Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-450/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəkili Əhmədov Fuad Hüseyn oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)2852/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onla rın vəkili Əhmədov Fuad Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(066)-330/2019 saylı qətnaməsi ilə (hakim R.R.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 01 dəst yataq dəsti, 01 otaq üçün pərdə və qarniz, 01 ədəd qırmızı rəngdə tozsoran, 01 ədəd ütü, 01 dəst çamadan qaşıq, çəngəl, bıçaq, 01 ədəd çılçıraq, 01 ədəd xalça, 01 ədəd ədyal, 01 ədəd ağ rəngdə stol örtüyü, 06 ədəd qab dəsmalı, 02 ədəd vanna, 03 padnos dəsti, 02 ədəd qənd qabı, 06 ədəd nəlbəki və stəkan dəsti, 06 ədəd duz qabı, 02 nəfərlik gəlincik pakrıvalı, 01 ədəd 02 nəfərlik yorğan, 02 ədəd yastıq, 01 ədəd saat, 02 nəfərlik ağ rəngdə yataq pastel dəsti, 02 nəfərlik güllü pa stel, 01 ədəd vaz, 01 ədəd ləpə qabı, 01 ədəd fen, 01 ədəd saç burmaq üçün fen, 01 ədəd şalvar, 01 ədəd qara rəngli jaket, 01 ədəd alçaq daban ayaqqabı, 01 ədəd gödəkçədən ibarət cehizin və geyim əşyalarının naturada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2852/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.V.Bayramov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov), İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(066)-330/2019 saylı qətnaməsinin qismən, yəni qızıl-zinyət əşyaları tələbinə dair iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia t ələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1350 manat dəyərində olan 583 əyarlı, 30 qram çəkidə olan sep, 675 manat dəyərində olan 583 əyarlı, 15 qram çəkidə qolbağı, 240 manat dəyərində olan 583 əyarlı, 5 qram çəkidə nazik sep, 600 manat dəyərində olan 583 əyarlı, 12 qram çəkidə sırğa-üzük dəsti, 450 manat dəyərində olan 583 əyarlı 6 qram çəkidə brilliant qaşlı üzük, həmin əşyalar qətnamə icra olunan vaxt naturada mövcud olmadıqda isə onların dəyərinin alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus cehiz əşyalarının və ya onların dəyəri olan 6014 (altı min on dörd ) manat pulun, qızıl-zinyət əşyalarının və ya onların dəyəri olan 3650 (üç min altı yüz əlli) manat pulun, geyim əşyalarının dəyəri olan 1545 (bir min beş yüz qırx beş) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 07.03.2018-ci il tarixdə el adəti ilə evlənərək 2018-ci ilin iyul ayına kimi birgə yaşamışdılar. 2018-ci ilin aprel ayının axırlarında iddia ərizəsində göstərilmiş ona məxsus qızıl-zinyət əşyaları baldızı, yəni Cavabdeh2 tərəfindən əlindən almış, onda isə yalnız Xaliqin nişan üzüyü qalmışdır. Bunlardan əlavə cavabdehlərin evində iddia ərizəsində göstərilən digər cehiz və geyim əşyaları da qalmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apell yasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili Əhmədov Fuad Hüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvəd ə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdehlərin vəkili Əhmədov Fuad Hüseyn oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsini n tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkili Əhmədov Fuad Hüseyn oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 23 yanvar 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 583 əyarlı, 30 qram çəkidə olan sep 1350 manat dəyərində, 583 əyarlı, 15 qram çəkidə qolbağı 675 manat dəyərində, 583 əyarlı 5 qram çəkidə nazik sep 240 manat dəyərində, 583 əyarlı 12 qram çəkidə sırğa-üzük dəsti 600 manat dəyərin də, 583 əyarlı 6 qram çəkidə brilliant qaşlı üzük 450 manat dəyərində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 07 mart 2018-ci il tarixdə faktiki evlənmiş, lakin nikahlarını qeydə aldırmamışlar. Aralarında olan narazılığa görə tərəflər 26 iyul 2018-ci il tarixdə ayrılmışlar. İddiaçı ona məxsus olan bir ədəd 30 qramlıq sep, bir ədəd 15 qramlıq qolbağı, bir ədəd 5 qramlıq nazik sep, bir ədəd 12 qramlıq üzük və sırğa dəsti, bir ədəd 6 qramlıq brilliant qaşlı nişan üzüyündən ibarət qızıl-zinyət əşyalarının, geyim və cehiz əşyalarının cavbadehlərdə qaldığını, ona qaytarılmadığını iddia edərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər- arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -181.4-cü maddəsinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -225.3-cü maddəsinə görə daş-qaş və d igər zinyət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə ş ərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. -668.1.3-cü maddəsinə əsasən, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təqdim olunmuş sübutların tədqiqi nəticəsində qızıl-zinyət əşyalarının cavabdehlərin qanunusuz sahibliyində olduğu müəyyən edildiyindən birinci instansiya məhkəməsi iş üzrə qismən düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi, İddiaçı hədiyyə edilmiş qızıl-zinyət əşyalarının mövcudluğu hər iki tərəfin izahatları ilə, iş materiallarında olan foto şəkillərlə tam sübuta yetirilir. İş materiallarından görünür ki, cavabdeh tərəf in birinci instansiya və apellyasiya məhkəməsində verdikləri izahatlarında iddiaçının tələb etdiyi qızıl-zinyət əşyalarının mövcudluğu bildirilmiş, lakin qızıl-zinyət əşyalarının iddiaçıda olduğunu, həmin əşyaların iddiaçı tərəfindən aparıldığı qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tələb olunan qızıl-zinyət əşyalarının mövcudluğu birbaşa müəyyən olunduğundan bu halın iddiaçı tərəfindən sübuta yetirilməsinə zərurət yoxdur və digər tərəfdən, cavabdehlər qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən apardığını qeyd etsələr də, bunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişlər. Bu vəziyyətdə isə əksinə olaraq sübutetmə yükü cavabdehlərin üzərinə düşür və iş materiallarından məlum olur ki, onlar da göstərdiyi halları məhkəmə iclasında s übuta yetirə bilməmişlər. İş materiallarında olan Cavabdeh1 tərəfindən Göygöl RPŞ-də verilmiş izahatdan görünür ki, o, toydan sonra bəzi yerlərə borcları qaldığı üçün Ayşənə alınan qızılların bir qismini satdıqlarını bildirmişdir (hətta qəbul edilsə belə onun izahatı digər cavabdeh tərəfindən yazılmışdır). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər tərəfindən mübahisələndirilən qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən aparılmasına dair etirazının sübutetmə yükü işin faktiki hallarına əsasən cavabdehlərin üzərinə düşdüyündən, qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən aparılması sübuta yetirilmədiyindən, bu hissədə apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar vardır. Apellyasiya instansiyası məhkəməsi qızıl əşyalarının iddiaçı tərəfindən aparıldığını qeyd e tmiş şahidlərin ifadəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfindən dindirilmiş şahidlərdən biri cavabdehlərin ailə üzvüdür və digər şahid isə işin faktiki halları barədə ümumiyyətlə ifadə verə bilməmiş, yalnız cavabdehlərlə söhbət əsnasında qızılların aparıldığını eşitdiyini qeyd etdiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. İş materiallarından görünür ki, mübahisələndirilən qızıl-zinyət əşyaları İddiaçı məxsusdur, həmin əmlaklar üzərində istifadə, sahiblik və sərəncam hüquqları şəriksiz iddiaçıya aiddir. Təqdim olunmuş sübutların kompleks tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həmin əmlak cavabdehlər tərəfindən iddiaçının qanuni sahibliyindən alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya hədiyyə edilmiş 1350 manat dəyərində olan 583 əyarlı, 30 qram çəkidə olan sep, 675 manat dəyərində olan 583 əyarlı, 15 qram çəkidə qolbağı, 240 manat dəyərində olan 583 əyarlı, 5 qram çəkidə nazik sep, 600 manat dəyərində olan 583 əyarlı, 12 qram çəkidə sırğa-üzük dəsti, 450 manat dəyərində olan 583 əyarlı, 6 qram çəkidə brilliant qaşlı üzük cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdı rılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2852/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-450/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-450/2020
28.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver