Məhkəmə qərarları › İş №2(102)-449/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-449/2020

27.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-449/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh vəkili Hüseynov Zaur Elbrus oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)2818/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ərizədə adlarını göstərdiyi qızıl-zinət və cehiz əşyalarınıın özlərinin və ya dəyərinin alınıb ona verilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilə xx xxxxx 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahlarından xx xxxx 2008-ci il tarixdə Səma adlı bir nəfər uşaqları olmuşdur. Xasiyyətlərində olan uyğunsuzluq səbəbindən ayrılmışlar və aralarında olan nikah Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Atası evinə qayıdarkən ona məxsus 1500 manat dəyərində 1 ədəd sarı rəngli Rusiya Fedarasiyası istehsalı olan 583 əyarlı, 20 qramlıq “mafioz” qızıl boyunbağı, 500 manat “yoluçnu” qızıl qolbağı, 700 manat dəyərində Türkiyə Respublikası istehsalı olan 2,75 metrlik ağ-qara rəngli MD F materialından olan mətbəx mebeli, 500 manat dəyərində 1 ədəd “Beko” markalı 5kq-lıq paltaryuyan maşın, 100 manat dəyərində 1 ədəd qara rəngli mebelüstü qaz plitəsi, 130 manat dəyərində 1 ədəd “Beko” markalı ağ rəngli havaçəkən(aspirator), 350 manat dəyərində 1 ədəd 100 litrlik ağ rəngli “Ariston” suqızdırıcısı, 300 manat dəyərində 6 nəfərlik dəmir materialdan stol, 50 manat dəyərində1 ədəd (tuj) materiallı qızdırıcı soba, 60 manat dəyərində 60 ədəd 3 litrlik şüşə balonlar, 50 manat dəyərində 1 ədəd manqal, hər biri 100 manat dəyərində biri 5(beş) şamdanlı və biri 3(üç) şamdanlı olmaqla 2 ədəd çılçıraq, 675 manat dəyərində 1 ədəd qara rəngli 82 dioqanallı televizor olmaqla qızıl-zinət və cehiz əşyaları cavabdehin evində qalmışdır. Hazırda cavabdeh ona məxsus əşyalarını könüllü olaraq qayt armaqdan imtina edir. Tovuz Rayon Məhkəməsinin (hakim N.Mustafayev) xx xxxxxx 2019-cu il tarixli 2(062)264/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1500 manat dəyərində 1 ədəd sarı rəngli Rusiya Fedarasiyası istehsalı olan 583 əyarlı, 20 qramlıq “mafioz” qızıl boyunbağı, 500 manat “yoluçnu” qızıl qolbağı, 700 manat dəyərində Türkiyə Respublikası istehsalı olan 2,75 metrlik ağ-qara rəngli MDF materialından olan mətbəx mebeli, 500 manat dəyərində 1 ədəd “Beko” markalı 5kq-lıq paltaryuyan maşın, 100 manat dəyərində 1 ədəd qara rəngli mebelüstü qaz plitəsi, 130 manat dəyərində 1 ədəd “Beko” markalı ağ rəngli havaçəkən(aspirator), 350 manat dəyərində 1 ədəd 100 litrlik ağ rəngli “Ariston” suqızdırıcısı, 300 manat dəyərində 6 nəfərlik dəmir materialdan stol, 50 manat dəyərində1 ədəd (tuj) materiallı qızdırıcı soba, 60 manat dəyərində60 ədəd 3 litrlik şüşə balonlar, 50 manat dəyərində 1 ədəd manqal, hər biri 100 manat dəyərində biri 5(beş) şamdanlı və biri 3(üç) şamdanlı olmaqla 2 ədəd çılçıraq, 675 manat dəyərində 1 ədəd qara rəngli 82 dioqanallı televizor olmaqla, ümumi dəyəri 5115 (beş min yüz on beş) manat olan əşyalarının özü, naturada verilməsi mümkün olmadıqda həmin əşyaların dəyəri olan 5115 (beş min yüz on beş) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)2818/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.V.Bayramov, F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(062)-264/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1 ədəd 500 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı qızıl qolbağ, 1 ədəd 100 manat dəyərində qara rəngli mebelüstü qaz plitəsi, 1 ədəd 100 manat dəyərində “BEKO” markalı havaçəkən (aspirator), 1 ədəd 350 manat dəyərində “ARİSTON” markalı su qızdırıcısı və ya həmin əmlaklar qətnamə icra olunan vaxt naturada mövcud olmadıqda isə onların dəyərinin alınaraq iddaçı İddiaçı verilməsi, 700 manat dəyərində Türkiyə Respublikası istehsalı olan 2,75 metrlik ağqara rəngli MDF materialından olan mətbəx mebeli, 1 ədəd 549 manat dəyərində olan “Beko” markalı televizor və bir ədəd 355 manat dəyərində “Beko” markalı 5kq-lıq paltaryuyan maşın tərəflərin birgə nikah dövründ ə əldə etdiyi əmlak hesab edilməsi, həmin əşyaların və ya onların dəyərinin ½ hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi digər hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)2818/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-2818/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq sübutetmə yükünü cavabdehin üzərinə qoymuşdur. Belə ki, iddiaçının tələb etdiyi əmlakların bir qismi cavabdehdə deyil, digər qismi isə ümumiyyətlə mövcud deyil. Bundna əlavə, məhkəmə qərar qəbul edərkən bir qisim sənədlərə istinad etsə də, həmin sənədlərdə əşyaları alan şəxs kimi iddiaçının adı olmamışdır. Bundan əlavə, qızıl əşyasından biri birgə nikah dövründə ehtiyacdan satılmışdır. Bu hal iddiaçının özü tərəfindən də etiraf edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh X1 vəkili Hüseynov Zaur Elbrus oğlu məhkəmə iclasında iştirak edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-c ü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxx 2019-cu il tarixli qətnamə ilə iş üzrə Tovuz Rayin Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(062)-264/2019 saylı qətnaməsini ləğv edib, iddia tələbini qismən təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə mübahisələndirilən yəni təmin edilmiş hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyas iya məhkəməsi iddianın təmin edilmiş hissəsinin qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci madddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dö vründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini ba ğışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.3-cü maddəsinə əsasən, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qızıl-zinət əşyalarına münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini tam təmin etməkdə haqlı olmamışdır. Belə ki, İddiaçı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, bir ədəd “mafioz” markalı boyunbağını birgə nikahda olan zama n onun razılığı ilə cavabdeh girov qoyaraq 1000 manat pul götürmüş və evlərini təmir etdirmişlər. Göründüyü kimi, boyunbağının satılmasına (girov qoyulmasına) iddiaçının iradə ifadəsi olmuş, ona hər hansı kənar təsir olmamışdır. Odur ki, özünün iradə ifadəsinə uyğun realizə olunaraq ailənin şəxsi problemləri üçün sərf olunmuş əşyanın sonradan iddiaçı tərəfindən cavabdehdən tələb edilməsinin hüquqi əsası yoxdur. Digər qızıl-zinət əşyasına münasibətdə məhkəmə kollegiyası etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində digər qızıl-zinət əşyasının iddiaçı tərəfindən aparıldığını qeyd etsə də, lakin bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iş in faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsasla ndırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları, yəni alınması qət edilmiş qızıl-zinət əşyalarının nikah dövründə iddiaçı ilə qarşılıqlı razılıq əsasında satılması ilə bağlı sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci madd əsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)2818/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar