunmuş xəbərnamədə də, məhz iddiaçının bu məktubdan imtina etməsi ilə bağlı hər ha nsı bir qeyd mövcud deyildir. Əlavə olaraq, həmin göndərişin içində hansı sənədlərin mövcud olması barədə də hər hansı bir məlumat yoxdur. Yəni, iddiaçı həmin göndərişi, ümumiyyətlə, görməmişdir və iddaçı tərəfindən görülməyən, habelə içində nə olduğu bilinməyən bir göndərişin müddət axımını başlatmalı olduğu barədə iddia tamamilə əsassızdır; - birinci instansiya məhkəməsi qətnamədə qeyd edib ki, əmr göndərilsə də, xx.xx.2021-ci il tarixdə iddiaçı məktubu qəbul etməkdən imtina etmişdir. Məhkəmə necə bu nəticəyə gəlib məlum deyil. İddiaçı məhkəmə iclasında şəxsən bildirmişdir ki, məktub ona təqdim edilməyib. Hətta xəbəmamədə də, ‘‘imtina edilib” qeydi yazılıb. Azərbaycan dilində baza bilikləri olan şəxs də bilir ki, “imtina edilib” ifadəsi imtina edəni yox, hərəkəti bildirir. İkincisi də, m əhkəmə məktubun içində məhz əmr olmasını nəticəsinə necə gəlib bilinmir. Axı cavabdeh ondan sonrakı mübahisəsiz yazışmalarında bildirir ki, sənədlər məhz inventar geri qaytarıldıqdan sonra veriləcək; - məsələnin hüquqi aspektinə gəldikdə, Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar eldiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsddən pozulduğu gündür. Qeyd edilən normanın mənasınd an da göründüyü kimi, hüququnun pozulmasının aşkar edildiyi günün müəyyən olunması üçün maddədə qeyd edilmiş hər üç halın hamısı eyni zamanda mövcud olmalıdır. Hazırkı işlə bağlı olan məsələdə isə nəinki müddəada qeyd edilən üç halın hamısı, heç bir hal mövcud deyildir; - qeyd edilən sənədlər təqdim olunmadan, iddiaçı hüququnun pozulduğunu ehtimal etsə belə, yalnız sənədləri əldə etdikdən və oradakı qanun pozuntularını gördükdən sonra həmin pozuntunu mübahisələndirə bilər.
32. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz vermiş, etirazında göstərmişdir ki, iddiaçı 12 yanvar 2021-ci ildə məktubun qəbulundan imtina etmədiyini, həmin gün evdə olmadığını qeyd etsə də, buna dair sübut təqdim etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsində hüququn pozulmasının aşkar edilməsi anı iki hiss əyə bölünür: 1) işçiyə müvafiq əmrin və ya əmək kitabçasının, yaxud haqq hesab sənədlərinin verildiyi gün; 2) əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənənləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. İddia müddətinin axımının başlanması üçün iddiaçının qeyd etdiyi kimi bütün sənədlərin yox, qanunla nəzərdə tutulmuş 3 sənəddən hər hansı birinin verilməsi kifayət edir.
33. Apellyasiya instansiyası məhkəməsi 3.09.2021-ci il tarixli qərardadla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb edilməklə mühasibatlıq ekspertizası təyin etmişdir.
34. Məhkəmə Ekspertizası Mərkəzinin 9/311 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən, iş materialında olan tabel uçot vərəqələrinin mötəbərliyi məhkəmə orqanı tərəfindən qəbul olu nduğu təqdirdə İddiaçı qeyri-iş günlərində yalnız 1 gün (29 may 2019cu il tarixdə) işə cəlb edildiyi müəyyən edilir və 1 qeyri iş günü üçün ödənilməli olan məbləğ 204,64 manat (1 gün üçün orta əmək haqqı 102.32 manat * 1 gün *2) təşkil edir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-359/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – tələbin qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş məbləğin ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə tələb qismən təmin edilərək qeyri-iş günlərində işə cəlb olunduğu dövr üçün 204,64 (iki yüz dörd manat altmış dörd qəpik) manat məbləğin ödənilməsi təmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxl anılmışdır. (hakimlər Fuad Talışinski (sədrlik edən və mərizəçi), Azad İmanov, Qürbət Əsgərov)
36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın istinad etdiyi əsaslar işə bərpaya aid olaraq, qeyri-iş günlərində işə cəlb olunduğu hissəsinə aid olmadığından və bu hissədə tam araşdırılmadığından, apellyasiya icraatı zamanı bu hissədə ödənilməyən məbləğ müəyyən edildiyindən və bu hissəyə aid iddia müddəti ötürülmədiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – tələbin qeyri-iş günlərində işə cəlb olunduğu və əvəzi ödənilməmiş məbləğin ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə tələb qismən təmin edilərək qeyri-iş günlərində işə cəlb olunduğu dövr üçün ekspertiza ilə müəyyən edilə n 204,64 manat pul iddiaçıya ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə digər mübahisə edilən hissələrdə iddianın təmin edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd edi b ki, qətnamə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən kollegiya yalnız məhkəmənin iddia müddətinin ötürməsi hallarının yoxlanılması hissədə səlahiyyətlidir və bu hissədə qiymət verə bilər.
39. Apellyasiya instansiyası məhkəməsi müddətin ötürülməməs i barədə iddiaçının dəlillərinə münaisbətdə bildirib ki, “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
40. Hazırki iş üzrə, yəni müddətli əmək müqaviləsi münasibətləri üzrə iddiaçının hüququnun pozulduğunu bilməli və bildiyi zaman isə onun əmrin olmasından xəbərdar olaraq işəgotürənə müraciət etdiyi zamandır ki, məhkəmə də onu əsas götürmüşdür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianını təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddia müddətinin axımının başlandığı an iddiaçının həmin sənədləri gördüyü andan hesab olunmalıdır. İddiaçının həmin əmrin mövcüdluğunu təxmin etməsi iddia axımının başlanmasının əsası ola bilməz. İddiaçı həmin əmrin hansı əsaslarla verildiyini bilmədən öz hüquqlarının pozulub-pozulmadığından xəbərdar ola bilməzdi; - iddiaçının hansı günlərdə iş vaxtından artıq işlədiyi açıq şəkildə işəgötürənin əmrində göstərilsə də, məhkəmə Əmək Məcəlləsinin 99.1, 165.1-ci maddələrini tətbiq etməkdən imtina etmiş və ekspertiza təyin etməməli olduğu halda, ek spertiza təyin etmişdir. Ekspertiza işdə cavabdehin göndərdiyi və heç bir əsası olmayan tabellər əsasında qərar qəbul etmişdir ki, bu iddiaçının hüquqlarının birbaşa pozulması ilə nəticələnən məhkəmə qətnaməsinin qəbul olunması üçün əsas olmuşdur; - iddiaçının xəstə olduğu halda onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyini, sənədlərin iddiaçıya mart ayında təqdim edildiyini, iddiaçının işə bərpa edilməsi barədə cavabdehə rəsmi bildiriş ünvanlandığını bildirsə də, məhkəmə bu mövqelərin heç birinə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəs inin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
45. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı tam rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərək, iddiaçının qeyri-iş günlərində işə cəlb edildiyi gün üçün pul ödənilməsi tələbini qismən təmin etmişdir.
49. İddia tələbi işə bərpa barədədir. İ ddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildiriərək, tələbinin əsası kimi əmrin verildiyi verildiyi tarixdə xəstəliyi ilə bağlı işdə olmamasına istinad etmişdir.
50. Belə olan halda, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
51. İşin müəyyən edilən hallardan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş, müqavilədə müəyyən edilmiş 1 illik müddət 26 dekabr 2020-ci il tarixdə bitməli idi. 2020-ci ilin dekabrın 26-sı həftənin şənbə gününə, yəni qeyri-iş gününə təsadüf etmiş, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam vermişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək qabiliyyətini itirdiyi üçün əmək müqaviləsinə xitam verildiyi gün işdə olmamışdır. Bununla da iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin (ƏM-nin 73-cü maddəsinin) tələbləri pozulmuşdur.
52. Başqa sözlə, iddiaçının istinad etdiyi əsasla əmək müaviləsinə xitam verilməsinin qanuna uyğun olmaması məhkəmələr tərəfindən müəyyən edilmiş və cavabdeh bunu mübahisələndirməmişdir. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı iddia müddətinin keçməsinə görə təmin etməmiş və apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır.
53. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddiaçının iddia müddətini ötürməsi müəyyən edilidyindən, iddianın rədd edilməsi düzg ün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddıtin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin eidlməsi istisna edlir.
54. Məhkəmə kollegiyası iddia müddətinin axımının başlandığı anın iddiaçının Əmək Məcələsinin 296-cı maddəsində nəzərdə tutulan sənədləri gördüyü andan hesablanmalı olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsini 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
55. Qeyd edilən norma işçinin hüququnun pozulmasının aşkar edildiyi günü konkretləşdirmişdir.
56. Qanunvericilik işəgötürənin üzərinə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verilməsi vəzifəsini qoyur. Özü də normanın məzmunundan belə nəticə çıxır ki, müddətin axımının başlanması üçün Əmək Məcəlləsinin 296-cı maddəsini 3-cü hissəsində göstərilən sənədlərdən yalnız birinin verilməsi kifayət edir.
57. İşin müəyyən edilmiş hallarına görə də cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli 01-89 nömrəli əmrin surəti poçt vasitəsilə iddiaçıya xx.xx.2020-ci il tarixdə göndərilmiş, qeyd edilən məktub poçt xidmət inin əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edilsə də, iddiaçı məktubu qəbul etməkdən imtina etmişdir.
58. Göründüyü kimi, cavabdeh qanunverciliklə üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmri iddiaçıya göndərmişdir. İddiaçının həmin sənədi qəbul etməməsi hüquqdan sui-istifadə olmaqla, iddia müddətini axımının başlanmasının qarşısını alan hal kimi qəbul edilə bilməz. Əmək Məcəlləsinin 310-cu maddəsinə görə də istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqavil əsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Üstəlik, o da müəyyən edilib ki, iddiaçı İcbari Tibbi Sığorta üzrə X1 Heyətinin sədrinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda onunla TƏBİB arasında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadan xitam verilməsinin araşdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etməklə, qeyd edilən əmrdən xəbrdar olmasını hətta əmrin ona poçt vasitəsilə göndərildiyi vaxtdan da qabaq bilmişdir.
59. İddiaçının hansı günlərdə iş vaxtından artıq işlədiyinin açıq şəkildə işəgötürənin əmrində göstərilməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiya sı qeyd edir ki, iddiaçı 9 qeyri-iş günü işə cəlb edildiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı həmin günlərin yalnız birində işə cəlb edilmiş və həmin gün üçün də ona əmək haqqı tutulmuşdur.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-359/2022 nömrəli mülki iş üzrə 18 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qü