Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4490/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “XXX” X5 X3 Cəmiyyəti Cavabdehlər: Cavabdeh1, XXX oğlu, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-326/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(022)-25/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Əliyev) “XXX” X5 X3 Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, XXX oğluna, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddiası təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli, S-20-2015 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 9188,88 manat, xx xxxx 2018-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 718,52 manat, cəmi 9907,40 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh2 məxsus, Biləsuvar rayonu, Bəydili kəndində yerləşən fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin yerləşdiyi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 paylı mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə (bundan sonra - ipoteka predmetləri) yönəldilməsi və həmin əmlakların açıq hərracda satılması, ipoteka predmetlərinin ilkin satış qiymətinin 30000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçıya olan 9907,40 manat məbləğində borcunun ödənilməsi, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, qiymətləndirmənin aparılması üzrə mütəxəssis rəyinin verilməsinə sərf edilmiş vəsaitin əvəzi qismind ə 500 manat məbləğində pul vəsaitinin cavabdehlərdən “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış S-20-2015 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya heyvandarlığın inkişafı məqsədi ilə illik faiz dərəcəsi 6 % olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin öhdəliklərin icrasının təmini üsulu kimi sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və bununla bağlı iddiaçı ilə XXX oğlu arasında xx xxxxxx 2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənmiş və iddiaçının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdı r. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Müqavilə müddəti ərzində Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 9188,88 manat, hesablanmış və ödənilməmiş faiz borcu 718,52 manat təşkil etmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə olunmamış, cavabdehlər tərəfindən iddiaçıya olan borc ödənilməmişdir. Qətnamədən cavabdeh XXX oğlu apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-326/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) cavabdeh XXX oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi, cavabdeh XXX oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əssən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 386.1, 390.1, 390.5, 425.2, 430.1, 442, 445.2.1, 448.1, 449.1, 310, 317.1, 319.1-ci maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.2, 47.5, 59.3-cü maddələrini tətbiq etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud olmuş kredit müqaviləsini və ipoteka müqaviləsini əsas götürməklə, Cavabdeh1 tərəfindən müqavilə şərtlərinə əməl olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə ko llegiyası hesab etmişdir ki, apelyasiya şikayətində göstərilənlər, yəni iddiaçının apelyantın cavabdeh olmasına, evin sahibi olmasına, 0.06 ha torpağa paylı sahib olmasına baxmayaraq ona restrukturizasiya barədə rəsmi bildiriş, yaxud əsas borcun 5 il müddətinə ödənişi barədə heç bir rəsmi bildiriş verməməsi, məhkəmənin iddianı təmin edərkən sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməməsi, yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında iş üzrə yekun qərar qəbul etməsi barədə dəlilləri əsassızdır. Belə ki, cavabdeh XXX oğlunun apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmədə iddiaçıya qarşı həmin tələblə bağlı qarşılıqlı iddia verməmişdir. Həmçinin cavabdeh apelyasiya şikayətində kredit müqaviləsi üzrə ödənilməmiş ə sas borcun iddiaçı tərəfindən restrukturizasiya edilməli olmasını qeyd etsə də, bununla bağlı banka yaxud başqa orqanlara müraciət etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh XXX oğlu (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xa hiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İddiaçı tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə əməl edilməmiş, kassatorun həmin Fərmanla təminat verilmiş hüquqları pozulmuş, apelyasiya instansiyası məhkəməsi isə buna lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini ekspert rəyi əsasında deyil, iddiaçının mülahizəsi əsasında müəyyən etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaç ının nümayəndəsi və cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Kassator məhkəməyə teleqram göndərərək müəyyən səbəblərə görə məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, işin baxılmasının təxirə salınmasını xahiş etsə də bunun səbəbləri barədə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh XXX oğlu kassasiya şikayəti verdiyindən qətnamə həmin cavabdehə aid hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyy ətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu i crasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh XXX oğluna aid hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Nəzərə alınmalıdır ki, kassator hazırkı mübahisə üzrə borcalan deyil, ipoteka qoyandır. Bu baxımdan kredit borcunun restruktuzasiya olunmasını və ya bununla bağlı hüquqi nəticələri tələb etməklə bağlı subyektiv hüquq borcalana məxsusdur. Kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı dəlilləri də açıqaşkar əsassızdır. Belə ki, məhkəmələr ilkin satış qiymətini ipoteka müqaviləsi əsasında deyil, işə baxılarkən məhkəmə tərəfindən cəlb olunmuş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-326/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdeh XXX oğluna aid hissədə dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4490/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4490/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver