Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4488/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavab deh İddiaçı xeyrinə 10.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 10030 (on min otuz) manat məbləğində pulun tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi və iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(103)-1997/2019 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən, məruzəçi, R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayətləri təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat məbləğində ödədiyi məbləğə görə təzminatın, 20.000 manat mə nəvi ziyana görə 30 manat ödədiyi dövlət rüsumunun dəyərinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı qarşı öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 aprel 2018-ci il tarixli əməkdaşlıq müqaviləsinin 6.3-cü bəndinin etibarsız hesab edilməsi, İddiaçı 10.000 manat məbləğində mənəvi zərərin tutulması, vəkil xidmətinin göstərilməsi üçün göstərilməsi üçün ödənilmiş 200 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunl a əsaslandırmışlar ki, birinci və apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1 -ci madddəsinin tələblərini kobud şəkildə pozmuş, işə birtərəfli qaydada yanaşmış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq pozuntularına yol verilmiş, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğ ulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdririlmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikas ı MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosess ual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bağlanılmış 17.04.2018-ci il tarixli müqavilənin 6.3-cü bəndində göstərilən şərt baş verdiyindən, yəni müqavilə bağlanılaraq qüvvəyə mindikdən sonra 1 il ərzində Cavabdeh birgə əməkdaşlıqdan imtina etdiyindən, iddiaçı 10.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə tam haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, tərəflər arasında bağlanılmış 17.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi tərəflərin iradə ifadəsinə uyğu n bağlanılmışdır. Buna görə də tərəflər arasında bağlanılmış 17.04.2018-ci il tarixli müqavilənin sui-istifadə nəticəsində və Cavabdeh iradəsinə zidd olaraq bağlanılması, müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsaslar müəyyən edilmədiyindən, həmçinin müqavilənin bir tərəfinin hüquqi savadsızlığı müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığından, qarşılıqlı iddia tələbi müqavilənin 6.3-cü bəndinin etibarsız hesab edilməsinə dair tələb əsassızdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 328.5,337.1, 339.1, 339.2, 385.1, 442 -ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 17.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsinə (gözəllik salonu xidmətlərinin idarə edilməsi barədə) əsasən tərəflər hüquqi şəxs yaratmadan öz qüvvə və vəsaitlərinin birləşdirərək «By Lyaman» adı altında 12.02.2018-ci il tarixli 3M-117 saylı icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda fəaliyyət göstərəcək gözəllik salonunun istifadəyə verilməsi və idarə edilməsi üzrə birgə fəaliyyət aparmağı, bununla əlaqədar çəkiləcək bütün xərclərin və həmçinin əldə ediləcək gəlirlərin tərəflər arasında bərabər iki hissəyə bölünməsini (50/50) öhd ələrinə götürürlər. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəfin ixtiyarı var ki, iştirakdan çıxmaq istədiyini digər tərəfə bildirərək birgə fəaliyyətdən imtina etsin, müqavilənin 6.2-ci bəndinə əsasən tərəf birgə fəaliyyətdə iştirakdan imtina etdiyini digər tərəfə faktiki çıxmasına ən geci üç gün qalmış bildirməlidir. Müqavilənin 6.3-cü bəndinə əsasən bu zaman birgə fəaliyyətdən imtina edən tərəf salonun istifadəyə verilməsi ilə bağlı çəkdiyi xərcləri (qoyduğu (mayanı) aşağıdakı qaydada (miqdarda qarşı tərəfdən tələb etmək hüququna malikdir: müqavilə qüvvəyə mindikdən bir ilədək və 1 ildən sonra xitam verdikdə - 10.000 manat məbləğində təzminat; müqavilə qüvvəyə mindikdən iki il sonra xitam verdikdə -9000 manat məbləğində təzminat; müqavilə qüvvə mindikdən üç il sonra xitam verildikdə - 8000 manat məbləğində təzminat; müqavilə qüvvə mindikdən 4 il sonra xitam verildikdə - 7000 manat məbləğində təzminat; müqavilənin 6.4-cü bəndinə əsasən birgə fəaliyyətdən imtina edən tərəf bu barədə şifahi və ya yazılı qaydada verdiyi tələb, qarşı tərəf 10 gün ərzində tam həcmdə icra etməlidir. İddiaçı cavabdehdən 17.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsinə əsasən 10000 manat məbləğində təzminat, 20000 manat mənəvi ziyanı sonuncunun aralarında bağlanmış və hər ikisi tərəfindən imzalanmış 17.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsinin tələblərinin pozulması ilə əsaslandırmışdır. Cavabdeh isə iddiaya etirazının və qarşılıqlı tələbinin əsası kimi İddiaçı özünün də istinad etdiyi əməkdaşlıq müqaviləsinin 6.3-cü bəndinin nə qanunvericiliyə, nə işgüzar adətlərə, nə də ki, Cavabdeh müqavilə bağlanan zaman həqiqi iradə ifadəsinə uyğun olmamasına, İddiaçı Cavabdeh ona olan etibarından və inamından sui-istifadə etməsinə, eyni zamanda onu çalışdığı kollektivdə təhqir etməsinə, həmçinin bütün bunlarla birlikdə heç bir əsas olmadığı halda onu hüquqi mühafizə orqanlarına şikayət etməsinə və dəfələrlə həmin orqanın əməkdaşlarına izahatlar verməsinə məcbur etməsi nəticəsində özünün psixoloji vəziyyətində problemlər yaranmasına, mənəvi sarsınlıtar keçirməsi və sağlamlığının pozulmasına istinad etmişdir. İş materiallarında olan «İcarəyə verən» qismində X1 ilə «İcarəçi» qismində Cavabdeh arasında bağlanılmış 12.02.2018-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 25,6 kv.m, yaşayış sahəsi 16% kv.m, yardımçı sahəsi 9,1 kv.m olan 1 otaqlı mə nzilini icarəçi Cavabdeh vermişdir. İş materiallarında olan Səbail RPl-nin İstintaq Şöbəsinin müstəntiqi İ.Mürsəlovun cinayət işi başlanmasının rədd edilməsi haqqında 27.08.2018-ci il tarixli qərarına əsasən İddiaçı şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütü n mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad sur ətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşmasi və ifadəsi onun özünə mənsubdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanılmış 17.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun bağlanılmışdır. Müqavilə bağlanılarkən hər hansı məcburetməyə yol verilməmiş və tə rəflər sərbəst surətdə müqavilənin şərtlərini müəyyən etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı həmin müqavilənin hüquqi savadsızlığı ucbatından və cavabdehin bundan sui-istifadə etməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin cavabdeh İddiaçı Cavabdeh savadsızlığından sui-istifadə edərək müqaviləni bağlaması, eləcə də həmin müqavilənin Cavabdeh iradə ifadəsinə uyğun olmamasının işin halları ilə müəyyən edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmə Cavabdeh müqavilənin hüquqi nəticələrini hüquqi savada malik olmadığı üçün dərk etməməsinin onu müqavilə üzrə öhdəliklərin icrasından azad edə bilməsi və müqavilənin etibarsızlığına səbəb olmasına əsas verməməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Mülki qanunvericilik mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Özündə bu münasibətləri ehtiva edən mülki hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının başlıca əsaslarından biri əq ddir. Əqdin anlayışından görünür ki, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə - insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyir gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. «lradə ifadəsi» deyimi altında iradənin insanın daxili aləmindən başqa şəxslərə çatacaq dərəcədə xaricə bəyan edilməsi anlaşılır. Şəxs öz istəyinə nail olmaq üçün başqaları ilə hüquq münasibətlərinə daxil olmalıdır. Buna görə də şəxs öz iradəsini başqalarına bildirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər müba hisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsin əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış t ərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanılmış 17.04.2018-ci il tarixli müqavilənin sui-istifadə nəticəsində və Cavabdeh iradəsinə zidd olaraq bağlanılması, habelə müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsaslar müəyyən edilmədiyindən, həmçinin müqavilənin bir tərəfinin hüquqi savadsızlığının müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığından, qarşılıqlı iddia tələbinin müqavilənin 6.3-cü bəndinin etibarsız hesab edilməsi hissəsində əsassız olmasına dair nəticəsini qanuni və əsaslı sayır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin Cavabdeh qarşılıqlı iddia tələbində İddiaçı mənəvi ziyanın tutulması barədə gəldiyi hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmaş halları ilə müəyyən etdiyi kimi qarşılıqlı iddia tələbi üzrə iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi istirablar çəkdiyini göstərsə də, bu halları təsdiq edən sübutları təqdim etməmiş, işə apellyasiya icraatı qaydasında baxılan zaman qarşılıqlı iddia üzrə cavabdehin hərəkətlərində hər hansı qanunsuzluğun olması müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmu ş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın - hüquqi xidmət xərcinin əvəzi kimi 200 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissələri qarşılıqlı iddianın - müqavilənin etibarsız hesab edilməsi və mənəvi ziyanın tutulması hissələrindən törəmə tələb olduğundan və həmin hissələrdə qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, qarşılıqlı iddianın - hüquqi xidmət xərcinin əvəzi kimi 200 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissələrinin də əsassız olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, ilkin iddianın qismən - Cavabdeh İddiaçı xeyrinə 10.000 manat pulu n tutulması hissəsində təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan iddiaçı ilə c avabdeh arasında 17.04.2018-ci il tarixdə birgə əməkdaşlıq haqqında müqavilənin 6.3-cü bəndinə əsasən müqavilə qüvvəyə mindikdən bir ilədək və 1 ildən sonra birgə fəaliyyətdən imtina edən tərəf digər tərəfə 10.000 manat məbləğində təzminat ödəməlidir, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Cavabdeh 17.04.2018-ci il tarixli əməkdaşlıq müqaviləsi üzrə birgə əməkdaşlıqdan birtərəfli qaydada imtina etməsini müəyyən edərək hazırki mübahisəyə həmçinin Azərbaycan Respublikasının Mülki Məcəllənin 328.5-ci maddəsini də düzgün tətbiq etmişdir. Həmin normaya əsasə isə müəyyən şərtlə əqd bağlamış şəxsin ixtiyarı yoxdur ki, şərt baş verənədək öhdəliklərinin icrasına maneçilik törədə bilən hər hansı hərəkəti yerinə yetirsin. Əgər şərt müəyyən müddətdə baş ver ərsə və şəxs həmin hərəkəti icra etmiş olarsa, bu hərəkət nəticəsində əmələ gəlmiş ziyanın əvəzini digər tərəfə ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış 17.04.2018-ci il tarixli müqavilənin 6.3-cü bəndində göstərilən şərt baş verdiyindən, yəni müqavilə bağlanılaraq qüvvəyə mindikdən sonra 1 il ərzində Cavabdeh birgə əməkdaşlıqdan imtina etdiyindən, iddiaçı 10.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə tam haqlı olması və ilkin iddia tələbinin 10.000 manat məbləğində pulun tutulmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin ilk iddia tələbinin 20.000 manat mənəvi ziyanın tutulması hissəsinin də əsassız olmasına dair hüquqi mövqeyi ilə ra zılaşır və hesab edir ki, məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh L.Əİiyevanın hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını sübut edə bilməmiş, iş materiallarında olan sübutlarla, habelə işi halları ilə iddiaçının mənəvi zərərlə bağlı qeyd etdiklərinin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində düçar olması öz təsdiqini tapmamışdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 Nsli qərarının 1-ci bəndində göstərilmişdir ki, «insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, hab elə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibət də olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə p ozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali M əhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 4 17.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 04 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4488/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4488/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver