Məhkəmə qərarları › İş №2(102)-4484/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4484/2022

26.08.2022 · Sair mülki iş - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4484/2022 26.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı3 və İddiaçı1 hüquqi varisi İddiaçı2 və cavabdehlər Cavabdeh və Əhmədov Elvin Məmməd oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, iradə ifadəsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan tərkibdə, iddiaçılar İddiaçı3 və İddiaçı1 hüquqi varisi İddiaçı2 cavabdehlər Cavabdeh və Əhmədov Elvin Məmməd oğluna qarşı etibarnamənin, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə da ir iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3146/2020 nömrəli, 16 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı3 qardaşdırlar. Cavabdehlər iddiaçıların qardaşı oğullarıdır.

2. İddiaçı1 25 fevral 2017-ci il tarixində, İddiaçı3 isə 01 mart 2017-ci il tarixində Cavabdeh özlərinin bütün əmlaklarına dair bütün səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişlər.

3. Cavabdeh 01 mart 2017-ci il tarixli etibarnamə əsasında İddiaçı3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini 17 mart 2017-ci il tarixli bağışlama müqaviləsi ilə qardaşı Əhmədov Elvin Məmməd oğlu na bağışlamışdır.

4. Cavabdeh 25 fevral 2017-ci il və 01 mart 2017-ci il tarixli etibarnamələr əsasında İddiaçı1 və İddiaçı3 ataları Əhmədov Hümbət Məmməd oğlundan qalan miras paylarını (Şəmkir şəhəri, M.F.Axundov küçəsi ev 7 və 0,12 ha torpaq sahəsini) 27 may 2017-ci il tarixli bağışlama müqaviləsi ilə qardaşı Əhmədov Elvin Məmməd oğluna bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehlərə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizələrlə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 adından Cavabdeh Şəmkir rayon 1 saylı Notariat Kontorunda 25 fevral 2017-ci il tarixli, 7E-8341 saylı verilmiş etibarnamənin, həmin etibarnamə əsasında Şəmkir rayon Notariat Kontorunda 27 may 2017-ci il tarixli, 3M-151 qeydi yyat nömrəli, İddiaçı1 və İddiaçı3 adından Əhmədov Elvin Məmməd oğluna daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və Şəmkir rayon 1 saylı Notariat kontorunun 2V-514 reyestr nömrəli, 27 may 2017-ci il tarixli miras payının bağışlanması müqaviləsi əsasında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsindən verilmiş 02 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Əhmədov Elvin Məmməd oğluna verilmiş çıxarışın, İddiaçı3 adından Cavabdeh Gəncə şəhəri “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 01 mart 2017-ci il tarixli, 7E-10256 qeydiyyat nömrəli, etibarnamənin, həmin etibarnamənin əsasında Gəncə şəhəri “Asan Xidmət” mərkəzində 17 mart 2017-ci il tarixli, 4Ə-625 qeydiyyat nömrəli daşınmaz əmlakın Əhmədov Elvin Məmməd oğluna bağışlanmasına dair müqavilənin, həmin müqavilə əsasında alınmış çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıların ata yurdudur. İddiaçılar yeddi qardaş olub. İddiaçıların ataları Əhmədov Hümbət Məmməd oğlu 1984-cü ildə, sonra isə anaları ölmüşdür. Ata yurdunda iddiaçıların əlil qardaşı Nazim, Nazim də öldükdən sonra kiçik qardaşları Nizami yaşamışdır. İddiaçıların qardaşı Nizami 21 iyul 2016-cı ildə öldükdən sonra Cavabdeh iddiaçıların razılığı ilə müvəqqəti ata yurduna köçmüşdür. Məqsədləri miras qalmış ata mülkünü satıb vərəsələr arasında bölmək olmuşdur. İki il bu işlə heç biri məşğul olmamışdır. İddiaçılar səhhətlərində olan narahatçılıqlarla əlaqədar əziyyət çəkmişlər. İddiaçı3 Gürcüstanda başından ağır əməliyyat keçirmiş, bu səbəbdən onda yaddaşsızlıq yaranmışdır. İddiaçılar 2019-cu ilin may ayında ata yurduna mülkiyyət hüququ əldə edib mülkü satmaq və vərəsələr arasında bölüşdürmək qərarına gəlmişlər. Lakin, ata yurdunda müvəqqəti yaşayan qardaşı oğlu Cavabdeh onlara mülkə aid heç bir sənədi verməmiş və bəyan etmişdir ki, heç kimə nə sənədləri, nə mülkü verəsi deyil, mülkü qardaşı Elvin

5. Əhmədovun adına rəsmiləşdirmişdir. İlkin araşdırmalardan sonra iddiaçılara məlum olmuşdur ki, Cavabdeh onları aldadaraq, 25 fevral 2017-ci ildə və 01 mart 2017-ci ildə iddiaçıların adından öz adına etibarnamələr almışdır. Cavabdeh 17 mart 2017-ci il tarixdə Şəmkir şəhəri, Əliağa Vahid küçəsi 18-də yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı3 adından qardaşı Elvin Əhmədova bağışlamışdır. Halbuki, adı çəkilən ünva n 3 ünvanda yerləşən əmlakın qanun üzrə vərəsəsi, qardaşları Nizami Əhmədovun özünün vərəsələri olmadığı üçün iddiaçılar özləridir. Həmin əmlakın bağışlanmasına iddiaçıların razılığı və imzası olmalı olduğu halda, Cavabdeh İddiaçı3 əvəzindən imza ataraq əmlakı qardaşı E.Əhmədova bağışlamışdır. İddiaçı3 nə DƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsinə mərhum qardaşı Nizami Əhmədovun mülkiyyətində olan, Şəmkir şəhəri, Əliağa Vahid küçəsi 18-də yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə çıxarış almaq üçün müraciət etmiş, nə də, həmin müqavilə bağlanarkən Gəncə şəhəri “Asan Xidmət” mərkəzində olmamış və əmlakın qiymətləndirilməsindən xəbəri olmamış, bütün hərəkətləri Cavabdeh tək icra etmişdir. Həmçinin iddiaçıların Şəmkir rayonu 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 27 may 2017-ci il tarix li, 3M-151 qeydiyyat nömrəli müqavilədən xəbərləri yoxdur. 27 may 2017-ci ildə Cavabdeh Şəmkir rayonu 1 saylı Notariat Kontorunda iddiaçılardan xəbərsiz iddiaçıların atalarından miras qalmış və vərəsəlik şəhadətnamələri əsasında onlara mənsub olan ünvan 5 ünvanında 0,12 ha torpaq sahəsi üzərində yerləşən, fərdi yaşayış evini qardaşı Elvin Əhmədova bağışlamışdır. İddiaçılar Cavabdeh ata yurdunu, nə də qardaşı Nizaminin 0,12 ha torpaq sahəsini bağışlamaq, satmaq, başqasının adına özgəninkiləşdirmək hüququ verməmişlər. Hər iki əmlak satılaraq vərəsələr, qohumlar arasında bölünmək üçün saxlanılmışdır. Cavabdeh onların etibarından istifadə edərək iddiaçılara məxsus əmlakları özgəninkiləşdirmişdir.

7. İddiaçılar tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 339.3, 389.1 və 392.1- ci maddələr inə istinad etmişdir.

8. İşin birinci instansiya məhkəməsinin baxışında İddiaçı1 vəfat etdiyindən İddiaçı2 İddiaçı1 prosessual hüquq varisi kimi tanınmışdır.

9. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz olaraq bildirmişdir ki, iddiaçılar onun əmiləridir. Atasıgil ailədə 7 qardaş olmuşlar. Qardaşlardan altı nəfəri, o cümlədən İddiaçı1 məhkəmə baxışı zamanı vəfat etmişdir. Yalnız İddiaçı3 sağ qalmışdır. 1984-cü ildə babası Əhmədov Hümbət Məmməd oğlu, sonradan isə nənəsi vəfat etdikdən sonra, ata yurdunda əlil əmisi Nazim, o vəfat etdikdən sonra isə kiçik əmisi Nizami yaşamışdır. Əmisi Nizaminin sağlığında həmişə əmisi Nizami ilə birlikdə yaşamış, ona kömək etmiş və işlərini görmüşdür. 21 iyul 2016-cı ildə əmisi Nizami dünyasını dəyişdikdən sonra, mübahisəli evdə əmisi Nizaminin qeyri-rəsmi arvadı və o, özü yaşamışdır. İddiaçılar onun həmin evdə yaşamasına razı olmuş, hətta evin damına vurulmuş dəmirinin dəyişdirilməsi və hasarının yenidən bərpa edilməsini bildirmişlər. Həmin evi qardaşı Elvin Əhmədovun adına sənədləşdirilməsi üçün iddiaçılar ona etibarnamə də vemişlər. Qardaşı Elvinin adına sənədləşmə işləri apardıqdan sonra əmilərinin və onların arvadlarının razılığı və iştirakı ilə həmin həyətdə toy edib ailə qurmuş və ailəsi ilə birlikdə orada yaşamışdır. Lakin sonradan əmiləri müxtəlif şəxslərin təsiri ilə həmin evi onun qardaşı Elvindən alaraq satmaq istəmişlər.

10. Cavabdeh Əhmədov Elvin Məmməd oğlunun da iddiaya etirazının dəlilləri digər cavabdehin dəlilləri eyni olmuşdur.

11. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076) -313/2019 nömrəli, 4 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Mustafayev) iddia təmin edilməmişdir.

12. Məhkəmə toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, xx.xx.2017-ci il tarixli, 2V-514 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə xx.xx.1989-cu il tarixdə vəfat etmiş Əhmədov Hümbət Məmməd oğlunun vərəsələri İddiaçı3 və İddiaçı1 xx.xx.2017-ci il tarixli, **********3 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Əhmədov Hümbət Məmməd oğlundan miras qalmış ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evini qəbul etmişlər. İddiaçı3 Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində verdiyi AR-İ 456533 saylı xx.xx.2017-ci il tarixli, İddiaçı1 Şəmkir rayon notariat kontorunda verdiyi xx.xx.2017-ci il tarixli, 7E–834 saylı reyestrdə qeydə alınmış etibarnamə ilə Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özlərinin bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmişlər. Cavabdeh ona verilmiş etibarnamə əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı3 adından tam mülkiyyət hüququ ilə sonuncuya məxsus olan Şəmkir şəhəri, Ə.Vahid küçəsi, 18 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Əhmədov Elvin Məmməd oğluna bağışlamış və həmin müqavilə əsasında Şəmkir şəhəri, Ə.Vahid küçəsi, 18 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə Əhmədov Elvin Məmməd oğlunun mülkiyyət hüququ RX seriyalı, ******* saylı, xx.xx.2017ci il tarixli Çıxarışla qeydə alınmışdır. Cavab deh xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsi ilə İddiaçı3 və İddiaçı1 adından 2V-514 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.1989-cu il tarixdə vəfat etmiş Əhmədov Hümbət Məmməd oğlundan miras qalmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evini Əhmədov Elvin Məmməd oğluna bağışlamış və həmin evə Əhmədov Elvin Məmməd oğlunun mülkiyyət hüququ RX seriyalı, ******* saylı, xx.xx.2017ci il tarixli Çıxarışla qeydə alınmışdır. İddiaçı1 ərizəsi əsasında Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2017-ci il tarixli, 7E–834 saylı reyestrdə qeydə alınmış Cavabdeh verilmiş xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Həmçinin, İddiaçı3 xx.xx.2019-cu il tarixdə Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinə ərizə verərək xx.xx.2017-ci il tarixdə Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində Cavabdeh verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi etibarnamələrin, onların əsasında həyata keçirilmiş bağışlama müqavilələrinin və Çıxarışların etibarsız hesab edilməsi ilə bağlı olduğundan, həmin münasibətlərə tapşırıq, bağışlama və çıxarışın etibarsızlığını tənzimləyən normalar tətbiq edilməlidir.

14. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qeyd edib ki, iddiaçılar etibarnamələrin, bağışlama müqavilələrinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışların etibarsız hesab edilərək, ləğv edilməsini xahiş ets ələr də, iddiaçılar etibarnamələri ləğv etdirmişlər.

15. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçılar etibarnamələr ləğv edildiyindən etibarnamələrin və bağışlama müqavilələrinin etibarsızlığı tələbinə qiymət verilməlidir.

16. Birinci instansiya məhkəməsi etibarnamələrin və bağışlama müqavilələrinin etibarsızlığı tələbinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçılar Cavabdeh həmin evə müvəqqəti köçürdüklərini və məqsədlərinin ata yurdunu satıb bölmək olduğunu bildirsələr də həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, iddiaçıların Cavabdeh etibarnamə verərkən başqa məqsədlə etibarnamə verdikləri və Cavabdeh onları aldatması barədə bildirdikləri iş materialları ilə təsdiqini tapmamışdır.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi eti barnamənin və həmin etibarnamənin əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.

18. İddia tələbində etibarsızlığı tələb edilən çıxarışlara gəldikdə isə məhkəmənin mövqeyi belə olmuşdur ki, həmin çıxarışlar bağışlama müqaviləsi əsasında verildiyindən və bağışlama müqaviləsinin etibarsızlığı hissəsində iddia tələbi təmin edilmədiyindən həmin hissədə də, iddia tələbi təmin edilməməlidir.

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 149.2, 339.2, 339.3, 347.1, 354.1, 666.1, 668.1.2, 670.1, 673.1.3, 777.1, 777.2, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsind əki birinci icraat İddiaçılar İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi özü barəsində əqd bağlaya bilməz. Lakin birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmişdir. Bağlanmış əqdlər etibarszıdır.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2221/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Bayramov (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və F.Ə.Mehtiyev) apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərini əsassızdır, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğundur.

24. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab etmişdir ki, Elvin Əhmədov Cavabdeh birinci dərəcəli vərəsəsi olmadığından Cavabdeh həmin əmlakları qardaşı Elvin Əhmədova bağışlaması sonuncunun özü barəsində əqd bağlaması kimi qiymətləndirilə bilməz.

25. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 149, 324.1, 324.2, 324.5, 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 338, 339, 342.4, 359.1, 359.3, 390.2, 354.2, 404.1, 405.1, 666.1, 667.1, 673.3, 777.1, 777.2, “Notariat haqqında” Qanunun 27 və 46-cı maddələri ilə əsaslandırmışdır.

20. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçılar İddiaçı1 prosessual hüquq varisi İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh həmin əmlakları qardaşı Elvin Əhmədova bağışlamasının onun özü barəsində əqd bağlama kimi qiymətləndirilə bilinməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə səhvdir, çünki xx.xx.2020-ci il tarixdə Əhmədov Elvin Məmməd oğlu öz adına olan Şəmkir şəhəri, X3 küçəsi ev 7-də yerləşən evin çıxarışını və razılıq ərizəsini təqdim edərək, Cavabdeh və onun ailə üzvlərini həmin ünvana qeydiyyata aldırmışdır. Bu da göstərir ki, mübahisəli mənzili Cavabdeh öz adına rəsmiləşdirə bilmədiyi üçün öz şəxsi maraqlarına çatmaq üçün etibarnamə əsasında mübahisəli mənzili qardaşına bağışladıqdan sonra özü və ailə üzvləri həmin evə qeydiyyata düşmüşdür, həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən notariusun iştirakı təmin edilməmiş və məhkəmə Şəmkir şəhəri X3 küçəsində yerləşən 7 nömrəli evə dair bağışlanma müqaviləsi bağlanarkən həmin evdə qeydiyyat olan şəxslərin razılığının alınıb-alınmamasını araşdırmamışdır. Qeyd edilən etibarnamələr əsasında Cavabdeh ona etibarnamə vermiş şəxslərin, yəni iddiaçıların hansı marağını üstün tutmaqla onların mənaf eyinə uyğun hərəkət etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Etibarnamədə göstərilmiş səlahiyyətlər ümumi olmuş və konkret subyektə münasibətdə yəni, Elvin Əhmədova münasibətdə konkret şərtlərlə əqd bağlanması, bununla bağlı iddiaçıların maraq və mənafelərinin ifadə edilməsi müəyyən edilməmişdir. Adına etibarnamə verilmiş şəxsin buna olan güvən və etimada zidd şəkildə öz səlahiyyətlərindən istifadə etməsi hüquqdan sui-istifadədir. Məhkəmələr tərəflərin həqiqi iradə ifadəsini müəyyən etməmişlər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1908/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edil miş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya məhkəməsi ona istinad etmişlər ki, iddiaçılar Cavabdeh həmin evə müvəqqəti köçürdüklərini və məqsədlərinin ata yurdunu satıb bölmək olduğunu bildirsələr də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, iddiaçıların Cavabdeh etibarnaməni başqa məqsədlə verdikləri və Cavabdeh onları aldatması barədə bildirdikləri iş materialları ilə təsdiqini tapmamışdır.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr iddianı qeyd edilən əsasla rədd etsələr də işdən görünür ki, məhkəmələr bu nəticəyə sübutlar ı MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydada qiymətləndirilməməklə gəlmişlər. İddiaçılar Cavabdeh etibarnamələri miras əmlakın sənədləşdirilməsi üçün verdiklərini, əmlakı satmaq fikirlərinin olmamasını, Cavabdeh onların iradəsindən kənar əqdlər bağlamasını göstərmiş, cavabdehlər isə bunu əksini bildirmişlər. Nəzərə alınsa ki, iddiaçıların verdikləri etibarnamələr əsasında Cavabdeh iddiaçılara məxsus əmlakları əvəzsiz əqd əsasında, bağışlama müqavilələri ilə qardaşı, digər cavabdeh E.Əhmədova bağışlamışdır, belə olan halda, etibarnamə verən iddiaçıların etibarnamə verərkən həmin əmlaklarla bağlı həqiqi iradə ifadəsinin nəyə yönəlməsinin müəyyən edilməsi mübahisənin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

31. Mühüm hal kimi nəzərə almaq lazımdır ki, etibarnamə verilərkə n iddiaçılar (təmsil olunanlar) Cavabdeh bu etibarnamələrlə özlərinin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh özünün maraqları daxilində deyil, öz maraqlarından hərəkət etmək səlahiyyəti vermişlər. Çünki məhkəmələrin istinad etdiyi istər əqdin təmsilçi vasitəsilə bağlanması, istərsə də tapşırıq müqaviləsi ilə bağlı normaların (Mülki Məcəllənin 359.1, 777.1) məqsədi də ondan ibarətdir ki, bu hərəkətlərdə ilk növbədə təmsil edilənin və tapşırıq verənin maraqları qorunsun. Birinci instansiya məhkəməsi isə iddiaçıların qeyd edilən etibarnamələrlə cavabdehə hansı əqdləri bağlamaq barədə iradə ifadələrinin olmasını müəyyən etmədən iddianı rədd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddiaçılar tərəfdən çoxsaylı şahidlər dindirilsə də, birinci instansiya məh kəməsi həmin şahidlərin ifadələrinə qiymət verməmiş, şahid ifadələrini nəyə görə qəbul etməməsini əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

32. Göründüyü kimi, hazırki iddia üzrə işin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında əks olunan hüquqi mövqe baxımından qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddiaçının istinad etdiyi şahid ifadələrini nəyə görə qəbul etməməsini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi də etibarnamə verən iddiaçıların etibarnamə verərkən həmin əmlaklarla bağlı onların həqiqi iradə ifadə sinin nəyə yönəlməsini araşdırmamış, eyni səhvi təkrarlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla, səhv nəticəyə gəlmişdir.

33. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin tətbiq etdiyi maddi hüquq normalarını işin hallarına uyğun hesab etməmişdir. Qeyd edilən normalar o halda düzgün tətbiq edilmiş sayıla bilər ki, etibarnamələrin verilməsində iddiaçıların hansı əqdlərin bağlamasına yönələn iradə ifadələri sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilmiş olsun.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları arada n qaldırmalı, iddiaçıların etibarnamə verərkən həmin əmlaklarla bağlı onların həqiqi iradə ifadəsinin nəyə yönəlməsini işdəki sübutların prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi yolu ilə müəyyən etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

29. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 149.2, 339.2, 339.3, 347.1, 354.1, 666.1, 668.1.2, 670.1, 673.1.3, 777.1, 777.2, MPM-in 14.2, 77.1, 88, 407.2, 416.1, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-3146/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hak imlər R.Z.Mamedov (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və Ə.İ.Məmmədov) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, İddiaçı3 adından Cavabdeh tərəfindən tam mülkiyyət hüququ ilə ona məxsus olan Şəmkir şəhəri, Ə.Vahid küçəsi, 18 ünvanında yerləşən 0.12 ha yaşayış məntəqələri torpaq sahəsinin Əhmədov Elvin Məmməd oğluna bağışlanması barədə xx.xx.2017-ci il tarixli, 4Ə-625 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi və həmin müqavilə əsasında Əhmədov Elvin Məmməd oğlunun adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməs i, İddiaçı3 və İddiaçı1 adından Cavabdeh tərəfindən 2V 514 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.1989-cu il tarixdə vəfat etmiş Əhmədov Hümbət Məmməd oğlundan miras qalmış ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinin Əhmədov Elvin Məmməd oğluna bağışlanması barədə xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi və həmin müqavilə əsasında Əhmədov Elvin Məmməd oğlunun adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

37. Apellyasiya instansiyas ı məhkəməsi hesab etmişdir ki, sözügedən bağışlama müqavilələri bağlanan zaman Cavabdeh ona etibar edilmiş əmlakları yaxın qohumu olan qardaşına bağışlamışdır. Halbuki, iş üzrə tərəflərin izahatlarından, birinci instansiya məhkəməsinin iclasında şahidlərin verdiyi ifadələrdən görünür ki, etibarnamələrin verilməsində məqsəd mübahisəli əmlakların cavabdehin qardaşına bağışlanılmasından ibarət olmamışdır. İşin bu halları ona dəlalət edir ki, Cavabdeh bağışlama müqavilələrini Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbini pozmaqla bağlamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, verilmiş etibarnamələrdə konkret hansı hərəkətin edilməsi nəzərdə tutulmamışdır ki, Cavabdeh etdiyi etibarnamə üzrə əməliyyatların iddiaçıların iradə ifadəsinin göstəricisi olmasına inam yara nsın.

39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bağışlama müqavilələri bağlandığı andan etibarsız olmuşdur. Bu səbəbdən həmin müqavilələr əsasında Elvin Əhmədovun adına verilmiş çıxarışlar da ləğv edilməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin etibarnamələrlə bağlı hissəsinə münasibətdə hesab etmişdir ki, etibarnamələrə vermiş şəxslərin müraciəti əsasında xitam verilmişdir, hazırda iddianın həmin hissədə təmin edilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdehlər kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini düzgün müəyyən etmiş, iddianın hüquqi əsası ilə bağlı etibarnamələrin, onun əsasında həyata keçirilmiş bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi ilə bağlı həmin münasibətlərə mülki qanunvericiliyin tapşırıq, bağışlama və çıxarışın etibarsızlığını tənzimləyən normaları düzgün tətbiq etmişdir. İşdə bağışlama müqavilələrinin etibarsız hesab edilmişi üçün heç bir əsas mövcud olmamışdır.

43. Kassasiya şikayətində Mülki Məcəllənin 4324.1, 329.1, 354, 666.1, “ İpoteka haqqında ” Azərbaycan Respublikası Qanunun 42.1, MPM-in 14.2, 217.3, 217.4 və 420-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

45. Maddə 149.2. Əgər daşın maz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bild irilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

48. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

49. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

50. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsi ndə məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

51. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

52. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən müba hisələndirilə bilər.

53. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

54. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

55. Maddə 668.1.2. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarl ıdır. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

57. Maddə 673.1.3. Hədiyyə verən hədiyyə alanın bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər.

58. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

59. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

56. Mülki Prosessual Məcəllə

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

71. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh bağışla ma müqavilələrini Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbini pozmaqla bağlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

72. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənl iliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

73. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

74. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7, 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddiaların təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh və Əhmədov Elvin Məmməd oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3146/2020 nömrəli mülki iş üzrə 16 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar